Azad İran
5.88K subscribers
35.5K photos
21.8K videos
15 files
9.41K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇮🇷 Tehranın Mehrabad hava limanına şiddətli hücum olub 🚀💥✈️

🇮🇱 İsrail-🇺🇸 ABŞ qüvvələri Tehrana ağır aviazərbələr endirirlər.

#ABŞ #İsrail #İran #müharibə #Tehran #havalimanı #aviazərbə

Kanala abunə olun
🔥9
Media is too big
VIEW IN TELEGRAM
🇮🇱 İsrail mediası: 🇮🇷 İran ilk dəfə “Seccil” raketindən istifadə edib 🚀

İrana məxsus “Seccil” raketinin buraxılış anının əks olunduğu görüntülər İsraildə yayımlanıb.

İsrail televiziyasının 11-ci kanalının məlumatına görə, İrandan atılan son raket dalğasında “Seccil” tipli ballistik raket müharibə başlayandan bəri ilk dəfə istifadə olunub.

Məlumata əsasən, “Seccil” İranın daha qabaqcıl və daha dəqiq raketlərindən biri hesab olunur.

بازتاب شلیک موشک سجیل در اسرائیل

🔹خبرنگار شبکه ۱۱ تلویزیون اسرائیل: در آخرین موج موشکی از ایران، برای اولین بار از زمان شروع جنگ، از موشک بالستیک «سجیل» استفاده شد.

#İran #raket #Seccil #İsrail #hücum

Kanala abunə olun
6👎6
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İran dronunun hücumundan sonra 🇦🇪 Dubay hava limanında partlayış: yanacaq çənləri alovlandı ✈️💥⛽️

Dubay Beynəlxalq Hava Limanı ərazisində bir neçə yanacaq çəninin alovlandığı barədə məlumatlar yayılıb.

İlkin məlumatlara görə, hadisənin İranın pilotsuz uçuş aparatının hücumundan sonra baş verdiyi açıqlanıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə hava limanı ərazisində güclü yanğın və qatı qara tüstü görünür.

Qeyd edək ki, Dubay Beynəlxalq Hava Limanı regionun ən böyük hava nəqliyyatı mərkəzlərindən biri sayılır.

#BƏƏ #Dubay #havalimanı #İran #dron #hücum

Kanala abunə olun
👎42
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🛑 Son 24 saatda 🇮🇷 İrana genişmiqyaslı zərbələr 🚀💥🔥

🇮🇱 İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti son 24 saat ərzində İran ərazisində genişmiqyaslı hücumların həyata keçirildiyini açıqlayıb.

Məlumata görə, İsrail ordusu İranın qərb və mərkəzi bölgələrində yerləşən 200-dən çox hədəfə zərbə endirib.

Hədəflər arasında əməliyyatçıların yerləşdiyi komanda mərkəzləri, hava hücumundan müdafiə sistemləri, silahların saxlanıldığı anbarlar və silah istehsalı müəssisələri olduğu bildirilib.

#İsrail #İran #hücum

Kanala abunə olun
👍10
🇮🇷 İran və 🇫🇷 Fransa bölgədəki vəziyyəti müzakirə edib ☎️

Dünən İran prezidenti Məsud Pezeşkian və fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı baş tutub.

İran mediasının məlumatına görə, tərəflər regionda baş verən son hadisələri və mövcud vəziyyəti müzakirə ediblər.

Söhbət zamanı bölgədə artan gərginlik və təhlükəsizlik məsələlərinin də gündəlikdə olduğu bildirilir. (President.ir)

#İran #Fransa #prezident #bölgə #danışıqlar

Kanala abunə olun
🤮3
Azad İran
🇮🇷 İran dronunun hücumundan sonra 🇦🇪 Dubay hava limanında partlayış: yanacaq çənləri alovlandı ✈️💥⛽️ Dubay Beynəlxalq Hava Limanı ərazisində bir neçə yanacaq çəninin alovlandığı barədə məlumatlar yayılıb. İlkin məlumatlara görə, hadisənin İranın pilotsuz…
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷🇦🇪 Dubay hava limanında dron hücumu – uçuşlar dayandırıldı ✈️🚀🔥

Dubay beynəlxalq hava limanı yaxınlığında pilotsuz uçuş aparatının hücumundan sonra yanğın baş verib.

Hakimiyyət orqanlarının məlumatına görə, hadisə nəticəsində hava limanı ərazisinə yaxın yerləşən yanacaq çənlərindən biri alışıb. Hadisə yerinə mülki müdafiə bölmələri göndərilib və yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Baş verən hadisə ilə əlaqədar hava limanında uçuşlar müvəqqəti olaraq dayandırılıb. Uçuşların nə vaxt bərpa olunacağı barədə hələlik məlumat verilmir.

