Azad İran
5.89K subscribers
35.4K photos
21.8K videos
15 files
9.41K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇮🇱 İsrail 🇱🇧 Livan xalqını Hizbullahı tərksilah etməyə çağırdı 🗣️

Bu gün İsrail Müdafiə Qüvvələri Beyrut ətrafında havadan vərəqələr ataraq Livan xalqını Hizbullaha qarşı etiraza çağırıb. Vərəqələrdə İsrailin 504-cü bölməsi ilə əlaqəli QR-kod da yerləşdirilib.

Vərəqələrdə yazılıb:
• “🇮🇷 İranın qalxanı olan Hizbullahı tərksilah etməlisiniz. Livan sizin qərarınızdır, başqasının yox”;
• “Sizin torpağınız sizindir — onu buraxmayın. Sabitlik sadəcə bir söz deyil, hər bir livanlının hüququdur. Onun hamı üçün azad olmasına imkan verməyin”.

İsrailin 504-cü bölməsi vərəqələrdə “Qonşunuz yaxşıdırsa, siz də yaxşısınız” prinsipinə əsaslanaraq Livanın və xalqının gələcəyini təmin etmək üçün çalışdıqlarını vurğulayıb.

Vərəqələr livanlılara ölkənin çiçəklənməsi və qorunmasına töhfə vermək üçün real dəyişiklik prosesində iştirak etməyə çağırır.

#İsrail #Livan #Hizbullah #xalq #çağırış #tərksilah

Kanala abunə olun
7👍4😁1
🇯🇵 Yaponiya 🇮🇷 İranın yeni liderini tənqid etdi ❗️

Bu gün Yaponiya hökuməti İranın yeni ali lideri Müctəba Xameneyinin Hörmüz boğazını bağlamaqla bağlı bəyanatına münasibət bildirib.

Yaponiyanın Nazirlər Kabinetinin katibi Minoru Kihara açıqlamasında bildirib ki, Müctəba Xameneyinin bəyanatından aydın olur ki, o, Hörmüz boğazının bağlanması vasitəsindən bundan sonra da səmərəli istifadə edilməli olduğuna inanır.

“Yaponiya hökuməti bu məsələ ilə bağlı dərin narahatlığını ifadə edir”
, – deyə Kihara əlavə edib.

O, Tokionun İran tərəfinə təhlükəsiz dəniz keçidinin təmin edilməsinin vacibliyini birbaşa çatdırdığını vurğulayıb. (Iran International)

دولت ژاپن از بیانیه مجتبی خامنه‌ای در ارتباط با بستن تنگه هرمز عمیقا ابراز نگرانی کرد

#Yaponiya #İran #MüctəbaXameneyi #bəyanat #tənqid

Kanala abunə olun
👍6
🇮🇷 İran səfiri: “Hörmüzdə regiondankənar qüvvələrə qarşıyıq” ❗️

Bu gün İranın 🇷🇺 Rusiyadakı səfiri Kazım Cəlali “RİA Novosti” agentliyinə müsahibəsində Fransa prezidenti Emmanuel Makronun Hörmüz boğazında “müdafiə missiyası” yaratmaq təşəbbüsü ilə bağlı mövqeyini açıqlayıb.

Cəlali bildirib ki, İran regiondankənar hər hansı gücün bölgəyə daxil olmasına qarşıdır. Onlar yalnız regional məsələləri çətinləşdirirlər, başqa heç nə etmirlər.

“Bölgəmizdə gedən bu müharibə başqalarının bizə qəbul etdirdiyi bir müharibədir, ona görə regiondankənar qüvvələrin daxil olmasına icazə verməməliyik. Əgər Hörmüz boğazında regiondankənar qüvvələr olmasaydı, orada müharibə olmazdı. Yaxın Şərqdəki hazırkı döyüşlər regional deyil, kənardan zorla tətbiq olunub”, –
deyə, səfir əlavə edib.

Cəlali vurğulayıb ki, İran xarici aktorların addımlarını nəzarət altına almaq və regional sabitliyi qorumaq üçün bölgəni diqqətlə izləyir. (Snn.ir)

#İran #səfir #Hörmüzboğazı

Kanala abunə olun
😁41🤮1
🇺🇸 Tramp: “Gələn həftə 🇮🇷 İrana güclü zərbə endirəcəyik” 🔥

Bu gün ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində İranla bağlı sərt mövqe nümayiş etdirib.

