Azad İran
5.88K subscribers
35.5K photos
21.8K videos
15 files
9.41K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
Azad İran
TƏCİLİ 🚨 🇮🇱 İsrail 🇮🇷 İranın kəşfiyyat nazirinin öldürməyə cəhd edib Dünən İsrail İranın ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) naziri Seyid İsmayıl Xətibi öldürməyə cəhd edib. Məlumata görə, İsrailin ötən gecə Tehrana həyata keçirdiyi hücumlarının hədəfi…
🇮🇱 İsrail 🇮🇷 İranın kəşfiyyat nazirinin öldürüldüyünü təsdiqləyib

Bu gün İsrailin müdafiə naziri İsrael Katz İranın ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) naziri İsmayıl Xətibin öldürüldüyünü bəyan edib.

Katzın sözlərinə görə, Xətib ötən gecə İsrailin Tehrana endirdiyi zərbə nəticəsində həlak olub. (Iran International)

یسرائیل کاتز، وزیر دفاع اسرائیل، تایید کرد اسماعیل خطیب، وزیر اطلاعات جمهوری اسلامی، در حملات شامگاه سه‌شنبه به تهران کشته شده است

#İsrail #İran #kəşfiyyatnaziri #ölüm

Kanala abunə olun
👍9👏32
Bloomberg: “🇮🇷 Laricaniyə hücumun məqsədi ayətullahlara təzyiq olub”

“Bloomberg” agentliyi xəbər verib ki, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin hədəfə alınması daha geniş strategiyanın tərkib hissəsi olub.

Məlumatda adı açıqlanmayan İsrail rəsmisinə istinadən bildirilir ki, bu hücum İranın ali dini rəhbərliyinə – ayətullahlara təzyiq göstərmək məqsədi daşıyıb.

Mənbənin sözlərinə görə:“Münaqişənin həlli üçün ayətullah rejimi yox olana qədər təzyiq göstərməliyik. Bir ayətullah rejiminin digəri ilə əvəz olunmasına icazə verməyəcəyik”.

Agentliyin məlumatına əsasən, bəzi ekspertlər Laricaninin öldürülməsinin Fars körfəzi bölgəsində gərginliyin azaldılması istiqamətində mümkün diplomatik səylərə mənfi təsir göstərə biləcəyindən ehtiyat edirlər.

#İran #Laricani #İsrail #ayətullah #təzyiq

Kanala abunə olun
👍42
🇮🇷 İranda Laricani ilə vida mərasimi keçirilir

Bu gün Tehranda İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani, “Bəsic” qüvvələrinin komandanı Qulamrza Süleymani və gəmiçilərlə vida mərasimi təşkil edilib.

Bununla bağlı, “Tasnim News” agentliyi görüntülər paylaşıb.

Məlumata görə, onlar Tehranda İmamzadəgan ziyarətgahının qarşısında dəfn olunacaqlar.

#İran #Tehran #Laricani #vidamərasimi

Kanala abunə olun
🤮5😁41👍1
🇷🇺 Rusiya 🇮🇷 İran rəsmilərinə qarşı sui-qəsdləri pislədi

Dünən Rusiya İranın yüksək vəzifəli rəsmilərinə qarşı həyata keçirilən sui-qəsdləri pisləyib.

Kremlin sözçüsü Dmitri Peskov İsrailin hava hücumu nəticəsində Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürülməsi ilə bağlı suala cavabında bildirib ki, Moskva bu cür addımları qəbuledilməz hesab edir.

“Biz İranın müstəqil və suveren hakimiyyətinin nümayəndələrinin, eləcə də digər ölkələrin liderlərinin sağlamlığına zərər vurmağa və ya nəticədə öldürməyə yönəlmiş istənilən addımı qətiyyətlə pisləyirik”, - deyə, Peskov bildirib.

#Rusiya #İran #Laricani #İsrail #suiqəsd

Kanala abunə olun
🤮10😁1
🇮🇷 SEPAH-ın “saxta rezervasiya” planı nəticə vermədi: 🇮🇱 İsrail dəqiq zərbə endirdi

İsrailli süni intellekt tədqiqatçısı və investor Eli David “X” hesabında paylaşım edərək Livanda baş verən hadisə ilə bağlı diqqətçəkən məlumatlar açıqlayıb.

