🇮🇷 Tehranda 🇮🇱 İsrail dronları Bəsic qüvvələrini öldürdü 🚀💥🔥👮♂️
Çərşənbə axşamı Tehranın müxtəlif bölgələrinə İsrailin pilotsuz təyyarələrinin hücumları nəticəsində nəzarət-buraxılış postlarında xidmət edən ən azı 10 təhlükəsizlik qüvvəsi və Bəsic zabiti həyatını itirib.
#İran #Tehran #Bəsic #İsraildronu #havazərbələri
Kanala abunə olun

👍10🔥3❤1👏1
📍Təbrizdə yaşayış binasına bombalı hücum nəticəsində iki uşaq və ataları həlak olub 🚀💥🏠😢
Dünən səhər Təbrizin Zəfəraniyyə bölgəsində yaşayış binasına zərbə endirilib. Üç nəfər ölüb, dörd nəfər yaralanıb. Yaralı qadınlardan birinin vəziyyəti ağır qiymətləndirilir.
Ölənlər arasında Mahan və Mahur adlı iki uşaq və ataları Həbibin olduğu bildirilir. Uşaqların anası yaralanaraq xəstəxanaya aparılıb.
Zərbə mənzilə, eləcə də qonşu yaşayış binalarına və avtomobillərə ciddi ziyan vurub.
#İran #Təbriz #hücum #uşaqlar #ölüm

😢7🤬3❤2🤔1
🇺🇸 Tramp: "🇮🇷 Müctəba Xameneyi yəqin ki, hələ də sağdır" 👳♂️
Dünən ABŞ prezidenti Donald Tramp İranın yeni ali rəhbəri Müctəba Xameneyinin vəziyyəti ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
“Fox Radio”ya açıqlamasında Xameneyinin taleyi ilə bağlı səsləndirilən sualı cavablandıran Tramp onun sağ ola biləcəyini ehtimal etdiyini deyib.
“Düşünürəm ki, o, yəqin ki, sağdır. Məncə yaralanıb, ancaq hələ də hansısa şəkildə sağ qala bilər”, – deyə ABŞ prezidenti bildirib.
Son günlər Müctəba Xameneyinin vəziyyəti ilə bağlı müxtəlif fərziyyələr səsləndirilir. Uzun müddət onun səsli və ya video görüntülərinin yayımlanmaması bu müzakirələri daha da artırıb.
#ABŞ #Tramp #İran #MüctəbaXameneyi #alilider

👍3🔥1😁1
🇮🇷 İran Körfəz ölkələrindəki mümkün hədəflərin adlarını açıqladı
Bu gün "Fars News" agentliyi İrana qarşı mümkün hücum halında potensial “qanuni hədəf” kimi dəyərləndirilə biləcək bəzi xarici enerji infrastrukturlarının siyahısını yayımlayıb.
Məlumata görə, ilkin araşdırma çərçivəsində regiondakı bir neçə böyük neft və qaz obyektinin adı çəkilib.
Siyahıda qeyd olunan mümkün hədəflər bunlardır:
▪️Samarra Neft Emalı Zavodu (Səudiyyə Ərəbistanı);
▪️Əl-Hüsn Qaz Təsisləri və Sahəsi (BƏƏ);
▪️Əl-Cübeyl Neft-Kimya Zavodu (Səudiyyə Ərəbistanı);
▪️Q-Chem Neft-Kimya Zavodu və Musaid Chevrob Holding (Qətər);
▪️Ras Laffan Neft Emalı Zavodu (BƏƏ).
#İran #Körfəzölkələri #enerjiinfrastrukturları #qanunihədəflər #hücum

👎2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 ABŞ senatoru: “🇮🇷 İrana qarşı addımlar hələ bitməyib”
Dünən ABŞ senatoru Lindsi Qrem İranla bağlı aparılan əməliyyatlarla bağlı açıqlama verib.
Senator bildirib ki, son günlərdə görülən tədbirlər gözlədiyindən daha geniş miqyas alıb. Onun sözlərinə görə, proses hələ başa çatmayıb və qarşıdakı həftələrdə də davam edəcək.
“11 gün ərzində gördüyümüz işlər düşündüyümdən daha artıqdır. Bununla bağlı daha həftələr var. Sonra qiymətləndirmə aparacağıq”, – deyə, Qrem qeyd edib.
#ABŞ #senator #İran #hərbiəməliyyatlar

👍5😁1
🇮🇱 İsrail 🇮🇷 İrana genişmiqyaslı hücumlar edib 🚀💥🔥
Dünən İsrail ordusu İrana genişmiqyaslı hücumların başladığını açıqlayıb.
Ordunun yaydığı məlumata görə, hücumlar İranın müxtəlif şəhərlərində yerləşən infrastruktur obyektlərini hədəf alıb. Bildirilib ki, əməliyyatlar bir neçə istiqamətdə eyni vaxtda həyata keçirilib.
Məlumata əsasən, zərbələr zamanı Tehran, eləcə də Kərəc və Ərak şəhərlərinin bəzi bölgələri hədəfə alınıb.
İsrail tərəfi hücumların İranın hərbi və strateji infrastrukturu ilə əlaqəli obyektlərə qarşı həyata keçirildiyini bildirib.
ارتش اسرائیل شامگاه پنجشنبه اعلام کرد موج گستردهای از حملات را علیه زیرساختهای جمهوری اسلامی آغاز کرده است.
#İsrail #İran #hücumlar #stratejiobyektlər

