Azad İran
5.88K subscribers
35.5K photos
21.8K videos
15 files
9.41K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇮🇷 SEPAH 🇮🇱 İsrail və 🇺🇸 ABŞ-yə qarşı 61-ci zərbə dalğasını başlatdı 🚀

Son saatda İran İsrailə bir neçə "Xorrəmşəhr" ballistik raketləri ilə kaset tipli döyüş sursatları atıb.

Ramat Gan yaşayış məntəqəsi və Təl-Əvivdəki Savidor dəmiryolu stansiyası hədəfə alınıb.

#İran #İsrail #raket #zərbə

Kanala abunə olun
😁8👎3👏3👍1
🇮🇷 İranda müharibədə 5 min hərbçi həlak olub 👨‍🚀

🇮🇱 İsrail və 🇺🇸 ABŞ-nin hava hücumları zamanı indiyədək İran Silahlı Qüvvələrinin ən azı 5000 hərbçisi ölüb, 15000-dən çoxu yaralanıb.
Bildirilib ki, itkilərin böyük miqyasına baxmayaraq, İran rəhbərliyi və yerli media məsələ ilə bağlı hələlik heç bir rəsmi statistika dərc etməyib.

Məlumata görə, İranın canlı qüvvəsinin əhəmiyyətli hissəsi İsrail və ABŞ-nin raket və PUA bölmələrinə endirdiyi hava zərbələrində həlak olub. Hava zərbələrində ən çox itkini İnqilab Keşikçiləri (SEPAH), “Bəsic” və polis qüvvələrinin bölmələri verib.

#İran #hərbçi #ölü #yaralı #ABŞ #İSrail #hücum
🔥9👍2🤬1
🇮🇷 Tehranda hökuməti tənqid edən qadın rejissor həbs edildi 😱

Təhlükəszlik məmurları martın 16-da Tehranda sənədli film rejissoru və ictimai fəal Müjqan İlanlunu həbs ediblər.

Onun kino prodüseri olan həyat yoldaşı Məhəmməd İlanlu və qızı Leyla İlanlu da saxlanılıb.

Onların həbsinin səbəbi və hara aparıldıqları barədə açıqlama verilməyib.

Müjqan İlanlu bir neçə gün əvvəl xarici mediaya müsahibəsində hakimiyyəti tənqid edib və "İran ölüm yatağında olan xəstədir" demişdi.

#İran #rejissor #həbs

Kanala abunə olun
🤬14👏2
🇮🇷 İran raketləri 🇮🇱 Netanyahunun ofisinin bir neçə metrliyinə düşüb 🚀🏢

İran İsrailin Baş naziri Benyamin Netanyahunun Qüdsdəki ofisinə yaxın hədəfə zərbələr endirib.

Məlumata görə, hücum zamanı raketlər baş nazirin ofisinin bir neçə metrlik məsafəyə düşüb.

#İran #raket #Netanyahu

Kanala abunə olun
👎83👍1🔥1
📰 WSJ: “🇮🇱 Mossad 🇮🇷 iranlı komandanı telefonla təhdid edib” 📞

“The Wall Street Journal” qəzeti xəbər verib ki, İranın yüksək rütbəli hərbi komandirlərindən biri ilə İsrailin xarici kəşfiyyat xidməti — Mossad casusu arasında baş tutmuş telefon danışığının məzmunu üzə çıxıb.

Səs yazısında Mossad agenti iranlı komandana “Sənin haqqında hər şeyi bilirik, qara siyahıdasan” deyərək onu təhdid edir və mövqeyini dəyişməyə çağırır. O, habelə, xəbərdarlıq edir ki, əks halda taleyi ali lideri ilə eyni ola bilər.

Komandir isə cavabında “Qurana and içirəm ki, sənin düşmənin deyiləm… bizə kömək edin” ifadələrini işlədir. (Independent Persian)

#İsrail #Mossad #İran #komandan #təhdid

Kanala abunə olun
👍11😁21
🇮🇷 Səid Cəlili: “Bu şəhadətlər xalqın iradəsini daha da gücləndirəcək” 🤔

Bu gün İranın keçmiş ali rəhbərinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili şuranın katibi Əli Laricani və “Bəsic” qüvvələrinin komandanı, general Qulamrza Süleymaninin həlak olması ilə bağlı başsağlığı verib.

Cəlili bildirib ki, Laricani, ailə üzvləri və “Bəsic” qüvvələrinin komandanının ölümü “İslam İnqilabı yolunda fədakarlığın davamı”dır. Onun sözlərinə görə, bu hadisələr xalqın bu yolu davam etdirmək əzmini daha da gücləndirəcək.

O, qeyd edib ki, baş verənlər “düşmənin məğlubiyyət və rüsvayçılıq prosesini sürətləndirəcək”.

Cəlili vurğulayıb ki, həlak olan şəxslər İslam və ölkə uğrunda fəaliyyətlərinin “mükafatını şəhadət zirvəsi ilə alıblar” və digər şəhidlərlə birlikdə müqəddəs məqamda yer alıblar. (Fars News)

#İran #SəidCəlili #Laricani #ölüm #başsağlığı
😁5🤔3👍1😢1🤮1
🇦🇿Azərbaycandan 🇮🇷 İrana növbəti humanitar yardım yola salınır 🚛

Bu gün Azərbaycandan yenidən İrana humanitar yardım göndərilir. İrana göndərilən humanitar yardıma ümumi həcmi 82 ton olan müxtəlif adda ərzaq məhsulları, dərman vasitələri və tibbi ləvazimatlar daxildir.

