Azad İran
5.89K subscribers
35.4K photos
21.8K videos
15 files
9.41K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇮🇷 İran parlamentindən 🇺🇸 ABŞ qırıcısının vurulmasına dair açıqlama

Bu gün İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf “X” hesabında ABŞ-nin F-35 qırıcı təyyarəsinin vurulması ilə bağlı açıqlama verib.

“F-35 sadəcə bir qırıcı təyyarə deyil, ABŞ hərbi yenilməzliyinin və təkəbbürünün simvolu idi. İstənilən göz üçün görünməz və istənilən gücdən üstün olduğu iddia edilən texnoloji bir simvol; ancaq Allahın əli onların əllərindən üstündür.
Bu simvol dünyada ilk dəfə vuruldu, lakin bunu Allah etdi. Bu, bir nizamın çökmə anı idi”,
- deyə, Qalibaf vurğulayıb.

Parlament sədri vurğulayıb ki, hadisə həm texnoloji üstünlük iddiasını, həm də nizamın çökməsini simvolizə edir.

#İran #Qalibaf #parlamentsədri #ABŞ #qırıcı

Kanala abunə olun
😁113🤮1
🇮🇷 İran və 🇬🇧 Britaniya Yaxın Şərqdəki gərginliyi müzakirə edib

Bu gün İran və Britaniya xarici işlər nazirləri – Abbas Əraqçı və İvet Kuper – Yaxın Şərqdəki gərginliyi müzakirə etmək üçün telefon danışığı aparıblar.

Əraqçı bildirib ki, İran ABŞ və İsrail tərəfindən hücumlara məruz qalıb və ölkənin özünümüdafiə hüququ qorunmalıdır. O, bəzi Avropa ölkələrinin mövqelərini tənqid edərək Tehrana qarşı hər hansı bir hərəkətin ciddi nəticələr doğuracağını vurğulayıb.

Kuper isə böıgədə gərginliyin azaldılmasına çağırıb və münaqişənin Yaxın Şərq və qlobal sabitlik üçün yaratdığı risklər barədə narahatlığını ifadə edib. (Əraqçının “Telegram” kanalı)

#İran #Britaniya #XİN #ABŞ #İsrail #müharibə

Kanala abunə olun
3👍2🤮2😁1
🇮🇷 İrana bağlı haker qrupu keçmiş 🇮🇱 Mossad rəsmisinə kiberhücum edib 👨‍💻

İranla əlaqəli olan “Handala” adlı haker qrupu keçmiş Mossad rəsmisinin elektron poçt hesabını sındırdığını iddia edib.

Qrupun yaydığı məlumata görə, hədəf “media və lobbiçilik vasitəsilə İsrailin lehinə qlobal rəy formalaşdırmaq səylərinə nəzarət edən” Debora Oppenheymer olub.

#İran #Handala #hakerqrupu #İsrail #Mossad #kiberhücum

Kanala abunə olun
3😁2🤮1
TƏCİLİ 🚨

10-a yaxın ölkə
🇮🇷 SEPAH-ı terror təşkilatı kimi tanıdı

İsrailin xarici işlər naziri Gideon Saar bildirib ki, daha altı ölkə SEPAH-ı terror təşkilatı kimi tanıyıb.

Onun sözlərinə görə, İslandiya, Moldova, Bosniya və Herseqovina, Monteneqro, Şimali Makedoniya və Lixtenşteyn bu qərara qoşulub. Bu addım Avropa Birliyi tərəfindən daha əvvəl qəbul edilmiş oxşar qərarın dəstəklənməsi kimi dəyərləndirilir.

Bildirilib ki, Ukrayna və Albaniya da daha əvvəl bu tədbirlərə qoşulmuşdu.

SEPAH-ın terror təşkilatı kimi tanınması onunla əlaqəli aktivlərin dondurulmasını, maliyyə əməliyyatlarının qadağan edilməsini və əlaqəli şəxslərə qarşı səyahət məhdudiyyətlərinin tətbiqini nəzərdə tutur. (Iran International)

وزارت خارجه اسرائیل: بوسنی و هرزگوین و پنج کشور دیگر سپاه را سازمان تروریستی معرفی می‌کنند

#İran #SEPAH #terrortəşkilatı

Kanala abunə olun
8👍5👏4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇱🇮🇷 İran istehsalı PUA havada vuruldu 🔥

İsraildə hava hücumundan müdafiə sistemləri İran istehsalı olan “Shahed” pilotsuz uçuş aparatını məhv edib.

