Azad İran
5.89K subscribers
35.4K photos
21.8K videos
15 files
9.41K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇱 İsrail 🇮🇷 İran helikopterini vurdu 🚀🚁💥🔥

Dünən İsrail Hərbi Hava Qüvvələri Həmədan şəhərindəki Sənəndəc hava limanına zərbələr endirib. Bununla bağlı, İsrail ordusunun mətbuat xidməti xəbər verib.

Məlumata görə, hücum zamanı İsrail hava limanında İrana məxsus Mi-17 helikopterini məhv edib.

#İsrail #İran #havalimanı #helikopter #hücum

Kanala abunə olun
6👍5🔥2😁1
🇮🇶 Kətaib Hizbullahı 🇺🇸 ABŞ səfirliyinə hücumları dayandırdı

Bu gün Kətaib Hizbullahı Bağdaddakı ABŞ səfirliyinə qarşı beş günlük atəşkəs elan edib.

Atəşkəsin şərtlərinə əsasən:
• İsrail ordusu Beyrutun cənub ətrafı və Bağdaddakı yaşayış məntəqələrini bombalamağı dayandırmalı;
• Mərkəzi Kəşfiyyat İdarəsi əməkdaşları yerləşdikləri yerlərdən çıxarılmalı;
• ABŞ səfirliyi həmin yerlərin yurisdiksiyasına verilməlidir.

Kətaib Hizbullahının baş katibi Əbu Hüseyn Əl-Həmidavi xəbərdarlıq edib ki, əgər şərtlər yerinə yetirilməsə, beş gündən sonra cavab tədbirləri “birbaşa və hədəfə alınacaq” şəkildə həyata keçiriləcək. (Thenewregion)

#KətaibHizbullahı #ABŞ #səfirlik #hücumlar #atəşkəs

Kanala abunə olun
🤮3😁1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 Senator: “Hərbçilərə 🇮🇷 İranın işini bitirməyə icazə verin”

Bu gün ABŞ senatoru Lindsi Qrem İranla bağlı açıqlamasında hərbi qüvvələrə tam səlahiyyət verilməsinin vacibliyini vurğulayıb.

O, bildirib ki, “hərbçilərə edə biləcəyiniz ən pis şey, onlardan fədakarlıq etmələrini və işi bitirməmələrini istəməkdir. Onlara kömək etmək istəyirsinizsə, zəruri hesab etdikləri işi bitirməyə icazə verin”.

Qremin sözlərinə görə, “dəli və ağlını itirmiş insanlarla müharibədə ikinci yeri tutmaqla heç nə əldə etmirsiniz”.

#ABŞ #senator #hərbçilər #İran

Kanala abunə olun
👍11🤮32
🇨🇳 Çin 🇮🇷 İran rəsmilərinə sui-qəsdləri pislədi

Bu gün Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian bildirib ki, “İran rəsmilərinə qarşı sui-qəsd və mülki hədəflərə hücumlar qətiyyən qəbuledilməzdir”.

O, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürülməsini də pisləyib.

Diplomat vurğulayıb ki, Çin beynəlxalq münasibətlərdə güc tətbiqinə, hökumət rəsmilərinin öldürülməsinə və mülki obyektlərə hücumlara qarşı davamlı olaraq çıxış edir.

Lin Jian regional vəziyyətin daha da pisləşməsinin qarşısını almaq məqsədilə tərəfləri dərhal hərbi əməliyyatları dayandırmağa çağırıb. (IRIB News)

چین: ترور مقامات ایران غیرقابل قبول است

#Çin #XİN #İran #rəsmilər #suiqəsd

Kanala abunə olun
🤮6🤬31👍1😁1
🇮🇷 Laricaninin yerinə o seçildi? 🤔

Bu gün Qərb və İsrail mediası Səid Cəlilinin İranın Ali Milli Təhlükəsizlik Şurasının yeni katibi təyin edildiyini yazıb.

Məlumata görə, bununla bağlı, İranın yeni ali rəhbəri Müctəba Xameneyi fərman imzalayıb.

