Azad İran
5.89K subscribers
35.4K photos
21.8K videos
15 files
9.41K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇮🇷 İran yenidən 🇹🇷 Türkiyəyə hücum edib? 🚀💥🔥

Dünən gecə Türkiyənin Adana şəhərinin yenidən hədəf alındığı ilə bağlı iddialar yayılıb. Hücumun İran tərəfindən həyata keçirildiyi bildirilib.

İddialara görə, gecə saatlarında şəhər istiqamətində hücum cəhdi qeydə alınıb. Lakin hadisənin detalları və hücumun hansı vasitələrlə həyata keçirildiyi barədə hələlik dəqiq məlumat verilməyib.

#İran #Türkiyə #hücum

Kanala abunə olun
🔥4
🇮🇷 İran nüvə təklifi verdi, 🇺🇸 ABŞ qəbul etmədi ☢️

Dünən İranın xarici işlər naziri Abbas Əraqçı bildirib ki, Tehranın nüvə danışıqları zamanı ABŞ-yə təqdim etdiyi təklif rədd edilib.

Əraqçı “X” hesabında açıqlama verərək bildirib ki, İran ABŞ-yə Tehranın nüvə silahı yaratmaq cəhdlərindən tam imtina etdiyini təsdiqləməyi təklif edib, ancaq Vaşinqton bu təklifi qəbul etməyib.

“İranın nüvə silahından tamamilə imtina etmək təklifi rədd edildi, çünki ABŞ tərəfi texniki detalları başa düşmədi”, – deyə, o, vurğulayıb.

O, bildirib ki, ABŞ-nin iqtisadi maraqları, o cümlədən neft qiymətləri və tariflərdəki dəyişikliklərdən qazanc əldə etmək niyyəti İranın təklifinə təsir göstərməyib.

#İran #Əraqçı #XİN #ABŞ #nüvətəklifi #rədd

Kanala abunə olun
😁32👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İrandan yeni taktika: hərbi postlar körpülərin altında qurulur 🚀💥

Sosial mediada yayılan görüntülərdə İran hərbi qüvvələrinin zərbələrdən yayınmaq məqsədilə postları körpülərin altında qurur.

Paylaşılan kadrlara əsasən, hərbi texnika və nəzarət postları körpülərin alt hissələrində yerləşdirilir. Bildirilir ki, bu addım mümkün ABŞ və İsrail hava zərbələrindən qorunmaq məqsədi daşıyır.

#İran #hərbipost #ABŞ #İsrail #hücum

Kanala abunə olun
😁6🤔1
🇮🇷 İran dünyadan onlayn təcrid olunur: internet kəsintisi davam edir 🛜⁉️

“NetBlocks” beynəlxalq internet nəzarəti təşkilatı bildirib ki, İranda internet kəsintisi artıq 14-cü gününə daxil olub. Təşkilatın məlumatına görə, ölkə 312 saatdan çoxdur beynəlxalq internet rabitəsindən demək olar ki, tamamilə kəsilib.

NetBlocks-un açıqlamasına əsasən, hazırda İranda internet bağlantısı normal səviyyənin təxminən 1 faizi həcmində fəaliyyət göstərir. Bu isə o deməkdir ki, əhalinin qlobal internetə ictimai çıxışı demək olar ki, tam dayandırılıb.

Təşkilat qeyd edib ki, bu vəziyyət mülki şəxslərin vacib məlumatlara, xəbərdarlıqlara və yeniləmələrə çıxışını ciddi şəkildə məhdudlaşdırır. Buna baxmayaraq, ölkə daxilindən İslam Respublikası tərəfindən təsdiqlənmiş məzmunun yayımı davam edir.

#İran #internet #internetkəsintisi

Kanala abunə olun
🤬5
🇮🇷 İran diplomatı 🇱🇧 Livan XİN-ə çağırılıb

Livanın xarici işlər naziri Yusif Raci İranın Beyrutdakı səfirliyinin müvəqqəti işlər vəkilinin Xarici İşlər Nazirliyinə çağırıldığını açıqlayıb. O, bu barədə “X” hesabında paylaşım edib.

