🇺🇸 ABŞ qüvvələri "USS Abraham Lincoln" aviadaşıyıcısına yaxınlaşan 🇮🇷 İran GƏMİSİNİ VURUB 🚢
ABŞ hərbçiləri "USS Abraham Lincoln" aviadaşıyıcısına həddən artıq yaxınlaşan İran gəmisinə hücum ediblər.
Bu barədə CBS telekanalı iki mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunur ki, İran gəmisinə topdan atəş açılıb, həmçinin helikopterdən iki raket atılıb.
İran qüvvələrinə hansı hərbi gəmidən atəş açıldığı məlum deyil. Gəminin və ekipajının taleyindən də xəbər yoxdur.
Məlumata görə, hadisə həftənin əvvəlində baş verib.👇👇👇

👍6❤1
Azad İran
🇺🇸 ABŞ qüvvələri "USS Abraham Lincoln" aviadaşıyıcısına yaxınlaşan 🇮🇷 İran GƏMİSİNİ VURUB 🚢 ABŞ hərbçiləri "USS Abraham Lincoln" aviadaşıyıcısına həddən artıq yaxınlaşan İran gəmisinə hücum ediblər. Bu barədə CBS telekanalı iki mənbəyə istinadən məlumat…
CBS qeyd edib ki, "USS Abraham Lincoln"u iki esmines (məhvedici tipli hərbi gəmi - red.) - "USS Spruance" və "USS Michael Murphy" müşayiət edir. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bu məlumatı telekanala şərh etməkdən imtina edib.
Bildirilir ki, sözügedən aviadaşıyıcı İrana qarşı hərbi əməliyyatın keçirildiyi bölgədə yerləşir. Digər aviadaşıyıcı - "USS Gerald R. Ford" isə Qırmızı dənizdə dayanıb.
İran Silahlı Qüvvələrinin Mərkəzi Qərargahından isə qeyd edilib ki, ölkənin Hərbi Dəniz Qüvvələri "USS Abraham Linkoln"a bir neçə zərbə endirib və aviadaşıyıcı qismən sıradan çıxıb.
#ABŞ #aviadaşıyıcı #İran
Kanala abunə olun

❤1🔥1😁1
🇮🇷 İranda müharibə ilə yanaşı repressiyalar da artıb - 🇺🇳 BMT
BMT-nin İnsan Hüquqları Şurasının Müstəqil Fakt Araşdırma Missiyası İranda insan hüquqları vəziyyətinin davam edən müharibə və daxili böhran fonunda təhlükəli şəkildə pisləşdiyi barədə xəbərdarlıq edib.
BMT-nin İnsan Hüquqları Şurasının Müstəqil Fakt Araşdırma Missiyası yeni hesabatında İran vətəndaşlarının müharibə, dövlət repressiyaları və geniş yayılmış insan hüquqları pozuntuları arasında görünməmiş bir vəziyyətdə olduğunu açıqlayıb.👇👇👇

🔥4👎1
Azad İran
🇮🇷 İranda müharibə ilə yanaşı repressiyalar da artıb - 🇺🇳 BMT BMT-nin İnsan Hüquqları Şurasının Müstəqil Fakt Araşdırma Missiyası İranda insan hüquqları vəziyyətinin davam edən müharibə və daxili böhran fonunda təhlükəli şəkildə pisləşdiyi barədə xəbərdarlıq…
Hesabatda hərbi münaqişələr və artan təhlükəsizlik təzyiqləri ilə yanaşı, İranda insanlığa qarşı cinayətlər riskinin artdığı və dövlət repressiyalarını dayanmadığı, əksinə gücləndiyi bildirilib.
Qeyd olunub ki, təhlükəsizlik qüvvələri etirazların yatırılması zamanı hərbi silahlardan və ov tüfənglərindən istifadə edib və nəticədə çox sayda etirazçı ölüb və yaralanıb. İnternetin geniş şəkildə bağlanması da basqıları gizlətmək və insanların informasiyaya çıxışını məhdudlaşdırmaq üçün bir vasitə kimi təsvir edilib.
Fakt araşdırma missiyası həmçinin bəhailər də daxil olmaqla dini azlıqlara qarşı artan təzyiq, edamların sayının artması, geniş yayılmış həbslər və işgəncə və saxlanılanların zorla yoxa çıxması riski barədə məlumat verib.
Hesabatın digər bir hissəsində məcburi hicabla əlaqədar qadın və qızlara qarşı repressiyalara toxunulur və bir çox qadının hicab geyinmədiklərinə görə təqib, həbs və zorakılığa məruz qaldığı bildirilir.
Hesabatda həmçinin transmilli repressiyaların genişlənməsinə də işarə edilir və deyilir ki, İran hökuməti xaricdəki müxaliflərə və tənqidçilərə ailələri hədələmək, həbs etmək və ya təsir göstərməklə təzyiq göstərməyə çalışır.
#İran #repressiya #BMT

