🇮🇷 İranın zərbəsi 🇮🇱 İsrailin enerji və nəqliyyat sisteminə təsir göstərdi 🚀
Hayfa şəhərində yerləşən BAZAN Hayfa neft emalı zavoduna raket zərbəsi endirildikdən sonra şəhərin bir çox hissəsində elektrik kəsilib.
BAZAN zavodu İsrailin ən böyük və strateji yanacaq obyektidir və ölkənin dizel yanacağının təxminən 60%-ni, benzinin isə 50%-ni təmin edir.
Zavod gündəlik təxminən 197,000 barel xammal emal edir ki, bu da ölkənin nəqliyyat, aviasiya və hərbi yanacaq tələbatının böyük hissəsinin birbaşa bu müəssisəyə bağlı olduğunu göstərir.
#İran #İsrail #Hayfa #enerjisistemi #hücum
Kanala abunə olun

❤2👎2👍1
🇮🇷 İranın ali rəhbəri kəşfiyyat nazirinin öldürülməsi ilə bağlı başsağlığı verib 🔥
Bu gün İranın ali rəhbəri Müctəba Xameneyi ABŞ və İsrailin hücumları nəticəsində ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) naziri İsmayıl Xətibin zərərsizləşdirilməsi ilə bağlı başsağlığı verib.
Müctəba Xameneyi nazirin ölümündən sonra prezident Məsud Pezeşkian və hökumət rəsmilərinə rəsmi başsağlığı məktubu göndərib.
O, bildirilib ki, Xətibin itkisi ETTELAAT Nazirliyindəki digər rəsmilər və işçilərin səyləri ilə kompensasiya olunmalı, Nazirliyin təhlükəsizliyi daxili və xarici təhdidlərdən qorunmalıdır.
Ali rəhbər mərhumun ailəsinə və həmkarlarına Allahdan sağlıq və səbir diləyib, Xətibin “ucalığının əbədiləşəcəyini” vurğulayıb. (ISNA)
#İran #MüctəbaXameneyi #alirəhbər #kəşfiyyatnaziri #başsağlığı

😁5🤮4
🇮🇷 İran 🇧🇭 Bəhreyndə 🇺🇸 ABŞ mövqeyinə zərbə endirdi 🚀
Peyk görüntüləri göstərir ki, İran Bəhreyndə ABŞ-yə məxsus Patriot hava hücumundan müdafiə sistemi mövqeyinə raket zərbəsi endirib. Hücum nəticəsində iki möhkəmləndirilmiş sığınacaq quruluşuna zərər dəyib, onlardan biri ciddi şəkildə zədələnib.
Məlumata görə, zədələnmiş sığınacaqlarda ehtimal olunur ki, buraxılış qurğuları, radar komponentləri və ya raket ehtiyatları yerləşirdi. Bu isə o deməkdir ki, batareya tam məhv edilməsə də, zərbə onun əməliyyat qabiliyyətini əhəmiyyətli dərəcədə zəiflədib.
#İran #Bəhreyn #ABŞ #hücum

👎5🤬1
🇦🇪 BƏƏ 🇮🇷 İran və 🇱🇧 Hizbullahla əlaqəli şəbəkəni zərərsizləşdirib 👮♂️
Bu gün BƏƏ təhlükəsizlik orqanları İran və Hizbullah tərəfindən maliyyələşdirilən və nəzarət edilən “terror şəbəkəsi”ni zərərsizləşdirib. Bununla bağlı, “The Wall Street Journal” qəzeti məlumat yayıb.
BƏƏ-nin Dövlət Təhlükəsizlik İdarəsinin açıqlamasına görə, şəbəkə ölkə daxilində uydurma kommersiya şirkətləri vasitəsilə fəaliyyət göstərib. Onların məqsədi milli iqtisadiyyata nüfuz etmək və xarici maliyyə sxemləri ilə ölkənin maliyyə sabitliyini təhdid etmək olub.
Əməliyyat nəticəsində şəbəkənin fəaliyyətinə son qoyulub və əlaqəli şəxslər saxlanılıb.
#BƏƏ #İran #Hizbullah #terrorşəbəkəsi #əməliyyat #həbs

👍6❤2
🇮🇷 İran parlamentindən 🇺🇸 ABŞ qırıcısının vurulmasına dair açıqlama
Bu gün İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf “X” hesabında ABŞ-nin F-35 qırıcı təyyarəsinin vurulması ilə bağlı açıqlama verib.
“F-35 sadəcə bir qırıcı təyyarə deyil, ABŞ hərbi yenilməzliyinin və təkəbbürünün simvolu idi. İstənilən göz üçün görünməz və istənilən gücdən üstün olduğu iddia edilən texnoloji bir simvol; ancaq Allahın əli onların əllərindən üstündür.
Bu simvol dünyada ilk dəfə vuruldu, lakin bunu Allah etdi. Bu, bir nizamın çökmə anı idi”, - deyə, Qalibaf vurğulayıb.
Parlament sədri vurğulayıb ki, hadisə həm texnoloji üstünlük iddiasını, həm də nizamın çökməsini simvolizə edir.
#İran #Qalibaf #parlamentsədri #ABŞ #qırıcı