Nazirin sözlərinə görə, bu addım SEPAH-ın İran və Livan ərazilərindən İsrailə qarşı raket və dron hücumları üçün Hizbullahla “birgə və inteqrasiya olunmuş əməliyyat” həyata keçirdiyini açıqlamasından sonra atılıb.

Yusif Raci bildirib ki, Livan ölkənin daxili işlərinə hər hansı müdaxiləni qəbul etmir və bu cür addımlar hökumətin qərarlarının və milli suverenliyin açıq şəkildə pozulmasıdır.

Qeyd olunub ki, Livan hökuməti ötən həftə SEPAH ölkə ərazisində hər hansı fəaliyyətini qadağan edib və Hizbullahdan silahlarını dövlətə təhvil verməsini tələb edib.

#İran #Livan #diplomat #çağırış #etiraz

Kanala abunə olun
👍4
🇺🇸 Tramp: “🇮🇷 İran yığması Dünya Kubokunda oynaya bilər, ancaq…”

ABŞ prezidenti Donald Tramp İran milli futbol komandasının 2026-cı il Dünya Kubokunda iştirak edə biləcəyini, lakin bunun oyunçular üçün təhlükəsiz olmaya biləcəyini bildirib.

Tramp “Truth Social” platformasında yazıb ki, İran yığması turnirdə iştirak edə bilər, lakin mövcud vəziyyətdə bu qərarın riskli olduğunu düşünür.

“İran milli komandasını Dünya Kubokuna salamlayırıq, amma açığı, düşünmürəm ki, bu, onların həyatı və təhlükəsizliyi üçün təhlükəsiz olacaq”, – deyə o qeyd edib.

Bundan əvvəl İranın idman naziri ABŞ və İsrailin Tehrana endirdiyi hava zərbələrindən sonra İran yığmasının turnirdə iştirak etməyəcəyini bildirmişdi.

2026-cı il futbol üzrə Dünya Kuboku 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. İran millisinin oyunlarının Los-Anceles və Sietl şəhərlərində baş tutacağı gözlənilirdi. (Independent Persian)

#ABŞ #Tramp #İran #futbolyığması
4👍1
🇮🇷 İranda minlərlə insan Qüds Günü üçün küçələrə çıxdı

İranda Beynəlxalq Qüds Günü münasibətilə ölkənin bir çox əyalətlərində kütləvi yürüşlər keçirilir.

Yerli media orqanlarının yaydığı məlumatlara görə, yürüşlər zamanı iştirakçılar Fələstinlə həmrəylik nümayiş etdirir, eyni zamanda “Amerikaya ölüm olsun!” və “İsrailə ölüm olsun!” kimi şüarlar səsləndirirlər. Televiziya və xəbər platformaları yürüşlərlə yanaşı, İsrail hücumlarına aid görüntüləri də yayımlayır.

Videolarda isə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin Tehran küçələrində sakit şəkildə gəzdiyi kadrlar diqqət çəkib.

Qeyd edək ki, Beynəlxalq Qüds Günü Fələstin xalqının müstəqillik uğrunda mübarizəsinə dəstək məqsədilə qeyd olunur. Bu gün 1979-cu ildə İran İslam Respublikasının qurucusu Ruhullah Xomeyni tərəfindən təsis edilib və hər il Ramazan ayının sonuncu cümə günü keçirilir.

#İran #QüdsGünü #Fələstin #dəstək

Kanala abunə olun
😁73👍1👎1
The Sun: “🇮🇷 Müctəba Xameneyinin ayaqları amputasiya olunub” 😱👳‍♂

“The Sun” qəzeti yazıb ki, İranın yeni ali lideri Müctəba Xameneyi hava zərbəsi nəticəsində ağır yaralanıb və hazırda komadadır.

