🇮🇷 İran 🇮🇱 İsrailin Negev bölgəsinə zərbə endirdi 🔥
İranın İsrailin cənubunda yerləşən Negev bölgəsinə zərbə endirdiyi barədə məlumat yayılıb.
Bildirilib ki, hücum zamanı bölgədə bir neçə partlayış səsləri eşidilib. Hadisənin raket və ya pilotsuz uçuş aparatı ilə həyata keçirildiyi ehtimal olunur.
İsrail tərəfi hücumla bağlı hələlik geniş açıqlama verməyib.
#İran #İsrail #hücum
Kanala abunə olun

❤2👎1
🇺🇸 ABŞ raketi 🇮🇷 İranın sualtı qayığını batırdı 🚤🚀
Bəndər-Abbasdakı körpü yaxınlığında batırılmış İran sualtı qayığının fotosu yayılıb. Bildirilir ki, batırılan gəmi İranın saz vəziyyətdə olan yeganə 877EKM layihəli sualtı qayığı idi.
Məlumata görə, İran 1991–1996-cı illər arasında bu layihə üzrə üç sualtı qayıq əldə edib. Ancaq onların ikisi uzun müddətdir təmirdə olduğundan faktiki olaraq yalnız biri döyüş qabiliyyətində hesab olunurdu.
ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Birgə Komitəsinin sədri general Den Keyn bildirib ki, sözügedən sualtı qayıq ABŞ tərəfindən istifadə olunan ATACMS operativ-taktiki raketinin zərbəsi nəticəsində batırılıb.
#ABŞ #İran #sualtıqayıq

🔥6❤3
🇮🇷 İran raketindən sonra 🇹🇷 Ərdoğandan xəbərdarlıq: «Türkiyə təxribatlara aldanmayacaq» 🗣
Dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsini müharibəyə sürükləmək məqsədi daşıyan hər hansı plan, tələ və ya təxribatlara qarşı ölkənin “çox ayıq” olduğunu bildirib.
O, “X” hesabında qeyd edib ki, hökumətin uzun illərə söykənən dövlət idarəçiliyi təcrübəsi və böhranların idarə olunmasında qazandığı bacarıq regionda baş verən mürəkkəb proseslər qarşısında ölkə üçün əsas bələdçidir.
Ərdoğan vurğulayıb ki, hökumətinin 23 illik idarəçilik təcrübəsi və “Türkiyə dövlət müdrikliyi” mövcud gərgin şəraitdə düzgün qərarların verilməsində mühüm rol oynayır.
Türkiyə lideri mesajının sonunda vətəndaşlara müraciət edərək, onları təmkinli olmağa çağırıb.
#Türkiyə #İran #xəbərdarlıq #təxribat

🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇱🇧 Hizbullahın raket sistemi hədəfə alındı – 🇮🇱 İsraildən görüntülər
Dünən İsrail ordusu Hizbullah hərəkatına məxsus raket qurğusunun məhv edildiyini göstərən görüntülər yayımlayıb.
Məlumata görə, zərbə nəticəsində Hizbullahın istifadə etdiyi raket buraxılış qurğusu hədəfə alınıb və sıradan çıxarılıb. İsrail hərbçiləri əməliyyatın təhlükəsizlik məqsədilə həyata keçirildiyini bildiriblər.
Yayılan görüntülərdə hədəfin uzaqdan idarə olunan zərbə ilə vurulduğu iddia olunur. Əməliyyatın dəqiq hansı ərazidə baş verdiyi barədə əlavə məlumat verilməyib.
#İsrail #Livan #Hizbullah #hücum

👍6
🇺🇸 ABŞ-nin xəbərdarlığından sonra 🇮🇷 Tehran gecəni gərgin keçirdi 🚀💥
Tehran ötən gecə bir neçə hücum və güclü partlayış səsləri ilə üzləşib. Yerli mənbələrin məlumatına görə, şəhərin müxtəlif istiqamətlərində partlayışlar eşidilib.
Hadisələr ABŞ-nin müdafiə naziri Pit Heqset tərəfindən verilən açıqlamadan qısa müddət sonra baş verib. ABŞ müdafiə naziri bildirib ki, qarşıdakı 24 saat müharibə başlayandan bəri ən əhəmiyyətli zərbələrin endiriləcəyi dövr ola bilər.
Gecə ərzində paytaxt ətrafında hava hücumundan müdafiə sistemləri də işə düşüb.
#ABŞ #müdafiənaziri #İran #xəbərdarlıq #hücum

