Azad İran
5.89K subscribers
35.4K photos
21.8K videos
15 files
9.41K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇮🇷 Tehranın mərkəzində raket zərbələrinə məruz qalmış binalar 🏢🚀💥🔥

Görüntülərdə Tehranın Bahar və Taleqani küçələrində 🇮🇱 İsrail və 🇺🇸 ABŞ qüvvələrinin aviazərbələri nəticəsində dağıdılmış binalar əks olunub.

'ساختمان‌هایی هدف گرفته شده در مرکز #تهران محدوده خیابان بهار و طالقانی'

#İran #Tehran #İsrail #ABŞ #raketzərbələri

Kanala abunə olun
6👍3
🇮🇷 Tehranda polis idarəsi 🇮🇱 İsrail aviasiyası tərəfindən vurulub 🚀🏬💥🔥

Tehranın Niyavəran bölgəsində yerləşən 132 saylı polis idarəsinin 🇺🇸 ABŞ-İsrail qüvvələrinin hava zərbələri nəticəsində dağıdıldığı bildirilir.

'ساختمان کلانتری ۱۲۳ نیاوران #تهران پس از حمله ظهر دوشنبه ۲۵ اسفند'

#İran #Tehran #polisidarəsi #ABŞ #İsrail #havazərbələri

Kanala abunə olun
👍101
🇱🇧 "Kətaib Hizbullah" təşkilatı özünün yüksək rütbəli komandiri və sözçüsü Əbu Əli əl-Əskərinin ölümü barədə məlumat verib

Ərəb mediasının məlumatına görə, əl-Əskərinin 🇺🇸 ABŞ-🇮🇱 İsrail əməliyyatı zamanı öldürüldüyü bildirilir.

#Hizbullah #Kətaib #ABŞ #hücum

Kanala abunə olun
👍5
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İranın raket buraxılış qurğuları 🇺🇸 ABŞ-🇮🇱 İsrail qüvvələri tərəfindən vurulur 🚀💥🔥

#İsrail #ABŞ #İran #raketburaxılışqurğuları #hücum

Kanala abunə olun
👍131
🇮🇷 Tehranın Zərəfşan küçəsindəki bir binaya 🇮🇱 İsrailin raket zərbəsindən görüntülər 🚀💥🔥

حمله ظهر امروز به ساختمانی در خیابان زرافشان #تهران
دوشنبه ۲۵ ظهر اسفند

#İsrail #İran #Tehran #aviazərbə

Kanala abunə olun
👍43
"Əl-Hədəs": "Müctəba Xameneyinin 🇮🇷 İranın ali lideri seçilməsi çətin olub"

"Al-Hadath" qəzeti Müctəba Xameneyinin İranın üçüncü ali lideri seçilməsinin təfərrüatlarını açıqlayıb və bildirib ki, bu, "sadə və rahat bir prosesdən uzaq" keçib.
Mənbələrə görə, o, mümkün 88 səsdən yalnız 59-nu alıb və bu da radikal və mötədil fraksiyalar arasında qızğın müzakirələrə səbəb olub.

Qeyd olunur ki, İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani və mötədil siyasətçilər onun təyinatına qarşı çıxıblar və "ölkənin xalqı birləşdirə biləcək bir liderə ehtiyacı olduğunu" iddia ediblər.

Lakin Müctəba SEPAH-ın və Əhməd Vəhidi və Hüseyn Taib də daxil olmaqla əsas hərbi liderlərin dəstəyini alıb ki, bu da ona mötədillərin maneçiliklərini dəf etməyə imkan verib.
😁31🔥1
🇺🇸 Pentaqon 🇮🇷 İran donanmasının tamamilə məhv edildiyini açıqladı 💥🔥

"Radikal İran rejiminin donanması tamamilə məhv edilib!", - deyə ABŞ müdafiə nazirinin baş müşaviri Şan Parnel özünün "X" hesabında yazıb.

#ABŞ #İran #donanma

Kanala abunə olun
👍12
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İran raketi 🇮🇱 Təl-Əvivdəki hərbi anbara düşüb 🚀💥🔥

TRT World-un görüntülərində İran raketinin İsrail hava hücumundan müdafiə sistemlərini keçərək Holondakı hərbi anbara dəyməsindən sonra Tel-Əviv üzərində tüstü ucalması müşahidə olunur.

