Azad İran
5.89K subscribers
35.4K photos
21.8K videos
15 files
9.41K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🚨TƏCİLİ

🇮🇷 Xameneyi 🇺🇸 ABŞ ilə atəşkəs təklifini rədd etdi 🕊

İranın ali lideri Müctəba Xameneyi ABŞ tərəfindən irəli sürülən atəşkəs təklifini rədd edib.

“Reuters” agentliyinin yaydığı məlumata görə, təklif Tehrana iki vasitəçi ölkə ilə çatdırılıb.

Xameneyi bildirib ki, ABŞ və İsrail “məğlubiyyətlərini etiraf etməyincə, diz çökməyincə və təzminat ödəməyincə” sülh danışıqları üçün vaxt deyil.

#İran #Xameneyi #alirəhbər #ABŞ #atəşkəs #təklif #imtina

Kanala abunə olun
😁10🤮21
Azad İran
🇮🇱 İsrail 🇮🇷 Laricaninin öldürüldüyünü təsdiqlədi 🔥 Bu gün İsrailin müdafiə naziri İsrael Katz Tehrana edilən hücum zamanı İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldüyünü təsdiqləyib. Nazirin açıqlamasında, habelə, bildirilir ki, hücum…
🇮🇱 İsrail ordusu: “🇮🇷 İranın de-fakto lideri öldürüldü”

Bu gün İsrail ordusu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin Tehranda həyata keçirilən hücum zamanı öldürüldüyünü açıqlayıb.

İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti bildirib ki, Laricani paytaxtın mərkəzində baş verən zərbə nəticəsində həlak olub. Bu açıqlama daha əvvəl İsrailin müdafiə naziri İsrael Katz tərəfindən səsləndirilən məlumatı təsdiqləyir.

İsrail tərəfi Laricanini “İran rejiminin de-fakto lideri” kimi təqdim edərək onun ölkənin siyasi-hərbi koordinasiyasında əsas fiqurlardan biri olduğunu iddia edib. Açıqlamada qeyd olunur ki, o, rejimin beynəlxalq fəaliyyətinin idarə olunmasında və regional siyasətin formalaşdırılmasında mühüm rol oynayıb.

Bəyanatda Laricaninin İranda son etirazlar zamanı repressiv tədbirlərə rəhbərlik etdiyi və nümayişlərin zorla yatırılmasında iştirak etdiyi vurğulanıb.

#İsrail #ordu #İran #Laricani #ölüm

Kanala abunə olun
👏63👍3🔥1
Azad İran
📰 Əl-Cəridə: “🇮🇷 Müctəba Xameneyi müalicə üçün 🇷🇺 Rusiyaya aparılıb” 👳‍♂ Küveytin “Əl-Cəridə” qəzetinin məlumatına görə, İranın yeni ali lideri Müctəba Xameneyi fevralın 28-də Tehrana edilən hava hücumları zamanı yaralandıqdan sonra gizli şəkildə Rusiya hərbi…
🇮🇷 İran səfiri Xameneyinin 🇷🇺 Rusiyada müalicə olunması xəbərlərini yalanlayıb

Bu gün İranın Moskvadakı səfiri Kazım Cəlali ölkəsinin yeni ali rəhbəri Müctəba Xameneyinin müalicə üçün Rusiyada olması ilə bağlı məlumatları təkzib edib.

Bununla bağlı, TACC agentliyi məlumat yayıb.

Daha öncə Müctəba Xameneyinin İsrail-Amerika hücumlarında aldığı xəsarətlərdən sonra müalicə üçün gizli şəkildə Rusiya hərbi təyyarəsi ilə Moskvaya aparıldığı açıqlanmışdı.

#İran #MüctəbaXameneyi #alirəhbər #səfir #Rusiya #müalicə #təkzib

Kanala abunə olun
😁7🤮31
🚨TƏCİLİ

🇮🇷 İranda daha bir SEPAH generalı öldürüldü 👮‍♂️🔥


Bu gün “Tasnim News” agentliyi İsrailin hücumları nəticəsində SEPAH-ın daha bir yüksək rütbəli komandanının öldürüldüyünü bildirib.