Məlumata görə, dron C-RAM sistemi vasitəsilə havada zərərsizləşdirilib.

انهدام پهپاد «شاهد» با سامانه‌های دفاعی در اسرائیل

#İsrail #İran #Shahed #dron

Kanala abunə olun
👍102🔥2
🇺🇸 ABŞ Qeşm adasında 🇮🇷 SEPAH tunellərini vurdu 🚀💥🔥

ABŞ Qeşm adasında SEPAH-a məxsus olduğu bildirilən tunel kompleksinə hava zərbələri endirib.

Məlumata görə, hücum nəticəsində ərazidə kraterlər və yaxınlıqdakı obyektlərdə zədələr qeydə alınsa da, möhkəmləndirilmiş yeraltı tunellərə ciddi zərər dəyməyib. Zərbələrin tunellərə nüfuz etmədiyi və ya onları dağıtmaq üçün kifayət etmədiyi bildirilir.

Tunel girişləri yaxınlığında partlayış izləri müşahidə olunsa da, çökmə və ya dərin struktur dağıntıları qeydə alınmayıb. Bu isə əsas hərbi vasitələrin – qayıqlar, raketlər və pilotsuz uçuş aparatlarının yerləşdiyi yeraltı kompleksin böyük ölçüdə qorunduğunu göstərir.

#ABŞ #İran #SEPAH #Qeşmadası #tunel

Kanala abunə olun
👍5👏21
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇱 İsrail 🇮🇷 İranda “Bəsic” bazasını məhv etdi 🚀

Bu gün İsrail ordusu Semnan şəhərindəki yarıhərbi radikal Bəsic qüvvələrinə məxsus hərbi obyektinə zərbə endirib.

Görüntülərə əsasən, Əmir Kəbir bulvarındakı Bəsic qüvvələrinə aid olduğu bildirilən baza zərbə nəticəsində ciddi dağıntıya məruz qalıb. Obyektin tamamilə məhv edildiyi qeyd olunur.

پایگاه بسیج سمنان در حمله هوایی اسرائیل منهدم شد

#İsrail #İran #Bəsic #hərbibaza #hücum

Kanala abunə olun
👍11🔥31
🛑 Təbrizdə 🇮🇷 “Bəsic” bazasına hücum edildi: ölənlər və yaralananlar var 🚀😢

Bu gün SEPAH-ın Şərqi Azərbaycan əyaləti üzrə bölməsi Təbriz şəhərində baş verən hücumla bağlı açıqlama yayıb.

Məlumata görə, Təbrizdəki yarıhərbi radikal “Bəsic” qüvvələrinə məxsus nəzarət məntəqəsi hədəfə alınıb. Hücum nəticəsində 13 nəfər həyatını itirib, 18 nəfər isə yaralanıb.

Açıqlamada yaralıların bir qisminin vəziyyətinin ağır olduğu bildirilib və ölənlərin sayının arta biləcəyi ehtimalı istisna edilməyib.

#İsrail #Təbriz #Bəsic #baza #hücum

Kanala abunə olun
🔥11👏61
Olbrayt: “Buşehr hadisəsində 🇮🇷 İran da şübhəlilər sırasındadır” 🏭☢️🚀🤔

Bu gün Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutunun direktoru Devid Olbrayt Buşehr nüvə elektrik stansiyası ilə bağlı diqqətçəkən açıqlama verib.

Olbrayt “X” hesabında paylaşım edərək hücumda İranın iştirak ehtimalının da nəzərdən keçirildiyini bildirib.

O, “Good ISIS” kimi tanınan açıq mənbə araşdırma qrupunun hesabatına istinad edərək qeyd edib ki, dağıntıların səpələnmə modeli onların cənuba doğru yayıldığını göstərir. Bu isə mərmilərin Fars körfəzi istiqamətindən deyil, şimaldan daxil olduğunu ehtimal etdirir.