Onun sözlərinə görə, SEPAH-ın dörd komandanı gizlənmək məqsədilə bir hoteldə saxta adlarla 15 otaq rezervasiya edib. Ancaq onlar yalnız bir otaqdan istifadə edib və təhlükəsizlik kameralarını da söndürüb.

Eli David bildirilib ki, bütün bu tədbirlərə baxmayaraq, onların dəqiq yerləşdiyi otaq müəyyən edilib və idarə olunan raket məhz həmin nöqtəyə zərbə endirib.

Paylaşımda qeyd olunur ki, hücum nəticəsində hotelin yalnız bir hissəsi dağılıb, binanın digər hissələri isə ciddi zərər görməyib. Eyni zamanda, o, hoteldə olan digər insanların zərər çəkmədiyini vurğulayıb.

فریب با ۱۵ اتاق جواب نداد؛ موشک اسرائیلی دقیقاً به اتاق فرماندهان سپاه خورد

#İran #SEPAH #komandan #İsrail #hücum

Kanala abunə olun
👍114
🇺🇸 Trampdan xəbərdarlıq: “🇮🇷 İranın rejiminin qalanlarını aradan qaldırsaq nə olar?”

Bu gün ABŞ prezidenti Donald Tramp İranla bağlı özünün “Truth Social” platformasında diqqətçəkən paylaşım edib.

Tramp paylaşımında İranı “terror dövləti” kimi xarakterizə edərək yazıb:

“Maraqlıdır, əgər İranın terror dövləti adlandırılan quruluşundan qalanları da tamamilə aradan qaldırsaydıq və bu dövlətdən istifadə edən ölkələri – biz yox – həmin "boğaz" (Hörmüz boğazı nəzərdə tutulur) məsələsinə görə cavabdeh etsəydik, nə baş verərdi? Bu, cavab verməyən bəzi "müttəfiqlərimizi" tez bir zamanda hərəkətə gətirərdi”.

#ABŞ #Tramp #İran #xəbərdarlıq

Kanala abunə olun
6👍2
🇮🇷 İran XİN: “Laricaninin qətli terror aktıdır”

Bu gün İran Xarici İşlər Nazirliyi Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürülməsini terror aktı adlandırıb.

Nazirliyin yaydığı bəyanatda bildirilir ki, Tehran bu hadisə ilə bağlı beynəlxalq ictimaiyyəti hərəkətə keçməyə çağırır. İran tərəfi BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq qurumları qətldə iştirak edən şəxslərin məsuliyyətə cəlb olunmasını təmin etməyə dəvət edib.

Açıqlamada vurğulanıb: “Bu cür terror hücumları nəinki İran xalqının təhlükəsizlik və milli maraqları qorumaq iradəsini sarsıdacaq, həm də, xalqın və rəsmilərin vətəni müdafiə etmək əzmini daha da artıracaq”. (İran XİN-nin rəsmi internet saytı)

#İran #XİN #Laricani #qətl #terroraktı

Kanala abunə olun
🤮8😁2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚨SON DƏQİQƏ

🇮🇷 İrandakı dünyanın ən böyük qaz yatağı hədəfə alındı ⛽️🚀🔥


Bu gün İsrail İranın cənub-qərbindəki Buşehr əyalətində yerləşən Cənubi Pars qaz yatağına hava hücumları həyata keçirib.

Məlumata əsasən, zərbələr zamanı qaz emalı zavodları pilotsuz uçuş aparatları ilə hədəfə alınıb. Bununla bağlı, İranın Neft Nazirliyinə istinadən məlumat verilib.

Qeyd edək ki, Cənubi Pars qaz yatağı dünyanın ən böyük qaz yatağı hesab olunur. Fars Körfəzində yerləşən bu yataq İran və Qətər arasında bölüşdürülür və dünyanın qaz ehtiyatlarının təxminən 8 faizini təşkil edir. Habelə, İranın ümumi qaz ehtiyatlarının yarısı bu yataqda cəmləşib.