Məlumata görə, general Cavad Baqeri son hücumlar zamanı həlak olub.

Bildirilir ki, o, ötən yay baş verən 12 günlük müharibə zamanı öldürülən Mahmud Baqerinin qardaşıdır. Mahmud Baqeri SEPAH-ın raket bölməsinin komandanı olub.

#İran #SEPAH #komandan #İsrail #hücum #ölüm

Kanala abunə olun
👍114🔥1
🇮🇷 İranda yüzlərlə “Bəsic” üzvü öldürülüb 🔥

İsrailin son hava hücumları nəticəsində yarıhərbi radikal “Bəsic” qüvvələri arasında ağır itkilərin olduğu açıqlanıb.

“Iran International” kanalı xəbər verir ki, dünən gecə baş verən hücumlarda təxminən 300 “Bəsic” komandanı və üzvü həlak olub. Bildirilir ki, əsas zərbə yüzlərlə avtomobil və motosikletin saxlanıldığı texniki xidmət bölməsinə endirilib.

Məlumatda qeyd olunur ki, SEPAH-a məxsus Tehrandakı strateji mərkəzlər də hədəfə alınıb. Bu hərbi obyektlər arasında “xalq etirazlarının yatırılmasında əsas qüvvə” kimi xarakterizə edilən “Məhəmməd Rəsulullah Korpusu”nun qərargahının da olduğu bildirilir.

ضربه سنگین به بازوی سرکوب جمهوری اسلامی؛ کشته شدن صدها‌‌ نفر از مسئولان میدانی بسیج

#İsrail #İran #Bəsic #hücum

Kanala abunə olun
👍142🔥1
🇮🇷 İranda bir neçə polis öldürülüb 👮‍♂

Dünən Sistan və Bəluçistan əyalətinin Təftan şəhərində silahlı hücum nəticəsində polis əməkdaşları həlak olub.

Məlumata görə, naməlum şəxslər polis avtomobilini atəşə tutub. Hadisə ilə bağlı məlumatı “Bəluc Fəallarının Kampaniyası” yayıb.

Hücum nəticəsində avtomobildə olan 5 polis əməkdaşının hadisə yerində öldüyü bildirilir.

İnsidentin arxasında kimin dayandığı hələlik məlum deyil və heç bir qrup məsuliyyəti üzərinə götürməyib.

#İran #SistanBəluçistan #polis #silahlıhücum #ölüm

Kanala abunə olun
👍121
Ərəb ölkələri 🇺🇸 ABŞ-ni 🇮🇷 İranla qarşıdurmada geri çəkilməməyə çağırır 🤔

“Reuters” agentliyi xəbər verib ki, Fars Körfəzi ölkələri ABŞ-ni İranla qarşıdurmada geri çəkilməməyə çağırıb. Məqsəd İranın hərbi gücünü regional təhlükəsizliyə və həyati əhəmiyyətli neft nəqli marşrutlarına təhlükə yaratmayacaq səviyyəyə endirməkdir.

Agentliyin məlumatına görə, əvvəlcə ərəb ölkələri İranda müharibə istəmirdilər. Ancaq İranın bölgənin neft obyektlərinə, limanlarına və şəhərlərinə hücumlarından sonra bir sıra regional liderlər ABŞ-ni əməliyyatlarını yarımçıq qoymamağa səsləyiblər.

Eyni zamanda, bir neçə Qərb və ərəb diplomatı Reuters-ə bildirib ki, Vaşinqton Körfəzi dövlətlərinə ABŞ-İsrail qarşıdurmasına qoşulmaq üçün təzyiq göstərib.

#Ərəbölkələri #ABŞ #İran #müharibə #çağırış

Kanala abunə olun
👍7🔥21
🇮🇷 İranın hücumları 🇦🇪 BƏƏ-dəki aviabazaya ciddi ziyan vurub 🚀🛰️

İranın hücumları nəticəsində BƏƏ-dəki Əl-Dhafra aviabazası ciddi zərər görüb.