Tramp bildirib ki, lazım gələrsə, ABŞ gəmiləri Hörmüz boğazından keçəcək və İslam Respublikasına gələn həftə ərzində çox ağır zərbələr endiriləcək. (Iran International)

ترامپ: هفته آینده ضربه بسیار سختی به جمهوری اسلامی می‌زنیم

#ABŞ #Tramp #İran #hücum #təhdid

Kanala abunə olun
👍10👎2
🇪🇬 Sisi və 🇮🇷 Pezeşkian Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər 📞

Misir prezidenti Əbdülfəttah əl-Sisi İran prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb.
Misir lideri İranın Fars körfəzi ölkələrinə, eləcə də 🇯🇴 İordaniya və 🇮🇶 İraqa hücumlarını pisləyib və eskalasiyaya dərhal son qoyulmasını tələb edib.

Əs-Sisi bu ölkələrin İrana qarşı müharibədə iştirak etmədiyini və əksinə, İranla 🇺🇸 ABŞ arasında diplomatik səyləri və danışıqları dəstəklədiyini vurğulayıb.
O, eləcə də Misirin gərginliyin azaldılmasına və danışıqların bərpasına kömək etməyə hazır olduğunu bildirib.

Öz növbəsində Pezeşkian gərginliyin azaldılması səylərinə görə Misirə təşəkkür edib və Tehranın ərəb ölkələri ilə mehriban qonşuluq münasibətləri və İranın nüvə proqramı üzrə danışıqların davam etdirilməsi istəyini təsdiqləyib. (Misir Prezidentinin mətbuat xidməti)

#Misir #İran #prezidentlər

Kanala abunə olun
4👎3
🇮🇷 İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Laricani Qüds Günü yürüşlərinə qoşulub

حضور علی لاریجانی در راهپیمایی روز قدس

#İran #Laricani #QüdsGünü #yürüş

Kanala abunə olun
🤮43😁2🤔1
🇮🇷 İranın Qum şəhərində martın 11-də ETTELAAT (Kəşfiyyat Nazirliyi) idarəsinin binasına endirilən hava zərbələrinin nəticələrini əks etdirən peyk görüntüləri 🚀💥🛰

#İran #Qum #ETTELAAT #İsrail #hücum

Kanala abunə olun
👍52
🇺🇸 ABŞ qüvvələri "USS Abraham Lincoln" aviadaşıyıcısına yaxınlaşan 🇮🇷 İran GƏMİSİNİ VURUB 🚢

ABŞ hərbçiləri "USS Abraham Lincoln" aviadaşıyıcısına həddən artıq yaxınlaşan İran gəmisinə hücum ediblər.

Bu barədə CBS telekanalı iki mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunur ki, İran gəmisinə topdan atəş açılıb, həmçinin helikopterdən iki raket atılıb.
İran qüvvələrinə hansı hərbi gəmidən atəş açıldığı məlum deyil. Gəminin və ekipajının taleyindən də xəbər yoxdur.
Məlumata görə, hadisə həftənin əvvəlində baş verib.👇👇👇
👍61
Azad İran
🇺🇸 ABŞ qüvvələri "USS Abraham Lincoln" aviadaşıyıcısına yaxınlaşan 🇮🇷 İran GƏMİSİNİ VURUB 🚢 ABŞ hərbçiləri "USS Abraham Lincoln" aviadaşıyıcısına həddən artıq yaxınlaşan İran gəmisinə hücum ediblər. Bu barədə CBS telekanalı iki mənbəyə istinadən məlumat…
CBS qeyd edib ki, "USS Abraham Lincoln"u iki esmines (məhvedici tipli hərbi gəmi - red.) - "USS Spruance" və "USS Michael Murphy" müşayiət edir. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bu məlumatı telekanala şərh etməkdən imtina edib.
Bildirilir ki, sözügedən aviadaşıyıcı İrana qarşı hərbi əməliyyatın keçirildiyi bölgədə yerləşir. Digər aviadaşıyıcı - "USS Gerald R. Ford" isə Qırmızı dənizdə dayanıb.
İran Silahlı Qüvvələrinin Mərkəzi Qərargahından isə qeyd edilib ki, ölkənin Hərbi Dəniz Qüvvələri "USS Abraham Linkoln"a bir neçə zərbə endirib və aviadaşıyıcı qismən sıradan çıxıb.

