Azad İran
5.89K subscribers
35.4K photos
21.8K videos
15 files
9.41K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇱 İsrail 🇮🇷 Əhvazda SEPAH bazalarına zərbə endirib 🚀💥

Əhvazın 92-ci Zirehli Texnika Bazası da bu hədəflərdən biri olub.

فوری؛ مقر لشکر ۹۲ زرهی در اهواز هدف حمله قرار گرفت

#İsrail #İran #Əhvaz #hücum #SEPAH #hərbibaza

Kanala abunə olun
8👍5🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İranın raket sisteminə zərbələrlə eyni vaxtda: 250-dən çox İran dronu məhv edildi 🚀🔥

İran rejiminin atəş gücünə qarşı zərbələrin bir hissəsi olaraq, İsrail Hərbi Hava Qüvvələri 250-dən çox dron, onların buraxılış meydançalarını və onlarla buraxılış məntəqəsini məhv edib.

Bu hücum zamanı İsrailə buraxılış üçün dron hazırlayan İran əsgərləri də hədəfə alınıb.

#İsrail #hücum #İran #dron #raketsistemi

Kanala abunə olun
10🔥4
🇮🇷 Əli Xameneyinin həyat yoldaşı sağdır 🧕

Bu haqda "Fars" xəbər agentliyi məlumat yayıb.

Qeyd olunur ki, İranın keçmiş ali rəhbəri Əli Xameneyinin 🇺🇸 ABŞ-🇮🇱 İsrail hücumunda öldüyü bildirilən həyat yoldaşı sağdır və onun həyatını itirməsi ilə bağlı yayılan məlumatlar yanlışdır.

#İran #Xameneyi #həyatyoldaşı #müharibə

Kanala abunə olun
3👍2🤔2👎1
🇵🇱 Polşa 🇮🇷 İranda quru əməliyyatında iştirakını istisna edir və qısamüddətli münaqişə proqnozlaşdırır

Polşanın müdafiə naziri Kosiniak-Kamış Varşavanın Polşa qoşunlarını İrana göndərmək planının olmadığını bildirib.

O, mövcud münaqişənin məhdud xarakter daşıdığını və 🇦🇫 Əfqanıstan və ya 🇮🇶 İraq kimi uzunmüddətli quru əməliyyatına çevrilməsi ehtimalının az olduğunu bildirib.

"Düşünmürəm ki, bu, uzun çəkəcək. Bu əməliyyatları başa çatdırmaq üçün üç-dörd həftə kifayət edəcək", - deyə nazir vurğulayıb və mövcud vəziyyəti tezliklə başa çatacağını proqnozlaşdırdığı "epik bir qəzəb" kimi təsvir edib.

#Polşa #İran #münaqişə #quruəməliyyatları #proqnoz

Kanala abunə olun
3🔥1
Reuters: "🇮🇷 İran 🇮🇳 Hindistan bayrağı altında üzən tankerlərin Hörmüz boğazından keçməsinə icazə verəcək" 🚢🛢

Reuters agentliyinin Hindistan hökumətindəki mənbəyə istinadən verdiyi məlumata görə, İran Hindistan bayrağı altında üzən tankerlərin Cənubi Asiya ölkəsinin neft idxalının 40%-ni təşkil edən Hörmüz boğazından keçməsinə icazə verəcək.
Lakin, ölkədən kənarda olan bir İran mənbəsi belə bir razılaşmanın olmadığını bildirib.

Hindistan hökuməti daha əvvəl bildirib ki, iki ölkənin xarici işlər nazirləri son günlərdə üç dəfə bir-biri ilə əlaqə saxlayıblar və bu həftə keçirilən son görüşdə "Hindistan üçün gəmiçilik təhlükəsizliyi və enerji təhlükəsizliyi ilə bağlı məsələlər" müzakirə olunub.

Hindistanlı mənbə bildirib ki, Hindistana gedən iki xarici bayraqlı tanker bu yaxınlarda boğazdan keçib və İran hər iki ölkənin xarici işlər nazirləri arasında telefon danışığından sonra Hindistan bayrağı altında üzən gəmilərin təhlükəsiz keçidini təmin edib.

