Azad İran
5.89K subscribers
35.4K photos
21.8K videos
15 files
9.41K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇮🇱 İsrail Güney Azərbaycanın Binab şəhərində məhkəmə və hərbi komandanlığın binalarına raket zərbələri endirib 🚀💥🔥

انفجارهای حمله به '#بناب در آذربایجان شرقی

#GüneyAzərbaycan #Binabşəhəri #İsrail #raket #hücum

Kanala abunə olun
👍91👏1
Media is too big
VIEW IN TELEGRAM
🇮🇱 İsrailin 🇮🇷 Tehranda neftayırma zavoduna dünənki hücumundan yeni görüntü 🚀💥🏭🔥

#İsrail #İran #Tehran #hücum #neftayırmazavodu

Kanala abunə olun
👏83🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸🇮🇷 İran donanmasına ağır zərbə – bir neçə hərbi gəmi hədəf alındı 🛥🚀

ABŞ Hərbi Hava Qüvvələrinin həyata keçirdiyi yeni aviazərbələr nəticəsində İran Hərbi Dəniz Qüvvələrinə məxsus bir neçə hərbi gəmi hədəfə alınıb.

Məlumata görə, zərbələr zamanı “Shahid Soleimani” tipli korvet, “Ghadir” tipli sualtı qayıq və “Zolfaghar” tipli raket kateri vurulub. Bundan əlavə, bir neçə digər hərbi katerin də hücuma məruz qaldığı bildirilir.

حمله هوایی آمریکا به شناورهای نظامی ایران

#ABŞ #İran #donanma #hücum

Kanala abunə olun
4👍4
🇺🇸 ABŞ Hörmüzdə 🇮🇷 İranın mina yerləşdirən qayıqlarını məhv edib 🛳🚀

Bu gün ABŞ prezidenti Donald Tramp bildirib ki, Amerika qüvvələri Hörmüz boğazı ətrafında İranın mina yerləşdirməyə cəhd etdiyi 10 hərbi kateri zərərsizləşdirib.

Tramp bu barədə özünün “Truth Social” platformasında paylaşım edib. Onun sözlərinə görə, İranın strateji əhəmiyyətli boğazda dəniz minaları yerləşdirməyə başladığı barədə məlumatlar yayıldıqdan sonra ABŞ hərbi qüvvələri əməliyyat keçirib.

Son bir neçə saat ərzində mina yerləşdirməyə çalışan 10 qeyri-aktiv qayıq və ya gəmini vuraraq tamamilə məhv etdik. Daha çox gəminin məhv edilməsi gözlənilir”, – deyə Tramp qeyd edib.

Qeyd edək ki, Hörmüz boğazı qlobal enerji bazarı üçün kritik əhəmiyyətə malikdir. Dünyada ixrac olunan neftin böyük hissəsi bu marşrut vasitəsilə daşınır və boğazda mina yerləşdirilməsi beynəlxalq gəmiçilik və enerji təchizatına ciddi təsir göstərə bilər.

#ABŞ #Tramp #İran #gəmi #mina #zərərsizləşdirmə

Kanala abunə olun
👍63
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İran 🇮🇱 İsraildə elektrik stansiyasına hücum edib 🚀⚡️💥

Dünən İsrailin bir neçə şəhərində ardıcıl partlayışlar baş verdiyi bildirilir.

Məlumata görə, İran tərəfindən endirilən raket zərbələrindən biri Hayfa şəhərində yerləşən elektrik stansiyasına düşüb. Zərbə nəticəsində obyektdə yanğın baş verdiyi qeyd olunur.

Xatırladaq ki, dünən İran Hərbi Hava Qüvvələri İsrail ərazisində bir sıra hədəflərə zərbələr endirib. Hücumlar zamanı Hayfada yerləşən neft emalı zavodu, qaz emalı müəssisəsi və bir neçə yanacaq anbarı hədəfə alınıb.

