Azad İran
5.89K subscribers
35.4K photos
21.8K videos
15 files
9.41K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
TƏCİLİ 🚨

🇮🇱 İsrail 🇮🇷 İranın kəşfiyyat nazirinin öldürməyə cəhd edib


Dünən İsrail İranın ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) naziri Seyid İsmayıl Xətibi öldürməyə cəhd edib.

Məlumata görə, İsrailin ötən gecə Tehrana həyata keçirdiyi hücumlarının hədəfi İsmayıl Xətib olub.

Hələlik onun taleyi məlum deyil. İran tərəfdən rəsmi məlumat yoxdur. (Iran International)

هدف حمله شبانه به تهران اسماعیل خطیب بوده است

#İsrail #İran #kəşfiyyatnaziri #hücum

Kanala abunə olun
6👏4👍2😁1
🇮🇷 Laricani və oğlu 🇮🇱 İsrailin qurbanı oldu

Dünən İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani oğlu Murtəza Laricani İsrailin hava zərbələri nəticəsində həlak olub.

Bu gün İran mediasında Laricaninin və Murtuzanın tabutları ilə yanaşı, şəxsi şəkilləri də yayımlanıb. Məlumata görə, Murtəza Ali Milli Təhlükəsizlik Şurasında atasının xüsusi köməkçisi vəzifəsində çalışıb.

Görüntülər ictimaiyyətə həlak olan ata və oğulun xatirəsini yad etmək və onların rolunu nümayiş etdirmək məqsədilə təqdim olunub.

تصاویری از مرتضی لاریجانی که به همراه پدرش کشته شد

#İran #Laricani #İsrail #hücum #ölüm

Kanala abunə olun
5👍5
🇮🇱 İsrail 🇮🇷 Tehrana genişmiqyaslı hava hücumu həyata keçirdi 🚀

Dünən İsrail Hərbi Hava Qüvvələri Tehrana genişmiqyaslı hava hücumu həyata keçirib. Hücum nəticəsində şəhərdəki strateji hərbi obyektlər hədəf alınıb.

Paytaxtdakı hədəflər bunlar idi:
▪️ Etirazların yatırılmasında cavabdehlik daşıyan SEPAH qərargahı;
▪️ Təhlükəsizlik qüvvələri üçün texniki xidmət və təchizat mərkəzi;
▪️ Ballistik raket sistemi ilə əlaqəli qərargah.

Hücum zamanı İsrail Müdafiə Nazirliyinin məlumatına görə, İranın bir neçə hava hücumundan müdafiə sistemi də zərbə alıb.

حمله به مراکز نظامی و پدافند هوایی ایران توسط اسرائیل

#İsrail #İran #Tehran #hücum

Kanala abunə olun
5👍4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇱 İsrail ordusu 🇵🇸 HƏMAS komandanını öldürüb 🚀

Dünən İsrail ordusu HƏMAS-ın təchizat və logistika üzrə komandanı Yəhya Əbu-Ləbdanın öldürüldüyünü açıqlayıb.

Məlumata görə, Əbu-Ləbda təşkilatın hərbi qanadı üçün silah və texnikanın tədarükü, eləcə də daşınmasına cavabdeh olub. O, raket istehsalı üçün xammal və elektron komponentlərin təmin edilməsində mühüm rol oynayıb.

Bildirilir ki, onun koordinasiya etdiyi bəzi avadanlıqlar 2023-cü il oktyabrın 7-də İsrailin cənubuna edilən hücumlarda istifadə olunub.

İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin açıqlamasında qeyd edilib ki, əməliyyatlar davam edəcək.

#İsrail #HƏMAS #komandan #hücum #ölüm

Kanala abunə olun
👍7👏3
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷Əraqçı: “🇺🇸ABŞ-ni bu müharibəyə 🇮🇱Netanyahu cəlb edib”

Bu gün İran xarici işlər naziri Abbas Əraqçı “Əl-Cəzirə” kanalına müsahibəsində ABŞ və İsraili sərt tənqid edib.

Əraqçı bildirib ki, ABŞ-nin münaqişəyə qoşulmasında İsrailin, xüsusilə Benyamin Netanyahunun rolu olub: “Amerikalıları bu müharibəyə İsrail, daha dəqiq desək, Netanyahu cəlb etdi”.

