Azad İran
5.89K subscribers
35.4K photos
21.8K videos
15 files
9.41K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 SEPAH generalı 🇺🇸 Tramp və 🇮🇱 Netanyahunu hədələdi 🗣🔥

SEPAH-ın keçmiş komandanı və hazırda Məsləhət Şurasının üzvü general Mohsen Rezayi deyib: "Mən sonda deyəcəyim sözü indi əvvəldə demək istəyirəm. Bunu cənab Tramp və Netanyahuya bəyan edirəm: İranın yaşayış məntəqələrinə hücum etməkdən əl çəkin. Biz buna eyni şəkildə qarşılıq verəcəyik.
Səddamın İrana qarşı başlatdığı səkkiz illik müharibədə, Xorrəmşəhr azad edildikdən və biz sərhədə çatdıqdan sonra, onlar qorxularından bizim şəhərlərimizə hücum etməyə, raketlər atmağa başladılar.
👇👇👇
🤮8😁21
Azad İran
🇮🇷 SEPAH generalı 🇺🇸 Tramp və 🇮🇱 Netanyahunu hədələdi 🗣🔥 SEPAH-ın keçmiş komandanı və hazırda Məsləhət Şurasının üzvü general Mohsen Rezayi deyib: "Mən sonda deyəcəyim sözü indi əvvəldə demək istəyirəm. Bunu cənab Tramp və Netanyahuya bəyan edirəm: İranın…
İraqlılar Dezful, Məscid-Süleyman, Xuzistanın digər şəhərləri, daha sonra Nəhavənd və hətta sonralar Tehrana da raket atmaq istəyirdilər.
Biz İmamın (Xomeyninin) yanına gedib dedik: 'Cənab, icazə verin biz də onlara cavab verək, çünki onlar dinc əhalini və yaşayış məntəqələrini vururlar.' O, əvvəlcə razı olmadı. Bir ay, iki ay, üç ay, bəlkə də yeddi-səkkiz ay çəkdi və sonda buna icazə verməyin zəruriliyinə əmin oldu.
Bizə icazə veriləndə dərhal qarşılıq verməyə başladıq. Ona görə də bu sahədə təcrübəmiz var, taktikasını bilirik və buna gücümüz də çatır. Bizim yaşayış məntəqələrinə hücum etməkdən əl çəkin!
Bu, sizin üçün çox pis nəticələnəcək. O zaman heç gözləmədiyiniz bir şey baş verəcək.
Düşünməyin ki, yaşayış məntəqələrini vurmaqla İranı təslim edib atəşkəsə məcbur edə bilərsiniz. Belə deyil. Özünüz də gördünüz ki, siz raketlər atarkən bizim xalqımız meydanlara çıxdı, 'Amerikaya ölüm', 'İsrailə ölüm' şüarları səsləndirdi"
.

محسن رضایی: به ترامپ و نتانیاهو هشدار می‌دهم دست از حمله به مناطق مسکونی ایران بردارند/ اگر حمله به مناطق مسکونی ایران ادامه پیدا کند مقابله به مثل می‌کنیم

#SEPAH #general #xəbərdarlıq #Tramp #Netanyahu

Kanala abunə olun
🤮81
🇺🇸 Amerikalıların çoxu 🇮🇷 İranla müharibənin uzun çəkəcəyini düşünür 📊🤨

ABŞ-də keçirilən yeni ictimai rəy sorğusu göstərir ki, amerikalıların əksəriyyəti İranla mümkün münaqişənin qısa müddətdə başa çatacağına inanmır.

Sorğuya əsasən, respondentlərin təxminən 60 faizi İranla müharibənin uzun sürəcəyini düşünür. Yalnız 36 faiz iştirakçı hərbi münaqişənin yaxın vaxtlarda sona çatacağını gözlədiyini bildirib.

Araşdırma, habelə, ABŞ vətəndaşlarının Yaxın Şərqdəki gərginliyin iqtisadi nəticələrindən narahat olduğunu göstərir. Respondentlərin 67 faizi regionda davam edən müharibə səbəbindən qarşıdakı aylarda benzin qiymətlərinin daha da artacağını proqnozlaşdırır.

