Azad İran
5.89K subscribers
35.4K photos
21.8K videos
15 files
9.41K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
Ejei: "🇮🇷 İranda sabitliyi pozmaq cəhdlərinə qanun çərçivəsində sərt cavab veriləcək"

İranın Ədliyyə-Məhkəmə sisteminin rəhbəri Qulamhüseyn Mohseni Ejei hərəkətləri "ölkənin milli təhlükəsizliyinə təhdid yaradan" şəxslərə sərt xəbərdarlıq edib.

O, bildirib ki, ölkənin məhkəmə sistemi artıq "düşmən 🇺🇸 ABŞ və 🇮🇱 İsrail rejimləri" ilə əməkdaşlıq edən daxili ünsürlərə qarşı qətiyyətli tədbirlər görməyə başlayıb.

Hökumət mollası qeyd edib ki, vəziyyətin qeyri-sabitləşdirilməsində və xarici kəşfiyyat orqanları ilə qarşılıqlı əlaqədə olan şəxslərin həbsi və aktivlərinin müsadirə edilməsi üçün məhkəmə qərarları artıq verilib.

Ejei vurğulayıb ki, İran qanunvericiliyi təhlükəsizliyi pozmağa görə son dərəcə sərt cəzalar nəzərdə tutur.
"Casusluğa görə cəzanın sərtləşdirilməsi" haqqında qanuna əsasən, dövlətə qarşı ağır cinayətlərdə təqsirli bilinənlər ölüm cəzası ilə üzləşə bilərlər.

#İran #Ejei #xəbərdarlıq
🤮8😁1🤬1
🇹🇷 Türkiyə öz vətəndaşlarını 🇮🇶 İraqı tərk etməyə çağırdı ⚠️

Türkiyənin İraqdakı səfirliyi vətəndaşlarını ölkəni tərk etməyə çağırıb.
Səfirlikdən bildirilib ki, İraq hava məkanının bağlanmasına və 19 mart tarixinə qədər uçuşların ləğv edilməsinə baxmayaraq, Türkiyə vətəndaşları ölkəni quru sərhədləri vasitəsilə tərk edə bilərlər.

Diplomatik missiya eləcə də açıqlamasında qeyd edib: "Hazırda İraqdakı təhlükəsizlik vəziyyətinin regional hadisələrin təsiri səbəbindən sürətlə pisləşməsi ehtimalı yüksək olduğundan, insanları ölkə daxilində izdihamlı yerlərdən və mülki əhalinin toplaşdığı mərkəzlərdən, eləcə də Bağdaddakı Yaşıl Zonadan, etiraz yerlərindən, Bağdad və Ərbil hava limanlarından çəkinməyə, ehtiyatlı olmağa və hava hücumundan müdafiə sistemlərindən uzaq durmağa çağırırıq".

Türkiyə vətəndaşlarına da ölkə daxilində neft yataqlarından uzaq durmaq tövsiyə olunub.

#Türkiyə #səfirlik #İraq

Kanala abunə olun
5👍2
🇮🇷 İran 🇸🇦 Səudiyyə Ərəbistanında radar qurğusuna zərbə endirib

Peyk şəkili göstərir ki, Səudiyyə Ərəbistanının şimal-şərqindəki Əl-Qaysumah hava limanında 🇺🇸 ABŞ istehsalı olan AN/FPS-117 erkən xəbərdarlıq radarı vurulub.

تصاویر ماهواره‌ای نشان می‌دهد که یک رادار هشدار اولیه AN/FPS-117 ساخت آمریکا در فرودگاه القیصومه در شمال شرقی عربستان سعودی مورد اصابت قرار گرفته است.

#SəudiyyəƏrəbistanı #radar #İran #zərbə

Kanala abunə olun
🔥32👎2
🇺🇦 Zelenski: “Biz 🇮🇷 İranın təhdidlərindən qorxmuruq” ✍️

Bu gün Ukrayna prezidenti Volodimir Zelenski “X” hesabında fars dilində post paylaşaraq, İranın Ukraynaya qarşı təhdidlərinə dair mövqeyini açıqlayıb.

Zelenski Ukraynanın körfəz ölkələrinə dəstəyi səbəbindən İranın hədələrinə cavab olaraq yazıb:
Son dörd ildə müxtəlif bəyanatlar eşitmişəm. 🇺🇸 ABŞ və Yaxın Şərq ölkələrinin liderlərinin bizə qarşı dronlarla bağlı kömək üçün müraciət etmələri bizim üçün vacibdir.
Onlar hava hücumundan müdafiə sahəsindəki təcrübəmizdən istifadə etmək üçün bizə müraciət ediblər.
Hava hücumundan müdafiə hücum qabiliyyətləri demək deyil.
Buna görə də dedim ki, biz bu təcrübəni və müdafiə sistemlərini təmin etməyə hazırıq.
Biz bu cür bəyanatlardan qorxmuruq. Son dörd, habelə, 12 ildir ki, bu cür təhdidləri hər gün eşidirik. Bu, bizim üçün yeni bir şey deyil
”.

