Azad İran
5.89K subscribers
35.4K photos
21.8K videos
15 files
9.41K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇮🇷 İran 🇺🇸 Amerika və 🇮🇱 İsrail maliyyə mərkəzlərinə zərbə endirə bilər 🏦💵🚀

İran Yaxın Şərqdə ABŞ və İsrailə məxsus banklar və maliyyə mərkəzlərinin növbəti hücum hədəfi ola biləcəyini açıqlayıb.

Bu barədə SEPAH-ın Xatəmül-Ənbiya Qərargahının sözçüsü məlumat verib. Bildirilib ki, İran banklarından birinə edilən hücuma cavab olaraq regiondakı Amerika və İsrail iqtisadi mərkəzləri hədəfə alına bilər.

Bəyanatda qeyd olunub ki, ABŞ və İsrail hərbi məqsədlərinə nail ola bilmədikdən sonra İranın bank infrastrukturuna zərbə endirib. Bunun isə İranın ABŞ və İsrailə məxsus iqtisadi obyektləri hədəfə almasına səbəb olduğu vurğulanıb.

Sözçü amerikalıların “ağrılı cavab zərbəsi” gözləməli olduğunu bildirib və region ölkələrinin vətəndaşlarına banklardan ən azı bir kilometr uzaq durmaq tövsiyə olunub. (Tasnim News)

#İran #SEPAH #ABŞ #İsrail #bank #hücum

Kanala abunə olun
👎3😁1
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 İrandan Körfəz ölkələrinə çağırış: “🇺🇸 ABŞ və 🇮🇱 İsrail sığınacaqlarının yerini deyin” 🗣

İran Silahlı Qüvvələrinin sözçüsü Əbülfəzl Şikarçi Körfəz ölkələrinə çağırış edərək, ABŞ və İsrail hərbçilərinin gizləndiyi sığınacaqların yerinin açıqlanmasını istəyib.

O, bildirib ki, İran region ölkələrinin və xalqlarının zərər görməməsi üçün bu məlumatların paylaşılmasını vacib hesab edir.

Şikarçinin sözlərinə görə, ABŞ və İsrail qüvvələri bəzi hallarda yerli əhalidən “canlı qalxan” kimi istifadə edir. Bu səbəbdən həmin mövqelərin dəqiq müəyyənləşdirilməsi mülki şəxslərə zərər vermədən hədəflərin vurulmasına imkan verə bilər.

İran rəsmisi qeyd edib ki, bu məlumatların təqdim olunması həm region xalqlarının təhlükəsizliyini qorumağa, həm də düşmən qüvvələrinə qarşı daha dəqiq zərbələr endirməyə kömək edəcək.

#İran #Körfəzölkələri #çağırış #ABŞ #İsrail #sığınacaq

Kanala abunə olun
🤮81👍1😁1
🇷🇺 Rusiyanın 🇮🇷 İsfahandakı konsulluğuna hücum olub 🚀🏢

Martın 8-də İsfahan şəhərində Rusiyanın konsulluq binasına hücum edilib. Hadisə nəticəsində bir neçə Rusiya diplomatı xəsarət alıb.

Bu barədə məlumatı Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova verib. O, bildirib ki, konsulluğa edilən hücum beynəlxalq konvensiyaların açıq-aşkar pozulmasıdır və bütün ölkələr diplomatik məkanların toxunulmazlığına riayət etməlidirlər.

Partlayışın səbəbləri və məsuliyyət daşıyan tərəflərlə bağlı rəsmi açıqlamalar hələ verilməyib. Konsulluq binasına zərbə nəticəsində baş verən partlayış dalğası bir neçə əməkdaşın yaralanmasına səbəb olub və hadisə diplomatik ictimaiyyət arasında narahatlıq doğurub. (Reuters)

#Rusiya #İran #İsfahan #konsulluq #hücum

Kanala abunə olun
👍7
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 Tramp 🇮🇷 Minabdakı məktəbə hücumda ABŞ-nin iştirakını inkar etdi

ABŞ prezidenti Donald Tramp İranın Minab şəhərindəki məktəbə edilən hücumda Vaşinqtonun iştirak etdiyi xəbərləri rədd edib.

Tramp bildirib ki, təqdim olunan dəlillərə baxmayaraq, ABŞ-nin həmin hücumla əlaqəsi olduğuna dair qəti sübut yoxdur.

