Azad İran
5.88K subscribers
35.5K photos
21.8K videos
15 files
9.41K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
Media is too big
VIEW IN TELEGRAM
🇺🇸 Tramp: 🇮🇷 Xameneyi tərəfdarı mitinqlərin görüntüləri saxtadır🗣

Bu gün ABŞ prezidenti Donald Tramp İranda keçmiş ali lider Əli Xameneyi tərəfdarlarının kütləvi mitinqləri ilə bağlı yayılan görüntülərin saxta olduğunu iddia edib.

Trampın sözlərinə görə, videolarda meydanda təxminən 250 min nəfərin toplandığı və Xameneiyə güclü dəstək göstərdiyi təsvir edilsə də, bu görüntülər gerçək deyil.

ABŞ prezidenti bildirib ki, həmin görüntülər süni intellekt vasitəsilə hazırlanıb və əslində belə bir mitinq baş verməyib. Onun iddiasına görə, üç-dörd gün öncə yayılan bütün mitinqlər saxta olub və texnologiya vasitəsilə yaradılıb.

#Tramp #İran #mitinq #iddia #süniintellekt #texnologiya

Kanala abunə olun
😁6👍3
Azad İran
🇮🇷 İranın addımından sonra 🇬🇧 Britaniya Hörmüz məsələsini müzakirə edir Bu gün Britaniyanın energetika naziri Ed Miliband bildirib ki, ölkəsi Hörmüz boğazının yenidən açılması üçün hansı addımları ata biləcəyini araşdırır. Nazir “Sky News” telekanalına müsahibəsində…
🇩🇪 Almaniya və 🇬🇧 Britaniya 🇺🇸 ABŞ-nin Hörmüz planına qoşulmadı

“The Telegraph” qəzetinin məlumatına görə, Almaniya və Böyük Britaniya ABŞ-nin Hörmüz boğazının açılması ilə bağlı planlaşdırdığı əməliyyatda iştirak etməkdən imtina edib.

Məlumata əsasən, Almaniya Avropa Birliyinin boğazda dəniz missiyasının genişləndirilməsi təklifinə də ehtiyatla yanaşdığını bildirib.

Almaniyanın xarici işlər naziri Yohan Vadeful kommersiya yüklərinin Qırmızı dənizdən təhlükəsiz keçidinə kömək etmək məqsədilə həyata keçirilən missiyanın “effektiv olmadığını” qeyd edib.

Məlumata görə, Britaniya bölgəyə hərbi qüvvə göndərmək imkanını nəzərdən keçirir. Bildirilir ki, freqatlar və sualtı qayıqların bir hissəsi artıq Şərqi Aralıq dənizi istiqamətində hərəkət edir, digərlərinin isə Hind okeanına doğru yola düşəcəyi gözlənilir.

Britaniyanın energetika naziri Ed Miliband isə bazar günü bildirib ki, Hörmüz boğazının yenidən açılması qlobal enerji təchizatı baxımından “çox vacibdir”.

#Almaniya #Britaniya #ABŞ #Hörmüzboğazı #plan
1👍1
Media is too big
VIEW IN TELEGRAM
🇪🇺 Avropa Parlamentinin deputatları xəritədə 🇮🇷 İranı tapa bilmədilər 🗺️

Avropa Parlamentinin (AP) deputatları “Quotidien” verilişinin efirində ölkə adları göstərilməyən xəritədə İranın yerini tapa bilməyiblər.

Martın 2-də Strasburqda keçirilən AP iclasının kuluarlarında televerilişin efiri zamanı bir neçə deputat xəritədə İranın yerini təxmin edə bilməyib və onu Bolqarıstan, Türkiyə, Əfqanıstan və Səudiyyə Ərəbistanı ilə səhv salıb.

“Biz doğulan kimi hər şeyi bilmirik. Əlimizdən gələn hər şeyi edirik, hələ öyrənməli olduğumuz bir çox mövzu var, ona görə də biz gəzən ensiklopediya deyilik, biz hadisələrdən məlumatlı olmaq üçün əlimizdən gələni edirik”, - deyə Avropa Parlamentinin Avropa Ekologiyası üzrə katibi Devid Kormand nəticələrlə bağlı şərh verib.

#AvropaParlamenti #deputatlar #İran #xəritə

Kanala abunə olun
😁9🤮21
🇮🇱 İsrail 🇮🇷 Tehranda Xamemeniyə məxsus təyyarəni vurub ✈️🚀💥

Dünən İsrail Hərbi Hava Qüvvələrinin məlumatına görə, Tehranım Mehrabad hava limanında İranın keçmiş ali liderinə aid olduğu bildirilən təyyarə məhv edilib.