#Dubay #havalimanı #İran #hücum #uçuşlar

Kanala abunə olun
1👎1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İranda yüzlərlə şəxs "casusluq" şübhəsi ilə saxlanıldı 🤔

Dünən İranda hüquq-mühafizə orqanları "casusluqda" şübhəli bilinən yüzlərlə şəxsi saxlayıb.

İran Polis Komandanlığının rəisi, general Əhmədrza Radan bildirib ki, təhlükəsizlik qüvvələri “düşmən”lə əməkdaşlıqda şübhəli bilinən ən azı 500 nəfəri həbs edib.

Onun sözlərinə görə, saxlanılan şəxslərdən təxminən 250-si ölkə daxilində müxtəlif hədəflər barədə məlumat toplamaq və ötürməkdə, bəzi qruplarla əlaqə saxlamaqda, həmçinin ictimai asayişi pozmağa cəhd göstərməkdə şübhəli bilinir.

Polis rəisi qeyd edib ki, əməliyyatlar nəticəsində “düşmənə və İran əleyhinə fəaliyyət göstərən mediaya məlumat ötürən” şəxslər müəyyən edilərək tutulub.

#İran #casusluq #ittiham #həbs

Kanala abunə olun
🤬5
Media is too big
VIEW IN TELEGRAM
🇺🇸 Tramp: 🇮🇷 Xameneyi tərəfdarı mitinqlərin görüntüləri saxtadır🗣

Bu gün ABŞ prezidenti Donald Tramp İranda keçmiş ali lider Əli Xameneyi tərəfdarlarının kütləvi mitinqləri ilə bağlı yayılan görüntülərin saxta olduğunu iddia edib.

Trampın sözlərinə görə, videolarda meydanda təxminən 250 min nəfərin toplandığı və Xameneiyə güclü dəstək göstərdiyi təsvir edilsə də, bu görüntülər gerçək deyil.

ABŞ prezidenti bildirib ki, həmin görüntülər süni intellekt vasitəsilə hazırlanıb və əslində belə bir mitinq baş verməyib. Onun iddiasına görə, üç-dörd gün öncə yayılan bütün mitinqlər saxta olub və texnologiya vasitəsilə yaradılıb.

#Tramp #İran #mitinq #iddia #süniintellekt #texnologiya

Kanala abunə olun
😁6👍3
Azad İran
🇮🇷 İranın addımından sonra 🇬🇧 Britaniya Hörmüz məsələsini müzakirə edir Bu gün Britaniyanın energetika naziri Ed Miliband bildirib ki, ölkəsi Hörmüz boğazının yenidən açılması üçün hansı addımları ata biləcəyini araşdırır. Nazir “Sky News” telekanalına müsahibəsində…
🇩🇪 Almaniya və 🇬🇧 Britaniya 🇺🇸 ABŞ-nin Hörmüz planına qoşulmadı

“The Telegraph” qəzetinin məlumatına görə, Almaniya və Böyük Britaniya ABŞ-nin Hörmüz boğazının açılması ilə bağlı planlaşdırdığı əməliyyatda iştirak etməkdən imtina edib.

Məlumata əsasən, Almaniya Avropa Birliyinin boğazda dəniz missiyasının genişləndirilməsi təklifinə də ehtiyatla yanaşdığını bildirib.

Almaniyanın xarici işlər naziri Yohan Vadeful kommersiya yüklərinin Qırmızı dənizdən təhlükəsiz keçidinə kömək etmək məqsədilə həyata keçirilən missiyanın “effektiv olmadığını” qeyd edib.

Məlumata görə, Britaniya bölgəyə hərbi qüvvə göndərmək imkanını nəzərdən keçirir. Bildirilir ki, freqatlar və sualtı qayıqların bir hissəsi artıq Şərqi Aralıq dənizi istiqamətində hərəkət edir, digərlərinin isə Hind okeanına doğru yola düşəcəyi gözlənilir.

Britaniyanın energetika naziri Ed Miliband isə bazar günü bildirib ki, Hörmüz boğazının yenidən açılması qlobal enerji təchizatı baxımından “çox vacibdir”.

#Almaniya #Britaniya #ABŞ #Hörmüzboğazı #plan
1👍1
Media is too big
VIEW IN TELEGRAM
🇪🇺 Avropa Parlamentinin deputatları xəritədə 🇮🇷 İranı tapa bilmədilər 🗺️

Avropa Parlamentinin (AP) deputatları “Quotidien” verilişinin efirində ölkə adları göstərilməyən xəritədə İranın yerini tapa bilməyiblər.

Martın 2-də Strasburqda keçirilən AP iclasının kuluarlarında televerilişin efiri zamanı bir neçə deputat xəritədə İranın yerini təxmin edə bilməyib və onu Bolqarıstan, Türkiyə, Əfqanıstan və Səudiyyə Ərəbistanı ilə səhv salıb.

