Azad İran
5.89K subscribers
35.4K photos
21.8K videos
15 files
9.41K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇮🇷 İranın nüvə obyektinə mümkün zərbə peyk görüntülərində əks olunub ☢️🚀

Peyk görüntüləri İranın Parçin hərbi kompleksindəki Taleqan-2 obyektində üç böyük zərbə izinin bir xətt üzrə düzülmüş olduğunu göstərir.

Bununla bağlı, peyk görüntüləri əsasında kəşfiyyat məlumatları paylaşan “Vantor” platforması məlumat yayıb. Bildirilib ki, bu obyekt nüvə silahı tədqiqatları ilə əlaqələndirilir.

Məlumata görə, kraterlərin quruluşu “GBU-57 Massive Ordnance Penetrator” kimi ağır nüvə dəqiq zərbə bombalarının istifadə edildiyi ehtimalını yaradır.

#İran #nüvəobyekti #hücum #peykgörüntüləri

Kanala abunə olun
👍61
🇺🇳 BMT 🇮🇷 İranın Körfəz ölkələrinə hücumlarını pislədi ❗️

Bu gün BMT Təhlükəsizlik Şurası (TŞ) İranın Fars körfəzi ölkələrinə və İordaniyaya hücumlarını dayandırmağa çağıran qətnaməni qəbul edib.

Sənəd Bəhreyn tərəfindən Fars körfəzi ölkələrinin dəstəyi ilə hazırlanıb və Təhlükəsizlik Şurasının 15 üzvündən 13-ü lehinə səs verib. Rusiya və Çin isə bitərəf qalıb.

Qətnamədə İranın Bəhreyn, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı, BƏƏ və İordaniyaya qarşı yolverilməz hücumları ən sərt formada pislənir.

Qətnamədə İranın Hörmüz boğazını bağlaması da qınanıb. Sənəddə ABŞ və İsrailin İrana qarşı hər hansı əməliyyatları qeyd olunmayıb. (Iran International)

#BMT #İran #Körfəzölkələri #hücum

Kanala abunə olun
👍61🤮1
🚨 TƏCİLİ

🇮🇷 Qalibaf: "Fars körfəzini işğalçıların qanı ilə isladacağıq" ❗️

Bu gün İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-nin Fars körfəzindəki Xarq adasını ələ keçirməsi ilə bağlı yayılan xəbərlər fonunda sərt bəyanatla çıxış edib.

Bununla bağlı, Qalibaf “X” hesabında paylaşım edərək yazıb: “Ya vətən, ya da ölüm! İran adası ərazisinə qarşı hər hansı bir təcavüz bütün sakitliyi pozacaq. Biz bütün məhdudiyyətlərdən imtina edəcək və Fars körfəzini işğalçıların qanı ilə isladacağıq. Amerika əsgərlərinin qanı Trampın şəxsi məsuliyyətidir”.

Fars körfəzində İran sahillərindən 25 kilometr aralıda yerləşən Xark adası strateji əhəmiyyətli və ölkənin ən böyük neft ixrac terminalı sayılır. İranın neft ixracının 90%-ə qədəri buradan keçir və ötürmə qabiliyyəti gündə 10 milyon bareli aşır.

#İran #Qalibaf #Farskörfəzi #ada #hücum #təhdid

Kanala abunə olun
🤮51🤔1
🇮🇷 İranın strateji maliyyə mərkəzinə hücum edilib 🏦🚀

Dünən gecə SEPAH Bankının məlumat mərkəzi və SEPAH-ın Xatəmül-Ənbiya Qərarganı raket hücumuna məruz qalıb.

Məlumata görə, SEPAH Bankının “Omid Computer Services”ə (bankın İT qolu) məxsus binaya texniki qruplar kiberhücumlarla mübarizə aparmaq üçün təcili növbədə olduğu vaxt zərbə endirilib. Bank tərəfindən bildirilib ki, öncə bütün xidmətlər sabit olub, ancaq mərkəzin dağıdılması bank şəbəkəsinin fəaliyyətinə yeni çətinlik gətirib.