Açıqlamada qeyd olunur ki, təyyarə İranın keçmiş ali rəhbəri Əli Xameneyi, eləcə də digər yüksək vəzifəli rəsmilər və hərbi şəxslər tərəfindən istifadə olunub. Bildirilir ki, bu təyyarə vasitəsilə hərbi təchizatların təşkili və müttəfiq ölkələrlə əlaqələrin idarə edilməsi həyata keçirilirdi.

İsrail ordusunun bəyanatında qeyd edilir ki, təyyarənin vurulması İran hakimiyyətinin müttəfiqlərlə əlaqə qurmaq və hərbi imkanlarını genişləndirmək qabiliyyətinə zərbə vurur. (Iran International)

انهدام هواپیمای اختصاصی خامنه‌ای و بخش بزرگی از ناوگان ترابری سپاه در حمله اسرائیل

#İsrail #İran #Tehran #Xameneyi #təyyarə #havazərbəsi

Kanala abunə olun
👍72
Peyk görüntüləri: İran dronları Fuceyra limanını vurub ✈️💥🔥

Peyk görüntülərinə əsasən, martın 14-də İranın pilotsuz uçuş aparatlarının Fuceyra limanına zərbələr endirdiyi bildirilir. Liman BƏƏ-nin mühüm neft və yük daşımaları mərkəzlərindən biri hesab olunur.

Məlumata görə, hücum nəticəsində ən azı iki yanacaq çəni yanıb. Yanğın nəticəsində qalxan tüstünün bir neçə gün ərzində okean üzərində yayılmağa davam etdiyi qeyd olunur.

#İran #BƏƏ #Fuceyra #liman #hücum

Kanala abunə olun
3👎1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 ABŞ qırıcıları 🇮🇷 İranın limanında hədəfləri vurdu ✈️💥🔥

Dünən ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus Boeing F/A-18E/F Super Hornet qırıcıları İranın cənub-şərqində yerləşən Çabahar Limanı ərazisindəki yerüstü hədəflərə zərbə endirib.

Məlumata görə, qırıcılar əməliyyat zamanı təyyarədə quraşdırılmış 20 millimetrlik M61 Vulcan avtomatik topundan istifadə edərək liman yaxınlığındakı obyektləri atəşə tutub.

Çabahar limanı İranın Hind okeanına çıxışı olan mühüm ticarət və logistika mərkəzlərindən biri hesab olunur və region üçün strateji əhəmiyyət daşıyır.

#ABŞ #İran #Çabahar #liman #hücum

Kanala abunə olun
👍3
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 İran XİN: “Biz aylar öncə region ölkələrinə xəbərdarlıq etmişdik”

Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında bildirib ki, Tehran region ölkələrində yerləşən ABŞ hərbi bazalarını hədəf alacağına dair öncədən xəbərdar etmişdi.

Bəqayinin sözlərinə görə, İran aylar əvvəl region ölkələrinə müraciət edərək öz ərazilərinin İrana qarşı hücumlar üçün istifadə edilməsinə imkan verməmələrini xahiş edib.

O, qeyd edib ki, son 16–17 gün ərzində ABŞ-nin region ölkələrində yerləşən hərbi bazaları, obyektləri və digər hərbi infrastrukturu İrana qarşı əməliyyatların planlaşdırılması və həyata keçirilməsi üçün istifadə olunub.

Bəqayi əlavə edib ki, İranın region ölkələri ilə düşmənçiliyi yoxdur və Tehran qonşu dövlətlərlə münasibətlərin gərginləşməsini istəmir.

Onun sözlərinə görə, İranın hədəf aldığı obyektlər yalnız ABŞ-yə məxsus hərbi bazalar və infrastrukturdur və bu addımlar region ölkələrinin suverenliyi və ərazi bütövlüyünün pozulması kimi dəyərləndirilməməlidir. (Snn.ir)
🤮4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 Əraqçı: “Atəşkəs istəmirik, ancaq müharibə bitməlidir” 🕊🔥

Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı bildirib ki, Tehran hazırkı münaqişə ilə bağlı atəşkəsə hazır deyil, ancaq müharibənin gələcəkdə təkrarlanmaması üçün yekunlaşmalı olduğunu hesab edir. O, bu barədə jurnalistlər üçün keçirilən brifinqdə danışıb.