حمله موشکی به پارس جنوبی؛ جنگ به قلب انرژی منطقه رسید

#İsrail #İran #CənubiPars #qazyatağı #hücum

Kanala abunə olun
🔥72
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İran generalı 🇺🇸 Trampı “axmaq” adlandırdı

Dünən İran Polis Komandanlığının rəisi, general Əhmədrza Radan hökumət tərəfdarları qarşısında çıxış edərək ABŞ prezidenti Donald Tramp haqqında sərt ifadələr işlədib.

Radan çıxışında Trampın mitinq görüntülərində süni intellektdən istifadə ilə bağlı açıqlamalarına istinad edib və onu tənqid edib. Trampı “axmaq” adlandıran general onu dəvəyə bənzədib və ABŞ prezidentinin son açıqlamasını ələ salıb.

Radanın sözlərinə görə, bu reaksiyalar Trampın İranı dezinformasiya yaymaqda və süni intellekt vasitəsilə uydurma görüntülər yaratmaqda günahlandırmasına bir cavabdır. (Snn.ir)

احمدرضا رادان، فرمانده نیروی انتظامی جمهوری اسلامی، در جمع حامیان حکومت با اشاره به اظهارات پیشین دونالد ترامپ درباره استفاده از هوش مصنوعی در تصاویر تجمعات، او را با عباراتی تند مورد تمسخر قرار داد

#İran #general #ABŞ #Tramp #təhqir

Kanala abunə olun
🤮10👏31😁1
Azad İran
🚨SON DƏQİQƏ 🇮🇷 İrandakı dünyanın ən böyük qaz yatağı hədəfə alındı ⛽️🚀🔥 Bu gün İsrail İranın cənub-qərbindəki Buşehr əyalətində yerləşən Cənubi Pars qaz yatağına hava hücumları həyata keçirib. Məlumata əsasən, zərbələr zamanı qaz emalı zavodları pilotsuz…
🚨TƏCİLİ

🇮🇷 SEPAH ərəb ölkələrinə xəbərdarlıq etdi
🔥

Bu gün SEPAH bəyanat yayaraq, 🇸🇦 Səudiyyə Ərəbistanı, 🇶🇦 Qətər və 🇦🇪 BƏƏ-yə neft və kimya obyektlərini təcili boşaltmaq barədə xəbərdarlıq edib.

Bəyanat İsrailin ABŞ ilə koordinasiyalı şəkildə İranın Buşehr əyalətindəki Cənubi Pars qaz yatağına hücumlarından dərhal sonra verilib.

هشدار فوری ایران برای تخلیه پتروشیمی های عربستان قطر امارات

#İran #SEPAH #ərəbölkələri #xəbərdarlıq

Kanala abunə olun
🤮9🔥1🤬1
Müharibə 🇮🇷 İranı viran qoydu: Tehranda hər addımda ölüm və dağıntı 🚀🔥😥

Tehran 2026-cı ilin ən gərgin geosiyasi münaqişələrindən birinin mərkəzinə çevrilib. Fevralın 28-dən etibarən ABŞ, İsrail və İran arasında başlayan hərbi əməliyyatlar Tehranı dəfələrlə hava və raket hücumlarına məruz qoyub.

Müharibənin başlanğıcından bəri 1300-dən çox iranlı mülki şəxs həlak olub, itkilər isə davamlı olaraq artmaqdadır.

Şəhərdə humanitar vəziyyət ağırlaşıb, su, elektrik və səhiyyə infrastrukturu zərər görüb. Mülki əhalinin qorunması və yardım çatdırılması sahəsində çağırışlar artır.

Tehran və beynəlxalq təşkilatlar hücumların dayandırılması və humanitar yardımların təmin edilməsi üçün çağırışlarını davam etdirir.

تصاویر دلخراش از میزان تلفات حمله اسرائیل به تهران ۱۸+

#ABŞ #İsrail #İran #müharibə #faciə

Kanala abunə olun
🔥4😱43👎2🤩1