Azad İran
5.88K subscribers
35.5K photos
21.8K videos
15 files
9.41K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇮🇷 Səid Cəlili: “Bu şəhadətlər xalqın iradəsini daha da gücləndirəcək” 🤔

Bu gün İranın keçmiş ali rəhbərinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili şuranın katibi Əli Laricani və “Bəsic” qüvvələrinin komandanı, general Qulamrza Süleymaninin həlak olması ilə bağlı başsağlığı verib.

Cəlili bildirib ki, Laricani, ailə üzvləri və “Bəsic” qüvvələrinin komandanının ölümü “İslam İnqilabı yolunda fədakarlığın davamı”dır. Onun sözlərinə görə, bu hadisələr xalqın bu yolu davam etdirmək əzmini daha da gücləndirəcək.

O, qeyd edib ki, baş verənlər “düşmənin məğlubiyyət və rüsvayçılıq prosesini sürətləndirəcək”.

Cəlili vurğulayıb ki, həlak olan şəxslər İslam və ölkə uğrunda fəaliyyətlərinin “mükafatını şəhadət zirvəsi ilə alıblar” və digər şəhidlərlə birlikdə müqəddəs məqamda yer alıblar. (Fars News)

#İran #SəidCəlili #Laricani #ölüm #başsağlığı
😁5🤔3👍1😢1🤮1
🇦🇿Azərbaycandan 🇮🇷 İrana növbəti humanitar yardım yola salınır 🚛

Bu gün Azərbaycandan yenidən İrana humanitar yardım göndərilir. İrana göndərilən humanitar yardıma ümumi həcmi 82 ton olan müxtəlif adda ərzaq məhsulları, dərman vasitələri və tibbi ləvazimatlar daxildir.

Bundan 76 ton ərzaq və qida məhsulları, 4 ton həcmində dərman vasitələri və 2 ton həcmində isə tibbi ləvazimatlar daxildir.

Humanitar yardım 5 yük avtomobili (TIR) vasitəsilə göndərilir.

#Azərbaycan #İran #humanitaryardım

Kanala abunə olun
👍9
🇮🇷 İranda 🇮🇱 İsrailə casusluqda şübhəli bilinən şəxs edam edildi 👨‍⚖️

Bu gün İranda “İsrailə casusluq etmək”də ittiham olunan Kuruş Keyvani dar ağacından asılıb.

Bununla bağlı, İranın Məhkəmə-Ədliyyə Sisteminin mətbu orqanı olan “Mizan Online” saytı xəbər verib.

Məlumata görə, o, “Mossad” zabitlərinə ölkədəki mühüm hədəflər haqqında görüntülər və məlumatlar ötürüb.

#İran #İsrail #casusluq #ittiham #edam

Kanala abunə olun
👎10👍3🤮2
🇮🇷 Pezeşkian qisas vədi verdi: “Laricaninin qanı yerdə qalmayacaq” ❗️

Dünən İran prezidenti Məsud Pezeşkian Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin İsrail hücumları nəticəsində öldürülməsi ilə bağlı başsağlığı verib.

Bununla bağlı başsağlığı mesajı İranın Prezident Administrasiyasının rəsmi “Telegram” kanalında paylaşılıb.

Başsağlığı mesajında Laricaninin qətlinə görə cavabdeh tərəflərdən qisas alınacağı və onun qanının yerə qalmayacağı bildirilib.

“Laricaninin ölümü son dərəcə kədərli hadisədir. Terrorçu cinayətkarları amansız qisas gözləyir. Laricaninin qanı cinayətkar rejim tərəfindən yerə tökülsə də, İslam İnqilabının şəhidlərinin yanında olmaq onun uzun müddətdir arzusu idi”, - deyə, vurğulanıb.

#İran #Pezeşkian #Laricani #ölüm #qisas

Kanala abunə olun
🤮6😁3😢1
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 Əraqçıdan sərt mesaj: “Lazım gələrsə, canımızı fəda edəcəyik” ❗️

Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı “Əl-Cəzirə” telekanalına müsahibəsində təhlükəsizliklə bağlı diqqətçəkən açıqlamalar verib.

Jurnalistin “Sui-qəsddən qorxmursunuz?” sualını cavablandıran nazir bildirib ki, mövcud şəraitdə hər kəs hədəfə çevrilə bilər: “Son günlərdə gördük ki, düşmənlər heç bir yeri və ya şəxsi hədəfə almaqda tərəddüd etmirlər”.