❤5👍1
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 “Xameneyi qayıtdı” animasiyası: ölümlə başlayan müharibə 📹🎞
“Xameneyi qayıtdı” adlı süni intellektlə hazırlanmış qısametrajlı animasiya filmi sosial şəbəkələrdə və İran mediasında geniş müzakirə olunur.
Bildirilib ki, ABŞ, İsrail və İran arasında baş verən 13 günlük müharibə ssenarisi animasiya formatında təqdim edilib.
Filmin süjeti ABŞ və İsrailin hücumu nəticəsində İranın ali lideri Əli Xameneyinin öldürülməsi səhnəsi ilə başlayır. Daha sonra yüksək rütbəli bir generalın ABŞ prezidenti Donald Trampa əməliyyatın başa çatdığı barədə məlumat verməsi göstərilir.
Hekayənin davamında isə Müctəba Xameneyi ortaya çıxır. Süjetə görə, o, atasının ölümündən sonra onun üzüyünü və İran bayrağını götürərək liderlik rolunu öz üzərinə götürür.
Animasiyanın son hissəsində Müctəba Xameneyinin göstərişi ilə genişmiqyaslı əks-hücum başladığı göstərilir. Video İran raketlərinin atıldığı səhnələrlə başa çatır.
#İran #MüctəbaXameneyi #müharibə #animasiya

😁14🤮3❤2
🇮🇷 İran 🇦🇪 Dubayın maliyyə mərkəzinə hücum etdi 🏦✈️💥🔥
Bu gün İranın dronlarla Dubay Beynəlxalq Maliyyə Mərkəzinə (DIFC) hava zərbələri endirdiyi bildirilib.
Məlumata görə, hücum nəticəsində Dubayın əsas biznes bölgələrindən sayılan maliyyə mərkəzində yerləşən binalardan biri zərbə alıb. Hadisədən sonra şəhərin həmin hissəsinin üzərində qatı tüstü müşahidə edildiyi bildirilib. (Nour News)
Qeyd edək ki, Dubay Beynəlxalq Maliyyə Mərkəzi dünyanın aparıcı banklarının, investisiya fondlarının və beynəlxalq şirkətlərin ofislərinin yerləşdiyi əsas maliyyə və biznes zonalarından biri hesab olunur.
#İran #BƏƏ #Dubay #maliyyəmərkəzi #dron #hücum

👎6
🇮🇷 İranın yeni lideri sosial şəbəkələrdə qeydiyyatdan keçib 👳♂️👨💻
İranda internetin məhdudlaşdırıldığı bir vaxtda ölkənin yeni ali rəhbəri Müctəba Xameneyi sosial şəbəkələrdə hesablar yaradıb.
Məlumata görə, Müctəba Xameneyi "X" platformasında və “Telegram” mesencerində öz hesabını aktiv edib. O, bir neçə saat öncə profil şəkli ilə ilk paylaşımını edib.
Hazırda onun “X” hesabına 37 mindən çox insan abunə olub. Ali rəhbərin özü isə yalnız mərhum atası, İranın keçmiş ali lideri Əli Xameneyinin hesabına abunədir.
Xameneyinin istifadəçi adı @Rahbarenghelab seçilib ki, farsca “İnqilabın rəhbəri” mənasını verir. Eyni adlı hesab “Telegram”da da yaradılıb və burada ali rəhbərin bəyanatları dərc ediləcək. Hazırda “Telegram” hesabına iki mindən çox insan abunə olub.
#İran #MüctəbaXameneyi #sosialşəbəkə #qeydiyyat

😁5❤3👎1🤔1
“Gördüklərim güc dolu bir dağ idi” – 🇮🇷 Müctəba Xameneyi atasından danışdı 👳♂️🗣
Dünən İranın yeni ali lideri Müctəba Xameneyi xalqa müraciətində ABŞ və İsrailin hücumu nəticəsində həyatını itirən atası Əli Xameneyi ilə bağlı danışıb.
Müctəba Xameneyi bildirib ki, atasının ölümündən sonra onun nəşini görmək imkanı əldə edib və bu mənzərə onda dərin təsir buraxıb.
“Şəhadətindən sonra onun nəşini ziyarət etmək imkanım oldu. Gördüklərim güc və mətanət dolu bir dağ kimi idi”, – deyə o, qeyd edib.
O, habelə, atasının sağ əlinin yumruq şəklində sıxıldığını vurğulayıb və bunu güclü iradənin rəmzi kimi dəyərləndirib. (JamaranNews)
#İran #MüctəbaXameneyi #ƏliXameneyi

😁6🤮4❤2👍1
🇮🇷 İran 🇫🇷 Fransa hərbi bazasını hədəfə aldı 🚀💥🔥
Dünən 🇮🇶 İraqda yerləşən Fransa hərbi bazası pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Məlumata görə, hücum İran mənşəli dronlarla həyata keçirilib.
Hadisə nəticəsində 6 fransız hərbçisi yaralanıb. Yaralıların vəziyyəti barədə rəsmi qurumlar əlavə məlumat verməsə də, onların tibbi yardım üçün yaxınlıqdakı hərbi tibb məntəqəsinə aparıldığı bildirilir.
#İran #İraq #Fransa #hərbibaza #əsgər #hücum

🇮🇷 İran yenidən 🇹🇷 Türkiyəyə hücum edib? 🚀💥🔥
Dünən gecə Türkiyənin Adana şəhərinin yenidən hədəf alındığı ilə bağlı iddialar yayılıb. Hücumun İran tərəfindən həyata keçirildiyi bildirilib.
İddialara görə, gecə saatlarında şəhər istiqamətində hücum cəhdi qeydə alınıb. Lakin hadisənin detalları və hücumun hansı vasitələrlə həyata keçirildiyi barədə hələlik dəqiq məlumat verilməyib.
#İran #Türkiyə #hücum

🔥4