❤1🔥1
🇴🇲 Omanda PUA-nın düşməsi nəticəsində iki nəfər həlak olub 😱😢
Omanın şimalında yerləşən Sohar şəhərinə pilotsuz uçuş aparatının (PUA) düşməsi azı iki nəfərin ölümü və bir neçə şəxsin yaralanması ilə nəticələnib.
Bu barədə Əlcəzirə informasiya agentliyi təhlükəsizlik orqanlarındakı mənbəsinə istinadən məlumat paylaşıb.
Bildirilir ki, həyatını itirən şəxslər əcnəbilərdir.
Qeyd olunub ki, bölgəyə ümumilikdə iki dron düşüb.
#Oman #İran #dron #ölüm

👎4
Media is too big
VIEW IN TELEGRAM
🇺🇸 ABŞ-nin xilasetmə təyyarələri 🇮🇶 İraqda uçuşlar həyata keçirirlər ✈️
İraq mediası tərəfindən yayımlanan kadrlarda qəzaya uğramış "KC-135 Stratotanker" yanacaqdoldurma təyyarəsinin yerinin müəyyənləşdirilməsi əməliyyatı zamanı İraqın qərbi üzərində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki "HC-130J Combat King II" axtarış-xilasetmə təyyarəsinin alçaq hündürlükdə uçuşu paylaşılıb.
"Epic Fury" əməliyyatına hazırlıq çərçivəsində və aviasiyaş texnikasının potensial itkiləri ehtimalı ilə bölgəyə səkkiz "HC-130J Combat King II" təyyarəsi göndərilib.
#ABŞ #təyyarə #İraq

🔥1
🇺🇸 ABŞ 🇮🇷 İrana qarşı aviazərbələri davam etdirir
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus MQ-9 Reaper PUA-sının Xuzistan əyalətinin Bəndər-Xomeyni şəhərində İranın "Cobra-V8" radioelektron mübarizə kompleksini vurub.
#ABŞ #İran #aviazərbə

❤5👍1
🚨 TƏCİLİ
🇺🇸 ABŞ 🇮🇷 Xameneyinin başına 10 milyon dollar qoydu 💸🗣
ABŞ Dövlət Departamenti cümə günü Müctəba Xameneyi haqqında məlumat verən hər kəsə 10 milyon dollar mükafat təklif etməsi ilə bağlı açıqlama yayıb.
Tramp daha əvvəl qeyd etmişdi ki, Müctəba Xameneyi son müharibədə yaralanıb, lakin o, hələ də sağdır.
#ABŞ #İran #MüctəbaXameneyi #mükafat
Kabala abunə olun

👍11❤1
Hörmüz boğazında 🇮🇷 İranın vurduğu gəmilər 🚢🚀💥🔥
İrana qarşı əməliyyatların başlanmasından bəri Fars körfəzi və Hörmüz boğazında İranın kamikadze dronları və pilotsuz katerləri tərəfindən zərbə endirilən 18 kommersiya gəmisinin yerləşmə sxemini əks etdirən infoqrafikası nümayiş etdirilib.
#İran #Hörmüzboğazı #gəmi #zərbə

🇮🇷 SEPAH ərəb vətəndaşlarını 🇺🇸 ABŞ qoşunlarının Yaxın Şərqdəki yerini sızdırmağa çağırıb ⚠️
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Kəşfiyyat İdarəsi ərəb ölkələrinin vətəndaşlarını Yaxın Şərqdə yerləşən və otellərdə və şəxsi evlərdə qalan təxminən 11.000 ABŞ hərbçisinin harada olduğu barədə məlumat verməyə çağıran bir bəyanat yayıb.
SEPAH-ın kəşfiyyat bəyanatında deyilir: "Amerikalılar ərəb qardaşlarımızdan canlı qalxan kimi istifadə etmək istəyirlər. Biz amerikalıları tapıb məhv etməyə məcburuq.
Buna görə də onları otellərdə gizlətməmək və gizləndikləri yerlərdən uzaq durmaq daha yaxşıdır.
Sizin İslami vəzifəniz bu amerikalı terrorçuların gizləndiyi yerləri dəqiq şəkildə bildirmək və məlumatları bizə göndərməkdir".
#SEPAH #ərəblər #ABŞ #çağırış