#İran #raketzərbəsi #İsrail #TəlƏviv

Kanala abunə olun
👍4👎4
🇮🇷 İranın zərbəsindən sonra 🇦🇪 Dubay Beynəlxalq Hava Limanının yanacaq anbarındakı yanğının miqyası ⛽️

#İran #zərbə #Dubay #yanacaqanbarı

Kanala abunə olun
👎41
Media is too big
VIEW IN TELEGRAM
🇺🇸 Tramp 🇮🇷 İrandakı etirazlarla bağlı danışıb 🗣

"Onlar (etirazçılar) cəsur ola bilərlər, amma axmaq deyillər.
Binalarda snayperlər olduğu halda, onların silahları yoxdur.
Bu insanlar (rejim məmurları) zorakıdırlar. İki həftə əvvəl ən azı 32 min nəfəri öldürüblər
".

#ABŞ #Tramp #İran #etirazçılar

Kanala abunə olun
9👍1
🇮🇷 İranın 🇮🇱 Knesset binası üzərindən atılan ballistik raketi vurulub 🚀💥

Medianın yaydığı məlumata görə, mərminin parçaları bina kompleksinin ərazisinə düşüb və ilkin məlumata əsasən, ciddi ziyana səbəb olmayıb.

#İran #İsrail #raket #Knesset

Kanala abunə olun
3👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 Tramp 🇮🇷 İranın ali rəhbəri haqda danışdı 🗣

Müctəba Xameneyinin vəziyyəti haqda açıqlamasında ABŞ prezidenti Donald Tramp, onun fiziki vəziyyəti ilə bağlı müxtəlif məlumatlar dərc olunduğunu və onun sağ olub-olmadığının hələlik məlum olmadığını bildirib.

"Çoxları onun çox eybəcər hala düşdüyünü deyir. Deyirlər ki, ayağını itirib və ağır yaralanıb. Bəziləri onun öldüyünü deyir. Heç kim onun 100 faiz sağlam olduğunu demir.
Biz onu heç vaxt görməmişik və onun sağ olub-olmadığını da bilmirik
", - Tramp əlavə edib.

#Tramp #Xameneyi

Kanala abunə olun
6👍1
🇮🇷 İranın XİN başçısı 🇺🇸 ABŞ prezidentinin müşavirlərini günahlandırdı

İranın xarici işlər naziri Abbas Əraqçı Yaxın Şərqdə baş verən müharibə və qan tökülməsinə görə ABŞ prezidentinin müşavirlərini günahlandırıb.

"Ədalətli və bərabərhüquqlu razılaşma mümkün olduğu halda, ABŞ prezidentinə yanlış məsləhətlər verən şəxslər İranda baş verən qan tökülməsinə görə məsuliyyət daşıyırlar", - deyə Əraqçı bildirib.

Nazir vurğulayıb ki, Yaxın Şərqdə müharibə həm iranlılara, həm də amerikalılara faktiki olaraq məcburi şəkildə qəbul etdirilib.

#İran #Əraqçı #ABŞ #prezident #müşavirlər #yanlışməlumat #Tramp

Kanala abunə olun
😁53🤮1
🇦🇪 BƏƏ zərərsizləşdirdiyi 🇮🇷 İran raketləri və insan itkilərinə dair hesabat yayıb

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hava hücumundan müdafiə (HHM) sistemləri martın 15-də İranın dörd ballistik raketini və altı pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.

Bununla da, Yaxın Şərqdəki eskalasiyanın əvvəlindən bu günə kimi ölkədə 298 ballistik raket, 15 qanadlı raket və 1 600-dən çox PUA zərərsizləşdirilib.

Ölkənin Müdafiə Nazirliyindən bildirilib ki, eskalasiya başlayandan bəri bu zərbələrin qurbanlarının sayı altı nəfər olub.
Onlar BƏƏ, Banqladeş, Nepal və Pakistan vətəndaşlarıdır. Bundan başqa, 142 nəfər yüngül və orta dərəcəli xəsarətlər alıb.
Beləliklə, martın 14-dən etibarən yaralananların sayı daha bir nəfər artıb.

Zərərçəkənlər arasında 🇦🇿 Azərbaycan vətəndaşlarının adı da qeyd olunur.

#BƏƏ #İran #raket #hücum #insanitkisi #Azərbaycanvətəndaşları
2🔥1