Qərb mediasının məlumatına əsasən, İranın siyasi dairələrində sərt xətt tərəfdarı kimi tanınan Səid Cəlili əvvəllər müxtəlif yüksək vəzifələrdə çalışıb. Əli Laricaninin öldürülməsindən sonra isə mümkün təyinat Səid Cəliliyə yönəlib.

Eyni zamanda, 2024-cü ildə Səid Cəlilinin prezident seçkilərinə qatıldığı, ancaq ikinci turda Məsud Pezeşkiana məğlub olduğu vurğulanıb.

#İran #TəhlükəsizlikŞurası #Laricani #SəidCəlili

Kanala abunə olun
👎7😁31🔥1
🇮🇱 İsrail Xəzər dənizində 🇮🇷 İranın raket gəmilərinə hücum edib 🌊🛳️🚀

Bu gün “i24News” telekanalı xəbər verib ki, İsrail Müdafiə Qüvvələri Xəzər dənizində İran donanmasına zərbə endirib.

Hücum Gilan əyalətində yerləşən Ənzəli limanında həyata keçirilib. Bu liman 2022-ci ildən bəri Rusiya və İran tərəfindən dəniz daşımaları və silah qaçaqmalçılığı üçün istifadə olunur. Xəzər dənizinin qərb sektoru İran Hərbi Dəniz Qüvvələrinin əməliyyat bazasıdır.

Müharibənin başlanğıcından bəri bu, ilk dəfədir ki, İsrail Xəzər dənizində İran gəmilərinə hücum edib.

Hücum İsrael Katzın İranın kəşfiyyat naziri İsmayil Xətibin öldürülməsi ilə bağlı açıqlamasından sonra baş verib. Katz bildirib ki, “bu gün bütün arenalarda İrana qarşı apardığımız müharibənin səviyyəsini qaldıracaq əhəmiyyətli sürprizlər gözlənilir”.

#İsrail #Xəzərdənizi #İran #gəmi #hücum

Kanala abunə olun
6👍3
TƏCİLİ 🚨

🇮🇷 Buşehr AES hədəfə alınıb 🏭🚀🛰️


Bu gün Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutunun məlumatına görə, yüksək keyfiyyətli peyk görüntüləri Airbus tərəfindən əldə edilib və mərminin Buşehr nüvə elektrik stansiyasına təxminən 350 metr məsafədə düşdüyünü göstərir.

İran rəsmiləri daha öncə bildirib ki, ABŞ və İsrailin hücumları zamanı Buşehr AES ərazisində yerləşən tikililərdən biri zədələnib.

Bununla belə, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi stansiyanın əsas reaktorunun hücum zamanı zərər görmədiyini təsdiqləyib.

موسسه علوم و امنیت بین الملل گزارش داد، تصاویر با وضوح بالای ایرباس که امروز ثبت شده‌اند، نشان می دهد محل اصابت پرتابه در فاصله۳۵۰ متری راکتور نیروگاه بوشهر است.

#İran #Buşehr #AES #ABŞ #İsrail #hücum

Kanala abunə olun
🔥8👍3
Paşinyan: “🇦🇲 Ermənistan lazım gələrsə 🇮🇷 İrana yardım edəcək” 🤔

Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan lazım gələrsə İrana yardım göstərməyə hazırdır.

Bununla bağlı, ermənipərəst iranlı ekspert Ehsan Movəhhediyan “Telegram” kanalında paylaşım edib.

Baş nazir qeyd edib ki, söhbət hərbi deyil, məhz humanitar yardımdan gedir. Onun sözlərinə görə, hazırda Tehranın İrəvana müraciət etməsi üçün konkret ehtiyac yoxdur.

#Ermənistan #Paşinyan #İran #humanitaryardım

Kanala abunə olun
😁9
🇮🇷 İranlı jurnalist Laricani ilə bağlı diqqətçəkən paylaşım

Dünən iranlı jurnalist və siyasi analitik Behnam Qulipur “X” hesabında etdiyi paylaşımda İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ilə bağlı diqqətçəkən fikirlər səsləndirib.

