Azad İran
5.91K subscribers
35.2K photos
21.7K videos
15 files
9.41K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇱 İsrail HHQ 🇮🇷 Tehrandakı "Bəsic" bölmələrinin muzdlularına və mövqelərinə zərbələr endirib 🚀💥

هدف قرار دادن ایست و بازرسی وسط خیابان لابلای ماشین‌ها

#İran #İsrailzərbəsi #Bəsic

Kanala abunə olun
11👏4
Karnegi: "🇮🇷 İran ətrafında müharibə Cənubi Qafqaz üçün riskləri artırır"

"Carnegie Endowment for International Peace" ekspertlərinin fikrincə, İranla bağlı davam edən münaqişə artıq Cənubi Qafqaza birbaşa təsir göstərir və ölkələrini artan qeyri-sabitlik zonasına sürükləyir.
Məqalədə qeyd edildiyi kimi, "nəticələri artıq İranın şimal sərhədində hiss olunur" və region ölkələri faktiki olaraq özlərini geosiyasi gərginlik zonasında tapırlar.👇👇👇
👎3😁1
Azad İran
Karnegi: "🇮🇷 İran ətrafında müharibə Cənubi Qafqaz üçün riskləri artırır" "Carnegie Endowment for International Peace" ekspertlərinin fikrincə, İranla bağlı davam edən münaqişə artıq Cənubi Qafqaza birbaşa təsir göstərir və ölkələrini artan qeyri-sabitlik…
İqtisadi vəziyyət ikili xarakter daşıyır: neft qiymətlərinin bahalaşması 🇦🇿 Azərbaycanın gəlirlərini artıra bilər, eyni zamanda inflyasiya təzyiqi də artır.
Sərhədlərin bağlı olmasına baxmayaraq, İrandan potensial qaçqın axını müəyyən bir risk olaraq qalır.

Qeyd olunur ki, Bakı "İrana qarşı müharibəyə girməyəcəyini açıq şəkildə bildirib" və üçüncü ölkələrin onun ərazisindən istifadə etməsi ilə bağlı iddiaları rədd edir.

Bütövlükdə Cənubi Qafqaz üçün müharibənin nəticələri nəqliyyat layihələrinə, xüsusən də 🇺🇸 TRIPP layihəsinə təhdidlərdən tutmuş güc balansındakı dəyişikliyə qədər sistemli ola bilər.

Nəticə etibarilə, təhlildə vurğulandığı kimi, regionun gələcəyi əsasən İranın öz daxilində vəziyyətin necə inkişaf edəcəyindən asılı olacaq.
2🔥2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇶 İraqda fəaliyyət göstərən “Hərəkət əl-Nucəba” qruplaşması 🇺🇸 ABŞ tərəfindən bombalanıb 🚀🔥

گروه حرکت النجباء در عراق توسط آمریکا بمباران شد.

#İraq #ABŞ #bombalama

Kanala abunə olun
👍74👎1🔥1
🇮🇷 Laricaninin oğlu da öldürülüb 🔥

“Iran International” kanalının aldığı məlumata görə, 🇮🇱 İsrail hücumlarında Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ilə yanaşı, onun müavini Əli Bateni və xüsusi köməkçisi olan Əli Laricaninin oğlu da həlak olub.

“Iran International”a danışan məlumatlı mənbələrin sözlərinə görə, İsrailin İranın Bəsic təşkilatının iclasının keçirildiyi məkana hücumu zamanı təşkilatın sədr müavini Qasem Qureyşi də öldürülüb.

Sözügedən mənbələr əlavə ediblər ki, yuxarıda qeyd olunan iclas Çərşənbə mərasimlərində mümkün etirazların qarşısının alınması mövzusunda keçirilib.

بر اساس اطلاعات رسیده به ایران‌اینترنشنال، در حمله اسرائیل علاوه بر علی لاریجانی، علی باطنی، معاون او در شورای عالی امنیت ملی، و همچنین پسر علی لاریجانی که دستیار ویژه او بود، کشته شده‌اند.

