Azad İran
5.89K subscribers
35.4K photos
21.8K videos
15 files
9.41K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇷🇺 Putin 🇮🇷 İran prezidentinə zəng edib 📞

Kremlin məlumatına görə, Rusiya prezidenti Vladimir Putin İran prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb.

Bu, prezidentlər arasında son bir həftə ərzində baş tutan sayca ikinci təmasdır.

Putin münaqişənin tez bir zamanda başa çatması və siyasi yolla həll edilməsi lehinə Rusiyanın prinsipial mövqeyini bir daha təsdiqləyib.

Öz növbəsində, Pezeşkian Rusiyaya göstərdiyi dəstəyə, xüsusən də İrana humanitar yardımına görə təşəkkür edib.

#Rusiya #İran #Putin #Pezeşkian

Kanala abunə olun
🤮6🤩1
🇮🇷 İranın 🇦🇪 BƏƏ-yə hücumları nəticəsində ölənlərin sayı altıya çatıb 😱😢

Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Ölənlər arasında BƏƏ ilə bərabər 🇧🇩Banqladeş, 🇵🇰 Pakistan,🇳🇵Nepal və digər ölkələrin vətəndaşları da var.

#İran #hücum #BƏƏ #tələfat

Kanala abunə olun
👎9
🇺🇸 CENTCOM 🇮🇷 İrandakı mülki şəxsləri İran Hərbi Dəniz Qüvvələrinin fəaliyyət göstərdiyi bütün liman obyektlərindən dərhal uzaqlaşmağa çağırır 🗣

Bəyanatda deyilir: "ABŞ ordusu İranda mülki şəxsləri İran Hərbi Dəniz Qüvvələrinin fəaliyyət göstərdiyi bütün liman obyektlərindən dərhal uzaq durmağa çağırır. Liman işçiləri, inzibati heyət və İran ticarət gəmilərinin heyətləri İran dəniz gəmilərindən və hərbi texnikasından uzaq durmalıdırlar.
İran rejimi beynəlxalq gəmiçiliyi təhdid edən hərbi əməliyyatlar aparmaq üçün Hörmüz boğazı boyunca mülki limanlardan istifadə edir. Bu təhlükəli addım günahsız insanların həyatını təhlükəyə atır. Hərbi məqsədlər üçün istifadə edilən mülki limanlar toxunulmazlıq statuslarını itirir və beynəlxalq hüquqa əsasən qanuni hərbi hədəflərə çevrilir".

#ABŞ #CENTCOM #İran #Hörmüzboğazı #liman #hücum

Kanala abunə olun
👍32
🇮🇷 İran 🇺🇸 ABŞ və 🇮🇱 İsrailə hücumun 40-cı dalğasına start verdi 🔥🚀

SEPAH İsrailə və ABŞ-nin bölgədəki hərbi bazalarına "Qədr, "Emad", "Xeybərşekən" və "Fəttah" adlı raketlərlə zərbə endirib.

روابط عمومی سپاه: موج ۴۰ عملیات وعده صادق۴ با رمز مبارک یا امیرالمومنین علیه السلام با شلیک موشک‌های قدر، عماد، خیبرشکن و فتاح علیه اهدافی در تل آویو، حیفا، پایگاه‌های آمریکا در منطقه انجام شد

#İran #SEPAH #ABŞ #İsrail #hücum

Kanala abunə olun
👎5😁32🤮1
🇺🇸 FTB: "🇮🇷 İran Kaliforniyaya dronlarla hücum edə bilər"

ABŞ Federal Təhlükəsizlik Bürosu bu yaxınlarda Kaliforniya polis idarələrini İranın ABŞ-nin qərb sahilinə dronlar ataraq Amerika hücumlarına cavab verə biləcəyi barədə xəbərdar edib.
Büronun xəbərdarlığında deyilir: "Bu yaxınlarda məlumat aldıq ki, 2026-cı ilin fevral ayının əvvəlində Tehran ABŞ-nin İrana hücum edəcəyi təqdirdə ABŞ sahillərində naməlum bir gəmidən, xüsusən də Kaliforniyadakı naməlum hədəflərə qarşı gözlənilməz dron hücumu planlaşdırıb".

Daxili Təhlükəsizlik Departamentinin keçmiş kəşfiyyat rəhbəri Con Koen bildirib ki, "İranın Meksika və Cənubi Amerikada geniş mövcudluğu, əlaqələri, dronları var və indi də hücumlar həyata keçirmək üçün stimulları var".