Əraqçı qeyd edib ki, hücumlar nəticəsində 53 xəstəxana, çoxsaylı məktəblər, bank filialları və yaşayış binaları zərər görüb. Onun sözlərinə görə, siyasi xadimlər, mülki şəxslər, alimlər və universitet professorları da hədəfə alınıb.

Nazir vurğulayıb ki, özü də potensial hədəf ola bilər: “Habelə, mən də hədəfə alına bilərəm. Ancaq biz möhkəm dayanacağıq və ölkəmizin məqsəd və maraqları uğrunda çalışacağıq. Lazım gələrsə, bu məqsədlər uğrunda canımızı fəda edəcəyik”. (Snn.ir)

#İran #Əraqçı #XİN #hücum

Kanala abunə olun
😁72🤮2
🇮🇷 Cəlili Laricaninin yerinə keçə bilər – İranda yeni siyasi xətt 🤔

İranda Ali Milli Təhlükəsizlik Şurasının öldürülən katibi Əli Laricaninin yerinə sərt mövqeyi ilə tanınan siyasətçi Səid Cəlilinin təyin oluna biləcəyi güman edilir.

Bu ehtimalla bağlı sosial mediada çoxsaylı paylaşımlar edilib və mövzu geniş müzakirəyə səbəb olub. Bəzi istifadəçilər qeyd edirlər ki, Cəlilinin bu vəzifəyə gətirilməsi İranın ABŞ ilə mümkün danışıqlar və kompromis ehtimalını azalda bilər.

Onların fikrincə, belə bir təyinat ölkənin “güzəşt yoxdur” xəttinin daha da sərtləşməsi anlamına gələ bilər. Digər tərəfdən, Laricaninin Qərb ölkələri ilə dialoq aparmaq bacarığı ilə seçildiyi vurğulanır.

Qeyd edək ki, Cəlili 2007–2013-cü illərdə də Ali Milli Təhlükəsizlik Şurasının katibi olub və eyni zamanda İranın nüvə danışıqları üzrə baş nümayəndəsi kimi fəaliyyət göstərib.

#İran #Laricani #SəidCəlili

Kanala abunə olun
😁8👍1🔥1
Laricaninin ölümündən sonra 🇮🇷 İran 🇮🇱 İsrailə zərbələr endirdi 🚀💥🔥

İran gecə saatlarında İsrailə zərbələr endirib. Hücumların İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Ali Laricaninin öldürülməsindən sonra həyata keçirildiyi bildirilir.

Məlumata görə, zərbələr gecə boyu müxtəlif istiqamətlərdə həyata keçirilib. Hadisənin detalları, o cümlədən mümkün itkilərlə bağlı hələlik rəsmi açıqlama verilməyib.

حملات شبانه ایران به اسرائیل پس از کشته شدن علی لاریجانی

#İran #Laricani #ölüm #İsrail #hücum

Kanala abunə olun
1👎1
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 Əraqçı: “Qonşu ölkələrdə mülki hədəfləri vurmadıq”

Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı “Əl-Cəzirə” telekanalına müsahibəsində müharibə ilə bağlı açıqlama verib.

Əraqçı bildirib ki, İran münaqişəni genişləndirməyə çalışmır və mövcud vəziyyət “müharibənin təbiəti” ilə bağlıdır. Onun sözlərinə görə, ABŞ-nin hücumlarına cavab olaraq İran birbaşa Amerika ərazisini deyil, bölgədə yerləşən hərbi obyektləri hədəf alır:

“Raket və dronlarımız ABŞ ərazisinə çata bilmir. Buna görə də bölgədəki Amerika hərbi bazalarını və onların aktivlərini vurmağa məcbur oluruq”.

Nazir qeyd edib ki, bu hərbi obyektlərin bəziləri İranın dost hesab etdiyi ölkələrin ərazisində yerləşir. Əraqçı vurğulayıb ki, İran qonşu ölkələrdə mülki hədəfləri qəsdən hədəfə almayıb:

“Əminliklə deyə bilərəm ki, mülki obyektləri hədəfə almamışıq. Bəzi hallarda gözlənilməz nəticələr baş verə bilərdi, ancaq bu, bizim niyyətimiz deyildi”. (Snn.ir)

#İran #Əraqçı #XİN #qonşuölkələr #hücum

Kanala abunə olun
🤮53
Azad İran
🇦🇿Azərbaycandan 🇮🇷 İrana növbəti humanitar yardım yola salınır 🚛 Bu gün Azərbaycandan yenidən İrana humanitar yardım göndərilir. İrana göndərilən humanitar yardıma ümumi həcmi 82 ton olan müxtəlif adda ərzaq məhsulları, dərman vasitələri və tibbi ləvazimatlar…
🇮🇷 İran səfiri 🇦🇿 Azərbaycana təşəkkür etdi

Bu gün İranın Bakıdakı səfiri Müctəba Dəmirçilu Azərbaycanın İrana növbəti dəfə göndərdiyi humanitar yardıma görə təşəkkür edib.