Bankın strateji və hərbi xidmətlərə maliyyə dəstəyi verdiyi nəzərə alınaraq, ekspertlər hesab edirlər ki, hücum bu qüvvələrin maliyyə və lojistik dəstək strukturunu iflic etmək məqsədilə həyata keçirilib.

Bundan əlavə, Xatəmül-Ənbiya qərargahının sözçüsü açıqlayıb ki, ABŞ və İsraillə əlaqəli banklar artıq İslam Respublikasının hücumlarının qanuni hədəfi hesab ediləcək.

İranın dövlət mediası bildirir ki, hücum zamanı ən azı bir bank təhlükəsizlik işçisi həyatını itirib.

#İran #SEPAH #bank
👍5🔥31
🇮🇷 İranda hakimiyyət mübarizəsi: Xameneyi və Laricani fraksiyaları üz-üzə 🤜🤛

İsrailin “Channel 14” telekanalının məlumatına görə, Əli Xameneyinin öldürülməsindən sonra İran rejimi daxilində ciddi hakimiyyət mübarizəsi yaşanır.

Bildirilir ki, hazırda ölkədə iki əsas siyasi fraksiya arasında qarşıdurma yaranıb.

Birinci qrup Müctəba Xameneyinin ətrafında birləşib. Bu fraksiyanın SEPAH da daxil olmaqla təhlükəsizlik strukturlarının dəstəyi ilə hərəkət etdiyi vurğulanır. Qrupun əsas tərəfdarları arasında İranın keçmiş daxili işlər naziri, hazırda SEPAH-ın baş komandanı olan Əhməd Vəhidi və parlament sədri Məhəmməd Baqir Qalibafın olduğu bildirilir.

Digər fraksiya isə İranın tanınmış siyasi ailələrindən biri olan Laricani qardaşlarının ətrafında cəmləşib. Bu qrupun liderləri Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani və onun qardaşı, Məhkəmə-Ədliyyə Sisteminin sabiq rəhbəri Sadiq Laricani hesab olunur. (Independent Persian)

#İran #Müctəba #Laricani #hakimiyyət #mübarizə

Kanala abunə olun
🔥3😁1
🇺🇸 ABŞ senatorları 🇮🇷 İranda qızlar məktəbinə hücumla bağlı araşdırma tələb edir

“Reuters” agentliyinin məlumatına görə, ABŞ Senatında fəaliyyət göstərən 46 demokrat senator müdafiə naziri Pit Heqsetə məktub göndərərək İranda qızlar məktəbinə edilən hava hücumu və mülki itkilərlə bağlı təcili araşdırma aparılmasını tələb edib.

Məktubda bildirilir ki, hücum nəticəsində həyatını itirənlərin əksəriyyəti 7–12 yaş arası qız uşaqları olub. Qeyd olunur ki, hadisəyə görə nə ABŞ, nə də İsrail rəsmi şəkildə məsuliyyəti üzərinə götürüb.

Senatdakı demokratların hamısı – Con Fetterman istisna olmaqla – məktubu imzalayıb. Respublikaçı senatorlardan isə heç biri sənədə qoşulmayıb.

Konqresmenlər martın 18-dək cavab tələb edərək bir neçə mühüm suala aydınlıq gətirilməsini istəyiblər. Onlar ABŞ qüvvələrinin bu hadisədə məsuliyyət daşıyıb-daşımadığını, mülki şəxslərin zərər görməsinin qarşısını almaq üçün hansı tədbirlərin görüldüyünü və əməliyyat zamanı süni intellekt sistemlərinin istifadə olunub-olunmadığını soruşublar.
🔥3👍1
🇮🇷 İran Hörmüz boğazı ilə bağlı çağırışlara cavab verdi 🗣️

İran Hörmüz boğazında hücumların dayandırılması ilə bağlı beynəlxalq çağırışlara cavab verərək bölgədə təhlükəsizlik məsələsində sərt mövqe ortaya qoyub.