Bundan əvvəl The New York Times qəzetinin apardığı təhlildə qeyd olunurdu ki, fevralın 28-də İranın cənubunda yerləşən Minab şəhərində dəniz bazası və ibtidai məktəbə endirilən ölümcül zərbələrin yerindən tapılan raket qalıqları ABŞ istehsalı olan Tomahawk cruise missile ilə uyğun izlər daşıyır.

Onun sözlərinə görə, “Tomahawk” dünyada geniş yayılmış silahdır və bir sıra ölkələr tərəfindən istifadə edilir.

“Mən bunu görməmişəm. Amma deyə bilərəm ki, ən güclü silahlardan biri olan «Tomahawk» digər ölkələr tərəfindən də istifadə olunur. Bu raket müxtəlif ölkələrə satılır və hazırda məsələ araşdırılır”, – deyə Tramp bildirib.

#ABŞ #Tramp #İran #məktəb #hücum #təkzib

Kanala abunə olun
👍5👎21
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇹 Meloni: “🇮🇷 İran 🇪🇺 Avropa ölkələrinə zərbə endirə bilər”

Bu gün İtaliyanın Baş naziri Ciorcia Meloni bildirib ki, İranın nüvə silahı əldə etməsinə və Avropanı hədəfə ala biləcək raket imkanlarını inkişaf etdirməsinə imkan verilməməlidir.

Meloni qeyd edib ki, belə bir ssenari xüsusilə İtaliya və digər Avropa ölkələri üçün ciddi təhlükə yarada bilər. Onun sözlərinə görə, ayətullah rejiminin nüvə silahı və uzaqmənzilli raket imkanlarına sahib olması qəbuledilməzdir.

Bununla yanaşı, o, ölkəsinin İrana qarşı hər hansı hərbi əməliyyatda iştirak etmədiyini və belə bir niyyətinin olmadığını vurğulayıb.

Meloni, eyni zamanda Minab şəhərində məktəbə edilən hücumu da qətiyyətlə pisləyib. O, bildirib ki, hadisə nəticəsində gənc qızların həlak olması faciədir və məsul şəxslər mümkün qədər tez müəyyən edilərək ədalət qarşısına çıxarılmalıdır.

Nazir qurbanların ailələrinə başsağlığı verərək onların kədərini bölüşdüyünü də əlavə edib.

#İtaliya #Meloni #İran #zərbə #təhdid

Kanala abunə olun
5👍2
🇮🇷 İran raketində diqqət çəkən mesaj: 🇺🇸 Epşteyn qurbanlarının xatirəsinə 🚀

İranın “Press TV” telekanalı ABŞ və İsrail mövqelərinə qarşı istifadə üçün nəzərdə tutulduğu bildirilən SEPAH raketinin fotosunu yayımlayıb.

Paylaşılan görüntüdə raketin üzərində diqqət çəkən yazı yer alıb. Yazının qalmaqallı amerikalı maliyyəçi Cefri Epşteynin fəaliyyəti nəticəsində həlak olan şəxslərin xatirəsinə həsr olunduğu qeyd edilib. Mesajda “Epşteyn adası qurbanlarının xatirəsinə!” sözləri yazılıb.

Qeyd edək ki, Cefri Epşteyn ABŞ-də cinsi istismar və pedofiliya şəbəkəsi yaratmaq ittihamları ilə həbs edilmişdi. O, 2019-cu ildə həbsxanada ölü tapılmışdı. Sonradan bu işlə bağlı geniş araşdırmalar aparılıb.

روی بدنه یکی از موشک های سپاه به سوی سرزمین های اشغالی نوشته شده است: به یاد قربانیان جزیره اپستین.

#İran #SEPAH #raket #ABŞ #İsrail #Epşteyn

Kanala abunə olun
6🤮6😁1
🇮🇷 İran müharibə çağırışlarına qarşı “Cəza Komitəsi” yaradıb 👨‍⚖️

İranda “Cəza Komitəsi” adlı yeni qurum yaradılıb. Bununla bağlı, İranın “Tabnak” xəbər agentliyi məlumat yayıb.

Bildirilib, sözügedən komitə “sosial mediada müharibəni qızışdırmaq və buna çağırış etmək”də ittiham olunan şəxslərin məsuliyyətə cəlb edilməsi məqsədilə fəaliyyət göstərəcək. Qurum “Xəyanət artıq cəzasız qalmayacaq” prinsipi ilə işləyəcək.