Nazir qeyd edib ki, qarşı tərəfin aydın strategiyası yoxdur: “Düşünürəm ki, onlar son məqsədlərinin nə olduğunu belə bilmirlər. Hər gün fərqli bir şey deyirlər – rejim dəyişikliyi, İranı bölmək, hökuməti dağıtmaq və ya qeyd-şərtsiz təslim olmaq”.

Onun sözlərinə görə, bu yanaşma səhv hesablamalara əsaslanıb və hazırda ABŞ çətin vəziyyətlə üzləşib. Əraqçı deyib ki, əvvəllər “qeyd-şərtsiz təslim” olmağı tələb edən tərəflər indi bölgədə, o cümlədən Hörmüz boğazının açılması üçün dəstək axtarırlar.

O, vurğulayıb ki, müharibəyə ABŞ başlayıb və Vaşinqton səhvini etiraf edərək hərbi əməliyyatlara son qoymalıdır.

#İran #Əraqçı #XİN #ABŞ #müharibə

Kanala abunə olun
😁4👍1🤮1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 Laricaninin öldürüldüyü yerin görüntüləri paylaşılıb 🚀📹

Dünən İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani və oğlu İsrailin Tehrana hava hücumları zamanı ölüb.

“Əl-Ərəbiyyə” telekanalı Laricaninin və oğlunun öldüyü yerdən görüntülər yayımlayıb.

Görüntülərdən raketin düşdüyü ərazinin dağıldığını görmək mümkündür. Hücum zamanı Laricaninin köməkçi və cangüdənlərinin də öldürüldüyü bildirilib.

تصاویر ویدیویی منتشر شده در رسانه‌های اجتماعی ویرانی گسترده برجای مانده از حمله اسرائیل که به کشته‌شدن علی لاریجانی، دبیر عالی شورای امنیت ملی ایران و پسر و دستیاران و محافظانش منجر شده است را نشان می‌دهد.

#İran #Laricani #İsrail #hücum

Kanala abunə olun
👍52
Azad İran
TƏCİLİ 🚨 🇮🇱 İsrail 🇮🇷 İranın kəşfiyyat nazirinin öldürməyə cəhd edib Dünən İsrail İranın ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) naziri Seyid İsmayıl Xətibi öldürməyə cəhd edib. Məlumata görə, İsrailin ötən gecə Tehrana həyata keçirdiyi hücumlarının hədəfi…
🇮🇱 İsrail 🇮🇷 İranın kəşfiyyat nazirinin öldürüldüyünü təsdiqləyib

Bu gün İsrailin müdafiə naziri İsrael Katz İranın ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) naziri İsmayıl Xətibin öldürüldüyünü bəyan edib.

Katzın sözlərinə görə, Xətib ötən gecə İsrailin Tehrana endirdiyi zərbə nəticəsində həlak olub. (Iran International)

یسرائیل کاتز، وزیر دفاع اسرائیل، تایید کرد اسماعیل خطیب، وزیر اطلاعات جمهوری اسلامی، در حملات شامگاه سه‌شنبه به تهران کشته شده است

#İsrail #İran #kəşfiyyatnaziri #ölüm

Kanala abunə olun
👍9👏32
Bloomberg: “🇮🇷 Laricaniyə hücumun məqsədi ayətullahlara təzyiq olub”

“Bloomberg” agentliyi xəbər verib ki, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin hədəfə alınması daha geniş strategiyanın tərkib hissəsi olub.

Məlumatda adı açıqlanmayan İsrail rəsmisinə istinadən bildirilir ki, bu hücum İranın ali dini rəhbərliyinə – ayətullahlara təzyiq göstərmək məqsədi daşıyıb.

Mənbənin sözlərinə görə:“Münaqişənin həlli üçün ayətullah rejimi yox olana qədər təzyiq göstərməliyik. Bir ayətullah rejiminin digəri ilə əvəz olunmasına icazə verməyəcəyik”.

Agentliyin məlumatına əsasən, bəzi ekspertlər Laricaninin öldürülməsinin Fars körfəzi bölgəsində gərginliyin azaldılması istiqamətində mümkün diplomatik səylərə mənfi təsir göstərə biləcəyindən ehtiyat edirlər.

