Azad İran
5.89K subscribers
35.4K photos
21.8K videos
15 files
9.41K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇮🇷 İran 🇦🇪 BƏƏ-də neft obyektlərini vurdu 🚀🛢

Bu gün İranın BƏƏ-nin Fuceyra limanındakı neft obyektlərini hədəfə aldığı barədə məlumat yayılıb.

Məlumata görə, hücum PUA-lar vasitəsilə həyata keçirilib və limanın neft infrastrukturu istiqamətində zərbələr endirilib. Hadisə zamanı ərazidə partlayış səslərinin eşidildiyi bildirilir.

Fuceyra limanı regionun əsas enerji və logistika mərkəzlərindən biri hesab olunur və Fars körfəzi ilə qlobal neft ticarətində mühüm rol oynayır.

#İran #BƏƏ #neftobyekti #hücum

Kanala abunə olun
3🔥2
🇸🇦 Səudiyyə Ərəbistanda aviabaza raket hücumuna məruz qaldı 🚀

İran tərəfindən Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan hərbi hava bazasına raket hücumu zamanı ABŞ-yə məxsus beş yanacaqdolduran təyyarənin zədələndiyi bildirilir.

Məlumata görə, hücum nəticəsində bazada yerləşən tanker tipli hərbi təyyarələr zərər görüb. Bu təyyarələr adətən havada digər döyüş təyyarələrini yanacaqla təmin etmək üçün istifadə olunur.

Son məlumatlara əsasən, son dövrdə baş verən hücumlar nəticəsində zədələnən və ya sıradan çıxan ABŞ yanacaqdolduran təyyarələrinin ümumi sayı ən azı yeddiyə çatıb.

#SəudiyyəƏrəbistanı #hərbibaza #ABŞ #hücum

Kanala abunə olun
2👎2
🇮🇷 İran millət vəkili: “🇺🇦 Ukrayna qanuni hədəfimiz sayılır” 😱

Bu gün İran Milli Təhlükəsizlik Komissiyasının üzvü İbrahim Əzizi Ukrayna ilə bağlı sərt açıqlama verib.

“Ukraynanın İsrailə kömək addımları, o cümlədən dron dəstəyi, BMT Nizamnaməsinə əsasən, Ukraynanın bütün ərazisini İslam Respublikası üçün legitim və qanuni hədəfə çevirir”, - deyə, Əzizi vurğulayıb.

#İran #millətvəkili #Ukrayna #İsrail #dəstək #qanunihədəf

Kanala abunə olun
🤮82
🇺🇸 Tramp 🇮🇷 İran siyasətinə görə Obamanı lağa qoydu

ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə etdiyi paylaşımda keçmiş prezident Barak Obamanın İran siyasətini tənqid edən kollaj yayımlayıb.

Tramp paylaşımı “Truth Social” platformasında yerləşdirib. Kollajda iki fərqli təsvir yer alır.

Təsvirin yuxarı hissəsində Obamanın danışıqlar zamanı ayətullah və SEPAH generalına pul verdiyi səhnə göstərilir. Aşağı hissədə isə Trampın İranla danışıqları qırıcı təyyarələr və hərbi hücumlarla apardığını əks etdirən görüntü yer alıb.

#ABŞ #Tramp #Obama #İran #siyasət #danışıqlar

Kanala abunə olun
👍21
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 ABŞ prezidenti 🇮🇷 İranla bağlı saxta xəbərləri tənqid etdi

ABŞ prezidenti “Sky News” telekanalına müsahibəsində İranla bağlı bəyanat verib.

O, bildirib ki, bəzi xəbərlərdə İranın “möhtəşəm işlər” gördüyü yazılır, ancaq bu məlumatlar yanlışdır.

Prezidentin sözlərinə görə, İran əslində bacardığı qədər pis işlər görür.

#ABŞ #Tramp #İran #saxtaxəbərlər

Kanala abunə olun
👍54😁1🤮1
🇮🇷 İran 🇮🇳 Hindistan gəmilərinə Hörmüz boğazından keçid icazəsi verdi

İranın Hindistandakı səfiri Məhəmməd Fəthəli bildirib ki, Tehran bəzi Hindistan gəmilərinin Hörmüz boğazından təhlükəsiz keçməsinə icazə verib. Bu, qlobal enerji təchizatını pozan dəniz blokadasına nadir istisnadır.