“Əl Əxbar” qəzetinin məlumatına görə, Türkiyə, Misir, Hindistan və Pakistan rəsmiləri Tehranı Hörmüz boğazında hücumları dayandırmağa çağırıblar.

Məlumata görə, Tehran bu çağırışlara cavab olaraq bildirib ki, bölgədə təhlükəsizlik yalnız bütün tərəflər üçün təmin olunmalıdır. İran tərəfi “təhlükəsizlik ya hamı üçün olacaq, ya da heç kim üçün olmayacaq” ifadəsi ilə mövqeyini açıqlayıb.

#İran #Hörmüzboğazı #hücum #çağırış #cavab

Kanala abunə olun
😁31🔥1
Kadırov 🇮🇷 İrandakı müharibə ilə bağlı ilk dəfə danışdı 🤔

Dünən Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov İran ətrafında baş verən hərbi gərginliklə bağlı ilk dəfə açıqlama verib. Bununla bağlı o, “Telegram” kanalında paylaşım edib.

Kadırov bildirib ki, ABŞ və İsrail müqəddəs Ramazan ayında İrana hücum etməklə İslam dünyasında parçalanma yaratmağa çalışıblar. O, Əli Xameneiyə qarşı sui-qəsd cəhdini pislədiyini vurğulayıb.

Çeçenistan lideri İranın Amerikanın hərbi bazalarına endirdiyi zərbələri “düşmənə gözlənilən cavab” kimi dəyərləndirib. Bununla yanaşı, o qeyd edib ki, üçüncü ölkələrdə mülki infrastruktura hücumlar və mülki insanların həlak olması heç bir halda haqlı sayıla bilməz.

Kadırov xüsusilə BƏƏ və Bəhreyndə baş verən hadisələrə diqqət çəkərək, bu ölkələrin vətəndaşlarının zərər görməsini qəbuledilməz adlandırıb. Onun sözlərinə görə, BƏƏ bölgədə sabitliyi ilə seçilən ölkələrdən biridir və qonşularına qarşı hərbi iddiaları olmayıb.

#Çeçenistan #Kadırov #İran #müharibə

Kanala abunə olun
🤮51
🚨TƏCİLİ

🇮🇷 İranda daha bir SEPAH komandanı öldürüldü 🔥


SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanlarından olan İsmayıl Dehqan Ərak şəhərində həlak olub. Bununla bağlı, “Fars News” agentliyi məlumat yayıb.

Məlumata görə, Dehqan iki gün öncə Ərak şəhərinin Hafeziyə məhəlləsində ABŞ-İsrail qüvvələri tərəfindən hədəfə alınıb və zərbə nəticəsində öldürülüb.

Bəzi məlumatlarda onun hücumdan əvvəl qayınanasının evində gizləndiyi bildirilirdi. Hücum zamanı Dehqanın olduğu evə zərbə endirildiyi qeyd olunur.

Hava zərbələri nəticəsindən Dehqanın ailə üzvlərindən bəzilərinin də həyatını itirdiyi vurğulanıb.

اسماعیل دهقان، از فرماندهان نیروی هوافضای سپاه پاسداران کشته شد

#İran #SEPAH #komandan #ölüm

Kanala abunə olun
👍72🔥1😁1
🇮🇱 İsrail 🇮🇷 İranın daha bir nüvə obyektinə zərbə endirdi ☢️🚀

İsrail Müdafiə Qüvvələri (İDF) İranda yerləşən daha bir əsas nüvə proqramı obyektinə hava zərbəsi endirdiyini açıqlayıb.

Məlumata görə, İsrail Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirilən hücum İran rejiminin nüvə silahı imkanlarını inkişaf etdirmək üçün istifadə etdiyi Taleqan nüvə müəssisəsini hədəf alıb.