#İran #Kaliforniya #ABŞ #dron #hücum

Kanala abunə olun
🔥2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇨🇳 Çinli dənizçilər 🇦🇪 Birləşmiş Ərəb Əmirliklərinin Füceyrə neft anbarı obyektinə 🇮🇷 İranın raket zərbəsini videoya çəkiblər 🚀🛢💥🔥

#İran #BƏƏ #Füceyrə #raket #hücum

Kanala abunə olun
👎5👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇱🇧 Hizbullah 🇮🇱 İsrail şəhərlərinə raket zərbələri endirib 🚀

Hizbullah yeni elan edilmiş əməliyyat çərçivəsində İsrailin Kiryat Şmona və Nahariya şəhərlərinə raket hücumları həyata keçirib.

Həmin hücumun görüntüləri sosial mediada yayılıb.

حملات موشکی حزب الله به اسرائیل

#Livan #Hizbullah #raket #hücum #İsrail

Kanala abunə olun
👎5👍3
🇮🇶 İraq yaxınlığındakı ərazi sularında neft tankeri partlayıb 🚢💥🔥

انفجار تانکر نفت در آب‌های سرزمینی نزدیک عراق

#İraq #nefttankeri #partlayış

Kanala abunə olun
🔥3
🇮🇷🇺🇸🇮🇱 Yaxın Şərqdə davam edən gərginlik zamanı ölən və yaralananların sayı və mənsub olduqları ölkələrin infoqrafikası cədvəl 🔥

Məlumatı "Əlcəzirə" telekanalı dərc edib.

#YaxınŞərq #münaqişə #ölüm

Kanala abunə olun
🔥4
🇮🇷 İran prezidenti Pezeşkian 🇴🇲 Oman sultanı əl-Səidə zəng edib

Telefon danışığında ikitərəfli münasibətlər, eləcə də son hadisələr və mövcud vəziyyət müzakirə edilib.

Sultan Əl-Səid narazılığını bildirərək, Oman ərazisinə davam edən hücumları pisləyib, ölkənin təhlükəsizliyini və sabitliyini təmin etmək üçün bütün lazımi tədbirləri gördüyünü vurğulayıb. (Oman Xarici İşlər Nazirliyi)

#İran #Pezeşkian #prezident #Oman #sulan #əsSəid #narazılıq #hücum

Kanala abunə olun
🤔3
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 SEPAH generalı 🇺🇸 Tramp və 🇮🇱 Netanyahunu hədələdi 🗣🔥

SEPAH-ın keçmiş komandanı və hazırda Məsləhət Şurasının üzvü general Mohsen Rezayi deyib: "Mən sonda deyəcəyim sözü indi əvvəldə demək istəyirəm. Bunu cənab Tramp və Netanyahuya bəyan edirəm: İranın yaşayış məntəqələrinə hücum etməkdən əl çəkin. Biz buna eyni şəkildə qarşılıq verəcəyik.
Səddamın İrana qarşı başlatdığı səkkiz illik müharibədə, Xorrəmşəhr azad edildikdən və biz sərhədə çatdıqdan sonra, onlar qorxularından bizim şəhərlərimizə hücum etməyə, raketlər atmağa başladılar.
👇👇👇
🤮8😁21
Azad İran
🇮🇷 SEPAH generalı 🇺🇸 Tramp və 🇮🇱 Netanyahunu hədələdi 🗣🔥 SEPAH-ın keçmiş komandanı və hazırda Məsləhət Şurasının üzvü general Mohsen Rezayi deyib: "Mən sonda deyəcəyim sözü indi əvvəldə demək istəyirəm. Bunu cənab Tramp və Netanyahuya bəyan edirəm: İranın…
İraqlılar Dezful, Məscid-Süleyman, Xuzistanın digər şəhərləri, daha sonra Nəhavənd və hətta sonralar Tehrana da raket atmaq istəyirdilər.
Biz İmamın (Xomeyninin) yanına gedib dedik: 'Cənab, icazə verin biz də onlara cavab verək, çünki onlar dinc əhalini və yaşayış məntəqələrini vururlar.' O, əvvəlcə razı olmadı. Bir ay, iki ay, üç ay, bəlkə də yeddi-səkkiz ay çəkdi və sonda buna icazə verməyin zəruriliyinə əmin oldu.
Bizə icazə veriləndə dərhal qarşılıq verməyə başladıq. Ona görə də bu sahədə təcrübəmiz var, taktikasını bilirik və buna gücümüz də çatır. Bizim yaşayış məntəqələrinə hücum etməkdən əl çəkin!
Bu, sizin üçün çox pis nəticələnəcək. O zaman heç gözləmədiyiniz bir şey baş verəcək.
Düşünməyin ki, yaşayış məntəqələrini vurmaqla İranı təslim edib atəşkəsə məcbur edə bilərsiniz. Belə deyil. Özünüz də gördünüz ki, siz raketlər atarkən bizim xalqımız meydanlara çıxdı, 'Amerikaya ölüm', 'İsrailə ölüm' şüarları səsləndirdi"
.