Yeni yayılan peyk görüntüləri hücumun real təsirini ortaya qoyub və bazadakı dağıntıların əyani təsdiqini verib. Görüntülərdə tikililərdə məhv olmuş hissələr, dağılan avadanlıq və infrastruktura dəymiş ziyan aydın görünür.

Hadisə bölgədə gərginliyin artdığı bir dövrdə baş verib və bazanın strateji əhəmiyyəti səbəbindən beynəlxalq diqqəti çəkib.

#İran #BƏƏ #aviabaza #hücum

Kanala abunə olun
👎41🔥1
🇮🇷 SEPAH sərhəd bölgələrində vətəndaşları hədələyir ❗️

SEPAH qüvvələri Qərbi Azərbaycan əyalətinin 🇮🇶 İraq sərhədi yaxınlığında yaşayan sakinlərə xəbərdarlıq edib.

Məlumata görə, sərhəd bölgələrində yaşayan Pavə, Mərivan, Bane və Sərdəşt sakinləri SEPAH və sərhəd alayının hərbçilərinin postları tərk edərək kəndlərdə və dağlıq ərazilərdə məscidlərdə mövqe tutduğunu bildiriblər.

Hərbi qüvvələr vətəndaşlara sərhəd zolağına getməmək barədə xəbərdarlıq edib və bildirib ki, müharibə şəraiti səbəbindən bu ərazilərdə hər hansı hərəkət əvvəlcədən xəbərdarlıq edilmədən atəşlə qarşılanacaq.

Sakinlərin sözlərinə görə, bu tədbirlər yerli əhalinin gündəlik həyatına ciddi təsir göstərir və regionda gərginliyi artırır.

تهدید شهروندان ساکن مناطق مرزی از سوی سپاه پاسداران

#İran #SEPAH #QərbiAzərbaycan #İraq #sərhəd #təhdid

Kanala abunə olun
👎71🔥1
Media is too big
VIEW IN TELEGRAM
🇪🇺 Kallas: “🇮🇷 İran müharibəsini bitirməyin vaxtı çatıb”

Bu gün Avropa Birliyinin (AB) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas İranla qarşıdurmaya son qoyulması üçün çağırış edib.

O, bildirib ki, bu müharibənin dərhal dayanması hər kəsin xeyrinə olardı. Kallasın sözlərinə görə, müharibələrin problemi ondadır ki, onları başlatmaq dayandırmaqdan daha asandır və onlar tezliklə nəzarətdən çıxır.

Aİ rəsmisi, habelə, bölgədəki gərginliyin azaldılması və diplomatik yolların fəal istifadəsinin vacibliyini vurğulayıb.

#AvropaBirliyi #İran #müharibə #çağırış

Kanala abunə olun
👎4👍2🤮21🔥1
🚨 SON DƏQİQƏ

🇦🇱 Albaniya 🇮🇷 İranı “terrorçuluğun dövlət sponsoru” elan etdi 🔥

Bu gün Albaniya parlamenti İranı “terrorçuluğun dövlət sponsoru” kimi tanıyan qanun layihəsini təsdiqləyib.

Qanun layihəsi hökuməti SEPAH və Hizbullahı terror təşkilatları siyahısına əlavə etməyə çağırır. 140 üzvlük parlamentdə qanun 79 lehinə səs və bir bitərəf səslə qəbul edilib.

Qanun layihəsində bildirilir ki, İran dövlət qurumları və bağlı strukturlar Yaxın Şərqdə və ondan kənarda ölkələrin sabitliyini pozan fəaliyyətlərdə iştirak edib. Habelə, 2022-ci ildə Albaniyaya qarşı geniş kiberhücumların İranla əlaqəli olduğu və son vaxtlar parlament sistemlərinə edilən sızma cəhdlərinin də bu kontekstdə dəyərləndirildiyi vurğulanır.