❤7👍1🤮1
🇹🇷 Türkiyə 🇮🇷 İrana xəbərdarlıq etdi – “Bu, bir daha baş verməməlidir”
Dünən Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz İran tərəfindən baş verən hücumları şərh edərkən bildirib ki, İranda hazırda vahid qərar qəbuletmə sistemi mövcud deyil. O, İranda mövcud vəziyyəti gərgin adlandırıb və fərqli strukturlara doğru dəyişikliklərin getdiyini qeyd edib.
Türkiyənin vitse-prezidenti vurğulayıb ki, ölkəsi ənənələrə malik dövlət olaraq emosiyalara əsaslanmadan, hadisələri çoxölçülü təhlil edir və müsbət- mənfi tərəflərini, həmçinin uzunmüddətli nəticələrini qabaqcadan dəyərləndirir.
O, əlavə edib: “Buna görə də biz bu hadisəni soyuqqanlılıqla qiymətləndiririk. Dəfələrlə bildirmişik və xəbərdarlıq etmişik ki, bu baş verməməli idi. Ümid edirik ki, bir daha təkrar olunmayacaq”.
Yılmaz qeyd edib ki, Türkiyə NATO ölkəsi olaraq və müstəqil şəkildə, hər cür təhdidlərə qarşı tədbirlər görməyə davam edəcək.
#Türkiyə #İran #hücum #xəbərdarlıq

❤5🔥1
🇺🇸 Tramp: “🇮🇷 İran razılaşma istəyir, amma ABŞ-nin şərtləri ilə deyil” 🤔
Bu gün ABŞ prezidenti Donald Tramp İranla mümkün razılaşma barədə açıqlama verib və bildirib ki, Tehran razılaşma istəsə də, ABŞ-nin qəbul edəcəyi şərtlərlə bu mümkün deyil.
ABŞ prezidenti “Truth Social” platformasında yazıb ki, «Saxta xəbər mediası ABŞ ordusunun İrana qarşı nə qədər uğurlu olduğunu göstərmir. İran tamamilə məğlubdur və razılaşma istəyir – ancaq mən bu razılaşmanı qəbul etməzdim!»
#ABŞ #Tramp #İran #razılaşma

❤4👍2🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Amsterdamda yəhudi məktəbi yaxınlığında partlayış – radikal qrup məsuliyyəti üzərinə götürdü
Amsertdam şəhərində yəhudi məktəbinin yaxınlığında kiçik partlayış baş verib. “Ynet”in məlumatına görə, əvvəllər məlum olmayan, özünü “İslam Sağçı Gənclər Hərəkatı” adlandıran radikal təşkilat hadisəyə görə məsuliyyəti üzərinə götürüb.
Təşkilat partlayış anını əks etdirən video yayıb. Hadisə nəticəsində heç kəs xəsarət almayıb, lakin məktəb binasına maddi ziyan dəyib.
Təhlükəsizlik orqanlarının məlumatına görə, məsuliyyəti öz üzərinə götürən qrup əvvəllər Niderland təhlükəsizlik xidmətlərinin məlumat bazasında qeydiyyatda olmayıb. Təşkilat iddia edir ki, o, Avropada, o cümlədən Lyej və Rotterdamdakı sinaqoqlara qarşı oxşar hücumların arxasında dayanıb.
#Niderland #Amsterdam #yəhudiməktəbi #partlayış

👎3👍1
🇮🇷 İran: “Xarq adasında vəziyyət nəzarət altındadır” 🔥
İranın Xarq adasında vəziyyətin nəzarət altında olduğu bildirilir. Bu barədə İranın Telegram kanalları məlumat yayıb.
Məlumata görə, adada fəaliyyət göstərən bütün neft sənayesi işçiləri təhlükəsizdir və hadisə nəticəsində xəsarət alan olmayıb. Habelə, adanın əsas neft infrastrukturlarına zərər dəymədiyi və əməliyyatların normal şəkildə davam etdiyi qeyd olunur.
Bildirilir ki, strateji əhəmiyyətə malik olan Xarq adasında neft ixracı və digər enerji fəaliyyətləri dayandırılmayıb. (Mehr News)
#İran #XarqAdası #neftinfrastrukturu #ABŞ #Tramp