Sorğu 6–9 mart tarixlərində Reuters və Ipsos tərəfindən birgə həyata keçirilib. Tədqiqat çərçivəsində ABŞ üzrə ümumilikdə 1021 nəfər iştirakçı arasında sorğu aparılıb.

#ABŞ #sorğu #İran #müharibə

Kanala abunə olun
👍2
🇮🇷 SEPAH Fars körfəzində neft tankerlərinə hücum edib 🚢🛢🚀

Dünən SEPAH-ın Fars Körfəzində İraq yanacağını daşıyan iki tankerə zərbə endirdiyi bildirilib. Hadisə Fars körfəzi sularında, Bəsrə sahilləri yaxınlığında baş verib.

Hücum nəticəsində hər iki gəmidə yanğın başlayıb. Hadisədən sonra xilasetmə əməliyyatlarına start verilib və gəmi heyətinin təhlükəsiz şəkildə təxliyəsi həyata keçirilib.

Tankerlərdə müxtəlif ölkələrdən olan ümumilikdə 25 heyət üzvü olub. Onların hamısı dəniz xilasetmə qüvvələri tərəfindən təhlükəsiz ərazilərə köçürülüb. Hücumda ölən və ya yaralanan yoxdur.

حمله سپاه به دو نفتکش حامل سوخت عراق در خلیج فارس

#İran #SEPAH #Farskörfəzi #yanacaqtankeri #İraq #hücum

Kanala abunə olun
👎5
🇮🇷 İrana bağlı haker qrupu 🇺🇸 ABŞ şirkətinə hücum edib 👨‍💻

ABŞ-nin “Stryker” tibbi texnologiya şirkəti kiberhücumla üzləşib. Bununla bağlı, “NBC News” telekanalı məlumat yayıb.

Hücuma görə məsuliyyəti İranla əlaqəli olduğu bildirilən “Hanzala” adlı haker qrupu öz üzərinə götürüb. Miçiqan ştatında yerləşən Stryker - tibbi avadanlıq və texnologiya istehsalı sahəsində aparıcı şirkətlərdən biridir. Hücum nəticəsində şirkətin iş şəbəkəsində ciddi problemlər yaranıb.

Şirkətin əməkdaşlarının sözlərinə görə, hücum zamanı iş telefonları qəfil işləməyib, daxili rabitə sistemi sıradan çıxıb və gündəlik fəaliyyətlər müvəqqəti olaraq dayanıb.

Hakerlər şirkətin cihaz idarəetmə platforması olan Microsoft Intune sisteminə daxil ola biliblər. Bu platforma korporativ telefon və kompüterlərin idarə olunması üçün istifadə olunur və cihazlardakı məlumatların uzaqdan silinməsi funksiyasına malikdir. (Independent Persian)

#İran #ABŞ #şirkət #hakerhücumu

Kanala abunə olun
👎3
🇮🇷🇺🇸🇮🇱 İran prezidenti müharibənin bitməsi üçün şərtlərini açıqladı ❗️

Dünən İran prezidenti Məsud Pezeşkian Rusiya və Pakistan liderləri ilə telefon danışıqları apardığını bildirib.

Pezeşkian bununla bağlı, “X” hesabında yazıb ki, Rusiya və Pakistan dövlət başçıları ilə təmasları zamanı Tehran bölgədə sülhə sadiq olduğunu bir daha vurğulayıb.

“Danışıqlar zamanı İranın bölgədə sülhə sadiqliyini bir daha təsdiqlədim. İsrail və ABŞ tərəfindən başladılan bu müharibəyə son qoymağın yeganə yolu İranın qanuni hüquqlarının tanınması, təzminatların ödənilməsi və gələcək hücuma qarşı möhkəm beynəlxalq zəmanətlərin verilməsidir", - deyə, Pezeşkian qeyd edib.

#İran #Pezeşkian #prezident #müharibə #şərt

Kanala abunə olun
😁51🤮1
📰 Türkiye Gazetesi: “🇮🇷 İranda yeni yaradılan terror birliyi Güney Azərbaycanı işğal etməyə hazırlaşır” ❗️

İranda fəaliyyət göstərən bir sıra kürd silahlı təşkilatlarının yeni ittifaq yaratdığı və ölkə daxilində mümkün hərəkət planlarını müzakirə etdiyi bildirilir. Bu barədə “Türkiye Gazetesi” qəzeti məlumat yayıb.