Bildirilib, Taleqan müəssisəsi son dövrlərdə 2000-ci illərdə mövcud olduğu deyilən gizli nüvə silahı proqramı – Amad layihəsi çərçivəsində qabaqcıl partlayıcı maddələrin hazırlanması və həssas sınaqların aparılması üçün istifadə olunub.

İDF-in açıqlamasında qeyd olunur ki, hücum İranı nüvə silahlarının hazırlanması üçün zəruri olan əsas komponentlərdən məhrum etmək məqsədi daşıyan davamlı əməliyyatların növbəti mərhələsidir.

#İsrail #İran #Taleqan #nüvəobyekti #hücum

Kanala abunə olun
👍101
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇹🇷 Türkiyədən xəbərdarlıq: “🇮🇷 İranda etnik və dini qarşıdurmaya qarşıyıq” ❗️

Bu gün Türkiyənin xarici işlər naziri Hakan Fidan mətbuat konfransında İran müharibəsi ilə bağlı açıqlama verib.

Fidan bildirib ki, bəzi aktorlar eyni istiqamətdə hərəkət edərək İranda separatçı ssenariləri yenidən gündəmə gətirməyə çalışırlar. Onun sözlərinə görə, bu cür addımların məqsədi ölkədə vətəndaş müharibəsi yaratmaq və etnik və ya dini zəmində qarşıdurmaları alovlandırmaqdır.

Nazir Ankaranın bölgədə bu cür parçalanma və gərginlik yaradan planlara qətiyyətlə qarşı olduğunu açıqlayıb.

Fidan qeyd edib ki, bölgəni belə təhlükəli macəralara sürükləmək istəyənlərə xəbərdarlıq edilməlidir. Onun dediklərinə əsasən, regionda səhv addımların atılmasına imkan verilməyəcək.

#Türkiyə #XİN #İran #müharibə #qarşıdurma

Kanala abunə olun
🔥3👎2👍1😁1
Səfir: “🇮🇷 İrana ilk humanitar yardımı 🇦🇿 Azərbaycan göndərib”

Bu gün İranın Bakıdakı səfiri Müctəba Dəmirçilu jurnalistlərə müsahibəsində deyib ki, ölkəsinə ilk humanitar yardımı Azərbaycan göndərib.

“Bu ortaq, müştərək mədəniyyətimizdən irəli gəlir ki, dar günlərdə bir-birimizə kömək edirik”, - deyə, diplomat qeyd edib.

O, humanitar yardıma görə Rusiyaya, eyni zamanda, humanitar yardımın çatdırılmasında köməkliyə görə Azərbaycana minnətdarlığını bildirib.

Qeyd edək ki, martın 8-də Azərbaycan Prezidenti İlham Əliyev və iranlı həmkarı Məsud Pezeşkian arasında baş tutmuş telefon danışığına əsasən, İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədi ilə martın10-da Azərbaycandan yardım yola salınıb.

#İran #Azərbaycan #səfir #humanitaryardım #təşəkkür

Kanala abunə olun
👍7🤔1
🚨 SON DƏQİQƏ

🇮🇷 İranın yeni ali lideri ilk dəfə xalqa müraciət edəcək 🗣️

Bu gün Müctəba Xameneyinin İranın yeni ali rəhbəri kimi ilk müraciəti yaxın dəqiqələrdə açıqlanacaq.

Məlumata görə, müraciət strateji xarakter daşıyır və yeddi əsas mövzunu əhatə edəcək. Mesajda ölkə daxilində və regionda baş verən hadisələrlə bağlı mühüm istiqamətlər və təlimatlar yer alacaq.

