Azad İran
5.89K subscribers
35.4K photos
21.8K videos
15 files
9.41K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
Azad İran
🇮🇷 İran 🇶🇦 Qətərə aviazərbə endirib 🚀🏭💥🔥 Qətərin Ras Laffan neft emalı zavodu hədəfə alınıb. اصابت  موشک های ایرانی به اهداف خود در پالایشگاه راس لفان قطر #İran #Qətər #raketzərbəsi Kanala abunə olun
🇶🇦 Qətərin ən iri enerji mərkəzlərindən biri alovlandı 🏭🚀🔥

İran tərəfindən həyata keçirilən zərbələrdən sonra Ras Laffan sənaye zonasında yerləşən neft emalı zavodunda yanğın baş verib.

Hadisə Qətər ərazisində yerləşən ölkənin əsas enerji infrastruktur obyektlərindən birində qeydə alınıb. Yerli mənbələrin məlumatına görə, zərbələrdən dərhal sonra zavod ərazisində güclü partlayış səsləri eşidilib və ardınca alovlar yüksəlib.

حملات ایران؛ آتش‌سوزی در پالایشگاه راس لفان قطر

#İran #Qətər #neftzavodu #hücum #yanğın

Kanala abunə olun
👎8
🇺🇸 ABŞ qırıcılarının hansı silahlarla uçduğu açıqlandı

ABŞ-nin İordaniyadakı aviabazadan qalxaraq İran istiqamətində əməliyyatlara cəlb olunan qırıcıların silahlanması açıqlanıb.

Məlumata görə, F-35 Lightning II qırıcıları “stels” rejimində – silahlar daxili bölmələrdə yerləşdirilərək istifadə olunur.
F-16 “Fighting Falcon” təyyarələri AIM-120 və AIM-9 raketləri, AGM-88 HARM, GBU-31 JDAM bombası və AN/ALQ-167 REM podu ilə təchiz edilib.

F-15E “Strike Eagle” isə 6 ədəd GBU-38 və 1 ədəd GBU-31 JDAM bombası daşıyır. Bundan əlavə, EA-18G “Growler” qırıcıları 4 ədəd AGM-88E AARGM və 2 ədəd AIM-120 raketi ilə radioelektron mübarizə tapşırıqlarını yerinə yetirir.

#ABŞ #qırıcılar #İran #hərbiəməliyyatlar #silah

Kanala abunə olun
👍93
🚨TƏCİLİ

🇮🇱 İsrail hücumları nəticəsində 🇮🇷 İranda hakim öldürüldü 👨‍⚖️🚀

Dünən Şiraz şəhərində Məhəmməd Xosrovani adlı hakim qətlə yetirilib. Bildirilib ki, o, Şiraz Prokurorluğunda köməkçi prokuroru və müstəntiq kimi də fəaliyyət göstərirdi.

Məlumata görə, o, İsrailin hava hücumları nəticəsində qətlə yetirilib.

Xosrovani bir sıra rezonans doğuran işlərdə, o cümlədən 2018-ci ildə etirazlar zamanı saxlanılan gənc nümayişçi Nəvid Əfkari ilə bağlı istintaq və məhkəmə prosesində iştirak edib və həmin iş üzrə çıxarılan ölüm hökmünün hazırlanmasında rol oynayıb.

قاضی خسروانی کشته شد

#İsrail #İran #hakim #hücum #ölüm

Kanala abunə olun
👍73
🇦🇿 Azərbaycan XİN: “🇮🇷 İrandan Naxçıvana dron zərbəsi ilə bağlı insidentin araşdırılmasını gözləyirik” 🗣

Azərbaycan İranın Naxçıvana pilotsuz uçuş aparatı (PUA) zərbəsi ilə bağlı insidentin hərtərəfli araşdırılması barədə verdiyi təminatları yerinə yetirəcəyinə və gələcəkdə bu cür halların qarşısının alınması üçün zəruri tədbirlər görəcəyinə ümid edir.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Ər-Riyadda XİN başçılarının məsləhət görüşündə bəyan edib.