😁3🤮2
Azad İran
🇮🇶Bağdaddakı 🇺🇸ABŞ səfirliyi 🇮🇷 İran dronlarının hədəfi oldu 🔥 “Sky News Arabia” telekanalının məlumatına görə, ABŞ-nin Bağdaddakı səfirliyinin radar sistemi dron hücumunun hədəfi olub. Təhlükəsizlik mənbəsi ABŞ diplomatik missiyasına hücum edildiyini təsdiqləyib.…
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇶 Bağdaddakı 🇺🇸 ABŞ səfirliyinə dron zərbəsi 💥🔥
Dünən ABŞ-nin Bağdaddakı səfirliyinin binasının damında yerləşən radar sistemi kamikadze pilotsuz uçuş aparatının zərbəsi nəticəsində məhv edilib.
Məlumata görə, hücumda istifadə edilən PUA-nın İran və ya onunla əlaqəli silahlı qruplaşmalar tərəfindən buraxıldığı ehtimal olunur. Zərbə nəticəsində səfirliyin damında yerləşən RLS (radiolokasiya stansiyası) ciddi zədələnərək sıradan çıxıb.
Bildirilir ki, radarın yaxınlığında səfirliyin hava hücumundan müdafiə üçün istifadə etdiyi C-RAM zenit-artilleriya qurğusu da yerləşir.
#ABŞ #İraq #Bağdad #səfirlik #hücum

❤3👎2
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 İran münaqişəyə son qoymaq üçün şərtlərini açıqladı 🗣
Bu gün İran 🇮🇱 İsrail və 🇺🇸 ABŞ ilə davam edən gərginliyə son qoymaq üçün əsas şərtlərini açıqlayıb. Bu barədə SEPAH-ın keçmiş baş komandanı və hazırda İranın Məsləhət Şurasının katibi Möhsün Rzayi bildirib.
Rzayinin sözlərinə görə, münaqişəyə son qoymaq qərarı Tehranın əlindədir və İran eskalasiyanı dayandırmağı müəyyən şərtlər daxilində nəzərdən keçirməyə hazırdır.
O, qeyd edib ki, bunun üçün iki əsas tələb var: ABŞ tərəfindən İrana dəyən ziyanın tam şəkildə ödənilməsi və gələcək üçün 100 faiz təhlükəsizlik zəmanətinin verilməsi.
Rzayi əlavə edib ki, belə zəmanətlər yalnız ABŞ hərbi qüvvələrinin Fars körəfəzi bölgəsindən çıxarılması ilə mümkün ola bilər. (Snn.ir)
#İran #İsrail #ABŞ #müharibə #şərtlər

😁9❤2🤮2👍1
🇮🇷 İran 🇦🇪 BƏƏ-də neft obyektlərini vurdu 🚀🛢
Bu gün İranın BƏƏ-nin Fuceyra limanındakı neft obyektlərini hədəfə aldığı barədə məlumat yayılıb.
Məlumata görə, hücum PUA-lar vasitəsilə həyata keçirilib və limanın neft infrastrukturu istiqamətində zərbələr endirilib. Hadisə zamanı ərazidə partlayış səslərinin eşidildiyi bildirilir.
Fuceyra limanı regionun əsas enerji və logistika mərkəzlərindən biri hesab olunur və Fars körfəzi ilə qlobal neft ticarətində mühüm rol oynayır.
#İran #BƏƏ #neftobyekti #hücum

❤3🔥2
🇸🇦 Səudiyyə Ərəbistanda aviabaza raket hücumuna məruz qaldı 🚀
İran tərəfindən Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan hərbi hava bazasına raket hücumu zamanı ABŞ-yə məxsus beş yanacaqdolduran təyyarənin zədələndiyi bildirilir.
Məlumata görə, hücum nəticəsində bazada yerləşən tanker tipli hərbi təyyarələr zərər görüb. Bu təyyarələr adətən havada digər döyüş təyyarələrini yanacaqla təmin etmək üçün istifadə olunur.
Son məlumatlara əsasən, son dövrdə baş verən hücumlar nəticəsində zədələnən və ya sıradan çıxan ABŞ yanacaqdolduran təyyarələrinin ümumi sayı ən azı yeddiyə çatıb.
#SəudiyyəƏrəbistanı #hərbibaza #ABŞ #hücum