Albaniya parlamenti İranın terror fəaliyyətlərini və beynəlxalq əməliyyatlarda dəstəkləyici rolunu qətiyyətlə pisləyib, Körfəz ölkələri və Türkiyə ilə tam həmrəyliyini vurğulayıb. (Anadolu Agentliyi)

#Albaniya #İran #terrorçuluq #dövlətsponsoru

Kanala abunə olun
👏62👍2
🇺🇸 ABŞ Milli Terrorla Mübarizə Mərkəzinin rəhbəri 🇮🇷 İrandakı müharibəyə görə istefa verdi 🛑

ABŞ Milli Terrorla Mübarizə Mərkəzinin (NCTC) direktoru Cozef Kent İranda davam edən müharibəyə qarşı çıxdığını əsas gətirərək istefa verdiyini açıqladı.
Rəsmi açıqlamada o, bildirir: "İran ölkəmiz üçün heç bir təcili təhlükə yaratmayıb və bu müharibəni İsrail və onun nüfuzlu Amerika lobbisinin təzyiqi altında başlatdığımız aydındır".

Kent bildirib ki, Prezident Tramp və Milli Kəşfiyyat İdarəsinin direktoru Qabbardın rəhbərliyi altında xidmət etmək və NCTC-də peşəkarlar komandasına rəhbərlik etmək onun üçün şərəf idi.

#ABŞ #NCTC #istefa

Kanala abunə olun
👍51👎1🔥1
🇮🇷 İrandakı əməliyyatdan qayıdan 1 ədəd B-1B Lancer stratejik bombardımançı təyyarə "Flightradar"da müşahidə edilib ✈️

İran səmasında rahat uçan qırıcı təyyarələrinin hərəkətləri, transponderi açıq B-1B Lancerin hərəkəti müəyyən təşviş yaratmağa məqsədlənmiş hərəkətlədir.

🇺🇸 ABŞ bununla İrana mesaj çatdırır: “Biz burdayıq, uçuruq və istədiyimizi edirik“.

#İransəması #ABŞ #bombardmançıtəyyarə

Kanala abunə olun
4🔥4
🇮🇱 İsrail: "🇮🇷 Laricaninin öldürülməsi İsrail kəşfiyyatının son 24 saat ərzində Tehran sakinlərindən aldığı dəyərli məlumatlar sayəsində mümkün olub"

"Son günlərdə Laricani təkəbbürlü davranır, tez-tez ictimaiyyət qarşısında (Qüds Günü mitinqləri də daxil olmaqla) görünür, həm yerli, həm də beynəlxalq mediaya danışır və bununla da özünü ifşa edir ki, bu da sonda onun kimliyinin müəyyən edilməsinə səbəb olurdu", - deyə İsrail rəsmisi bildirib.

İsrail rəsmisi əlavə edib ki, İsrail kəşfiyyat xidmətləri "Bəsic və SEPAH-ın nəzarət məntəqələrinin yerini dəqiq göstərən çoxsaylı məlumatlar almağa davam edir ki, bu da onlara işlərində əhəmiyyətli dərəcədə kömək edir".

#İsrail #İran #Laricani

Kanala abunə olun
👏8👍5🔥21🎉1
🇮🇷 İran neftdən qazanc əldə edir, 🇺🇸 ABŞ isə göz yumur🛢

Financial Times qəzeti yazır ki, Hörmüz boğazındakı fasilələr səbəbindən bir bareli 100 dollardan çox qiymət artımı fonunda İran neft ixracından gündə təxminən 140 milyon dollar qazanır.

Sanksiyalara baxmayaraq, ABŞ qlobal çatışmazlığın daha da pisləşməməsi üçün bu tədarüklərin davam etməsinə imkan verir.

Son fasilələrdən sonra İran gündə təxminən 1,5-1,6 milyon barel neft ixrac edir. Ölkənin əsas neft terminalı olan Xarq adasında tankerlərə yükləmə davam edir.

İran neftinin əsas hissəsi Çinə, çox vaxt endirimlə tədarük olunur.

#İran #neft #ixrac #Hörmüzboğazı

Kanala abunə olun
3🔥1🤮1