Səfir bildirib ki, Azərbaycan çətin vəziyyətdə İrana dəstək göstərərək qardaşlıq münasibətlərini bir daha nümayiş etdirib:

“Bu vəziyyətdə Azərbaycan İrana diqqət yetirib və qardaş və bacılarına kömək edib. Bu, ortaq mədəniyyətimizdən irəli gəlir və çətin anlarda bir-birimizə kömək edirik”.

O, habelə, qeyd edib ki, qarşıdan gələn Ramazan və Novruz bayramları ərəfəsində göstərilən bu yardım xüsusi əhəmiyyət daşıyır: “Belə bir gündə yardım göstərmək müsbət addımdır”.

#İran #səfir #Azərbaycan #humanitaryardım #təşəkkür

Kanala abunə olun
4🤮3
Azad İran
🚨SON DƏQİQƏ 🇮🇷 Əli Laricani öldürülüb? 🤔 CNN kanalı İsrail mənbələrinə istinadən xəbər verir ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani son hərbi hücumlar zamanı hədəfə alınıb. Məlumata görə, onun öldürülüb-öldürülmədiyi hələlik dəqiq…
🇮🇷 Laricaninin niyə hədəfə alındığı açıqlanıb 🤔

Dünən CNN telekanalının İran əsilli britaniyalı müxbiri Kristin Amanpur “X” hesabında paylaşım edərək, İran Ali Milli Təhlükəsizlik Şurasının öldürülmüş katibi Əli Laricani ilə bağlı diqqətçəkən fikir səsləndirib.

Amanpur adlarını açıqlamadığı mənbələrə istinadən bildirib ki, Laricani “keçid dövrünün namizədi” kimi dəyərləndirilirdi. Onun sözlərinə görə, 2025-ci ilin sentyabr ayına olan məlumata əsasən, Laricani ABŞ və İsrail üçün ən çox üstünlük verilən namizədlərdən biri olub.

Amanpur qeyd edib ki, Laricani 2026-cı ilin fevral ayının əvvəlində hədəfə çevrilib. Məlumata əsasən, Laricani aşağıdakı hallara görə hədəfə alınıb:

• Etirazçılara qarşı təzyiqlərdə iştirak etdiyinə görə;
• ABŞ və İsrailə qarşı sərt mövqeyi ilə ön plana çıxdığına görə;
• Xüsusilə Körfəz Əməkdaşlıq Şurası ölkələrinə qarşı SEPAH-ın hərbi strategiyasının hazırlanmasında əsas rol oynadığına görə.

#İran #Laricani #ölüm #hədəf

Kanala abunə olun
👍5
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 ABŞ senatorundan xəbərdarlıq: “🇮🇷 İranı işğal etməyəcəyik, ancaq...” 🗣

Bu gün amerikalı senator Lindsi Qrem “Fox News” telekanalına müsahibəsində İranla bağlı diqqətçəkən açıqlama verib. O, bildirib ki, ABŞ İrana birbaşa hərbi müdaxilə etməyi planlaşdırmır:

“Biz İranı işğal etməyəcəyik. Onların gəlirlərinin 90%-i neft və qaz ixracından əldə edilir. Bu qazanc gətirə biləcək bütün imkanların mərkəzi isə tək bir adadadır”.

Senator ABŞ prezidentinə müraciət edərək deyib: “Cənab prezident, Xarq adasını ələ keçirin – bu müharibə bitdi”.

#ABŞ #senator #İran #müharibə #xəbərdarlıq

Kanala abunə olun
3👍3
📰 WSJ: “🇷🇺 Rusiya 🇺🇸 ABŞ mövqelərinə hücumda 🇮🇷 İrana kömək edir”

“The Wall Street Journal”ın məlumatına görə, Rusiya və İran ABŞ və İsrailə qarşı mübarizədə Tehranı dəstəkləmək və hərbi-iqtisadi cəhətdən sərfəli müharibəni uzatmaq məqsədilə əməkdaşlıqlarını möhkəmləndirib.