#İran #Hörmüzboğazı #Hindistan #nefttankeri #icazə
😁41🔥1
🚨"İslam Respublikasındakı qeyri-sabitlik Mərkəzi Asiyanı təhdid edə bilər" 🤔

Bunu 🇮🇷 İranın 🇰🇿 Qazaxıstandakı səfiri Əliəkbər Coukar deyib.

Səfir bildirib ki, İslam Respublikasında genişmiqyaslı qeyri-sabitlik Mərkəzi Asiya ölkələri üçün təhlükə yarada bilər.

Diplomat deyib: "Mərkəzi Asiya regionu risk altında ola bilər: İranda genişmiqyaslı iğtişaşlar və qeyri-sabitlik başlayarsa, Yaxın Şərqdən ekstremistlərin və terrorçuların sızma riski var".

Eyni zamanda, o, "İran hökumətinin gücü ilə Qazaxıstan və Orta Asiya ölkələri üçün heç bir təhlükə olmayacağını" vurğulayıb.

#İran #səfir #Qazaxıstan #MərkəziAsiya

Kanala abunə olun
🤮7👍1
🇱🇾 Aişə Qəddafi 🇮🇷 İranı Qərbə güzəştə getməməyə çağırdı 🗣

Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin qızı Aişə İran xalqına xəbərdarlıq edib.
O, Qərbə güzəştlərin sülhə deyil, yalnız məhvə apardığını bildirərək, Liviyanı nümunə göstərib.

"Canavarlarla danışıqlar sürünü xilas etmir; bu, sadəcə növbəti ovun tarixini müəyyən edir", - deyə o bildirib.

Aişə Qərbin atasına nüvə silahlarından və ballistik raket proqramlarından imtina etsə, dünyanın qapılarını onun üzünə açacağına dair zəmanət verdiyini söyləyib.

"Atam onlara inandı, güzəştə etdi... və NATO bombaları ölkəni xarabalığa çevirdi", - deyə, Aişə Qəddafi əlavə edib.

#Qəddafi #Aişə #çağırış #İran #Qərb

Kanala abunə olun
👍124👎2😁2🔥1🤮1
🇮🇷 İran prezidenti və 🇮🇳 Hindistanın Baş naziri regiondakı vəziyyəti müzakirə ediblər 📞

Telefon danışığı zamanı Hindistanın Baş naziri Narendra Modi bildirib ki, Hindistan vətəndaşlarının təhlükəsizliyi və mühafizəsi, eləcə də malların və enerjinin maneəsiz tranzitinə ehtiyac Yeni Dehlinin əsas prioritetləri olaraq qalır.

O, eləcə də Hindistanın sülh və sabitliyə sadiqliyini ifadə edərək, münaqişənin həlli üçün dialoq və diplomatiyanı qətiyyətlə tövsiyə edib. (Modinin "X" hesabı)

#İran #Pezeşkian #Hindistan #Modi

Kanala abunə olun
🤮31
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 Bəqayi: "Bu müharibə bütün bölgəyə qarşı yönəlib"🗣

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, müharibə təkcə İrana deyil, bütün regiona qarşı yönəlib.

"Bu müharibənin məqsədi region xalqları arasında nifaq və narahatlıq yaratmaqdır. Biz artıq təmkin göstərməyəcəyik... Biz bölgədə bütün imkanlardan və təsir vasitələrindən maksimum istifadə etməliyik", - deyə, Bəqayi əlavə edib.

سخنگوی وزارت خارجه ایران: دیگر نجابت به خرج نمی‌دهیم؛
باید از هر امکان و اهرم قدرتی در منطقه استفاده کنیم.

#İran #XİN #Bəqayi #müharibə

Kanala abunə olun
😁6🤮3
🚨TƏCİLİ

🇮🇷 İki İran diplomatı xaricdə sığınacaq istəyib 😱

“Iran International” kanalının məlumatına görə, İslam Respublikasının iki diplomatı siyasi sığınacaq üçün müraciət edib.

Sözügedən şəxslər 🇩🇰 Kopenhagendəki İran səfirliyinin diplomatı Əlirza Sohbəti və 🇦🇺 Kanberradakı səfirliyin əməkdaşı Məhəmməd Purnəcəfdir.
Məlumata görə, Purnəcəf əvvəllər İranın Avstraliyadakı müvəqqəti işlər vəkili vəzifəsində də çalışıb.