❤2👎2
🇮🇷 İran millət vəkili: “🇺🇦 Ukrayna qanuni hədəfimiz sayılır” 😱
Bu gün İran Milli Təhlükəsizlik Komissiyasının üzvü İbrahim Əzizi Ukrayna ilə bağlı sərt açıqlama verib.
“Ukraynanın İsrailə kömək addımları, o cümlədən dron dəstəyi, BMT Nizamnaməsinə əsasən, Ukraynanın bütün ərazisini İslam Respublikası üçün legitim və qanuni hədəfə çevirir”, - deyə, Əzizi vurğulayıb.
#İran #millətvəkili #Ukrayna #İsrail #dəstək #qanunihədəf

🤮8❤2
🇺🇸 Tramp 🇮🇷 İran siyasətinə görə Obamanı lağa qoydu
ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə etdiyi paylaşımda keçmiş prezident Barak Obamanın İran siyasətini tənqid edən kollaj yayımlayıb.
Tramp paylaşımı “Truth Social” platformasında yerləşdirib. Kollajda iki fərqli təsvir yer alır.
Təsvirin yuxarı hissəsində Obamanın danışıqlar zamanı ayətullah və SEPAH generalına pul verdiyi səhnə göstərilir. Aşağı hissədə isə Trampın İranla danışıqları qırıcı təyyarələr və hərbi hücumlarla apardığını əks etdirən görüntü yer alıb.
#ABŞ #Tramp #Obama #İran #siyasət #danışıqlar

👍2❤1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 ABŞ prezidenti 🇮🇷 İranla bağlı saxta xəbərləri tənqid etdi
ABŞ prezidenti “Sky News” telekanalına müsahibəsində İranla bağlı bəyanat verib.
O, bildirib ki, bəzi xəbərlərdə İranın “möhtəşəm işlər” gördüyü yazılır, ancaq bu məlumatlar yanlışdır.
Prezidentin sözlərinə görə, İran əslində bacardığı qədər pis işlər görür.
#ABŞ #Tramp #İran #saxtaxəbərlər

👍5❤4😁1🤮1
🇮🇷 İran 🇮🇳 Hindistan gəmilərinə Hörmüz boğazından keçid icazəsi verdi
İranın Hindistandakı səfiri Məhəmməd Fəthəli bildirib ki, Tehran bəzi Hindistan gəmilərinin Hörmüz boğazından təhlükəsiz keçməsinə icazə verib. Bu, qlobal enerji təchizatını pozan dəniz blokadasına nadir istisnadır.
Fəthəli neçə gəminin bu icazədən yararlandığını açıqlamayıb. O, bu açıqlamanı Yeni Dehlidə India Today üçün keçirilən mətbuat konfransında verib.
ABŞ və İsrailin İslam Respublikasına qarşı hava hücumları başlamasından sonra Tehran Hörmüz boğazından gəmilərin daşınmasını əsasən dayandırmışdı. Boğaz İran sahilləri boyunca uzanır və dünya neftinin təxminən 20 faizini, həmçinin dəniz yolu ilə mayeləşdirilmiş təbii qazın (LNG) böyük hissəsini daşıyır.
#İran #Hindistan #səfir #Hörmüzboğazı

❤1🔥1
🇮🇷 İranın 🇮🇱 İsrailin Eylat şəhərinə zərbə endirməsi nəticəsində iki nəfər yaralanıb 🔥🚀
Məlumata görə, yaralılardan biri, 12 yaşlı oğlan ağır xəsarət alıb.
Eyni zamanda, İsrail ordusunun mətbuat xidməti ölkənin cənubundakı hücumların baş verdiyi yerə təcili yardım xidmətlərinin göndərildiyini və hadisənin araşdırıldığını bildirir.
#İran #İsrail #Eylat #hücum #yaralı

❤4👎1