#ABŞ #aviadaşıyıcı #İran

Kanala abunə olun
1🔥1😁1
🇮🇷 İranda müharibə ilə yanaşı repressiyalar da artıb - 🇺🇳 BMT

BMT-nin İnsan Hüquqları Şurasının Müstəqil Fakt Araşdırma Missiyası İranda insan hüquqları vəziyyətinin davam edən müharibə və daxili böhran fonunda təhlükəli şəkildə pisləşdiyi barədə xəbərdarlıq edib.

BMT-nin İnsan Hüquqları Şurasının Müstəqil Fakt Araşdırma Missiyası yeni hesabatında İran vətəndaşlarının müharibə, dövlət repressiyaları və geniş yayılmış insan hüquqları pozuntuları arasında görünməmiş bir vəziyyətdə olduğunu açıqlayıb.👇👇👇
🔥4👎1
Azad İran
🇮🇷 İranda müharibə ilə yanaşı repressiyalar da artıb - 🇺🇳 BMT BMT-nin İnsan Hüquqları Şurasının Müstəqil Fakt Araşdırma Missiyası İranda insan hüquqları vəziyyətinin davam edən müharibə və daxili böhran fonunda təhlükəli şəkildə pisləşdiyi barədə xəbərdarlıq…
Hesabatda hərbi münaqişələr və artan təhlükəsizlik təzyiqləri ilə yanaşı, İranda insanlığa qarşı cinayətlər riskinin artdığı və dövlət repressiyalarını dayanmadığı, əksinə gücləndiyi bildirilib.

Qeyd olunub ki, təhlükəsizlik qüvvələri etirazların yatırılması zamanı hərbi silahlardan və ov tüfənglərindən istifadə edib və nəticədə çox sayda etirazçı ölüb və yaralanıb. İnternetin geniş şəkildə bağlanması da basqıları gizlətmək və insanların informasiyaya çıxışını məhdudlaşdırmaq üçün bir vasitə kimi təsvir edilib.

Fakt araşdırma missiyası həmçinin bəhailər də daxil olmaqla dini azlıqlara qarşı artan təzyiq, edamların sayının artması, geniş yayılmış həbslər və işgəncə və saxlanılanların zorla yoxa çıxması riski barədə məlumat verib.
Hesabatın digər bir hissəsində məcburi hicabla əlaqədar qadın və qızlara qarşı repressiyalara toxunulur və bir çox qadının hicab geyinmədiklərinə görə təqib, həbs və zorakılığa məruz qaldığı bildirilir.
Hesabatda həmçinin transmilli repressiyaların genişlənməsinə də işarə edilir və deyilir ki, İran hökuməti xaricdəki müxaliflərə və tənqidçilərə ailələri hədələmək, həbs etmək və ya təsir göstərməklə təzyiq göstərməyə çalışır.

#İran #repressiya #BMT

Kanala abunə olun
1🔥1
🇴🇲 Omanda PUA-nın düşməsi nəticəsində iki nəfər həlak olub 😱😢

Omanın şimalında yerləşən Sohar şəhərinə pilotsuz uçuş aparatının (PUA) düşməsi azı iki nəfərin ölümü və bir neçə şəxsin yaralanması ilə nəticələnib.

Bu barədə Əlcəzirə informasiya agentliyi təhlükəsizlik orqanlarındakı mənbəsinə istinadən məlumat paylaşıb.

Bildirilir ki, həyatını itirən şəxslər əcnəbilərdir.
Qeyd olunub ki, bölgəyə ümumilikdə iki dron düşüb.

#Oman #İran #dron #ölüm

Kanala abunə olun
👎4
Media is too big
VIEW IN TELEGRAM
🇺🇸 ABŞ-nin xilasetmə təyyarələri 🇮🇶 İraqda uçuşlar həyata keçirirlər ✈️

İraq mediası tərəfindən yayımlanan kadrlarda qəzaya uğramış "KC-135 Stratotanker" yanacaqdoldurma təyyarəsinin yerinin müəyyənləşdirilməsi əməliyyatı zamanı İraqın qərbi üzərində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki "HC-130J Combat King II" axtarış-xilasetmə təyyarəsinin alçaq hündürlükdə uçuşu paylaşılıb.