Qeyd olunur ki, oxşar hadisələr son siyasi hadisələr fonunda artıq baş verib. Bundan əvvəl İranın Cenevrədəki 🇺🇳 BMT-nin 🇪🇺 Avropa Ofisindəki baş diplomatı Əlirza Cirani Hökmabad və Avstriyadakı İran səfirliyinin müvəqqəti işlər vəkili Qulamrza Derikvənd də vəzifələrindən istefa verərək İsveçrədən sığınacaq istəyiblər.

Donald Tramp daha əvvəl dünyanın hər yerində İran diplomatlarını hökumətdən uzaq durmağa və sığınacaq üçün müraciət etməyə çağırmışdı.

#İran #doplomat #sığınacaq

Kanala abunə olun
3👍3🔥3👏1
Peyk görüntüləri 🇦🇪 BƏƏ və 🇺🇸 ABŞ-nin mühüm hərbi obyekti olan Əbu-Dabidəki Əl-Dafra aviabazasındakı zədələri göstərir ✈️🔥🛰

Əl-Dafra aviabazasındakı BƏƏ Hərbi Hava Qüvvələrinə məxsus anqarın damının qismən çökdüyünü müşahidə olunur. (EGYOSINT OSINT)

Əvvəllər həmin anqarda GlobalEye AEW&C təyyarələri və CN-235 nəqliyyat təyyarələri yerləşirdi.

Yaxınlıqdakı MQ-9 Reaper və MQ-4C Triton PUA-ları üçün istifadə olunan ABŞ dron sığınacaqlarının yaxınlığında da əlavə zədələrin olduğu bildirilir.

#ABŞ #BƏƏ #ƏbuDabi #aviabaza #İran #hücum #peykgörüntüləri

Kanala abunə olun
🤬42🔥1
Media is too big
VIEW IN TELEGRAM
🇮🇶 İraqda 🇺🇸 ABŞ istehsalı olan "LUCAS" pilotsuz uçuş aparatı görüntülənib ✈️💥

Bu, "LUCAS"-ın döyüş zamanı çəkilmiş ilk aydın görüntüsüdür.

#ABŞ #İraq #PUA #LUCAS #hücum

Kanala abunə olun
🔥3👍1
🇮🇷 Müctəba Xameneyi 🇱🇧Hizbullaha təşəkkür etdi

Xalqa ilk müraciətində İranın yeni ali rəhbəri Müctəba Xameneyi Livanın Hizbullah hərəkatına və 🇮🇶 İraq İslam Müqavimətinə ABŞ və İsrail ilə münaqişədə Tehranı dəstəklədiyinə görə minnətdarlıq edib.

#İran #MüctəbaXameneyi #dəstək #Livan #Hizbullah #İraq #münaqişə #ABŞ #İsrail

Kanala abunə olun
😁54👎1🤮1
🇮🇷 İranda SEPAH-a məxsus hərbi avadanlıq və texnikalar vurulub 🚀💥🔥

🇮🇱 İsrail Müdafiə Qüvvələri bir neçə gündür Tehran daxilində SEPAH-ın “Bəsic” qüvvələrinin yoxlama məntəqələrinə qarşı dron zərbələri endirir.

تجهیزات نظامی و خودروهای متعلق به سپاه پاسداران در ایران توسط اسرائیل مورد اصابت قرار گرفتند

#İsrail #İran #SEPAH #yoxlamaməntəqələri #aviazərbə

Kanala abunə olun
👍73
🇮🇷 İranın raket və dronları 🇰🇼 Küveytdəki Əli Əl-Salem aviabazasında dağıntıya səbəb olub 🚀💥✈️

Görüntülərdə zədələnmiş anqarlar, çökmüş tikililər və maye sızdıran qırıcı təyyarə görünür.

Həmçinin Küveyt Hərbi Hava Qüvvələrinə məxsus 3 Eurofighter təyyarəsinin itirildiyi, digər təyyarələrə isə yüngül ziyan dəydiyi bildirib. (Görüntülər OSINT hesabları tərəfindən paylaşılıb)

#İran #dron #raket #Küveyt #hərbibaza #hücum

Kanala abunə olun
👎4👍2