#İran #Laricani #İsrail #ayətullah #təzyiq

Kanala abunə olun
👍42
🇮🇷 İranda Laricani ilə vida mərasimi keçirilir

Bu gün Tehranda İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani, “Bəsic” qüvvələrinin komandanı Qulamrza Süleymani və gəmiçilərlə vida mərasimi təşkil edilib.

Bununla bağlı, “Tasnim News” agentliyi görüntülər paylaşıb.

Məlumata görə, onlar Tehranda İmamzadəgan ziyarətgahının qarşısında dəfn olunacaqlar.

#İran #Tehran #Laricani #vidamərasimi

Kanala abunə olun
🤮5😁41👍1
🇷🇺 Rusiya 🇮🇷 İran rəsmilərinə qarşı sui-qəsdləri pislədi

Dünən Rusiya İranın yüksək vəzifəli rəsmilərinə qarşı həyata keçirilən sui-qəsdləri pisləyib.

Kremlin sözçüsü Dmitri Peskov İsrailin hava hücumu nəticəsində Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürülməsi ilə bağlı suala cavabında bildirib ki, Moskva bu cür addımları qəbuledilməz hesab edir.

“Biz İranın müstəqil və suveren hakimiyyətinin nümayəndələrinin, eləcə də digər ölkələrin liderlərinin sağlamlığına zərər vurmağa və ya nəticədə öldürməyə yönəlmiş istənilən addımı qətiyyətlə pisləyirik”, - deyə, Peskov bildirib.

#Rusiya #İran #Laricani #İsrail #suiqəsd

Kanala abunə olun
🤮10😁1
🇮🇷 SEPAH-ın “saxta rezervasiya” planı nəticə vermədi: 🇮🇱 İsrail dəqiq zərbə endirdi

İsrailli süni intellekt tədqiqatçısı və investor Eli David “X” hesabında paylaşım edərək Livanda baş verən hadisə ilə bağlı diqqətçəkən məlumatlar açıqlayıb.

Onun sözlərinə görə, SEPAH-ın dörd komandanı gizlənmək məqsədilə bir hoteldə saxta adlarla 15 otaq rezervasiya edib. Ancaq onlar yalnız bir otaqdan istifadə edib və təhlükəsizlik kameralarını da söndürüb.

Eli David bildirilib ki, bütün bu tədbirlərə baxmayaraq, onların dəqiq yerləşdiyi otaq müəyyən edilib və idarə olunan raket məhz həmin nöqtəyə zərbə endirib.

Paylaşımda qeyd olunur ki, hücum nəticəsində hotelin yalnız bir hissəsi dağılıb, binanın digər hissələri isə ciddi zərər görməyib. Eyni zamanda, o, hoteldə olan digər insanların zərər çəkmədiyini vurğulayıb.

فریب با ۱۵ اتاق جواب نداد؛ موشک اسرائیلی دقیقاً به اتاق فرماندهان سپاه خورد

#İran #SEPAH #komandan #İsrail #hücum

Kanala abunə olun
👍114
🇺🇸 Trampdan xəbərdarlıq: “🇮🇷 İranın rejiminin qalanlarını aradan qaldırsaq nə olar?”

Bu gün ABŞ prezidenti Donald Tramp İranla bağlı özünün “Truth Social” platformasında diqqətçəkən paylaşım edib.

Tramp paylaşımında İranı “terror dövləti” kimi xarakterizə edərək yazıb:

“Maraqlıdır, əgər İranın terror dövləti adlandırılan quruluşundan qalanları da tamamilə aradan qaldırsaydıq və bu dövlətdən istifadə edən ölkələri – biz yox – həmin "boğaz" (Hörmüz boğazı nəzərdə tutulur) məsələsinə görə cavabdeh etsəydik, nə baş verərdi? Bu, cavab verməyən bəzi "müttəfiqlərimizi" tez bir zamanda hərəkətə gətirərdi”.

#ABŞ #Tramp #İran #xəbərdarlıq

Kanala abunə olun
6👍2
🇮🇷 İran XİN: “Laricaninin qətli terror aktıdır”

Bu gün İran Xarici İşlər Nazirliyi Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürülməsini terror aktı adlandırıb.

Nazirliyin yaydığı bəyanatda bildirilir ki, Tehran bu hadisə ilə bağlı beynəlxalq ictimaiyyəti hərəkətə keçməyə çağırır. İran tərəfi BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq qurumları qətldə iştirak edən şəxslərin məsuliyyətə cəlb olunmasını təmin etməyə dəvət edib.