#Ukrayna #Zelenski #İran
8👍7🤮1
🚨 TƏCİLİ

🇮🇷 İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin ölüm xəbəri təsdiqini tapdı 🔥

Bu haqda məlumatı Fars xəbər agentliyi yayıb.

#İran #Laricani #ölüm

Kanala abunə olun
😁17🔥75
🇮🇷 İranın yeni ali lideri ölümdən necə xilas oldu? 🤔

İranın yeni ali lideri Ayətullah Müctəba Xameneyi fevralın 28-də aviazərbələrdən qısa müddət əvvəl hücuma məruz qalan binanı tərk edərək ölümdən xilas olub. Bu barədə "The Daily Telegraph" qəzeti məlumat yayıb.

Nəşr eyni hücumda həlak olan ali lider Ayətullah Əli Xameneyinin protokol rəisi Məzahir Hüseyninin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbərliyinə verdiyi açıqlamanın audioyazısına istinad edir.

"Bu, Allahın iradəsi idi: Müctəba bir iş üçün həyətə çıxmalı və sonra qayıtmalı idi.
O, çöldə idi və artıq yuxarı mərtəbəyə qalxırdı ki, binaya raket dəydi.
Həyat yoldaşı xanım Zəhra Həddad dərhal həlak oldu"
, - deyə qəzet Hüseyninin sözlərinə istinadən bildirir.

O, İranın yeni ali liderinin hücumda ayağından yüngül xəsarət aldığını, oğlunun isə öldüyünü bildirib.

#İran #alilider #Müctəba #Xameneyi #ölüm #qurtuluş #yaralı
🤔7😁3🔥1
🇮🇷 İranda daha 243 hədəf vurulub 🚀💥🔥

Ötən sutka ərzində 🇺🇸 ABŞ və 🇮🇱 İsrail hərbi hava qüvvələri İranın 17 əyalətinə hücum ediblər. Bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Bildirlir ki, 117 hava hücumu zamanı 243 hədəfə zərbə endirilib.
Zərbələr nəticəsində ölən və yaralananların sayı 66-ya çatıb.
Hava hücumları zamanı vurulan əsas hədəflər aşağıdakılardır:
▪️Komandanlıq və idarəetmə mərkəzləri;
▪️SEPAH-ın qərargah binaları;
▪️SEPAH-ın kəşfiyyat mərkəzləri;
▪️İnteqrasiya olunmuş hava hücumundan müdafiə sistemləri;
▪️Ballistik raket mərkəzləri;
▪️İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin gəmiləri və sualtı qayıqları;
▪️İran İslam Respublikasının hava hücumundan müdafiə sistemləri;
▪️Gəmi əleyhinə raket mərkəzləri;
▪️Hərbi rabitə infrastrukturu;
▪️Ballistik raket və dron istehsalı mərkəzləri;
▪️Silah istehsalı müəssisələri və saxlama bunkerləri;
▪️Yer-hava tipli raket qurğuları;
▪️Hərbi dəstək infrastrukturu.
👍123🔥1
🇮🇷 Pezeşkianın müavininə sui-qəsd cəhdi olub 🔥

İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arifə qarşı uğursuz sui-qəsd olub.

Hücum Arifin Şəhidlər Fondunu ziyarət etməsindən sonra baş verdiyinə görə o, həyatda qalıb.

#İran #vitseprezident #Arif #suiqəsd
🔥42👍2
🇮🇷 İrana qarşı müharibənin 16-cı və 17-ci günlərində nə baş verdi?

🇺🇸 ABŞ-🇮🇱 İsrail müharibəsi İslam Respublikasına qarşı üçüncü həftəsinə qədəm qoyduğu və qlobal neft qiymətlərinə təsir göstərdiyi anda İsrail və Amerika rəsmiləri müharibənin hələ də davam etdiyini açıqlayıblar.

İsrail bazar ertəsi elan etdi ki, ən azı növbəti üç həftə üçün ətraflı əməliyyat planlarına malikdir, çünki ordu bazar ertəsi gecə boyunca İrandakı hədəflərə ağır zərbələr endirib.