Mənbələr bildirirlər ki, Rusiya İran üçün peyk görüntüləri və Shahed dronları üçün komponentlər təmin edir. Bu dəstək onların rabitə, naviqasiya və hədəfləmə qabiliyyətlərini artıraraq regiondakı Amerika qüvvələrinə zərbələr endirməyə imkan verir.

Rusiya Ukrayna təcrübəsini paylaşaraq əməliyyatlarda dronlardan necə istifadə edilməli olduğunu və zərbələrin hansı yüksəklikdən endirilməli olduğunu İran tərəfinə məsləhət görür.

Bildirilib ki, Rusiyanın dəstəyi İranın THAAD raketdən müdafiə sistemi və digər Amerika radar sistemlərinə qarşı son əməliyyatlarında mühüm rol oynayıb. (Euronews)

#Rusiya #İran #hərbiəməkdaşlıq #ABŞ

Kanala abunə olun
👍51🔥1
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 Əraqçı: “İranın ali rəhbəri sağdır” 👳‍♂️

Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı “Əl-Cəzirə” telekanalına müsahibəsində ölkənin yeni ali rəhbəri Müctəba Xameneyinin sağlamlıq vəziyyəti ilə bağlı açıqlama verib.

Əraqçı bildirib ki, ali lider səthi zədələrlə əlaqədar heç bir ciddi problem yaşamır və vəziyyət tam nəzarət altındadır:

“Bildiyim qədəri ilə İranın yeni ali rəhbəri yalnız səthi zədələr alıb, ancaq səhhəti olduqca yaxşıdır və vəziyyət nəzarət altındadır”.

Nazir əlavə edib ki, ali rəhbərin xalqla əlaqəsi və bəyanatlar verməsi onun öz qərarına bağlıdır: “Onun xalqla nə vaxt və necə danışması, istər bəyanatla, istərsə də birbaşa və vizual iştirakla, onun öz qərarından asılıdır. Ancaq mənə məlum olan və dəqiqliyinə əmin olduğum məlumat onun tam sağlam olmasıdır”. (Snn.ir)

#İran #Əraqçı #XİN #MüctəbaXameneyi #alirəhbər

Kanala abunə olun
🤮72👎1😁1🤔1
🇮🇷 Laricani və oğlunun tabutu ⚰️

Dünən İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani və oğlu Murtuza İsrailin hava zərbələri nəticəsində öldürülüb.

İran mediası Laricani və övladının tabutlarının görüntülərini paylaşıb.

اولین تصویر از پیکر علی لاریجانی در کنار فرزندش در معراج شهدای تهران

#İran #Laricani #İsrail #hücum #ölüm

Kanala abunə olun
8😁4👍2🤔2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇱 Netanyahdan 🇮🇷 İran xalqına çağırış: “Küçələrə çıxın, sizi qoruyacağıq” 🗣️

Bu gün İsrailin baş naziri Benyamin Netanyahu İranla davam edən müharibə fonunda diqqətçəkən açıqlama verib.

İsrailin baş nazirinin ofisinin məlumatına görə, o, Təl-Əvivdəki Kirya hərbi kompleksində yüksək səviyyəli təhlükəsizlik toplantısı keçirib. Görüşdə müdafiə naziri İsrael Katz, Baş Qərargah rəisi Eyal Zamir və “Mossad”ın direktoru David Barnea iştirak edib.

Netanyahu çıxışında İranın yüksəkvəzifəli şəxslərinin öldürülməsinə səbəb olan hücumları xatırladaraq, təhlükəsizlik əməliyyatlarının davam etdiyini bildirib. O, İran xalqına müraciət edərək İsrailin hava əməliyyatlarının davam etdiyini və İran rəsmilərinin şəhər meydanları və əsas nöqtələrdə hədəf alındığını açıqlayıb.

Baş nazir yaxınlaşan Novruz bayramı münasibətilə insanları küçələrə çıxmağa çağırıb: “Bayramı qeyd etməyə davam edin. Biz yuxarıdan izləyirik. Küçələrə çıxın, sizi qoruyacağıq”.

#İsrail #Netanyahu #İran #xalq #çağırış

Kanala abunə olun
9👏4🤮3👍1