Açıqlamada vurğulanıb: “Bu cür terror hücumları nəinki İran xalqının təhlükəsizlik və milli maraqları qorumaq iradəsini sarsıdacaq, həm də, xalqın və rəsmilərin vətəni müdafiə etmək əzmini daha da artıracaq”. (İran XİN-nin rəsmi internet saytı)

#İran #XİN #Laricani #qətl #terroraktı

Kanala abunə olun
🤮8😁2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚨SON DƏQİQƏ

🇮🇷 İrandakı dünyanın ən böyük qaz yatağı hədəfə alındı ⛽️🚀🔥


Bu gün İsrail İranın cənub-qərbindəki Buşehr əyalətində yerləşən Cənubi Pars qaz yatağına hava hücumları həyata keçirib.

Məlumata əsasən, zərbələr zamanı qaz emalı zavodları pilotsuz uçuş aparatları ilə hədəfə alınıb. Bununla bağlı, İranın Neft Nazirliyinə istinadən məlumat verilib.

Qeyd edək ki, Cənubi Pars qaz yatağı dünyanın ən böyük qaz yatağı hesab olunur. Fars Körfəzində yerləşən bu yataq İran və Qətər arasında bölüşdürülür və dünyanın qaz ehtiyatlarının təxminən 8 faizini təşkil edir. Habelə, İranın ümumi qaz ehtiyatlarının yarısı bu yataqda cəmləşib.

حمله موشکی به پارس جنوبی؛ جنگ به قلب انرژی منطقه رسید

#İsrail #İran #CənubiPars #qazyatağı #hücum

Kanala abunə olun
🔥72
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İran generalı 🇺🇸 Trampı “axmaq” adlandırdı

Dünən İran Polis Komandanlığının rəisi, general Əhmədrza Radan hökumət tərəfdarları qarşısında çıxış edərək ABŞ prezidenti Donald Tramp haqqında sərt ifadələr işlədib.

Radan çıxışında Trampın mitinq görüntülərində süni intellektdən istifadə ilə bağlı açıqlamalarına istinad edib və onu tənqid edib. Trampı “axmaq” adlandıran general onu dəvəyə bənzədib və ABŞ prezidentinin son açıqlamasını ələ salıb.

Radanın sözlərinə görə, bu reaksiyalar Trampın İranı dezinformasiya yaymaqda və süni intellekt vasitəsilə uydurma görüntülər yaratmaqda günahlandırmasına bir cavabdır. (Snn.ir)

احمدرضا رادان، فرمانده نیروی انتظامی جمهوری اسلامی، در جمع حامیان حکومت با اشاره به اظهارات پیشین دونالد ترامپ درباره استفاده از هوش مصنوعی در تصاویر تجمعات، او را با عباراتی تند مورد تمسخر قرار داد

#İran #general #ABŞ #Tramp #təhqir

Kanala abunə olun
🤮10👏31😁1
Azad İran
🚨SON DƏQİQƏ 🇮🇷 İrandakı dünyanın ən böyük qaz yatağı hədəfə alındı ⛽️🚀🔥 Bu gün İsrail İranın cənub-qərbindəki Buşehr əyalətində yerləşən Cənubi Pars qaz yatağına hava hücumları həyata keçirib. Məlumata əsasən, zərbələr zamanı qaz emalı zavodları pilotsuz…
🚨TƏCİLİ

🇮🇷 SEPAH ərəb ölkələrinə xəbərdarlıq etdi
🔥

Bu gün SEPAH bəyanat yayaraq, 🇸🇦 Səudiyyə Ərəbistanı, 🇶🇦 Qətər və 🇦🇪 BƏƏ-yə neft və kimya obyektlərini təcili boşaltmaq barədə xəbərdarlıq edib.

Bəyanat İsrailin ABŞ ilə koordinasiyalı şəkildə İranın Buşehr əyalətindəki Cənubi Pars qaz yatağına hücumlarından dərhal sonra verilib.

هشدار فوری ایران برای تخلیه پتروشیمی های عربستان قطر امارات

#İran #SEPAH #ərəbölkələri #xəbərdarlıq

Kanala abunə olun
🤮9🔥1🤬1