😁9🤬1🤮1
🇮🇷 Əraqçı 🇹🇷 Türkiyəyə təşəkkür edib
İranın xarici işlər naziri Abbas Əraqçı "X" hesabında yazıb:
"Mübarək Ramazanın günlərində qardaş türk millətinin və dost Türkiyə Respublikasının İran xalqı üçün etdiyi dualar və göstərdiyi həmrəylik bizim üçün böyük güc və mənəvi dəstək mənbəyidir".
Əraqçı əlavə edib ki, İran öz suverenliyini və xalqının təhlükəsizliyini qətiyyətlə müdafiə etməyə davam edəcək.
قدردانی وزیر امور خارجه از ابراز همبستگی دولت و ملت ترکیه با مردم ایران
🔹در این روزهای مبارک رمضان، دعاها و همبستگی ملت برادر ترکیه و جمهوری دوست ترکیه برای مردم ایران، منبع بزرگی از قدرت و روحیه است.
🔹ایران همچنان قاطعانه از حاکمیت و امنیت مردم خود دفاع خواهد کرد.
🔹ما معتقدیم که عدالت و صلح پیروز خواهد شد.
🔹از دعاها و حمایت شما صمیمانه سپاسگزاریم.
#İran #XİN #Əraqçı #Türkiyə #təşəkkür

😁4❤1🤮1
🇮🇱 İsrail sıravi 🇮🇷 İran vətəndaşlarından dron hücumları üçün hədəflər alır
"The Wall Street Journal" qəzetinin İsrailin yüksək vəzifəli təhlükəsizlik rəsmisinə istinadən verdiyi məlumata görə, İsrail adi İran vətəndaşlarının verdiyi hədəf məlumatları ölkəyə hücumlar təşkil etmək üçün istifadə edir.
Onun sözlərinə görə, məhz bu, martın 12-də İsrail pilotsuz təyyarəsinin Tehranda Bəsic məntəqəsinə hücumu zamanı baş verib.
Rəsmi şəxs qeyd edib ki, hədəfə alınma məlumatları İrandan İsrailin farsdilli sosial media hesabları vasitəsilə ötürülür. Alınan məlumatlar əvvəlcə yoxlanılır və təsdiqlənir, bundan sonra dəqiq və etibarlıdırsa, hücumun həyata keçirilməsi barədə qərar qəbul edilir.
Bəsic, İslam İnqilabından (1979) sonra İslam Respublikasının qurucusu Xomeyninin təşəbbüsü ilə qurulan İranın hərbiləşdirilmiş könüllü qüvvələridir.
#İsrail #dronhücumu #hədəf #İranvətəndaşları

👍2
🇸🇦 Səudiyyə Ərəbistanı və 🇬🇧 Böyük Britaniya 🇮🇷 İranın hücumlarının təsirini müzakirə ediblər
Ər-Riyadda Böyük Britaniya və Səudiyyə Ərəbistanı xarici işlər nazirləri Kuper və Bin Fərhan arasında görüş keçirilib.
Görüşün əsas mövzusu İranın regiondakı hərəkətlərinin nəticələri olub.
Tərəflər eləcə də ikitərəfli əməkdaşlıq və təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün birgə səyləri müzakirə ediblər.
Kuper İranın Səudiyyə Ərəbistanına və regiondakı bir sıra ölkələrə qarşı "vəhşi hücumlarını" pisləyib və Britaniyanın təsirlənən ölkələrlə həmrəyliyini bir daha təsdiqləyib.
#Britaniya #SəudiyyəƏrəbistanı #İran

❤2👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
“Aslan nəriltisi” əməliyyatının bir hissəsi olaraq, 🇮🇷 Tehran, Şiraz və Əhvazdakı hədəflərə eyni vaxtda zərbələr endirilib 🔥🚀
Son 24 saat ərzində İsrail Hərbi Hava Qüvvələri üç şəhərdə - Tehran, Şiraz və Əhvazda İran rejiminin infrastrukturuna bir neçə hava hücumu həyata keçirib. İranın cənubundakı Şirazda hədəf rejimin ballistik raketlər istehsal etmək və saxlamaq üçün istifadə etdiyi yeraltı obyekt olub.
İran paytaxtında mərkəzi hava hücumundan müdafiə bazası və müxtəlif növ silahların istehsalı üçün istifadə edilən çoxsaylı obyektlərə hücum edilib.
Bundan əlavə, İslam Respublikasının qərbindəki Əhvazda SEPAH-ın quru qoşunlarının qərargahına, eləcə də Korpusun bölmələri arasında koordinasiyadan məsul olan Daxili Təhlükəsizlik Qüvvələrinin mərkəzi qərargahına zərbələr endirilib. (🇮🇱 İsrail ordusunun mətbuat xidməti)
#İsrail #İran #SEPAH