#Laricani #ABŞ #İsrail #hücum #Bəsic

Kanala abunə olun
👍92🔥2
Media is too big
VIEW IN TELEGRAM
Yaxın Şərqdə sıradan bir gün 🚀

یک روز معمولی در خاورمیانه

#YaxınŞərq #İran #ABŞ

Kanala abunə olun
🔥21
🇦🇿 Azərbaycan və 🇮🇷 İran XİN başçıları arasında telefon danışığı olub ☎️

Ceyhun Bayramov və Abbas Əraqçı bölgədəki son vəziyyət və ikitərəfli münasibətlər barədə danışıblar.

Abbas Əraqçı 🇮🇱 İsrail və 🇺🇸 ABŞ tərəfindən İranın digər ölkələrlə münasibətlərini poza biləcək “saxta bayraq” əməliyyatları barədə Ceyhun Bayramova məlumat verib.

Mövcud şəraitdə hər hansı anlaşılmazlığın aradan qaldırılması üçün iki ölkə arasında sıx məsləhətləşmələrin davam etdirilməsinin önəmi qeyd edilib. (İran XİN)

گفتگوی تلفنی وزرای امور خارجه ایران و جمهوری آذربایجان

#Azərbaycan #İran #XİN #Əraqçı #Bayramov

Kanala abunə olun
🤮52👎2🤔1
Ejei: "🇮🇷 İranda sabitliyi pozmaq cəhdlərinə qanun çərçivəsində sərt cavab veriləcək"

İranın Ədliyyə-Məhkəmə sisteminin rəhbəri Qulamhüseyn Mohseni Ejei hərəkətləri "ölkənin milli təhlükəsizliyinə təhdid yaradan" şəxslərə sərt xəbərdarlıq edib.

O, bildirib ki, ölkənin məhkəmə sistemi artıq "düşmən 🇺🇸 ABŞ və 🇮🇱 İsrail rejimləri" ilə əməkdaşlıq edən daxili ünsürlərə qarşı qətiyyətli tədbirlər görməyə başlayıb.

Hökumət mollası qeyd edib ki, vəziyyətin qeyri-sabitləşdirilməsində və xarici kəşfiyyat orqanları ilə qarşılıqlı əlaqədə olan şəxslərin həbsi və aktivlərinin müsadirə edilməsi üçün məhkəmə qərarları artıq verilib.

Ejei vurğulayıb ki, İran qanunvericiliyi təhlükəsizliyi pozmağa görə son dərəcə sərt cəzalar nəzərdə tutur.
"Casusluğa görə cəzanın sərtləşdirilməsi" haqqında qanuna əsasən, dövlətə qarşı ağır cinayətlərdə təqsirli bilinənlər ölüm cəzası ilə üzləşə bilərlər.

#İran #Ejei #xəbərdarlıq
🤮8😁1🤬1
🇹🇷 Türkiyə öz vətəndaşlarını 🇮🇶 İraqı tərk etməyə çağırdı ⚠️

Türkiyənin İraqdakı səfirliyi vətəndaşlarını ölkəni tərk etməyə çağırıb.
Səfirlikdən bildirilib ki, İraq hava məkanının bağlanmasına və 19 mart tarixinə qədər uçuşların ləğv edilməsinə baxmayaraq, Türkiyə vətəndaşları ölkəni quru sərhədləri vasitəsilə tərk edə bilərlər.

Diplomatik missiya eləcə də açıqlamasında qeyd edib: "Hazırda İraqdakı təhlükəsizlik vəziyyətinin regional hadisələrin təsiri səbəbindən sürətlə pisləşməsi ehtimalı yüksək olduğundan, insanları ölkə daxilində izdihamlı yerlərdən və mülki əhalinin toplaşdığı mərkəzlərdən, eləcə də Bağdaddakı Yaşıl Zonadan, etiraz yerlərindən, Bağdad və Ərbil hava limanlarından çəkinməyə, ehtiyatlı olmağa və hava hücumundan müdafiə sistemlərindən uzaq durmağa çağırırıq".