Məlumatda qeyd olunur ki, son günlər fəaliyyətə başlayan komitə vətəndaşları ölkəyə qarşı “xəyanət” etdiyini düşündükləri şəxslər barədə məlumat verməyə çağırır. İnsanlardan bu cür hallarla bağlı sübut və məlumatları komitəyə təqdim etmələri istənilir.

Toplanan məlumatların daha sonra məhkəmə və hüquq-mühafizə orqanlarına təqdim ediləcəyi və ittiham olunan şəxslərin qanun qarşısında cavab verməsinin təmin olunacağı bildirilir.

#İran #CəzaKomitəsi #sosialmedia #müharibə #ittiham

Kanala abunə olun
🤮62🥰1😁1
🇮🇷 Xameneyi ölüb, hesabı danışır: “Zülm və azğınlıq adası...” 🤔

İranın keçmiş ali rəhbəri Əli Xameneyinin “X” hesabında diqqət çəkən paylaşım edilib.

Paylaşımda “Zülm və azğınlıq adası” ifadəsi işlədilib və daha sonra belə yazılıb: “Onlar azğınğınlıq üçün bir ada yaradıblar. Bu, zarafatdırmı? Azğınlıq, əməllərdə fəsad, zülm, zor tətbiqi, məcburiyyət, müdaxilə və əllərinə keçən hər şeyi qapmağa çalışmaq”.

Paylaşımda mətnlə yanaşı, simvolik təsvir də yer alıb. Görüntüdə okean üzərində qovluq və sənədlərə bənzər ada formasında bir təsvir göstərilir. Adanın üzərində isə ABŞ qırıcılarının yerləşdirildiyi görünür.

Bu vizual təsvir böyük ehtimalla qalmaqallı amerikalı maliyyəçi Ceffri Epşteyn və onunla bağlı araşdırmalarla əlaqələndirilir. Paylaşımın məzmununun Epşteyn işi və onun məşhur “Epşteyn adası” ilə bağlı eyham xarakteri daşıdığı ehtimal edilir.

#İran #Xameneyi #Epşteynadası #azğınlıq

Kanala abunə olun
🤮74😁1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇱 İsrail 🇮🇷 İranın hərbi bazalarını belə hədəfə aldıb💥

İsrail ordusu İranın hərbi avadanlıqlarının və bazalarının hədəfə alındığı əməliyyatlara dair yeni görüntülər yayımlayıb.

Məlumata görə, videolarda İsrailin İranda yerləşən hərbi texnikaları və bəzi obyektləri zərbələrlə sıradan çıxardığı anlar əks olunur.

انتشار تصاویر جدید از هدف قرار دادن تجهیزات نظامی ایران توسط اسرائیل

#İsrail #İran #hərbibazalar #hücum

Kanala abunə olun
👍72
🇷🇺 Rosatom yüzdən çox əməkdaşını 🇮🇷 İrandan çıxarır ☢️

Rusiyaya məxsus nüvə şirkəti olan Rosatom davam edən münaqişə səbəbindən 150 əməkdaşını İrandan çıxarıb. Məlumata görə, işçilər öncə Ermənistana keçərək oradan Rusiyaya yola düşüblər.

Şirkətin baş direktoru Aleksey Lixaçov bildirib ki, bu əməliyyat dünən gecə həyata keçirilib. Eyni zamanda, Rosatomun hələ də 450 əməkdaşı Buşehr Nüvə Elektrik Stansiyasında qalır.

Buşehr stansiyası İranın yeganə fəaliyyətdə olan nüvə elektrik stansiyasıdır və Rusiya tərəfindən tikilib. Hazırda stansiyada daha iki reaktorun tikintisi aparılırdı, ancaq Lixaçev ötən həftə işlərin dayandırıldığını açıqlayıb.

Moskva bölgədəki artan münaqişə fonunda stansiyanın təhlükəsizliyindən narahatdır və evakuasiya qərarını bu risklərə görə verib. (Reuters)

#Rusiya #Rosatom #əməkdaşlar #İran #təxliyə

Kanala abunə olun
🔥3
🇮🇷 İran-🇦🇿 Azərbaycan sərhədində tam təhlükəsizlik təmin edilib

Ərdəbil əyalətinin Sərhəd Qoşunlarının komandanı, general Seyid Şahin İsmaili İran-Azərbaycan sərhədində vəziyyətin tam sabit olduğunu açıqlayıb. O, “Tasnim News” agentliyinə müsahibəsində bildirib ki, 357 kilometrlik sərhəd boyunca hər hansı bir addım və gərginlik müşahidə olunmur.