Bildirilib ki, ittifaqa PJAK, Komala və İran Kürdüstanında fəaliyyət göstərən digər qruplar daxildir. Təşkilatlar ölkə daxilində, o cümlədən Güney Azərbaycanda mümkün fəaliyyət variantlarını müzakirə edirlər.

Məlumata görə, ittifaq nümayəndələri dron və raket hücumları ilə bağlı təhlükəsizlik narahatlıqlarını əsas gətirərək ABŞ və İsraildən bölgədə “uçuşa qadağan zona” yaradılması məsələsini nəzərdən keçirməyi xahiş ediblər.

Komala təşkilatının rəhbəri Rza Kaabi potensial əməliyyatların yalnız ABŞ-nin dəstəyi ilə yaradılacaq “qorunan uçuşa qadağan zona” şəraitində mümkün ola biləcəyini qeyd edib.

#GüneyAzərbaycan #İran #terrorbirliyi
🤬4😱2
Körfəz ölkələrindən raket zərbələri: 🇮🇷 İranda hədəflər vuruldu 🚀

Yaxın Şərqdə hərbi gərginlik fonunda İran ərazisindəki bəzi hədəflərə uzaqmənzilli raket zərbələrinin endirildiyi bildirilir.

Məlumatlara görə, hücum zamanı ATACMS tipli taktiki ballistik raketlərdən istifadə olunub. Bildirilir ki, raketlərin bir qismi 🇰🇼 Küveyt, 🇧🇭 Bəhreyn və 🇮🇶 İraq ərazilərindən buraxılıb.

Hazırda zərbələrin dəqiq hədəfləri və hücum nəticəsində dəyən zərər barədə rəsmi məlumat açıqlanmayıb.

حمله موشکی به ایران از خاک چند کشور منطقه

#Körfəzölkələri #İran #müharibə #hücum

Kanala abunə olun
6👍2
🇺🇸 Tramp 🇮🇷 İran əməliyyatını belə izah etdi: “Kiçik ekskursiya idi” 🤔

Dünən ABŞ prezidenti Donald Tramp İranla bağlı hərbi əməliyyatlar barədə danışarkən onları “kiçik ekskursiya” kimi xarakterizə edib.

Müxbir: "Siz sadəcə bunu kiçik bir ekskursiya adlandırdınız, amma eyni zamanda bunun müharibə olduğunu dediniz - bəs əslində bu nədir?"

Tramp: "Hər ikisi də belədir. Bu, bizi böyük bir müharibədən qoruyacaq kiçik bir ekskursiyadır”.

"Biz bu kiçik iki həftəlik ekskursiyaya getməli olduq. Amma bu inanılmaz idi. Hərbçilərimiz tamamilə inanılmaz performans göstərdilər", - deyə ABŞ prezidenti bildirib.

#ABŞ #Tramp #İran #müharibə #ekskursiya

Kanala abunə olun
👍2🔥1
🇮🇷 İranın dron daşıyan gəmisinə zərbələrin yeni görüntüləri yayıldı 🚢🚀💥

ABŞ tərəfindən İranın Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərə endirilən zərbələrin yeni görüntüləri yayılıb.

Videokadrlarda İranın dron daşıyan “Shahid Bagheri” gəmisinə edilən hücumun başqa rakursdan görüntüləri əks olunub. Videoda zərbə anı və gəmidə baş verən partlayışlar görünür.

Bundan əlavə, İranın “Shahid Abu Mahdi al Muhandis” - sinfinə aid raket katamaranının vurulmasını göstərən kadrlar da yer alıb.

#ABŞ #İran #gəmi #hücum

Kanala abunə olun
7👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇨🇳 Çin gəmisi Hörmüz boğazından son anda geri qayıtdı 🚢

Çinə məxsus “Hailan Journey” yük gəmisi Hörmüz boğazı yaxınlığında vəziyyətin gərginləşdiyini görərək marşrutunu dəyişib və geri qayıdıb.