Nazirin sözlərinə görə, İran mövcud vəziyyətdə “qürurlu müqavimət” göstərir və bu mövqeni tərəddüdsüz davam etdirəcək.

O, qeyd edib ki, Tehran münaqişə ilə bağlı heç bir tərəfə mesaj göndərməyib və atəşkəs istəmir. Nazir bildirib ki, bu mövqeni o, ötən gecə Amerika telekanallarından birinə verdiyi müsahibədə də təkrar edib.

Əraqçının sözlərinə görə, əsas məqsəd müharibənin gələcəkdə yenidən baş verməməsi üçün bu qarşıdurmanın başa çatmasıdır. (Snn.ir)

#İran #Əraqçı #XİN #müharibə #atəşkəs

Kanala abunə olun
😁5🤮1
🇪🇺 AB ölkələri Hörmüz boğazına hərbi gəmilər göndərə bilər 🚢

Avropa Birliyinə (AB) üzv ölkələr Hörmüz boğazında təhlükəsizliyi möhkəmləndirmək məqsədilə hərbi gəmilərin göndərilməsi məsələsini müzakirə edir.

Bununla bağlı, AB-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Brüsseldə keçirilən üzv ölkələrin xarici işlər nazirlərinin görüşündən əvvəl açıqlama verib.

Kallas bildirib ki, Aİ-nin bölgədə artıq bir sıra missiyaları fəaliyyət göstərir və onların arasında Aspides əməliyyatı da var. Onun sözlərinə görə, nazirlər bu missiyanın mandatının genişləndirilməsi imkanlarını müzakirə edəcəklər.

Diplomat qeyd edib ki, əsas sual Aİ ölkələrinin bu missiya çərçivəsində hərbi gəmilərini bölgəyə göndərməyə hazır olub-olmamasıdır.

O, vurğulayıb ki, Hörmüz boğazının bağlanması qlobal iqtisadiyyat üçün ciddi risk yaradır, eyni zamanda enerji təchizatına təhlükə yaradır və regiondakı tərəfdaş ölkələrə mənfi təsir göstərir. (Euronews)

#AvropaBirliyi #Hörmüzboğazı #hərbigəmilər
👍51
Azad İran
🇺🇸 FTB: "🇮🇷 İran Kaliforniyaya dronlarla hücum edə bilər" ABŞ Federal Təhlükəsizlik Bürosu bu yaxınlarda Kaliforniya polis idarələrini İranın ABŞ-nin qərb sahilinə dronlar ataraq Amerika hücumlarına cavab verə biləcəyi barədə xəbərdar edib. Büronun xəbərdarlığında…
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 İran XİN: “Dronlarımızın 🇺🇸 ABŞ-yə çatması iddiası “yalançı bayraq” hazırlığı ola bilər”

Bu gün İran XİN-nin sözçüsü İsmayıl Bəqayi ABŞ-də bəzi rəsmilərin İran dronlarının Amerika sahillərinə çata biləcəyinə dair səsləndirdiyi fikirlərin “yalançı bayraq əməliyyatlarına” zəmin yarada biləcəyini bildirib.

Bəqayi qeyd edib ki, “yalançı bayraq əməliyyatları” keçmişdə dəfələrlə ABŞ və İsrail tərəfindən istifadə olunan bir üsuldur. Onun sözlərinə görə, ABŞ təhlükəsizlik qurumlarından birinin nümayəndəsinin İran dronlarının ABŞ-nin qərb sahillərinə çata biləcəyini iddia etməsi ciddi suallar doğurur.

XİN sözçüsü vurğulayıb ki, İran dronlarının Fars körfəzi bölgəsindən Kaliforniya sahillərinə qədər təxminən 6500 mil məsafə qət edə bilməsi barədə iddialar həqiqətə uyğun deyil. (Snn.ir)

“Yalançı bayraq” — bir hücum və ya təxribatın başqa tərəfin üzərinə atılması üçün həmin tərəfin adına və ya görüntüsündə gizli şəkildə təşkil edilən əməliyyata deyilir.

#İran #XİN #ABŞ #dron #hücum

Kanala abunə olun
🤮1
🇮🇱🇮🇷 İrana hücumlar davam edir 🚀💥🔥

Bu gün İsrail ordusu Tehrana silsilə zərbələr endirib.

Bildirilib ki, hücum zamanı raket SEPAH-ın Xatəmül-Ənbiya Qərargahından təxminən 100 metr məsafədə yerləşən bir binaya düşüb.