İsmaili əlavə edib ki, sərhədlər təhlükəsizliyi məsuliyyətlə və davamlı monitorinq aparılaraq qorunur.

O, habelə, vurğulayıb ki, Azərbaycanla ortaq sərhəd boyunca hər iki tərəf sərhədlərə nəzarət edir və hər hansı pozuntuya yol vermir.

"Biz İran və Azərbaycan Respublikası arasındakı ortaq sərhəddə xarici müdaxilənin təhlükəsizliyi pozmasına imkan verməyəcəyik. Sərhədlərin qorunması və təhlükəsizliyin təmin edilməsi davamlı olaraq həyata keçirilir”, - deyə, İsmaili vurğulayıb.

#İran #Ərdəbil #Azərbaycan #sərhəd #təhlükəsizlik

Kanala abunə olun
🤔5👍21🤮1
🇪🇺 AB 🇮🇷 İrana qarşı yeni sanksiyalar paketini təsdiqləyib ❗️

Bu gün Avropa Birliyi (AB) İrana qarşı yeni sanksiyalar paketini təsdiqləyib. Bununla bağlı, AB-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas “X” hesabında paylaşım edib.

Sankiyalar 19 rəsmi şəxs və təşkilata şamil olunur və onların ciddi insan haqlarının pozulmasına görə məsuliyyət daşıdığı düşünülür.

Kallas bildirib ki, AB davam edən regional münaqişə fonunda öz maraqlarını qorumaq və İran ölkə daxilində baş verən proseslərə görə məsuliyyət daşımaq niyyətindədir. O, əlavə edib ki, yeni sanksiyalar Tehrana ciddi siqnal göndərməlidir.

تحریم‌های جدید اتحادیه اروپا علیه ایران برای ارسال پیام به تهران

#AvropaBirliyi #İran #sanksiyalar

Kanala abunə olun
👍83
🚨Hörmüz boğazında 🇹🇼 Tailand gəmisinə hücum olub 🚢🚀🔥

Bu gün Tailand hökuməti Hörmüz boğazı yaxınlığında ölkəyə məxsus bir yük gəmisinin hücuma məruz qaldığını açıqlayıb. Gəminin adı “Mayuree Naree” olaraq müəyyən edilib.

Məlumata görə, gəmidə 23 heyət üzvü olub, onlardan üç nəfərin xilas edilməsi üçün əməliyyatlar davam edir. Hücum nəticəsində yanğın qeydə alınıb.

Əlavə olaraq, Britaniya Dəniz Əməliyyatları İdarəsi Hörmüz boğazı yaxınlığında digər iki gəmi ilə bağlı oxşar hadisələr barədə məlumat yayıb.

Qurum hücumların səbəbini müəyyən etmək və təhlükəsizliyi təmin etmək üçün araşdırmalara başlayıb. (Independent Persian)

دولت تایلند اعلام کرد یک کشتی باری این کشور در نزدیکی تنگه هرمز هدف حمله قرار گرفته و عملیات برای نجات سه نفر از ۲۳ خدمه این شناور ادامه دارد.

#Hörmüzboğazı #Tailand #gəmi #hücum

Kanala abunə olun
👎5👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 SEPAH: “🇮🇱 İsrail və 🇺🇸 ABŞ hədəflərinə ən güclü hücum həyata keçirilib” 🚀🔥

Bu gün SEPAH bəyanat yayaraq, İsrail və ABŞ hədəflərinə edilən son hücum dalğasının münaqişənin başlanğıcından bəri ən güclü hücum olduğunu bildirib.

Bəyanata görə, raketlər və dronlardan istifadə edilərək həyata keçirilən hücumlar ən azı üç saat davam edib. Hücumlarda “Xorrəmşəhr” raketlərindən istifadə olunub.

Hədəflər arasında Təl-Əviv yaxınlığındakı peyk rabitə mərkəzi, Hayfadakı İsrail hərbi obyektləri, habelə, Ərbil və Küveytdəki ABŞ bazaları da daxil olmaqla bir sıra ABŞ hərbi obyektləri yer alıb.

SEPAH bəyanatında vurğulayıb ki, bu hücumlar bölgədə artan gərginliyi əks etdirir və düşmən hədəflərinə ciddi zərbələr endirilib.