Türkiyə vətəndaşlarına da ölkə daxilində neft yataqlarından uzaq durmaq tövsiyə olunub.

#Türkiyə #səfirlik #İraq

Kanala abunə olun
5👍2
🇮🇷 İran 🇸🇦 Səudiyyə Ərəbistanında radar qurğusuna zərbə endirib

Peyk şəkili göstərir ki, Səudiyyə Ərəbistanının şimal-şərqindəki Əl-Qaysumah hava limanında 🇺🇸 ABŞ istehsalı olan AN/FPS-117 erkən xəbərdarlıq radarı vurulub.

تصاویر ماهواره‌ای نشان می‌دهد که یک رادار هشدار اولیه AN/FPS-117 ساخت آمریکا در فرودگاه القیصومه در شمال شرقی عربستان سعودی مورد اصابت قرار گرفته است.

#SəudiyyəƏrəbistanı #radar #İran #zərbə

Kanala abunə olun
🔥32👎2
🇺🇦 Zelenski: “Biz 🇮🇷 İranın təhdidlərindən qorxmuruq” ✍️

Bu gün Ukrayna prezidenti Volodimir Zelenski “X” hesabında fars dilində post paylaşaraq, İranın Ukraynaya qarşı təhdidlərinə dair mövqeyini açıqlayıb.

Zelenski Ukraynanın körfəz ölkələrinə dəstəyi səbəbindən İranın hədələrinə cavab olaraq yazıb:
Son dörd ildə müxtəlif bəyanatlar eşitmişəm. 🇺🇸 ABŞ və Yaxın Şərq ölkələrinin liderlərinin bizə qarşı dronlarla bağlı kömək üçün müraciət etmələri bizim üçün vacibdir.
Onlar hava hücumundan müdafiə sahəsindəki təcrübəmizdən istifadə etmək üçün bizə müraciət ediblər.
Hava hücumundan müdafiə hücum qabiliyyətləri demək deyil.
Buna görə də dedim ki, biz bu təcrübəni və müdafiə sistemlərini təmin etməyə hazırıq.
Biz bu cür bəyanatlardan qorxmuruq. Son dörd, habelə, 12 ildir ki, bu cür təhdidləri hər gün eşidirik. Bu, bizim üçün yeni bir şey deyil
”.

#Ukrayna #Zelenski #İran
8👍7🤮1
🚨 TƏCİLİ

🇮🇷 İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin ölüm xəbəri təsdiqini tapdı 🔥

Bu haqda məlumatı Fars xəbər agentliyi yayıb.

#İran #Laricani #ölüm

Kanala abunə olun
😁17🔥75
🇮🇷 İranın yeni ali lideri ölümdən necə xilas oldu? 🤔

İranın yeni ali lideri Ayətullah Müctəba Xameneyi fevralın 28-də aviazərbələrdən qısa müddət əvvəl hücuma məruz qalan binanı tərk edərək ölümdən xilas olub. Bu barədə "The Daily Telegraph" qəzeti məlumat yayıb.

Nəşr eyni hücumda həlak olan ali lider Ayətullah Əli Xameneyinin protokol rəisi Məzahir Hüseyninin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbərliyinə verdiyi açıqlamanın audioyazısına istinad edir.

"Bu, Allahın iradəsi idi: Müctəba bir iş üçün həyətə çıxmalı və sonra qayıtmalı idi.
O, çöldə idi və artıq yuxarı mərtəbəyə qalxırdı ki, binaya raket dəydi.
Həyat yoldaşı xanım Zəhra Həddad dərhal həlak oldu"
, - deyə qəzet Hüseyninin sözlərinə istinadən bildirir.

O, İranın yeni ali liderinin hücumda ayağından yüngül xəsarət aldığını, oğlunun isə öldüyünü bildirib.