Fəthəli neçə gəminin bu icazədən yararlandığını açıqlamayıb. O, bu açıqlamanı Yeni Dehlidə India Today üçün keçirilən mətbuat konfransında verib.

ABŞ və İsrailin İslam Respublikasına qarşı hava hücumları başlamasından sonra Tehran Hörmüz boğazından gəmilərin daşınmasını əsasən dayandırmışdı. Boğaz İran sahilləri boyunca uzanır və dünya neftinin təxminən 20 faizini, həmçinin dəniz yolu ilə mayeləşdirilmiş təbii qazın (LNG) böyük hissəsini daşıyır.

#İran #Hindistan #səfir #Hörmüzboğazı

Kanala abunə olun
1🔥1
🇮🇷 İranın 🇮🇱 İsrailin Eylat şəhərinə zərbə endirməsi nəticəsində iki nəfər yaralanıb 🔥🚀

Məlumata görə, yaralılardan biri, 12 yaşlı oğlan ağır xəsarət alıb.

Eyni zamanda, İsrail ordusunun mətbuat xidməti ölkənin cənubundakı hücumların baş verdiyi yerə təcili yardım xidmətlərinin göndərildiyini və hadisənin araşdırıldığını bildirir.

#İran #İsrail #Eylat #hücum #yaralı

Kanala abunə olun
4👎1
🇮🇷 İran 🇺🇸 ABŞ və 🇮🇱 İsraili Qeşm adasında mülki obyektlərə zərbə endirməkdə günahlandırıb

ABŞ və İsrail İranın ən böyük adası olan Qeşmdə mülki obyektlərə hava hücumları həyata keçirib.
İran mediası bu barədə ada rəsmilərinin açıqlamasına istinadən məlumat yayıb. Onlar bildiriblər ki, zərbələr balıqçı və turist gəmilərinin yerləşdiyi dokları hədəf alıb.

Bəyanatda deyilir: "Düşmən, iddialarının əksinə olaraq, mülki şəxsləri, iqtisadiyyatı və onların dolanışıqlarını hədəfə alıb və bu hücumlar düşmənin cinayətkar əməllərinin yalnız çox kiçik bir hissəsidir".

Hörmüz boğazının girişində yerləşən bu ada İran üçün strateji əhəmiyyətli hesab olunur.
SEPAH-ın dəniz qüvvələri, raketləri, dronları və sürətli qayıqları orada yerləşir.

#İran #Qeşmadası #İsrail #ABŞ

Kanala abunə olun
2🤮1
🇮🇷 Qalibaf: "Bu müharibə sübut etdi ki, 🇺🇸 ABŞ bazaları heç bir ölkəyə təhlükəsizlik gətirmir"

Bu müharibə bir şeyi açıq şəkildə göstərdi: bölgəmizdəki Amerika bazaları heç kəsi qorumur; onlar təhdid mənbəyidir.
ABŞ İsrail üçün hər şeyini qurban verir və İsraildən başqa heç kimin qayğısına qalmır... ABŞ-dən forma alan şəxs əslində çılpaqdır!
”, - deyə İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf bildirib.

#İran #Qalibaf #ABŞ

Kanala abunə olun
👍75🤮2😁1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇱 İsrailin 🇮🇷 İsfahanda SEPAH bazasına zərbəsindən görüntülər 🚀💥🔥

İsfahanda SEPAH-ın hərbi bazası İsrail ordusunun aviazərbəsinə məruz qalıb.

اصفهان، روبروی گلستان شهدا، پادگان نظامی رو زدند.'
شنبه ۲۳ اسفند

#İsrail #İsfahan #SEPAH #hərbibaza

Kanala abunə olun
🔥6
🇮🇷 İranda daha bir 🇺🇸 ABŞ dronu vurulub

Hormozqan əyalətində hərbi dəniz bazasının da yerləşdiyi Bəndər-Abbas limanı ərazisində İran HHM tərəfindən vurulmuş ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "MQ-9 Reaper" kəşfiyyat-zərbə PUA-sının qalıqları tapılıb.

#İran #ABŞ #dron

Kanala abunə olun
👎43🔥1