#İran #SEPAH #İsrail #ABŞ #hücum

Kanala abunə olun
4👎3👏1😁1
Bloomberg: “🇮🇷 İran raket qurğularının əksəriyyətini itirib🚀

Bu gün Bloomberg agentliyi ABŞ rəsmilərinə istinadla xəbər verib ki, İran ABŞ və İsrailə qarşı hərbi əməliyyatlar zamanı raket buraxılış qurğularının 90%-dən çoxunu itirib.

Məqalədə bildirilir ki, ABŞ və İsrail 12 günlük müharibədən sonra taktika dəyişərək buraxılış qurğuları və komanda məntəqələrini hədəfə almağa başlayıblar. Bu, İranın genişmiqyaslı zərbələr endirmək imkanlarını ciddi şəkildə məhdudlaşdırır.

Məlumata görə, raketlərdən fərqli olaraq, buraxılış qurğuları yeraltına yerləşdirilə və ya tez bir zamanda dəyişdirilə bilmədiyindən onları həssas və əsas hədəfə çevirir. Nəticədə İranın raket potensialı ciddi şəkildə zəifləyib və strateji imkanları məhdudlaşır.

طبق اطلاعات منتشر شده توسط خبرگزاری "بلومبرگ" به نقل از مقامات آمریکایی، در نتیجه عملیات نظامی جاری، ایران بیش از ۹۰ درصد از سکوهای پرتاب موشک بالستیک خود را از دست داده است.

#İran #raketqurğuları #ABŞ #İsrail #müharibə

Kanala abunə olun
👍32
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Müharibədə öldürülən 🇮🇷 İran generalları son mənzilə yola salınıb ⚰️

Bu gün Tehranda ABŞ və İsrailin zərbələri nəticəsində həlak olan İran generalları və mülki vətəndaşlarla vida mərasimi keçirilib. Tədbir paytaxtın “İnqilab” meydanında baş tutub.

Minlərlə şəhər sakini SEPAH-ın baş komandanı Məhəmməd Pakpur, müdafiə naziri Əziz Nəsirzadə, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əbdürrəhim Musəvi və digər mülki vətəndaşları son mənzilə yola salmaq üçün meydanda toplaşıb.

Vida mərasimi səbəbindən Tehranın mərkəzi küçələrində izdiham və sıxlıq yaranıb, şəhər sakinləri həlak olan şəxslərə hörmət əlaməti olaraq mərasimə qatılıblar. (Tasnim News)

#İran #Tehran #generallar #vidamərasimi #ABŞ #İsrail

Kanala abunə olun
🤮7😁2🤔2
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 İranlı futbolçu qadınlar komandadan ayrılaraq 🇦🇺 Avstraliyaya sığınıblar

Avstraliyanın beş əsas xəbər kanalından biri olan "10 News" televiziya kanalı, "İran qadın futbol komandası oyunçularının dramatik qaçışında" müşahidəçi olan iki avstraliyalı qadından müsahibə alıb.

Onlar beş oyunçunun İran İslam Respublikası futbol komandasının mühafizə xidmətindən yayınaraq qaldıqları otelin pilləkənləri ilə düşüb və Avstraliya Federal Polisinin təhlükəsiz sığınacağına çata bildiklərini qeyd ediblər.

Oyunçuların qaçışını komandanın mühafizə xidmətinin üzvü Məhəmməd Rəhman Salari də təsdiqləyib.

#İran #qadınfutbolçular #Avstraliya #qaçış #sığınacaq

Kanala abunə olun
👍112
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇴🇲 Omanın Səlalə limanında neft anbarları 🇮🇷 İranın raket hücumuna məruz qalıb 🚀🛢🔥

Hücum nəticəsində neft anbarlarında güclü yanğın başlayıb.

تصاویری از آتش‌سوزی در انبارهای نفت خام در بندر صلالۀ عمان

#İran #Oman #rakethücumu #neftanbarı

Kanala abunə olun
😱5🤬41
🇺🇸 ABŞ qırıcıları 🇮🇷 İranın Çabəhar şəhərinə zərbə endirib ✈️💥

Çabəhar şəhərində İmam Əli hərbi hissəsi və SEPAH-ın mövqeləri hədəfə alınıb.

خبرفوری
حمله موشکی ایالات متحده آمریکا به پایگاه «امام علی» و مواضع سپاه پاسداران در منطقه آزاد چابهار‌

#ABŞ #İran #SEPAH #hərbihissə #havazərbələri

Kanala abunə olun
👍103🔥2👏1