Bayramov görüş iştirakçılarına xatırladıb ki, martın 5-də İran ərazisindən uçan PUA-lar Azərbaycanın Naxçıvan bölgəsinin infrastrukturuna zərbələr endirib. Nəticədə dörd mülki şəxs xəsarət alıb və Naxçıvan beynəlxalq hava limanı da daxil olmaqla kritik infrastruktura əhəmiyyətli ziyan dəyib. (Azərbaycan XİN)

#Azərbaycan #XİN #Naxçıvan #İran #dron #hücum #araşdırma #tələb

Kanala abunə olun
👍7
🇮🇷 İran XİN: “🇫🇷 Fransa 🇮🇱 İsrail və 🇺🇸 ABŞ-nin hücumlarını pisləməyib”

Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı Fransa prezidenti Emmanuel Makronun İsrailin İrana qarşı hərəkətlərini pisləməməsi ilə bağlı açıqlamasına sərt reaksiya verib.

İranlı nazir bildirib ki, Makron diqqətini İsrail və ABŞ-nin addımlarından çox, Tehranın cavab tədbirlərinə yönəldib.

“Makron İsrail və ABŞ-nin İrana qarşı müharibəsini bir kəlmə də olsun pisləməyib. O, Tehranda yanacaq anbarını partladan və milyonlarla insanı toksinlərə məruz qoyan İsraili qınamayıb. Onun hazırkı «narahatlığı» İsrailin qaz obyektlərimizə hücumundan sonra deyil, bizim cavab tədbirlərimizdən sonra yaranıb. Kədərlidir!”, – deyə Əraqçı paylaşımında vurğulayıb.

#İran #Əraqçı #XİN #tənqid #Fransa #Makron #açıqlama #İsrail #ABŞ #müharibə

Kanala abunə olun
😁42🤮1
🚨 SON DƏQİQƏ

🇮🇷 İranda yüksək vəzifələrə yeni təyinatlar olub


Bu gün İran mediası ölkənin təhlükəsizlik strukturlarında mühüm təyinatların həyata keçirildiyi ilə bağlı məlumat yayıb.

Məlumata görə, Hüseyn Dehqan mərhum Əli Laricaninin yerinə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin olunub. Dehqan daha öncə müdafiə naziri və keçmiş ali rəhbərin müdafiə sənayesi üzrə müşaviri vəzifələrində çalışıb.

Digər məlumata əsasən, Mustafa Purməhəmmədi İsmayıl Xətibin yerinə ölkənin ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) naziri təyin edilib. Onun təhlükəsizlik strukturlarında uzun illər təcrübəsi olduğu, əvvəllər daxili işlər naziri, ədliyyə naziri, baş prokuror, kəşfiyyat nazirinin müavini və ETTELAAT Nazirliyinin Xarici Kəşfiyyat İdarəsinin rəisi vəzifələrində çalışdığı bildirilir.

#İran #TəhlükəsizlikŞurası #ETTELAATnaziri #vəzifə #təyinat

Kanala abunə olun
😁12🤮21
Azad İran
🇮🇷 İran 🇶🇦 Qətərə aviazərbə endirib 🚀🏭💥🔥 Qətərin Ras Laffan neft emalı zavodu hədəfə alınıb. اصابت  موشک های ایرانی به اهداف خود در پالایشگاه راس لفان قطر #İran #Qətər #raketzərbəsi Kanala abunə olun
🛑 TƏCİLİ

🇶🇦 Qətər 🇮🇷 İranın iki attaşesini “persona-non-grata” elan etdi

Bu gün Qətər iki iranlı diplomatı “persona-non-grata” elan edib və onlara 24 saat ərzində ölkəni tərk etməyi tapşırıb.

Bununla bağlı Qətər Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, İranın hərbi və təhlükəsizlik attaşeləri, eləcə də onların tabeliyində olan şəxslər “arzuolunmaz şəxs" elan olunub.

Rəsmi bəyanatda qərarın İranın beynəlxalq hüquq və mehriban qonşuluq prinsiplərini pozması fonunda verildiyi qeyd edilib.

Eyni zamanda, Qətərin Müdafiə Nazirliyi Ras Laffan sənaye zonasına endirilən zərbənin İrandan qaynaqlandığını təsdiqləyib. Daxili İşlər Nazirliyi isə hadisə yerində xilasedicilərin yanğınla mübarizə apardığını açıqlayıb.

“Persona-non-grata” — latın mənşəli ifadədir və “arzuolunmaz şəxs” deməkdir. Diplomatik praktikada bu status verilən şəxs qəbul edən ölkədə qalmaq hüququnu itirir və qısa müddət ərzində ölkəni tərk etməlidir.