محسن رضایی: به ترامپ و نتانیاهو هشدار می‌دهم دست از حمله به مناطق مسکونی ایران بردارند/ اگر حمله به مناطق مسکونی ایران ادامه پیدا کند مقابله به مثل می‌کنیم

#SEPAH #general #xəbərdarlıq #Tramp #Netanyahu

Kanala abunə olun
🤮81
🇺🇸 Amerikalıların çoxu 🇮🇷 İranla müharibənin uzun çəkəcəyini düşünür 📊🤨

ABŞ-də keçirilən yeni ictimai rəy sorğusu göstərir ki, amerikalıların əksəriyyəti İranla mümkün münaqişənin qısa müddətdə başa çatacağına inanmır.

Sorğuya əsasən, respondentlərin təxminən 60 faizi İranla müharibənin uzun sürəcəyini düşünür. Yalnız 36 faiz iştirakçı hərbi münaqişənin yaxın vaxtlarda sona çatacağını gözlədiyini bildirib.

Araşdırma, habelə, ABŞ vətəndaşlarının Yaxın Şərqdəki gərginliyin iqtisadi nəticələrindən narahat olduğunu göstərir. Respondentlərin 67 faizi regionda davam edən müharibə səbəbindən qarşıdakı aylarda benzin qiymətlərinin daha da artacağını proqnozlaşdırır.

Sorğu 6–9 mart tarixlərində Reuters və Ipsos tərəfindən birgə həyata keçirilib. Tədqiqat çərçivəsində ABŞ üzrə ümumilikdə 1021 nəfər iştirakçı arasında sorğu aparılıb.

#ABŞ #sorğu #İran #müharibə

Kanala abunə olun
👍2
🇮🇷 SEPAH Fars körfəzində neft tankerlərinə hücum edib 🚢🛢🚀

Dünən SEPAH-ın Fars Körfəzində İraq yanacağını daşıyan iki tankerə zərbə endirdiyi bildirilib. Hadisə Fars körfəzi sularında, Bəsrə sahilləri yaxınlığında baş verib.

Hücum nəticəsində hər iki gəmidə yanğın başlayıb. Hadisədən sonra xilasetmə əməliyyatlarına start verilib və gəmi heyətinin təhlükəsiz şəkildə təxliyəsi həyata keçirilib.

Tankerlərdə müxtəlif ölkələrdən olan ümumilikdə 25 heyət üzvü olub. Onların hamısı dəniz xilasetmə qüvvələri tərəfindən təhlükəsiz ərazilərə köçürülüb. Hücumda ölən və ya yaralanan yoxdur.

حمله سپاه به دو نفتکش حامل سوخت عراق در خلیج فارس

#İran #SEPAH #Farskörfəzi #yanacaqtankeri #İraq #hücum

Kanala abunə olun
👎5
🇮🇷 İrana bağlı haker qrupu 🇺🇸 ABŞ şirkətinə hücum edib 👨‍💻

ABŞ-nin “Stryker” tibbi texnologiya şirkəti kiberhücumla üzləşib. Bununla bağlı, “NBC News” telekanalı məlumat yayıb.

Hücuma görə məsuliyyəti İranla əlaqəli olduğu bildirilən “Hanzala” adlı haker qrupu öz üzərinə götürüb. Miçiqan ştatında yerləşən Stryker - tibbi avadanlıq və texnologiya istehsalı sahəsində aparıcı şirkətlərdən biridir. Hücum nəticəsində şirkətin iş şəbəkəsində ciddi problemlər yaranıb.

Şirkətin əməkdaşlarının sözlərinə görə, hücum zamanı iş telefonları qəfil işləməyib, daxili rabitə sistemi sıradan çıxıb və gündəlik fəaliyyətlər müvəqqəti olaraq dayanıb.

Hakerlər şirkətin cihaz idarəetmə platforması olan Microsoft Intune sisteminə daxil ola biliblər. Bu platforma korporativ telefon və kompüterlərin idarə olunması üçün istifadə olunur və cihazlardakı məlumatların uzaqdan silinməsi funksiyasına malikdir. (Independent Persian)

#İran #ABŞ #şirkət #hakerhücumu

Kanala abunə olun
👎3