“Biz doğulan kimi hər şeyi bilmirik. Əlimizdən gələn hər şeyi edirik, hələ öyrənməli olduğumuz bir çox mövzu var, ona görə də biz gəzən ensiklopediya deyilik, biz hadisələrdən məlumatlı olmaq üçün əlimizdən gələni edirik”, - deyə Avropa Parlamentinin Avropa Ekologiyası üzrə katibi Devid Kormand nəticələrlə bağlı şərh verib.

#AvropaParlamenti #deputatlar #İran #xəritə

Kanala abunə olun
😁9🤮21
🇮🇱 İsrail 🇮🇷 Tehranda Xamemeniyə məxsus təyyarəni vurub ✈️🚀💥

Dünən İsrail Hərbi Hava Qüvvələrinin məlumatına görə, Tehranım Mehrabad hava limanında İranın keçmiş ali liderinə aid olduğu bildirilən təyyarə məhv edilib.

Açıqlamada qeyd olunur ki, təyyarə İranın keçmiş ali rəhbəri Əli Xameneyi, eləcə də digər yüksək vəzifəli rəsmilər və hərbi şəxslər tərəfindən istifadə olunub. Bildirilir ki, bu təyyarə vasitəsilə hərbi təchizatların təşkili və müttəfiq ölkələrlə əlaqələrin idarə edilməsi həyata keçirilirdi.

İsrail ordusunun bəyanatında qeyd edilir ki, təyyarənin vurulması İran hakimiyyətinin müttəfiqlərlə əlaqə qurmaq və hərbi imkanlarını genişləndirmək qabiliyyətinə zərbə vurur. (Iran International)

انهدام هواپیمای اختصاصی خامنه‌ای و بخش بزرگی از ناوگان ترابری سپاه در حمله اسرائیل

#İsrail #İran #Tehran #Xameneyi #təyyarə #havazərbəsi

Kanala abunə olun
👍72
Peyk görüntüləri: İran dronları Fuceyra limanını vurub ✈️💥🔥

Peyk görüntülərinə əsasən, martın 14-də İranın pilotsuz uçuş aparatlarının Fuceyra limanına zərbələr endirdiyi bildirilir. Liman BƏƏ-nin mühüm neft və yük daşımaları mərkəzlərindən biri hesab olunur.

Məlumata görə, hücum nəticəsində ən azı iki yanacaq çəni yanıb. Yanğın nəticəsində qalxan tüstünün bir neçə gün ərzində okean üzərində yayılmağa davam etdiyi qeyd olunur.

#İran #BƏƏ #Fuceyra #liman #hücum

Kanala abunə olun
3👎1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 ABŞ qırıcıları 🇮🇷 İranın limanında hədəfləri vurdu ✈️💥🔥

Dünən ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus Boeing F/A-18E/F Super Hornet qırıcıları İranın cənub-şərqində yerləşən Çabahar Limanı ərazisindəki yerüstü hədəflərə zərbə endirib.

Məlumata görə, qırıcılar əməliyyat zamanı təyyarədə quraşdırılmış 20 millimetrlik M61 Vulcan avtomatik topundan istifadə edərək liman yaxınlığındakı obyektləri atəşə tutub.

Çabahar limanı İranın Hind okeanına çıxışı olan mühüm ticarət və logistika mərkəzlərindən biri hesab olunur və region üçün strateji əhəmiyyət daşıyır.

#ABŞ #İran #Çabahar #liman #hücum

Kanala abunə olun
👍3
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 İran XİN: “Biz aylar öncə region ölkələrinə xəbərdarlıq etmişdik”

Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında bildirib ki, Tehran region ölkələrində yerləşən ABŞ hərbi bazalarını hədəf alacağına dair öncədən xəbərdar etmişdi.

Bəqayinin sözlərinə görə, İran aylar əvvəl region ölkələrinə müraciət edərək öz ərazilərinin İrana qarşı hücumlar üçün istifadə edilməsinə imkan verməmələrini xahiş edib.

O, qeyd edib ki, son 16–17 gün ərzində ABŞ-nin region ölkələrində yerləşən hərbi bazaları, obyektləri və digər hərbi infrastrukturu İrana qarşı əməliyyatların planlaşdırılması və həyata keçirilməsi üçün istifadə olunub.

Bəqayi əlavə edib ki, İranın region ölkələri ilə düşmənçiliyi yoxdur və Tehran qonşu dövlətlərlə münasibətlərin gərginləşməsini istəmir.