#Qətər #İran #attaşe #personanongrata

Kanala abunə olun
4👍2
🇮🇷 İranda yanvar etirazlarında iştirak edən üç nəfər edam olundu 😢🤬

Bu gün İranda yanvar etirazlarında təhlükəsizlik orqanlarının əməkdaşlarının ölümündə təqsirli bilinən üç nəfər dar ağacından asılıb.

Bununla bağlı, İranın Məhkəmə-Ədliyyə Sisteminin mətbu orqanı olan "Mizan Online" saytı məlumat yayıb.

Məlumata görə, Ali Məhkəmənin hökmü qüvvədə saxlamasından sonra “iki polis əməkdaşını öldürmək”, “İsrail və ABŞ üçün əməliyyat tədbirləri görmək”də təqsirli bilinən Mehdi Qasimi, Saleh Məhəmmədi və Səid Davudi adlı məhkumların edam cəzası Qum şəhər zindanında həyata keçirilib.

Xatırladaq ki, İranda inflyasiya və milli valyutanın dollara nisbətdə rekord həddə kəskin ucuzlaşması nəticəsində bu ilin yanvarında son üç ildə ən böyük kütləvi etirazlar keçirilib.

#İran #etirazlar #məhbus #edam

Kanala abunə olun
👎10🤬3👍1
🚨TƏCİLİ

🇦🇪 BƏƏ-də 🇮🇷 İran xəstəxanası qəfil bağlandı 🏥

Dubayda fəaliyyət göstərən “İran Xəstəxanası” təyin olunmuş müddətdən öncə qəfil bağlanıb.

Məlumata görə, BƏƏ hakimiyyəti daha əvvəl xəstəxana rəhbərliyinə fəaliyyətini dayandırmaq üçün bir ay vaxt vermişdi. Ancaq martın 17-də Dubay polisi tibb müəssisəsinə daxil olaraq onu bir neçə saat ərzində tam boşaldıb və fəaliyyətini dayandırıb.

Bildirilir ki, xəstəxanada olan pasiyentlər təcili yardım vasitəsilə digər tibb müəssisələrinə köçürülüb. İşçilərə isə şəxsi əşyalarını götürərək ərazini tərk etmək üçün qısa müddət verilib. Habelə, elektron avadanlıqların və kompüterlərin binadan çıxarılmasına icazə verilmədiyi qeyd olunur.

Bundan bir neçə gün əvvəl Dubayda fəaliyyət göstərən İran məktəbləri də bağlanmış, həmin məktəblərin əməkdaşlarının yaşadığı mənzillər boşaldılmışdı. (Iranintl)

#BƏƏ #Dubay #İran #xəstəxana

Kanala abunə olun
👍81
🇷🇺 Putin 🇮🇷 Laricaninin qətli ilə bağlı İrana başsağlığı verdi

Bu gün Rusiya prezidenti Vladimir Putin İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin İsrailin hücumlarında həlak olması ilə bağlı başsağlığı verib.

Putin İranın yeni ali rəhbəri Müctəba Xameneiyə ünvanladığı başsağlığı mesajında Əli Laricaninin qətli ilə əlaqədar kədərləndiyini bildirib.

Putin mesajında yazıb ki, “Əli Laricani öz millətinin maraqlarını qətiyyətlə müdafiə edən müdrik və uzaqgörən siyasətçi olub”. O, Laricani ilə Moskvada dəfələrlə görüşdüyü və onun iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafında mühüm rol oynadığına diqqət çəkib.

Rusiya prezidenti mərhumun ailəsinə və yaxınlarına səmimi başsağlığı və dəstəyini çatdırıb, Laricaninin xatirəsinin qəlblərdə qalacağını vurğulayıb. (IRNA)

#Rusiya #Putin #İran #Laricani #başsağlığı

Kanala abunə olun
😁8🤮4
🇮🇷 İran 🇦🇪 BƏƏ-dən 🇺🇸 ABŞ zərbələrinə görə təzminat tələb edir 💸

Bu gün İran BƏƏ-ni ABŞ-nin İslam Respublikasına endirdiyi zərbələrə görə məsul tutaraq təzminat tələb edib.

BMT Baş katibinə göndərilən məktubda İranın BMT-dəki səfiri Əmir Səid İrəvani BƏƏ-ni ABŞ hücumlarında iştirakda günahlandırıb.