Bundan 76 ton ərzaq və qida məhsulları, 4 ton həcmində dərman vasitələri və 2 ton həcmində isə tibbi ləvazimatlar daxildir.

Humanitar yardım 5 yük avtomobili (TIR) vasitəsilə göndərilir.

#Azərbaycan #İran #humanitaryardım

Kanala abunə olun
👍9
🇮🇷 İranda 🇮🇱 İsrailə casusluqda şübhəli bilinən şəxs edam edildi 👨‍⚖️

Bu gün İranda “İsrailə casusluq etmək”də ittiham olunan Kuruş Keyvani dar ağacından asılıb.

Bununla bağlı, İranın Məhkəmə-Ədliyyə Sisteminin mətbu orqanı olan “Mizan Online” saytı xəbər verib.

Məlumata görə, o, “Mossad” zabitlərinə ölkədəki mühüm hədəflər haqqında görüntülər və məlumatlar ötürüb.

#İran #İsrail #casusluq #ittiham #edam

Kanala abunə olun
👎10👍3🤮2
🇮🇷 Pezeşkian qisas vədi verdi: “Laricaninin qanı yerdə qalmayacaq” ❗️

Dünən İran prezidenti Məsud Pezeşkian Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin İsrail hücumları nəticəsində öldürülməsi ilə bağlı başsağlığı verib.

Bununla bağlı başsağlığı mesajı İranın Prezident Administrasiyasının rəsmi “Telegram” kanalında paylaşılıb.

Başsağlığı mesajında Laricaninin qətlinə görə cavabdeh tərəflərdən qisas alınacağı və onun qanının yerə qalmayacağı bildirilib.

“Laricaninin ölümü son dərəcə kədərli hadisədir. Terrorçu cinayətkarları amansız qisas gözləyir. Laricaninin qanı cinayətkar rejim tərəfindən yerə tökülsə də, İslam İnqilabının şəhidlərinin yanında olmaq onun uzun müddətdir arzusu idi”, - deyə, vurğulanıb.

#İran #Pezeşkian #Laricani #ölüm #qisas

Kanala abunə olun
🤮6😁3😢1
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 Əraqçıdan sərt mesaj: “Lazım gələrsə, canımızı fəda edəcəyik” ❗️

Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı “Əl-Cəzirə” telekanalına müsahibəsində təhlükəsizliklə bağlı diqqətçəkən açıqlamalar verib.

Jurnalistin “Sui-qəsddən qorxmursunuz?” sualını cavablandıran nazir bildirib ki, mövcud şəraitdə hər kəs hədəfə çevrilə bilər: “Son günlərdə gördük ki, düşmənlər heç bir yeri və ya şəxsi hədəfə almaqda tərəddüd etmirlər”.

Əraqçı qeyd edib ki, hücumlar nəticəsində 53 xəstəxana, çoxsaylı məktəblər, bank filialları və yaşayış binaları zərər görüb. Onun sözlərinə görə, siyasi xadimlər, mülki şəxslər, alimlər və universitet professorları da hədəfə alınıb.

Nazir vurğulayıb ki, özü də potensial hədəf ola bilər: “Habelə, mən də hədəfə alına bilərəm. Ancaq biz möhkəm dayanacağıq və ölkəmizin məqsəd və maraqları uğrunda çalışacağıq. Lazım gələrsə, bu məqsədlər uğrunda canımızı fəda edəcəyik”. (Snn.ir)

#İran #Əraqçı #XİN #hücum

Kanala abunə olun
😁72🤮2
🇮🇷 Cəlili Laricaninin yerinə keçə bilər – İranda yeni siyasi xətt 🤔

İranda Ali Milli Təhlükəsizlik Şurasının öldürülən katibi Əli Laricaninin yerinə sərt mövqeyi ilə tanınan siyasətçi Səid Cəlilinin təyin oluna biləcəyi güman edilir.

Bu ehtimalla bağlı sosial mediada çoxsaylı paylaşımlar edilib və mövzu geniş müzakirəyə səbəb olub. Bəzi istifadəçilər qeyd edirlər ki, Cəlilinin bu vəzifəyə gətirilməsi İranın ABŞ ilə mümkün danışıqlar və kompromis ehtimalını azalda bilər.

Onların fikrincə, belə bir təyinat ölkənin “güzəşt yoxdur” xəttinin daha da sərtləşməsi anlamına gələ bilər. Digər tərəfdən, Laricaninin Qərb ölkələri ilə dialoq aparmaq bacarığı ilə seçildiyi vurğulanır.

Qeyd edək ki, Cəlili 2007–2013-cü illərdə də Ali Milli Təhlükəsizlik Şurasının katibi olub və eyni zamanda İranın nüvə danışıqları üzrə baş nümayəndəsi kimi fəaliyyət göstərib.

#İran #Laricani #SəidCəlili

Kanala abunə olun
😁8👍1🔥1
Laricaninin ölümündən sonra 🇮🇷 İran 🇮🇱 İsrailə zərbələr endirdi 🚀💥🔥

İran gecə saatlarında İsrailə zərbələr endirib. Hücumların İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Ali Laricaninin öldürülməsindən sonra həyata keçirildiyi bildirilir.

Məlumata görə, zərbələr gecə boyu müxtəlif istiqamətlərdə həyata keçirilib. Hadisənin detalları, o cümlədən mümkün itkilərlə bağlı hələlik rəsmi açıqlama verilməyib.

حملات شبانه ایران به اسرائیل پس از کشته شدن علی لاریجانی

#İran #Laricani #ölüm #İsrail #hücum

Kanala abunə olun
1👎1