Qeyd olunub ki, müraciətdə İranın öldürülən lideri, xalqın, Silahlı Qüvvələrin, hökumət strukturlarının, müqavimət cəbhəsinin, eləcə də region ölkələrinin rolu və məsuliyyəti, eləcə də düşmənlərlə qarşılıqlı əlaqələrlə bağlı konkret təlimatlar yer alacaq. (IRNA)

#İran #MüctəbaXameneyi #alirəhbər #müraciət

Kanala abunə olun
👎51🤮1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇷🇺 Rusiya 🇮🇷 İrana humanitar yardımın çatdırılmasında köməyə görə 🇦🇿 Azərbaycana təşəkkür edib ✈️

Bu gün Rusiyadan İrana humanitar yardım aparan təyyarə Lənkəran hava limanına eniş edib. Dərman və tibbi ləvazimatlardan ibarət yük nəqliyyat vasitələrinə yüklənəcək və Azərbaycanın Astara sərhəd keçid məntəqəsindən İrana daşınacaq.

Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov bildirib ki, Rusiya humanitar yardımın çatdırılmasında göstərdiyi köməyə görə Azərbaycana minnətdardır.

Diplomatın sözlərinə görə, bütün humanitar yardımın çatdırılma əməliyyatı yüksək səviyyədə təşkil olunub. Səfir Rusiyadan göndərilən 13 ton tibbi ləvazımanın bu gün İrana çatdırılacağını açıqlayıb.

#Rusiya #İran #humanitaryardım #Azərbaycan #təşəkkür

Kanala abunə olun
4🤔1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İranda yeni ali liderin maketi öpüldü: bütpərəstlik, yoxsa... 👳‍♂️

İranda yeni ali rəhbəri Müctəba Xameneyinin cansız maketinin nümayiş olunduğu mərasimdə diqqətçəkən hadisə baş verib.

Mərasimdə aparıcı, Xameneyinin maketini öpüb. Bu jest İslam ölkəsində dini liderin maketinə qarşı sevgi və hörmət əlaməti kimi təqdim edilsə də, qeyri-adi bir görüntü yaradıb.

Hadisə sosial mediada paylaşıldıqdan sonra geniş müzakirələrə səbəb olub, çünki İslam Respublikasında bu cür jestlər ənənəyə uyğun sayılmır və simvolik olaraq “bütpərəstlik” kimi şərh oluna bilər.

Bu görüntü, dini mərasimlərin vizual effektini artırmaq məqsədilə, həm də siyasi və simvolik mesajlar daşıyan paradoksal bir mənzərə yaradır.

#İran #MüctəbaXameneyi #alilider #maket

Kanala abunə olun
😁111👎1🤮1
🇮🇷 Müctəba Xameneyi ilk müraciətində strateji təhdidləri açıqladı 🗣️

İranın yeni ali rəhbəri Müctəba Xameneyi xalqa ilk müraciətində Hörmüz boğazının strateji əhəmiyyətini vurğulayıb.

Xameneyi bildirib ki, “Hörmüz boğazını bağlamaq rıçağından mütləq istifadə edilməlidir”. O, düşmənin digər cəbhələrdə təcrübəsinin az və həssas olduğunu qeyd edərək, müharibə vəziyyəti davam edərsə, bu rıçağın aktivləşdirilməsinin mümkün olduğunu söyləyib.

Müctəba qeyd edib ki, hər hansı hərəkət yalnız İranın maraqlarına riayət olunmaq şərti ilə həyata keçiriləcək. (Tasnim News)

#İran #MüctəbaXameneyi #müraciət #təhdidlər

Kanala abunə olun
🤮53
🇮🇷 Xameneyi 🇺🇸 ABŞ-nin qonşu ölkələrdəki bazalarını hədəf göstərdi ❗️

Bu gün İranın yeni ali rəhbəri Müctəba Xameneyi IRIB News dövlət televiziyası vasitəsilə xalqa ilk müraciətində ABŞ-nin bölgədəki hərbi fəaliyyətlərini sərt tənqid edib.