Məktubda qeyd olunur ki, BƏƏ ərazisinin hücumlar üçün istifadəsinə icazə verilməsi beynəlxalq hüquqazidd hərəkət sayılır və bununla əlaqədar bütün maddi və mənəvi zərərlərə görə kompensasiya istənilib.

İrəvani məktubunda bildirib ki, fevralın 28-dən etibarən BƏƏ və bəzi qonşu ölkələrin ərazisi ABŞ və müttəfiqləri tərəfindən İrana qarşı hücumlar üçün istifadə olunub. Bu hərəkət beynəlxalq hüquqa ziddir və bundan irəli gələn məsuliyyət BƏƏ hakimiyyətinə əvvəlcədən bildirilib, Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi dərc edilib. (Fars News)

#İran #BƏƏ #ABŞ #hücumlar #təzminat

Kanala abunə olun
🤮112😁1
Azad İran
🚨SON DƏQİQƏ 🇮🇷 İrandakı dünyanın ən böyük qaz yatağı hədəfə alındı ⛽️🚀🔥 Bu gün İsrail İranın cənub-qərbindəki Buşehr əyalətində yerləşən Cənubi Pars qaz yatağına hava hücumları həyata keçirib. Məlumata əsasən, zərbələr zamanı qaz emalı zavodları pilotsuz…
🇮🇱 İsrailin 🇮🇷 İranın qaz yatağına hücumu 🇺🇸 ABŞ ilə koordinasiyada həyata keçirilib

“Axios” nəşrinin israilli müxbiri Barak Ravid ölkəsinin İranın Cənubi Pars qaz yataqları üzərində həyata keçirilən hücumun İsrailin baş nazirinin ofisi ilə Ağ Ev arasında koordinasiyalı şəkildə aparıldığını açıqlayıb.

Bununla bağlı, müxbir İsrail rəsmilərinə istinadla məlumat yayıb. Rəsmi şəxs bildirib ki, hücumun əsas məqsədi İslam Respublikasına mesaj verməkdir: “əgər İran Hörmüz boğazından neft tədarükünü pozmağa davam edərsə, ölkənin enerji infrastrukturu hədəfə alınacaq və iqtisadi böhran dərinləşəcək”.

“Bu hücum növbəti addımın nə ola biləcəyi barədə bir mesaj idi”, – deyə, İsrail rəsmisi vurğulayıb.

Eyni zamanda, “Axios” xəbər verir ki, əməliyyatı İsrail Hərbi Hava Qüvvələri həyata keçirib və ABŞ tərəfindən təsdiqlənib. Barak Ravidin yazdığına görə, əməliyyatın məqsədi həm də İran daxilində iqtisadi və strateji təzyiq yaratmaq olub.

#İsrail #İran #qazyatağı #ABŞ #hücum #koordinasiya
🔥8
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇱 İsrail 🇮🇷 İran helikopterini vurdu 🚀🚁💥🔥

Dünən İsrail Hərbi Hava Qüvvələri Həmədan şəhərindəki Sənəndəc hava limanına zərbələr endirib. Bununla bağlı, İsrail ordusunun mətbuat xidməti xəbər verib.

Məlumata görə, hücum zamanı İsrail hava limanında İrana məxsus Mi-17 helikopterini məhv edib.

#İsrail #İran #havalimanı #helikopter #hücum

Kanala abunə olun
6👍5🔥2😁1
🇮🇶 Kətaib Hizbullahı 🇺🇸 ABŞ səfirliyinə hücumları dayandırdı

Bu gün Kətaib Hizbullahı Bağdaddakı ABŞ səfirliyinə qarşı beş günlük atəşkəs elan edib.

Atəşkəsin şərtlərinə əsasən:
• İsrail ordusu Beyrutun cənub ətrafı və Bağdaddakı yaşayış məntəqələrini bombalamağı dayandırmalı;
• Mərkəzi Kəşfiyyat İdarəsi əməkdaşları yerləşdikləri yerlərdən çıxarılmalı;
• ABŞ səfirliyi həmin yerlərin yurisdiksiyasına verilməlidir.

Kətaib Hizbullahının baş katibi Əbu Hüseyn Əl-Həmidavi xəbərdarlıq edib ki, əgər şərtlər yerinə yetirilməsə, beş gündən sonra cavab tədbirləri “birbaşa və hədəfə alınacaq” şəkildə həyata keçiriləcək. (Thenewregion)

#KətaibHizbullahı #ABŞ #səfirlik #hücumlar #atəşkəs

Kanala abunə olun
🤮3😁1