Eyni zamanda, İslam Respublikası dronlarının hücumları Dubay hava limanının fəaliyyətini müvəqqəti dayandırıb və Birləşmiş Ərəb Əmirliklərindəki əsas neft obyektini hədəfə alıb.

ABŞ və İsrailin İslam Respublikasına qarşı müharibəsi artıq üçüncü həftəsindədir və başa çatması üçün heç bir aydın əlamət görünmür. Müharibə dünya neftinin və mayeləşdirilmiş təbii qazın 20 faizinin keçdiyi həyati əhəmiyyətli su yolu olan Hörmüz boğazını bağlayıb. Vəziyyət neft qiymətlərini qaldırıb və qlobal inflyasiyanın yenidən canlanması ilə bağlı narahatlıqlar yaradıb.
5👍2🔥1
🇮🇷 SEPAH 🇮🇱 İsrail və 🇺🇸 ABŞ-yə qarşı 61-ci zərbə dalğasını başlatdı 🚀

Son saatda İran İsrailə bir neçə "Xorrəmşəhr" ballistik raketləri ilə kaset tipli döyüş sursatları atıb.

Ramat Gan yaşayış məntəqəsi və Təl-Əvivdəki Savidor dəmiryolu stansiyası hədəfə alınıb.

#İran #İsrail #raket #zərbə

Kanala abunə olun
😁8👎3👏3👍1
🇮🇷 İranda müharibədə 5 min hərbçi həlak olub 👨‍🚀

🇮🇱 İsrail və 🇺🇸 ABŞ-nin hava hücumları zamanı indiyədək İran Silahlı Qüvvələrinin ən azı 5000 hərbçisi ölüb, 15000-dən çoxu yaralanıb.
Bildirilib ki, itkilərin böyük miqyasına baxmayaraq, İran rəhbərliyi və yerli media məsələ ilə bağlı hələlik heç bir rəsmi statistika dərc etməyib.

Məlumata görə, İranın canlı qüvvəsinin əhəmiyyətli hissəsi İsrail və ABŞ-nin raket və PUA bölmələrinə endirdiyi hava zərbələrində həlak olub. Hava zərbələrində ən çox itkini İnqilab Keşikçiləri (SEPAH), “Bəsic” və polis qüvvələrinin bölmələri verib.

#İran #hərbçi #ölü #yaralı #ABŞ #İSrail #hücum
🔥9👍2🤬1
🇮🇷 Tehranda hökuməti tənqid edən qadın rejissor həbs edildi 😱

Təhlükəszlik məmurları martın 16-da Tehranda sənədli film rejissoru və ictimai fəal Müjqan İlanlunu həbs ediblər.

Onun kino prodüseri olan həyat yoldaşı Məhəmməd İlanlu və qızı Leyla İlanlu da saxlanılıb.

Onların həbsinin səbəbi və hara aparıldıqları barədə açıqlama verilməyib.

Müjqan İlanlu bir neçə gün əvvəl xarici mediaya müsahibəsində hakimiyyəti tənqid edib və "İran ölüm yatağında olan xəstədir" demişdi.

#İran #rejissor #həbs

Kanala abunə olun
🤬14👏2
🇮🇷 İran raketləri 🇮🇱 Netanyahunun ofisinin bir neçə metrliyinə düşüb 🚀🏢

İran İsrailin Baş naziri Benyamin Netanyahunun Qüdsdəki ofisinə yaxın hədəfə zərbələr endirib.

Məlumata görə, hücum zamanı raketlər baş nazirin ofisinin bir neçə metrlik məsafəyə düşüb.

#İran #raket #Netanyahu

Kanala abunə olun
👎83👍1🔥1
📰 WSJ: “🇮🇱 Mossad 🇮🇷 iranlı komandanı telefonla təhdid edib” 📞

“The Wall Street Journal” qəzeti xəbər verib ki, İranın yüksək rütbəli hərbi komandirlərindən biri ilə İsrailin xarici kəşfiyyat xidməti — Mossad casusu arasında baş tutmuş telefon danışığının məzmunu üzə çıxıb.

Səs yazısında Mossad agenti iranlı komandana “Sənin haqqında hər şeyi bilirik, qara siyahıdasan” deyərək onu təhdid edir və mövqeyini dəyişməyə çağırır. O, habelə, xəbərdarlıq edir ki, əks halda taleyi ali lideri ilə eyni ola bilər.

Komandir isə cavabında “Qurana and içirəm ki, sənin düşmənin deyiləm… bizə kömək edin” ifadələrini işlədir. (Independent Persian)

#İsrail #Mossad #İran #komandan #təhdid

Kanala abunə olun
👍11😁21