Məlumatlara görə, gəmi boğaz istiqamətində hərəkət edərkən bölgədə təhlükəsizlik risklərinin artması səbəbindən qəfil kursunu dəyişərək əvvəlki istiqamətə geri dönüb.

İran-İsrail-ABŞ müharibəsi Körfəz bölgəsində beynəlxalq dəniz nəqliyyatına da təsir göstərir. Bu səbəbdən bəzi ticarət gəmiləri təhlükəsizlik risklərini nəzərə alaraq marşrutlarını dəyişməyə başlayıb.

بازگشت ناگهانی کشتی چینی از تنگه هرمز به دلیل تنش‌ها

#Çin #Hörmüzboğazı #gərginlik #gəmi

Kanala abunə olun
3🔥1
🇦🇪 Dubayda dron göydələnə çırpıldı 💥🔥

Dünən BƏƏ-nin Dubay şəhərində yaşayış massivində pilotsuz uçuş aparatı (PUA) binaya çırpılıb. Hadisə “Dubai Creek Harbour” ərazisindəki göydələndə baş verib. Binada olan sakinlərin təhlükəsizliyi üçün dərhal təxliyə əməliyyatları həyata keçirilib.

Məlumata görə, BƏƏ-nin mülki müdafiə qüvvələri hadisə zamanı baş verən kiçik yanğını nəzarət altına alıb. Qəza nəticəsində heç kimin xəsarət almadığı bildirilir.

برخورد پهپاد با برج مسکونی در دبی

#BƏƏ #Dubay #dron #göydələn

Kanala abunə olun
👎3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İranda dövlət məmurunun avtomobilinə dron hücumu olub 🚗💥

Dünən Tehranda hökumət məmurunun avtomobilinin dron hücumuna məruz qaldığı bildirilib. Hadisə şəhərin mərkəzi hissəsində baş verib.

Avtomobilə pilotsuz uçuş aparatı tərəfindən hücum edildiyi görüntülərdə əks olunub. Avtomobildə olan şəxsin vəziyyəti barədə hələlik rəsmi açıqlama verilmir.

حمله پهپادی به خودروی یک حکومتی در تهران

#İran #Tehran #dron #hücum

Kanala abunə olun
👍9
Əraqçı: “🇺🇸 ABŞ və 🇮🇱 İsrail 🇮🇷 İranın ən yaşlı bankını bombaladı” 🏦🚀

Dünən İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ və İsrail qüvvələrinin İranın ən yaşlı bankına hücum etdiyini bildirib.

Əraqçı “X” hesabında yazıb ki, ABŞ və İsrail qüvvələri bank filialına binada əməkdaşların olduğu vaxt zərbə endirib. Nazir qeyd edib ki, hücum zamanı bank işçiləri Yeni il (Novruz bayramı) ərəfəsində iranlıları ərzaqla təmin etmək üçün işləyirdilər.

“İranın milli infrastrukturu hücuma məruz qalıb. Bu dəfə ölkəmin ən yaşlı bankının çoxsaylı əməkdaşının olduğu filialı bombardman edilib”, - deyə, Əraqçı əlavə edib.

O, qeyd edib ki, İran Silahlı Qüvvələri bu cinayətin cavabını verəcək.

#İran #Əraqçı #XİN #bank #ABŞ #İsrail #hücum

Kanala abunə olun
🔥31🤔1
🚨SON DƏQİQƏ

🇮🇷 İran XİN: “Yeni ali lider yaralanıb, ancaq...”
🤔

İranın yeni ali rəhbəri Müctəba Xameneyi yaralanıb, ancaq vəziyyətinin yaxşı olduğu bildirilib.

Bununla bağlı, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqayi məlumat verib. O, İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində bildirib:

“O, yaralanıb, amma özünü yaxşı hiss edir. İlk çıxışını nə vaxt edəcəyini bilmirəm. Ali liderin vəzifəsi uğrunda üç-dörd nəfər mübarizə aparırdı, ancaq Ekspertlər Şurasındakı əksəriyyət onu seçdi”.

#İran #XİN #MüctəbaXameneyi #alirəhbər #yaralanma

Kanala abunə olun
🔥3