حمله موشکی به زیرساخت‌های انرژی در حیفا

#İran #İsrail #elektrikstansiyası #hücum #partlayış

Kanala abunə olun
👎32
📰 WSJ: “🇺🇸 Tramp üçün ən böyük mükafat Nobel yox, 🇮🇷İran rejiminin sonu ola bilər”

“The Wall Street Journal” qəzeti yazıb ki, ABŞ prezidenti Donald Tramp üçün ən böyük mükafat Nobel Sülh Mükafatı deyil, xarici siyasətdə tarixi nəticə əldə etmək ola bilər.

Qəzetin “Nobel Sülh Mükafatı heç vaxt vecinə deyil” adlı məqaləsində qeyd olunur ki, Trampın son beynəlxalq addımları onu Ronald Reyqan dövründən bəri ən təsirli ABŞ prezidentlərindən birinə çevirə bilər. Məqalədə bildirilir ki, bu, qlobal təhlükəsizliyi möhkəmləndirmək və Amerikanı daha təhlükəsiz etmək baxımından daha böyük nəticə sayılır.

Nəşr Nobel Sülh Mükafatının nüfuzunun illər ərzində zəiflədiyini və bir sıra mübahisəli qərarlarla verildiyini qeyd edir.

Məqalədə xüsusi vurğulanır ki, əgər Tramp İran və Kuba kimi ölkələrdə mövcud rejimlərə son qoyulmasına nail olsa və ABŞ əleyhinə hərəkatları zəiflədə bilsə, bu, Nobel mükafatından daha böyük siyasi uğur kimi dəyərləndirilə bilər. (Independent Persian)

#ABŞ #Tramp #İran #Nobel #sülhmükafatı
👍51
🇶🇦 Qətərli siyasətçi: “🇺🇸 ABŞ 🇮🇷 İran müharibəsindən istifadə edəcək”

Qətərin keçmiş baş naziri və tanınmış siyasətçisi Həməd bin Casim ABŞ-İsrail-İran müharibəsi ilə bağlı diqqət çəkən açıqlama verib.

"İrana müharibə elan edən kimi Amerika münaqişədən çəkiləcək, hər iki tərəfə silah satacaq və hər iki tərəfi məğlub etmək və "Böyük İsrail" layihəsini həyata keçirmək üçün resurslarımızdan istifadə edəcək”, - deyə, bin Casim qeyd edib.

نخست وزیر سابق قطر، حمد بن جاسم:
به محض این‌که در مقابل ایران اعلام جنگ کنیم، امریکا خودش را کنار می‌کشد، سلاح می‌فروشد و منابع ما را برای شکست دادن دو طرف استفاده می‌کند و پروژه‌ی اسرائیل بزرگ را گسترش می‌دهد.

#Qətər #ABŞ #İran #müharibə #İsrail

Kanala abunə olun
👍62🤮1
🇮🇷 Xameneyinin ölümündən sonra İranın “yatmış casusları” aktivləşə bilər 🕵️‍♂️

Qərb ölkələrində Əli #Xameneyinin öldürülməsindən sonra #İranın xaricdəki gizli şəbəkələrinin aktivləşməsi ilə bağlı narahatlıqlar artıb.

ABC News telekanalının məlumatına görə, #ABŞ təhlükəsizlik orqanları İran hakimiyyətinin Xameneyinin öldürülməsindən sonra xaricdəki #casuslarına kodlaşdırılmış mesaj göndərdiyinə inanır.

Bildirilir ki, ABŞ təhlükəsizlik rəsmiləri hadisədən qısa müddət sonra ötürülmüş şifrəli mesajı ələ keçiriblər. Bu #mesaj xaricdə öncədən yerləşdirilmiş agentləri aktivləşdirmək və ya onlara yeni tapşırıqlar göndərmək məqsədi daşıya bilər.

Təhlükəsizlik sahəsində bu cür şəxslər adətən “yatmış agentlər” kimi xarakterizə olunur. Onların uzun müddət gizli fəaliyyət göstərdikdən sonra xüsusi əmrlərlə aktivləşdirilə biləcəyi qeyd olunur.