حمله جدید اسرائیل در تهران؛ انفجار نزدیک مقر خاتم‌الانبیاء

#İsrail #İran #Tehran #raket #hücum

Kanala abunə olun
👍8👎1😁1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İran 🇺🇸 ABŞ-ni hərbi obyektlərə hücum etməklə hədələyir 🚢🚀

Bu gün İran Qırmızı dənizdə yerləşən ABŞ hərbi qüvvələri ilə bağlı obyektlərin hədəfə alına biləcəyi barədə xəbərdarlıq edib.

Bununla bağlı, SEPAH-ın Xatəmül-Ənbiya Qərargahının sözçüsü İbrahim Zülfüqari açıqlama verib. Bildirilib ki, “USS Gerald R. Ford” təyyarədaşıyan gəmisinin Qırmızı dənizdə yerləşməsi İran tərəfindən təhlükə kimi qiymətləndirilir.

Açıqlamaya görə, bu səbəbdən həmin təyyarədaşıyan zərbə qrupunu dəstəkləyən logistika və xidmət obyektləri İran Silahlı Qüvvələri üçün potensial hədəf hesab olunur.

SEPAH nümayəndəsi qeyd edib ki, Qırmızı dənizdə ABŞ hərbi qüvvələrinin fəaliyyətinə dəstək verən infrastrukturların hamısı İran tərəfindən diqqətlə izlənilir. (Khabar Fouri)

#İran #ABŞ #gəmilər #hücum #təhdid

Kanala abunə olun
😁42👎2
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 İran Hörmüz boğazının bağlı olmadığını iddia edir 🤔

Bu gün İran XİN sözçüsü İsmayıl Bəqayi Hörmüz boğazının bağlanması ilə bağlı yayılan məlumatları təkzib edib.

Onun sözlərinə görə, Hörmüz boğazı bağlanmayıb, ancaq bölgədə yaranmış təhlükəsizlik şəraiti səbəbindən gəmilərin hərəkəti müəyyən şərtlər əsasında həyata keçirilir.

Bəqayi bildirib ki, ABŞ və İsrailin bölgədə yaratdığı təhlükəsizlik riskləri səbəbindən boğazdan keçən gəmilərə əlavə nəzarət tətbiq olunur.

“Belə bir vəziyyətdə heç bir sahil ölkəsi düşmən gəmilərinin normal şəkildə keçidinə icazə verə bilməz. Xüsusilə də bu gəmilər həmin ölkəyə qarşı təcavüzkar fəaliyyətlər üçün istifadə edilə bilərsə”, – deyə, o, qeyd edib.

Bəqayi əlavə edib ki, İrana qarşı hərbi əməliyyatlarda iştirak etməyən ölkələrin gəmiləri isə koordinasiya əsasında və İran silahlı qüvvələrinin icazəsi ilə boğazdan keçə bilirlər. (Snn.ir)

#İran #XİN #Hörmüzboğazı #iddia

Kanala abunə olun
👍1🤮1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇩🇪 Almaniya XİN: “🇮🇷 İran region və qlobal iqtisadiyyat üçün təhlükə yaradır” 🗣

Bu gün Almaniyanın xarici işlər naziri Yohan Vadeful bildirib ki, İranın fəaliyyətləri region üçün ciddi təhlükə yaradır. O, bu barədə Avropa Birliyinə üzv dövlətlərin xarici işlər nazirlərinin iclasından öncə jurnalistlərə müsahibəsində danışıb.

Nazirin sözlərinə görə, İran rejiminin fəaliyyəti təkcə qonşu ölkələr üçün deyil, həm də bölgənin ümumi təhlükəsizliyi, naviqasiya azadlığı və qlobal iqtisadi inkişaf üçün risk yaradır.

“İran rejiminin qonşuları, bütün bölgə, naviqasiya azadlığı və qlobal iqtisadi inkişaf üçün ciddi təhlükə yaratdığı aydındır. Bu təhlükə qətiyyən mövcud olmağa davam etməməlidir”, – deyə, o, qeyd edib.

Vadeful əlavə edib ki, bu məsələdə Almaniya İsrail və ABŞ ilə eyni mövqedədir və tərəfdaşları ilə tam razılıq içində hərəkət edir.

#Almaniya #XİN #İran #iqtisadiyyat #təhdid

Kanala abunə olun
4👍2
Azad İran
Peyk görüntüləri: İran dronları Fuceyra limanını vurub ✈️💥🔥 Peyk görüntülərinə əsasən, martın 14-də İranın pilotsuz uçuş aparatlarının Fuceyra limanına zərbələr endirdiyi bildirilir. Liman BƏƏ-nin mühüm neft və yük daşımaları mərkəzlərindən biri hesab olunur.…
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İran 🇦🇪 BƏƏ-nin strateji limanına ciddi zərər verdi 🚀💥

İki gün öncə İranın pilotsuz uçuş aparatları BƏƏ-nin Fuceyra limanı ərazisinə zərbələr endirib.