Onun sözlərinə görə, İranın hədəf aldığı obyektlər yalnız ABŞ-yə məxsus hərbi bazalar və infrastrukturdur və bu addımlar region ölkələrinin suverenliyi və ərazi bütövlüyünün pozulması kimi dəyərləndirilməməlidir. (Snn.ir)
🤮4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 Əraqçı: “Atəşkəs istəmirik, ancaq müharibə bitməlidir” 🕊🔥

Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı bildirib ki, Tehran hazırkı münaqişə ilə bağlı atəşkəsə hazır deyil, ancaq müharibənin gələcəkdə təkrarlanmaması üçün yekunlaşmalı olduğunu hesab edir. O, bu barədə jurnalistlər üçün keçirilən brifinqdə danışıb.

Nazirin sözlərinə görə, İran mövcud vəziyyətdə “qürurlu müqavimət” göstərir və bu mövqeni tərəddüdsüz davam etdirəcək.

O, qeyd edib ki, Tehran münaqişə ilə bağlı heç bir tərəfə mesaj göndərməyib və atəşkəs istəmir. Nazir bildirib ki, bu mövqeni o, ötən gecə Amerika telekanallarından birinə verdiyi müsahibədə də təkrar edib.

Əraqçının sözlərinə görə, əsas məqsəd müharibənin gələcəkdə yenidən baş verməməsi üçün bu qarşıdurmanın başa çatmasıdır. (Snn.ir)

#İran #Əraqçı #XİN #müharibə #atəşkəs

Kanala abunə olun
😁5🤮1
🇪🇺 AB ölkələri Hörmüz boğazına hərbi gəmilər göndərə bilər 🚢

Avropa Birliyinə (AB) üzv ölkələr Hörmüz boğazında təhlükəsizliyi möhkəmləndirmək məqsədilə hərbi gəmilərin göndərilməsi məsələsini müzakirə edir.

Bununla bağlı, AB-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Brüsseldə keçirilən üzv ölkələrin xarici işlər nazirlərinin görüşündən əvvəl açıqlama verib.

Kallas bildirib ki, Aİ-nin bölgədə artıq bir sıra missiyaları fəaliyyət göstərir və onların arasında Aspides əməliyyatı da var. Onun sözlərinə görə, nazirlər bu missiyanın mandatının genişləndirilməsi imkanlarını müzakirə edəcəklər.

Diplomat qeyd edib ki, əsas sual Aİ ölkələrinin bu missiya çərçivəsində hərbi gəmilərini bölgəyə göndərməyə hazır olub-olmamasıdır.

O, vurğulayıb ki, Hörmüz boğazının bağlanması qlobal iqtisadiyyat üçün ciddi risk yaradır, eyni zamanda enerji təchizatına təhlükə yaradır və regiondakı tərəfdaş ölkələrə mənfi təsir göstərir. (Euronews)

#AvropaBirliyi #Hörmüzboğazı #hərbigəmilər
👍51
Azad İran
🇺🇸 FTB: "🇮🇷 İran Kaliforniyaya dronlarla hücum edə bilər" ABŞ Federal Təhlükəsizlik Bürosu bu yaxınlarda Kaliforniya polis idarələrini İranın ABŞ-nin qərb sahilinə dronlar ataraq Amerika hücumlarına cavab verə biləcəyi barədə xəbərdar edib. Büronun xəbərdarlığında…
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 İran XİN: “Dronlarımızın 🇺🇸 ABŞ-yə çatması iddiası “yalançı bayraq” hazırlığı ola bilər”

Bu gün İran XİN-nin sözçüsü İsmayıl Bəqayi ABŞ-də bəzi rəsmilərin İran dronlarının Amerika sahillərinə çata biləcəyinə dair səsləndirdiyi fikirlərin “yalançı bayraq əməliyyatlarına” zəmin yarada biləcəyini bildirib.

Bəqayi qeyd edib ki, “yalançı bayraq əməliyyatları” keçmişdə dəfələrlə ABŞ və İsrail tərəfindən istifadə olunan bir üsuldur. Onun sözlərinə görə, ABŞ təhlükəsizlik qurumlarından birinin nümayəndəsinin İran dronlarının ABŞ-nin qərb sahillərinə çata biləcəyini iddia etməsi ciddi suallar doğurur.

XİN sözçüsü vurğulayıb ki, İran dronlarının Fars körfəzi bölgəsindən Kaliforniya sahillərinə qədər təxminən 6500 mil məsafə qət edə bilməsi barədə iddialar həqiqətə uyğun deyil. (Snn.ir)

“Yalançı bayraq” — bir hücum və ya təxribatın başqa tərəfin üzərinə atılması üçün həmin tərəfin adına və ya görüntüsündə gizli şəkildə təşkil edilən əməliyyata deyilir.

#İran #XİN #ABŞ #dron #hücum

Kanala abunə olun
🤮1