#İran #alilider #Müctəba #Xameneyi #ölüm #qurtuluş #yaralı
🤔7😁3🔥1
🇮🇷 İranda daha 243 hədəf vurulub 🚀💥🔥

Ötən sutka ərzində 🇺🇸 ABŞ və 🇮🇱 İsrail hərbi hava qüvvələri İranın 17 əyalətinə hücum ediblər. Bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Bildirlir ki, 117 hava hücumu zamanı 243 hədəfə zərbə endirilib.
Zərbələr nəticəsində ölən və yaralananların sayı 66-ya çatıb.
Hava hücumları zamanı vurulan əsas hədəflər aşağıdakılardır:
▪️Komandanlıq və idarəetmə mərkəzləri;
▪️SEPAH-ın qərargah binaları;
▪️SEPAH-ın kəşfiyyat mərkəzləri;
▪️İnteqrasiya olunmuş hava hücumundan müdafiə sistemləri;
▪️Ballistik raket mərkəzləri;
▪️İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin gəmiləri və sualtı qayıqları;
▪️İran İslam Respublikasının hava hücumundan müdafiə sistemləri;
▪️Gəmi əleyhinə raket mərkəzləri;
▪️Hərbi rabitə infrastrukturu;
▪️Ballistik raket və dron istehsalı mərkəzləri;
▪️Silah istehsalı müəssisələri və saxlama bunkerləri;
▪️Yer-hava tipli raket qurğuları;
▪️Hərbi dəstək infrastrukturu.
👍123🔥1
🇮🇷 Pezeşkianın müavininə sui-qəsd cəhdi olub 🔥

İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arifə qarşı uğursuz sui-qəsd olub.

Hücum Arifin Şəhidlər Fondunu ziyarət etməsindən sonra baş verdiyinə görə o, həyatda qalıb.

#İran #vitseprezident #Arif #suiqəsd
🔥42👍2
🇮🇷 İrana qarşı müharibənin 16-cı və 17-ci günlərində nə baş verdi?

🇺🇸 ABŞ-🇮🇱 İsrail müharibəsi İslam Respublikasına qarşı üçüncü həftəsinə qədəm qoyduğu və qlobal neft qiymətlərinə təsir göstərdiyi anda İsrail və Amerika rəsmiləri müharibənin hələ də davam etdiyini açıqlayıblar.

İsrail bazar ertəsi elan etdi ki, ən azı növbəti üç həftə üçün ətraflı əməliyyat planlarına malikdir, çünki ordu bazar ertəsi gecə boyunca İrandakı hədəflərə ağır zərbələr endirib.

Eyni zamanda, İslam Respublikası dronlarının hücumları Dubay hava limanının fəaliyyətini müvəqqəti dayandırıb və Birləşmiş Ərəb Əmirliklərindəki əsas neft obyektini hədəfə alıb.

ABŞ və İsrailin İslam Respublikasına qarşı müharibəsi artıq üçüncü həftəsindədir və başa çatması üçün heç bir aydın əlamət görünmür. Müharibə dünya neftinin və mayeləşdirilmiş təbii qazın 20 faizinin keçdiyi həyati əhəmiyyətli su yolu olan Hörmüz boğazını bağlayıb. Vəziyyət neft qiymətlərini qaldırıb və qlobal inflyasiyanın yenidən canlanması ilə bağlı narahatlıqlar yaradıb.
5👍2🔥1
🇮🇷 SEPAH 🇮🇱 İsrail və 🇺🇸 ABŞ-yə qarşı 61-ci zərbə dalğasını başlatdı 🚀

Son saatda İran İsrailə bir neçə "Xorrəmşəhr" ballistik raketləri ilə kaset tipli döyüş sursatları atıb.

Ramat Gan yaşayış məntəqəsi və Təl-Əvivdəki Savidor dəmiryolu stansiyası hədəfə alınıb.

#İran #İsrail #raket #zərbə

Kanala abunə olun
😁8👎3👏3👍1