😁11❤3🤮1
🇮🇷 İran və 🇬🇧 Britaniya Yaxın Şərqdəki gərginliyi müzakirə edib
Bu gün İran və Britaniya xarici işlər nazirləri – Abbas Əraqçı və İvet Kuper – Yaxın Şərqdəki gərginliyi müzakirə etmək üçün telefon danışığı aparıblar.
Əraqçı bildirib ki, İran ABŞ və İsrail tərəfindən hücumlara məruz qalıb və ölkənin özünümüdafiə hüququ qorunmalıdır. O, bəzi Avropa ölkələrinin mövqelərini tənqid edərək Tehrana qarşı hər hansı bir hərəkətin ciddi nəticələr doğuracağını vurğulayıb.
Kuper isə böıgədə gərginliyin azaldılmasına çağırıb və münaqişənin Yaxın Şərq və qlobal sabitlik üçün yaratdığı risklər barədə narahatlığını ifadə edib. (Əraqçının “Telegram” kanalı)
#İran #Britaniya #XİN #ABŞ #İsrail #müharibə

❤3👍2🤮2😁1
🇮🇷 İrana bağlı haker qrupu keçmiş 🇮🇱 Mossad rəsmisinə kiberhücum edib 👨💻
İranla əlaqəli olan “Handala” adlı haker qrupu keçmiş Mossad rəsmisinin elektron poçt hesabını sındırdığını iddia edib.
Qrupun yaydığı məlumata görə, hədəf “media və lobbiçilik vasitəsilə İsrailin lehinə qlobal rəy formalaşdırmaq səylərinə nəzarət edən” Debora Oppenheymer olub.
#İran #Handala #hakerqrupu #İsrail #Mossad #kiberhücum

❤3😁2🤮1
TƏCİLİ 🚨
10-a yaxın ölkə 🇮🇷 SEPAH-ı terror təşkilatı kimi tanıdı
İsrailin xarici işlər naziri Gideon Saar bildirib ki, daha altı ölkə SEPAH-ı terror təşkilatı kimi tanıyıb.
Onun sözlərinə görə, İslandiya, Moldova, Bosniya və Herseqovina, Monteneqro, Şimali Makedoniya və Lixtenşteyn bu qərara qoşulub. Bu addım Avropa Birliyi tərəfindən daha əvvəl qəbul edilmiş oxşar qərarın dəstəklənməsi kimi dəyərləndirilir.
Bildirilib ki, Ukrayna və Albaniya da daha əvvəl bu tədbirlərə qoşulmuşdu.
SEPAH-ın terror təşkilatı kimi tanınması onunla əlaqəli aktivlərin dondurulmasını, maliyyə əməliyyatlarının qadağan edilməsini və əlaqəli şəxslərə qarşı səyahət məhdudiyyətlərinin tətbiqini nəzərdə tutur. (Iran International)
وزارت خارجه اسرائیل: بوسنی و هرزگوین و پنج کشور دیگر سپاه را سازمان تروریستی معرفی میکنند
#İran #SEPAH #terrortəşkilatı

❤8👍5👏4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇱🇮🇷 İran istehsalı PUA havada vuruldu 🔥
İsraildə hava hücumundan müdafiə sistemləri İran istehsalı olan “Shahed” pilotsuz uçuş aparatını məhv edib.
Məlumata görə, dron C-RAM sistemi vasitəsilə havada zərərsizləşdirilib.
انهدام پهپاد «شاهد» با سامانههای دفاعی در اسرائیل
#İsrail #İran #Shahed #dron

👍10❤2🔥2
🇺🇸 ABŞ Qeşm adasında 🇮🇷 SEPAH tunellərini vurdu 🚀💥🔥
ABŞ Qeşm adasında SEPAH-a məxsus olduğu bildirilən tunel kompleksinə hava zərbələri endirib.
Məlumata görə, hücum nəticəsində ərazidə kraterlər və yaxınlıqdakı obyektlərdə zədələr qeydə alınsa da, möhkəmləndirilmiş yeraltı tunellərə ciddi zərər dəyməyib. Zərbələrin tunellərə nüfuz etmədiyi və ya onları dağıtmaq üçün kifayət etmədiyi bildirilir.
Tunel girişləri yaxınlığında partlayış izləri müşahidə olunsa da, çökmə və ya dərin struktur dağıntıları qeydə alınmayıb. Bu isə əsas hərbi vasitələrin – qayıqlar, raketlər və pilotsuz uçuş aparatlarının yerləşdiyi yeraltı kompleksin böyük ölçüdə qorunduğunu göstərir.
#ABŞ #İran #SEPAH #Qeşmadası #tunel