O, Laricanin hücumlar zamanı öldürülməsindən sonra əlinin görüntüsünü paylaşaraq bildirib ki, yayılan görüntü “sadəcə bir üzük və ya bir əl deyil”, bu, müəyyən dini inancların çöküşünü simvolizə edir. Onun sözlərinə görə, xüsusilə “İmam Cavad üzüyü”nün insanı fiziki zərərdən qoruduğuna dair inanc bu hadisə ilə sual altına düşüb.

Analitik bu cür inancları “xurafat” adlandıraraq, onların reallıq qarşısında dayanıqsız olduğunu vurğulayıb.

بهنام قلی‌پور: این تصویر فقط انگشترِ علی لاریجانی نیست

#İran #jurnalist #ƏliLaricani

Kanala abunə olun
5👍4😁3
🇮🇷 İranda Laricani və generalların dəfn mərasimi keçirilir

Bu gün İranda ABŞ və İsrailin zərbələri nəticəsində öldürülən Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani, oğlu Murtəza, "Bəsic" qüvvələrinin komandanı Qulamrza Süleymani və general Bəhmən Bəhrami ilə dəfn mərasimi keçirilir.

Məlumata görə, Əli Laricani və oğlunun cəsədləri Həzrət Məsumənin ziyarətgahında dəfn ediləcək.

Bundan başqa, generallar Qulamrza Süleymani və Bəhmən Bəhrami ilə dəfn mərasimi Şəhrekordda baş tutur. (Tasnim News)

#İran #Laricani #generallar #dəfnmərasimi

Kanala abunə olun
🤮5😁2🔥1
TƏCİLİ 🚨

🇺🇸 ABŞ öz vətəndaşlarını 🇸🇦 Səudiyyə Ərəbistanını tərk etməyə çağırdı 🗣

Bu gün ABŞ-nin Ər-Riyaddakı səfirliyi öz vətəndaşlarını Səudiyyə Ərəbistanını dərhal tərk etməyə çağırıb. Bununla bağlı, səfirliyin “X” hesabında paylaşım edilib.

"Biz vətəndaşlarımızı kommersiya uçuşları ilə Səudiyyə Ərəbistanını tərk etməyə çağırırıq. Səudiyyə Ərəbistanının hava məkanı açıq olaraq qalır, ancaq raket və dron hücumlarının davam edən təhlükəsi səbəbindən tez-tez məhdudiyyətlər tətbiq olunur", - deyə, paylaşımda qeyd olunub. (ISNA)

هشدار آمریکا به شهروندانش: عربستان را ترک کنید

#ABŞ #səfirlik #vətəndaşlar #SəudiyyəƏrəbistanı #çağırış

Kanala abunə olun
🔥1
🇮🇷İran XİN regional həmkarları ilə danışıqlar aparıb

Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı və 🇹🇷 Türkiyə, 🇪🇬 Misir və 🇵🇰 Pakistanın xarici işlər nazirləri arasında ayrı-ayrılıqda telefon danışıqları baş tutub.

Danışıqlarda bölgədə baş verən son proseslər müzakirə olunub və tərəflər arasında fikir mübadiləsi aparılıb. Əraqçı bildirib ki, ABŞ və İsrailin İrana hücumları gərginliyi artırmaq məqsədi daşıyır.

Nazir region ölkələri arasında daha sıx koordinasiyanın vacibliyini vurğulayıb. O, ABŞ və İsrailin addımlarını “təhlükəli nəticələrə səbəb ola biləcək ehtiyatsız davranış” kimi dəyərləndirib.

Əraqçı qeyd edib ki, İran milli suverenliyini və öz vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün bütün zəruri addımları atmağa davam edəcək. (Əraqçının “Telegram” kanalı)

گفتگوی تلفنی وزیر امور خارجه با وزرای امور خارجه ترکیه، مصر و پاکستان

#İran #Türkiyə #Misir #Pakistan #XİN #müzakirə

Kanala abunə olun
😁2🤮1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 ABŞ Hörmüzdə 🇮🇷 İran donanmasını hədəfə aldı 🛳🚀

Bu gün ABŞ Hörmüz boğazında İranın Hərbi Dəniz Qüvvələrinə zərbə endirib.