Xameneyi bildirib ki, “düşmən illərdir ki, tədricən bəzi qonşu ölkələrdə bazalar qurur və son hücumda həmin bazalardan istifadə olunub. Təbii ki, açıq şəkildə xəbərdarlıq etdiyimiz kimi, həmin bazalara hücum etdik”.

O, qonşu ölkələrə ABŞ bazalarının tez bir zamanda bağlanması çağırışı edib və vurğulayıb ki, ABŞ bölgəyə sülh və təhlükəsizlik gətirəcəyi iddiasını heç vaxt doğrultmayıb.

Müctəba əlavə edib ki, İran şəhidlərin qanının qisasını alacaq, xüsusilə də Minab şəhərinin şəhidləri üçün. Təzminat alınmazsa, düşmənin aktivləri və ya onların ekvivalent əmlakı hədəfə alınacaq.

#İran #MüctəbaXameneyi #müraciət #ABŞ #qonşuölkələr #təhdid

Kanala abunə olun
😁6👍1🔥1
🛑 Təbrizdə daha bir komandan öldürülüb 🔥

Dünən İran Hərbi Hava Qüvvələrinin Təbrizdəki bazasının komandanı, general Dariuş Süleymani dron hücumu nəticəsində həlak olub.

Məlumata görə, Süleymaninin evinə yönəlmiş məqsədli hücum baş verib. Hadisə zamanı generalın ailə üzvlərinin də həyatını itirdiyi bildirilib. (Tasnim News)

در ترور هدفمند صبح دیروز زعفرانیه تبریز ، داریوش سلیمانی فرمانده پایگاه شکاری تبریز و خانواده‌اش کشته شدند.

#Təbriz #komandan #hücum #ölüm

Kanala abunə olun
👍7🔥4
🇮🇷 Laricani 🇺🇸 Trampın təhdidinə reaksiya verdi ⚡️🗣

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani "X" hesabında Trampın ABŞ-ın İranın elektrik şəbəkəsini bir saata məhv edə biləcəyi ilə bağlı açıqlamasına münasibət bildirib: "Lakin əgər o bunu etsə, yarım saat keçməmiş bütün bölgədə ümumi elektrik kəsintisi yaranar və qaranlıq bölgədə qaçan amerikalı hərbçiləri izləmək və ovlamaq üçün uyğun fürsətə çevrilər".

ABŞ prezidenti Donald Tramp İrana qarşı yeni hücum planı ilə bağlı demişdi: “İranın elektrik sistemini bir saat ərzində məhv edə bilərəm, amma bunu etmədim”.

#ABŞ #Tramp #təhdid #hücum #İran #Laricani #cavab

Kanala abunə olun
😁32🤮1
🇮🇷 İranda Əli Xameneyinin ölümünü qeyd etdiklərinə görə iki qardaş güllələnib 😱😢

"IranWire"-ın məlumatına görə, 9 mart axşam saatlarında Kərəcin Fərdis bölgəsində iki qardaş - Əmirhüseyn Feyzi (19 yaş) və Əhmədrza Feyzinin (15 yaş) olduğu avtomobil təhlükəsizlik qüvvələri tərəfindən atəşə tutulub.

Hücuma qardaşların siqnal verməsi və Əli Xameneyinin ölümünə sevinclərini ifadə etmələri səbəb olub. İki saat əvvəl Əmir Hüseyn sosial media hesabında ali rəhbərin ölümü ilə bağlı istehza ilə təbrik paylaşmışdı.

Onların avtomobili pulemyot atəşinə tutulub və hər iki qardaş yerindəcə ölüb.

این تصویر مربوط به استوری امیرحسین فیضی، ۱۹ ساله، دو ساعت پیش از کشته شدن او به دست نیروهای انتظامی در شامگاه انتشار خبر کشته شدن علی خامنه‌ای است.

#İran #ikiqardaş #atəş #Xameneyi #ölüm

Kanala abunə olun
😢63🤮3👍2🔥1