👍5👏2❤1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇱 İsrail 🇮🇷 İranda “Bəsic” bazasını məhv etdi 🚀
Bu gün İsrail ordusu Semnan şəhərindəki yarıhərbi radikal Bəsic qüvvələrinə məxsus hərbi obyektinə zərbə endirib.
Görüntülərə əsasən, Əmir Kəbir bulvarındakı Bəsic qüvvələrinə aid olduğu bildirilən baza zərbə nəticəsində ciddi dağıntıya məruz qalıb. Obyektin tamamilə məhv edildiyi qeyd olunur.
پایگاه بسیج سمنان در حمله هوایی اسرائیل منهدم شد
#İsrail #İran #Bəsic #hərbibaza #hücum

👍11🔥3❤1
🛑 Təbrizdə 🇮🇷 “Bəsic” bazasına hücum edildi: ölənlər və yaralananlar var 🚀😢
Bu gün SEPAH-ın Şərqi Azərbaycan əyaləti üzrə bölməsi Təbriz şəhərində baş verən hücumla bağlı açıqlama yayıb.
Məlumata görə, Təbrizdəki yarıhərbi radikal “Bəsic” qüvvələrinə məxsus nəzarət məntəqəsi hədəfə alınıb. Hücum nəticəsində 13 nəfər həyatını itirib, 18 nəfər isə yaralanıb.
Açıqlamada yaralıların bir qisminin vəziyyətinin ağır olduğu bildirilib və ölənlərin sayının arta biləcəyi ehtimalı istisna edilməyib.
#İsrail #Təbriz #Bəsic #baza #hücum

🔥11👏6❤1
Olbrayt: “Buşehr hadisəsində 🇮🇷 İran da şübhəlilər sırasındadır” 🏭☢️🚀🤔
Bu gün Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutunun direktoru Devid Olbrayt Buşehr nüvə elektrik stansiyası ilə bağlı diqqətçəkən açıqlama verib.
Olbrayt “X” hesabında paylaşım edərək hücumda İranın iştirak ehtimalının da nəzərdən keçirildiyini bildirib.
O, “Good ISIS” kimi tanınan açıq mənbə araşdırma qrupunun hesabatına istinad edərək qeyd edib ki, dağıntıların səpələnmə modeli onların cənuba doğru yayıldığını göstərir. Bu isə mərmilərin Fars körfəzi istiqamətindən deyil, şimaldan daxil olduğunu ehtimal etdirir.
Analitik əlavə edib ki, bu nəticələrə əsasən hadisədə İsrail və ABŞ ilə yanaşı İranın da mümkün iştirak ehtimalı araşdırılan versiyalar arasındadır.
Qeyd edək ki, “Good ISIS” qrupu peyk görüntüləri və açıq mənbəli məlumatlar əsasında hərbi və təhlükəsizlik hadisələrini təhlil edən müstəqil platformadır.
#İran #Buşehr #ABŞ #İsrail #şübhə

🔥4❤2
🇮🇱 İsrail 🇮🇷 “Bəsic” qüvvələrinin kəşfiyyat rəisini öldürüb 🚀🔥
Bu gün İsrail Ordusunun Mətbuat Xidməti martın 16-da Tehranda həyata keçirilən hava hücumları ilə bağlı yeni məlumat açıqlayıb.
Bildirilib ki, hücum nəticəsində “Bəsic” qüvvələrinin kəşfiyyat xidmətinin rəisi İsmayıl Əhmədi öldürülüb. O, daha öncə eyni hücumda həlak olduğu bildirilən Qulamrza Süleymani ilə birlikdə zərərsizləşdirilib.
Onun son illərdə İranda baş verən etirazların yatırılması zamanı mülki şəxslərə qarşı sərt tədbirlərin, o cümlədən kütləvi həbslərin və güc tətbiqinin təşkilində əsas fiqurlardan biri olduğu qeyd edilir.
#İsrail #İran #Bəsic #kəşfiyyatrəisi #ölüm

👍11❤5👏3🔥1
🇮🇷 Bəndər Abbasa zərbə endirilib 🚀💥🔥
🇮🇱 İsrail ordusu İranın Bəndər Abbas şəhərində yerləşən Hərbi Hava Qüvvələrinin qərargahına hücum edib.
#بندرعباس پایگاه هوایی ارتش
جمعه ۲۹ اسفند
#İsrail #havazərbəsi #İran #BəndərAbbas

👍13❤2🔥1