Məlumata görə, hücum zamanı o, ciddi xəsarətlər alıb və iddialara əsasən, hər iki ayağı amputasiya edilib. Habelə, daxili orqanlarında ağır travmaların – xüsusilə qaraciyər və mədəsində cırılmaların ola biləcəyi qeyd edilir.

Nəşr bildirib ki, Xameneyi aldığı yaralar səbəbilə komadadır. O, hazırda Sina Universitetinin xəstəxanasının reanimasiya şöbəsində saxlanılır və xəstəxananın yerləşdiyi ərazi təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb.

#İran #MüctəbaXameneyi #hücum #yaralanma #amputasiya

Kanala abunə olun
🤔5👍3
🇹🇷 Türkiyə daha bir 🇮🇷 İran raketini vurub 🚀

Bu gün Türkiyə Müdafiə Nazirliyi İrandan buraxılan və Türkiyə hava məkanına daxil olan daha bir ballistik raketin zərərsizləşdirildiyini açıqlayıb.

Nazirliyin yaydığı məlumata görə, raket NATO-nun hava və raketdən müdafiə sistemləri tərəfindən vurulub.

Bəyanatda bildirilib ki, Türkiyənin ərazisinə və hava məkanına yönələn hər hansı təhdidə qarşı bütün zəruri tədbirlər qətiyyətlə görülür.

Nazirlik, habelə, hadisənin bütün detalları ilə araşdırıldığını və məsələ ilə bağlı müvafiq ölkə ilə məsləhətləşmələrin aparıldığını bildirib.

Qeyd edək ki, bu, İrandan Türkiyə istiqamətində buraxıldığı bildirilən üçüncü raketdir. Daha əvvəl Türkiyə mediası ölkənin cənub bölgələri üzərində hava həyəcanı siqnalı verildiyini və bir raketin vurulduğunu xəbər vermişdi.

#Türkiyə #İran #raket #hücum

Kanala abunə olun
🔥5
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 Pezeşkian müharibədən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdı

Bu gün İran prezidenti Məsud Pezeşkian 🇺🇸 ABŞ və 🇮🇱 İsrailin İslam Respublikasına qarşı hərbi əməliyyatlarının başlanmasından sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

Məlumata görə, Pezeşkian Beynəlxalq Qüds Günü münasibətilə keçirilən yürüşlərdə iştirak etmək üçün xalq arasına qatılıb.

#İran #Pezeşkian #prezident #müharibə #ictimaiyyət

Kanala abunə olun
5🤮2👏1
Media is too big
VIEW IN TELEGRAM
Əraqçı: “Düşmənlər 🇮🇷 İran xalqının gücünü tanımağa məcbur olacaqlar”

Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı Tehranda keçirilən Qüds Günü yürüşlərində iştirak edib və ABŞ ilə İsrailin hücumları barədə açıqlama verib.

Nazir bildirib ki, İsrail və ABŞ-nin hücumlarına baxmayaraq, İranın müxtəlif şəhərlərində milyonlarla insan küçələrə çıxaraq ölkəyə, Fələstinə və milli ideallara dəstək nümayiş etdirib.

“Bu gün İranda Qüds Günü qeyd olunur. İsrail və ABŞ rejiminin hücumlarına baxmayaraq, xalqımız Tehranda və digər şəhərlərdə milyonlarla insanla küçələrə çıxaraq İslam Respublikasına və Fələstin xalqına dəstəyini göstərdi. İnşallah, biz eyni güclə davam edəcəyik və düşmənlər İran xalqının gücünü tanımağa məcbur olacaqlar”, – deyə Əraqçı bildirib.

Nazir enerji bazarındakı dəyişikliklərə də toxunaraq qeyd edib ki, neft və enerji qiymətlərinin artması ABŞ və İsrailin bölgədəki addımlarının nəticəsidir. Onun sözlərinə görə, bölgədə yaranan gərginliyə görə məsuliyyət həmin ölkələrin üzərinə düşür.
😁4🤬1🤮1