Məlumata görə, əməliyyat zamanı İran donanmasına məxsus bir sıra hədəflər vurulub. Hücumun detalları və zərərin miqyası barədə hələlik rəsmi açıqlamalar məhduddur.

#ABŞ #Hörmüzboğazı #İran #donanma #hücum

Kanala abunə olun
11👍2
Media is too big
VIEW IN TELEGRAM
🇺🇸 Pit Heqset: “🇮🇷 İranın resurları xalqa yox, silahlara yönəlib” 🗣

Bu gün ABŞ-nin müdafiə naziri Pit Heqset İranla bağlı açıqlamasında Amerikanın hərbi əməliyyatlarda üstün mövqedə olduğunu bildirib.

O, qeyd edib ki, İran uzun illər ərzində dövlət resurslarını öz vətəndaşlarına deyil, raketlərə, dronlara, proksi qüvvələrə və yeraltı hərbi infrastruktura yönəldib.

Nazirin sözlərinə görə, İran əldə etdiyi iqtisadi və humanitar yardımları da hərbi məqsədlərə sərf edib və bu yanaşma HƏMAS nümunəsində də müşahidə olunub.

Heqset vurğulayıb ki, ABŞ qüvvələri İranın hərbi imkanlarını “sistemli, amansız və böyük üstünlüklə” hədəfə alır. O, əlavə edib ki, bu cür əməliyyatları dünyada heç bir ordunun eyni səviyyədə həyata keçirməsi mümkün deyil.

ABŞ müdafiə naziri sonda bildirib ki, aparılan əməliyyatların nəticələri artıq aydın şəkildə görünür.

#ABŞ #müdafiənaziri #İran #resurslar #xalq #silah

Kanala abunə olun
👍62🤮1
📰 WSJ: “🇮🇱 İsrail 🇮🇷 İran rəsmilərini gizləndikləri yerlərdə hədəfə alır” 🚀💥🔥

“The Wall Street Journal” qəzeti yazıb ki, İsrail kəşfiyyat xidmətləri İranın yüksək rütbəli rəsmilərini gizləndikləri yerlərdə müəyyən edərək hədəfə alır.

Qəzet yazır ki, Əli Laricani müharibə başlayandan sonra ilk dəfə Tehranda ictimaiyyət qarşısına çıxsa da, bir neçə gün sonra şəhər kənarında yerləşən sığınacaqda keçirilən görüş zamanı yeri müəyyən edilərək raket zərbəsi nəticəsində həlak olub.

Məlumata görə, elə həmin gün Qulamrza Süleymaninin də gizləndiyi yer müəyyən olunub. Onun Tehranın meşəlik ərazisində çadırda olduğu barədə məlumat əldə edildikdən sonra o da hədəfə alınaraq qətlə yetirilib.

Qeyd olunur ki, İsrailin son həftələrdə “Bəsic” qüvvələrinin qərargahlarına endirdiyi zərbələr onları açıq ərazilərdə toplaşmağa məcbur edib və bu da kəşfiyyat məlumatlarının əldə edilməsini asanlaşdırıb.

#İsrail #İran #gizliyer #hədəf

Kanala abunə olun
👍94
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸🇮🇷 Heqset: “Nüvə potensialına yaxınlaşan rejim qəbul olunmayacaq” ☢️

Bu gün ABŞ-nin müdafiə naziri Pit Heqset İranla bağlı açıqlamasında bildirib ki, bu ölkə həm sünni, həm də şiə proksi qruplaşmaları ilə əməkdaşlıq etməyə hazırdır.

O, vurğulayıb ki, hər hansı bir qrup amerikalıları hədəf aldıqca, İslam dünyasında onların düşmənlərinin düşməni dost hesab olunub. Nəticədə İran İraq, Əfqanıstan və dünyanın digər yerlərində amerikalıları hədəf alıb.

Heqset əlavə edib ki, prezident Donald Tramp belə bir rejimi – nüvə potensialına getdikcə yaxınlaşan rejimi – qəbul etməyəcək.

#ABŞ #İran

Kanala abunə olun
👍8😁1🤮1