Hadisə nəticəsində ən azı iki böyük yanacaq çəni alışıb və yanğın bir neçə gün ərzində davam edərək tüstünü okean üzərinə yaymağa davam edib.

Zərbənin limana və oradakı infrastruktur üçün dəqiq iqtisadi və texniki itkiləri hələlik açıqlanmayıb.

#İran #dron #BƏƏ #liman #hücum

Kanala abunə olun
2👎1
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 İran XİN: “🇺🇸 ABŞ Hörmüz boğazının açılması üçün yardım axtarır” 🗣

Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı mətbuat konfransında bildirib ki, ABŞ Hörmüz boğazının açıq qalmasını təmin etmək üçün artıq digər ölkələrdən yardım istəyib.

Əraqçı xatırladıb ki, ABŞ İranı şərtsiz təslim olmağa məcbur etməyə çalışmışdı və 12 gün ərzində qeyd-şərtsiz atəşkəs tələb etmişdi. İndi isə eyni ssenari daha böyük intensivliklə və zorla həyata keçirilir.

“ABŞ bütün qüvvələrini səfərbər edərək genişmiqyaslı hücumlar həyata keçirdi və qeyd-şərtsiz təslim olmağı tələb edib. Bu gün, müharibənin başlamasından təxminən 15 gün sonra, Hörmüz boğazının təhlükəsizliyini təmin etmək və onu açıq saxlamaq üçün digər ölkələrdən kömək istəyirlər”, – deyə, Əraqçı vurğulayıb.

XİN başçısı əlavə edib ki, İranın mövqeyi dəyişməzdir: boğaz açıqdır və addımlar yalnız “düşmənlərin qorxaqcasına təcavüz aktları” ilə bağlıdır. (Snn.ir)

#İran #XİN #ABŞ #Hörmüzboğazı

Kanala abunə olun
👎32😁2
SON DƏQİQƏ 🚨

🇮🇷 SEPAH-ın keçmiş baş komandanı Xameneyinin müşaviri təyin edildi

Bu gün İranın ali rəhbəri Müctəba Xameneyi Möhsün Rzayini özünün hərbi müşaviri vəzifəsinə təyin edib.

Bununla bağlı, SEPAH-ın rəsmi “Telegram” kanalı məlumat yayıb.

Xatırladaq ki, general Rzayi SEPAH-ın keçmiş baş komandanı və İranın Məsləhət Şurasının üzvü olub.

سردار محسن رضایی با حکم خامنه‌ای بعنوان مشاور نظامی فرماندهی کل قوا منصوب شد

#İran #SEPAH #general #alirəhbər #hərbimüşavir #təyinat

Kanala abunə olun
😁112🔥1
🇮🇷 Ejei: “Düşmənlə əməkdaşlıq edənlərə güzəşt olunmamalıdır” 👨‍⚖️

Bu gün İranın Məhkəmə-Ədliyyə Sisteminin rəhbəri Qulamhüseyn Mohseni Ejei ABŞ və İsraillə əməkdaşlıqda şübhəli bilinən şəxslərə tez və güzəştsiz hökmlər çıxarılmasının vacibliyini vurğulayıb.

Ejei bildirib ki, hərbi vəziyyət və xalqın təhlükəsizliyi nəzərə alınaraq, təhlükə yaradan şəxslərin işlərinə baxılmasını və qərar qəbulunu sürətləndirmək lazımdır. Ancaq o, prosesi sürətləndirməyin ədalət və dəqiqlikdən imtina etmək demək olmadığını vurğulayıb.

“Hərbi vəziyyət və etirazlar şəraitində cinayət törətmiş və təcavüzkarla əlaqəsi olmuş şəxslərə münasibətdə yekun hökmlərin icrası zamanı da ləngimə və güzəşt olmamalıdır”, - deyə Ejei bildirib.

Onun sözlərinə görə, ölkənin təhlükəsizliyinə təhdid yaradan bütün hallarda məhkəmə prosesləri sürətli və effektiv şəkildə aparılmalıdır. (Snn.ir)

#İran #məhkəməsistemi #müharibə #ABŞ #İsrail #ittiham #cəza

Kanala abunə olun
😁5🤮43🔥1