"Epic Fury" əməliyyatına hazırlıq çərçivəsində və aviasiyaş texnikasının potensial itkiləri ehtimalı ilə bölgəyə səkkiz "HC-130J Combat King II" təyyarəsi göndərilib.

#ABŞ #təyyarə #İraq

Kanala abunə olun
🔥1
🇺🇸 ABŞ 🇮🇷 İrana qarşı aviazərbələri davam etdirir

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus MQ-9 Reaper PUA-sının Xuzistan əyalətinin Bəndər-Xomeyni şəhərində İranın "Cobra-V8" radioelektron mübarizə kompleksini vurub.

#ABŞ #İran #aviazərbə

Kanala abunə olun
5👍1
🚨 TƏCİLİ

🇺🇸 ABŞ 🇮🇷 Xameneyinin başına 10 milyon dollar qoydu 💸🗣

ABŞ Dövlət Departamenti cümə günü Müctəba Xameneyi haqqında məlumat verən hər kəsə 10 milyon dollar mükafat təklif etməsi ilə bağlı açıqlama yayıb.

Tramp daha əvvəl qeyd etmişdi ki, Müctəba Xameneyi son müharibədə yaralanıb, lakin o, hələ də sağdır.

#ABŞ #İran #MüctəbaXameneyi #mükafat

Kabala abunə olun
👍111
Hörmüz boğazında 🇮🇷 İranın vurduğu gəmilər 🚢🚀💥🔥

İrana qarşı əməliyyatların başlanmasından bəri Fars körfəzi və Hörmüz boğazında İranın kamikadze dronları və pilotsuz katerləri tərəfindən zərbə endirilən 18 kommersiya gəmisinin yerləşmə sxemini əks etdirən infoqrafikası nümayiş etdirilib.

#İran #Hörmüzboğazı #gəmi #zərbə
1🔥1
🇮🇷 SEPAH ərəb vətəndaşlarını 🇺🇸 ABŞ qoşunlarının Yaxın Şərqdəki yerini sızdırmağa çağırıb ⚠️

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Kəşfiyyat İdarəsi ərəb ölkələrinin vətəndaşlarını Yaxın Şərqdə yerləşən və otellərdə və şəxsi evlərdə qalan təxminən 11.000 ABŞ hərbçisinin harada olduğu barədə məlumat verməyə çağıran bir bəyanat yayıb.

SEPAH-ın kəşfiyyat bəyanatında deyilir: "Amerikalılar ərəb qardaşlarımızdan canlı qalxan kimi istifadə etmək istəyirlər. Biz amerikalıları tapıb məhv etməyə məcburuq.
Buna görə də onları otellərdə gizlətməmək və gizləndikləri yerlərdən uzaq durmaq daha yaxşıdır.
Sizin İslami vəzifəniz bu amerikalı terrorçuların gizləndiyi yerləri dəqiq şəkildə bildirmək və məlumatları bizə göndərməkdir".


#SEPAH #ərəblər #ABŞ #çağırış
😁9🤬1🤮1
🇮🇷 Əraqçı 🇹🇷 Türkiyəyə təşəkkür edib

İranın xarici işlər naziri Abbas Əraqçı "X" hesabında yazıb:

"Mübarək Ramazanın günlərində qardaş türk millətinin və dost Türkiyə Respublikasının İran xalqı üçün etdiyi dualar və göstərdiyi həmrəylik bizim üçün böyük güc və mənəvi dəstək mənbəyidir".

Əraqçı əlavə edib ki, İran öz suverenliyini və xalqının təhlükəsizliyini qətiyyətlə müdafiə etməyə davam edəcək.

قدردانی وزیر امور خارجه از ابراز همبستگی دولت و ملت ترکیه با مردم ایران

🔹در این روزهای مبارک رمضان، دعاها و همبستگی ملت برادر ترکیه و جمهوری دوست ترکیه برای مردم ایران، منبع بزرگی از قدرت و روحیه است.

🔹ایران همچنان قاطعانه از حاکمیت و امنیت مردم خود دفاع خواهد کرد.

🔹ما معتقدیم که عدالت و صلح پیروز خواهد شد.

🔹از دعاها و حمایت شما صمیمانه سپاسگزاریم.

#İran #XİN #Əraqçı #Türkiyə #təşəkkür
😁41🤮1