Analitik əlavə edib ki, bu nəticələrə əsasən hadisədə İsrail və ABŞ ilə yanaşı İranın da mümkün iştirak ehtimalı araşdırılan versiyalar arasındadır.

Qeyd edək ki, “Good ISIS” qrupu peyk görüntüləri və açıq mənbəli məlumatlar əsasında hərbi və təhlükəsizlik hadisələrini təhlil edən müstəqil platformadır.

#İran #Buşehr #ABŞ #İsrail #şübhə
🔥42
🇮🇱 İsrail 🇮🇷 “Bəsic” qüvvələrinin kəşfiyyat rəisini öldürüb 🚀🔥

Bu gün İsrail Ordusunun Mətbuat Xidməti martın 16-da Tehranda həyata keçirilən hava hücumları ilə bağlı yeni məlumat açıqlayıb.

Bildirilib ki, hücum nəticəsində “Bəsic” qüvvələrinin kəşfiyyat xidmətinin rəisi İsmayıl Əhmədi öldürülüb. O, daha öncə eyni hücumda həlak olduğu bildirilən Qulamrza Süleymani ilə birlikdə zərərsizləşdirilib.

Onun son illərdə İranda baş verən etirazların yatırılması zamanı mülki şəxslərə qarşı sərt tədbirlərin, o cümlədən kütləvi həbslərin və güc tətbiqinin təşkilində əsas fiqurlardan biri olduğu qeyd edilir.

#İsrail #İran #Bəsic #kəşfiyyatrəisi #ölüm

Kanala abunə olun
👍115👏3🔥1
🇮🇷 Bəndər Abbasa zərbə endirilib 🚀💥🔥

🇮🇱 İsrail ordusu İranın Bəndər Abbas şəhərində yerləşən Hərbi Hava Qüvvələrinin qərargahına hücum edib.

#بندرعباس پایگاه هوایی ارتش
جمعه ۲۹ اسفند

#İsrail #havazərbəsi #İran #BəndərAbbas

Kanala abunə olun
👍132🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İranın Semnan şəhərində Bəsic qüvvələrinə məxsus binaya raket düşüb 🚀💥🔥

ساختمان بسیج تروریستی سمنان مورد اصابت موشک قرار گرفت

#İran #Bəsic #raket

Kanala abunə olun
7👍3🔥2
🇮🇷 İranın ali rəhbəri Novruz bayramı münasibətilə müraciət edib 🗣

İranın yeni ali lideri Müctəba Xameneyi Novruz (İranın əsas milli bayramı olan və Günəş təqviminə görə Yeni ilin gəlişinin qeyd olunduğu bayram) münasibətilə xalqa müraciət edib.

Yerli media tərəfindən dərc edilən məlumatda o, 2025-ci ilin iyun ayında baş verən 12 günlük müharibəyə, bu ilin yanvar ayında ölkədə baş verən etirazlara və 🇺🇸 ABŞ və 🇮🇱 İsrailin hazırkı əməliyyatlarına istinad edərək "İranın yaşadığı üçtərəfli müharibə"dən danışıb.
Xameneyi Yaxın Şərqdə gərginliyin artması fonunda qonşu ölkələrə hücumlara da münasibət bildirib: "...bizimlə yaxşı münasibətlər saxlayan Türkiyə və Omanda törədilən hücumlar İslam Respublikasının silahlı qüvvələri və ya Müqavimət Oxunun digər qüvvələri tərəfindən həyata keçirilməyib.👇👇👇
😁8🤮5
Azad İran
🇮🇷 İranın ali rəhbəri Novruz bayramı münasibətilə müraciət edib 🗣 İranın yeni ali lideri Müctəba Xameneyi Novruz (İranın əsas milli bayramı olan və Günəş təqviminə görə Yeni ilin gəlişinin qeyd olunduğu bayram) münasibətilə xalqa müraciət edib. Yerli media…
Bu, İranla qonşuları arasında uçurum yaratmaq üçün təxribatçı taktikalardan istifadə edən sionist düşmənin bir hiyləsidir və bu, digər ölkələrdə də baş verə bilər."