👍3
Hərbi itkilər fonunda: 🇮🇷 İranpərəst qrup 🇮🇶 İraqdakı məqsədinin "🇫🇷 Fransanın maraqları" olduğunu bildirdi
İraqdakı İrana bağlı şiə qrupu Əshab əl-Kəhf Fransa təyyarədaşıyan gəmisi Şarl de Qollun Şərqi Aralıq dənizinə çatmasından sonra "Fransanın İraqdakı və regiondakı maraqlarına" hücum etmək niyyətində olduğunu açıqlayıb.
Buna cavab olaraq qrup, sakinləri Fransa qoşunlarının yerləşdiyi İraq Kürdüstanındakı bazadan ən azı 500 metr məsafədə qalmağa çağıran rəsmi bir bəyanat yayıb.
Buna baxmayaraq, Əshab əl-Kəhf dünən gecə Ərbildəki bazaya edilən və bir fransız əsgərinin ölümünə və bir neçə nəfərin yaralanmasına səbəb olan dron hücumlarına görə birbaşa məsuliyyəti öz üzərinə götürməyib.
Əshab əl-Kəhf 2019-cu ilin avqust ayında təsis edilib. Onun fəaliyyəti İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Qüds" xüsusi təyinatlı qüvvələrinin keçmiş komandiri Qasım Süleymaninin 2020-ci ildə 🇺🇸 amerikalılar tərəfindən öldürülməsindən sonra artıb.

🇮🇱 Netanyahu: "🇮🇷 Müctəba Xameneyi və 🇱🇧 Nəim Qasimə: Sürprizlər olacaq"
İsrailin Baş naziri Netanyahu dolayı yolla İranın yeni ali lideri Müctəba Xameneyi və Hizbullahın baş katibinə "sürprizlər olacaq" barədə xəbərdarlıq edib.
O, mətbuat konfransında "müəyyən dərəcədə qeyri-müəyyənliyin qorunmasının" vacib olduğunu əlavə edərək, ətraflı məlumat verməkdən imtina edib.
O, eləcə də bildirib ki, İsrail İran xalqının mövcud rejimi dəyişdirə biləcəyi şərait yaratmağa çalışır: "Hamımız rejimin süqut edəcəyinə ümid edirik, amma bu, iranlılardan asılıdır.
Biz onlara buna nail olmağa kömək edirik. Amma bu baş verməsə belə, orada tamamilə fərqli, daha zəif bir rejim olacaq. Biz onu bir çox təhlükəli imkanlardan məhrum etmişik."👇👇👇

❤6👍5
Azad İran
🇮🇱 Netanyahu: "🇮🇷 Müctəba Xameneyi və 🇱🇧 Nəim Qasimə: Sürprizlər olacaq" İsrailin Baş naziri Netanyahu dolayı yolla İranın yeni ali lideri Müctəba Xameneyi və Hizbullahın baş katibinə "sürprizlər olacaq" barədə xəbərdarlıq edib. O, mətbuat konfransında "müəyyən…
Jurnalistin "İsrail İrandakı müxalifət qruplarını silahlandırmaq üçün çalışırmı?" sualına cavab olaraq baş nazir belə cavab verib: "Əminliklə deyə bilərəm ki, İran xalqının səyləri olmadan rejim devrilə bilməz və biz onlara bunu demişik.
Biz onlara kömək yolunun olduğunu demişik. Sonda nə olacağını sizə deyə bilmərəm...
Bilirik, ümid edirik və başa düşürük ki, siz də bu rejimin süqut edəcəyinə ümid edirsiniz.
Rejim süqut etməsə, daha da zəifləyəcək. Amma süqut etsə, problem həll olunacaq".
Netanyahu həmçinin vurğulayıb ki, Prezident Trampla münasibətlər əvvəlki ABŞ prezidentləri ilə müqayisədə "yüz dəfə daha güclü" olaraq qalır.
#Netanyahu #İran #Xameneyi #NəimQasim

👍5❤1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İranın 🇮🇱 İsrailin şimalındakı Zərzir bədəvi kəndinə raket hücumu nəticəsində 33 nəfər yaralanıb 🔥
Təcili yardım xidmətlərinin məlumatına görə, qurbanlardan ikisi orta dərəcəli xəsarət alıb. Digərləri isə yüngül qəlpə yaraları alıb.
#İran #İsrail #hücum #yaralı

❤1👎1
"Cənab Heqset, bizim liderlərimiz bütün bu illər ərzində xalqın arasında olub və olmaqdadır; sizin liderləriniz isə Epşteyn adasındadır!"
Bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani deyib.
Bu bəyanat Pentaqon rəhbəri Heqsetin bugünkü açıqlamalarına cavab olaraq verilib.
Heqset "X" hesabında yazıb: "İranın rəhbərliyi daha yaxşı vəziyyətdə deyil; ÜMİDSİZ və yerin altında GİZLƏNMİŞ haldadırlar!"
#İran #ABŞ

👎6👏3❤1