Bundan əlavə, o Pakistan və Əfqanıstan arasında "müsəlman icmasının parçalanmasının qarşısını almaq üçün" barışığa çağırış edib və bunun üçün lazımi addımları atmağa hazır olduğunu bildirib.

#İran #Xameneyi #Novruzbayramı #ABŞ #İsrail
🤮7😁4👍1
🏴󠁧󠁢󠁳󠁣󠁴󠁿 Şotlandiyada nüvə sualtı qayığına sızmağa cəhd edən 🇮🇷 İran vətəndaşı saxlanılıb

Şotlandiya polisi Britaniya nüvə sualtı qayıqlarının yerləşdiyi Klayd Hərbi Dəniz Bazasına (Faslane) girməyə cəhd edən 34 yaşlı İran vətəndaşını və 31 yaşlı qadını həbs edib.
Hadisə martın 19-da baş verib və hazırda istintaq aparılır. (CBS News)

🇬🇧 Britaniyada daha əvvəl İrana casusluq etməkdə şübhəli bilinən dörd nəfər həbs olunmuşdu.

#İranvətəndaşı #həbs #Şotlandiya

Kanala abunə olun
4👍1🤔1
🇮🇷 İranda məhbuslarla zindan nəzarətçiləri arasında kütləvi dava olub 😱

Çabahar şəhər həbsxanasında ərzaq payının azaldılmasına qarşı etirazlarda 10 nəfərdən çox məhbus yaralanıb.

"Haalvsh" Xəbər Mərkəzinin məlumatıba görə, toqquşmalar zamanı bir sıra məhbusun həyatını itirdiyini bildirilir. Lakin ölənlərin şəxsiyyəti və dəqiq sayı da daxil olmaqla əlavə məlumat verilməyib. (HRANA)

#İran #zindan #münaqişə #ərzaqpayı #nəzarətçilər #zorakılıq #məhbuslar

Kanala abunə olun
😱6🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İranda raket istehsalı və saxlama müəssisələri məhv edilib 🚀🔥

🇮🇱 İsrail Hərbi Hava Qüvvələri Tehranda silah istehsalı üçün istifadə olunan zavodlara, eləcə də uzun mənzilli ballistik raketlər üçün komponentlərin hazırlandığı obyektlərə hava zərbələri endirib.

Bundan əlavə, ölkənin mərkəzi hissəsində, İran əsgərləri içəridə olarkən ballistik raket buraxılış qurğularının saxlanıldığı obyektlərə hücum edilib. (İsrail ordusunun mətbuat xidməti)

#İsrail #İran #raket

Kanala abunə olun
👍104
🇮🇷 Qaani: "Müqavimət oxu" 🇺🇸 ABŞ və 🇮🇱 İsrailə qarşı müstəqil fəaliyyət göstərir

İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) xüsusi təyinatlı Qüds qanadının komandanı İsmail Qaani deyib ki, "Müqavimət Oxu" getdikcə güclənir, ABŞ ilə İsrailə qarşı müstəqil şəkildə hərəkət edir və gələcəkdə daha çox əməliyyat gözlənilir.

O, bütün cəbhələrdə birliyi İslam dünyası üçün əsas güc və "qlobal imperializm və sionizm üçün kabus" adlandıraraq, İranın son əməliyyatlarını düşmənləri şoka saldığını və qarşıda "daha böyük sürprizlərin" olduğunu əlavə edib.

"Müqavimət oxu" İranın bölgədəki proksi qüvvələrinə istinad etmək üçün istifadə etdiyi bir termindir.

#İran #Sepah #Qüds #Müqavimətoxu #proksiqüvvələr #ABŞ #İsrail

Kanala abunə olun
😁9🤮43
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 İran 🇮🇱 İsrailə qarşı 69-cu zərbə dalğasını başlatdı 🚀

SEPAH öz raketlərini İsrailin Hayfa, Təl-Əviv və Akka şəhərlərinə istiqamətləndirib.

موج ۶۹ عملیات وعده صادق ۴ علیه اسرائیل
#İran #SEPAH #raket #İsrail

Kanala abunə olun
😁7👎1