Şifrəli mesajların radio vasitəsilə ötürüldüyü və bəzi Qərb ölkələrində fəaliyyət göstərən İran casuları üçün təlimatları ehtiva edə biləcəyi ehtimal edilir. (RFI)
👎2🔥21
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 Tehranda hava hücumları altında maraqlı musiqi performansı 🥁🚀🔥

Sosial mediada İranda “Seventh Soul” adı ilə tanınan musiqi prodüserinin paylaşdığı video diqqət çəkib.

Prodüser “Instagram” hesabında yayımladığı videoda Tehranda binanın damında çıxış etdiyini göstərir. Kadrlarda ABŞ və İsrail tərəfindən həyata keçirilən hava hücumları zamanı partlayışların işıq saçdığı səma görünür.

Video paylaşımında prodüser kinayəli şəkildə yazıb: “Tehranın gözəl səması var idi… yoxsa olacaq? Bilmirəm, ancaq dayanmalıdır”. Eyni zamanda paylaşımda o, “ölməz milli inqilab” ifadəsinə istinad edir.

Qeyd edək ki, “ölməz milli inqilab” ifadəsi İranda hakimiyyətə qarşı olan bəzi müxalif çevrələr tərəfindən istifadə olunan simvolik bir termindir.
“Seventh Soul” isə sosial mediada aktiv olan müstəqil musiqi prodüseri kimi tanınır. Elektron musiqi layihələri və siyasi hadisələrə kinayəli münasibət bildirən videoları ilə diqqət çəkir.

#İran #musiqi #İsrail #hücum

Kanala abunə olun
😁43🤔1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 ABŞ - 🇮🇱 İsrail hücumları 🇮🇷 İrana genişmiqyaslı zərbə vurdu 🚀💥

Bir neçə gün öncə Tehran əyalətinin Qüds şəhəri yaxınlığında ABŞ və İsrail hərbi qüvvələrinin İslam Respublikasının hərbi obyektlərinə və mövqelərinə güclü hava zərbələri endirdiyi bildirilir.

Hadisə nəticəsində hədəfə alınan bölgədə güclü partlayışlar baş verib. Bölgədəki zərbələr Tehran da daxil olmaqla digər böyük şəhərlərə də yayılmış, elektrik şəbəkəsində və infrastrukturda ciddi ziyan qeydə alınıb.

#ABŞ #İsrail #İran #hücum

Kanala abunə olun
4👍2👎1
🇺🇸 ABŞ və 🇮🇱 İsrail zərbələri 🇮🇷 Tehranda partlayışlara səbəb oldu 🚀💥

Dünən Tehranın şərq və cənub-şərq bölələrində ABŞ və İsrail qüvvələrinin həyata keçirdiyi hava hücumlarından sonra güclü partlayışlar baş verib.

Hücumlar nəticəsində şəhərin müxtəlif hissələrində, xüsusilə neft anbarları və energetika obyektləri daxil olmaqla, infrastruktur hədəflərinin vurulduğu, tüstü və alovların yüksəldiyi görüntülər paylaşılıb.

وقوع انفجارهای مهیب در تهران

#ABŞ #İsrail #İran #Tehran #hücum #partlayış

Kanala abunə olun
👍2🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸🇮🇱🇮🇷 Müharibə 🇦🇪 Dubay hava limanını sıxlıq mərkəzinə çevirdi 🛫

Dubay Hava Limanı regionda baş verən müharibə fonunda rekord səviyyədə sərnişin axını ilə üz-üzədir. Sərnişinlərin böyük əksəriyyəti təhlükələrdən qaçaraq Dubaydan digər ölkələrə səfər etmək istəyir.

Aeroportdan yayılan görüntülər göstərir ki, sərnişinlər terminalda uzun növbələrdə gözləyir və uçuşlara girişdə sıxlıq yaranıb. Hava limanında "iynə atsan yerə düşməz" deyimi ilə ifadə olunan tıxac müşahidə olunur.

Hava limanı rəhbərliyi bildirir ki, uçuş cədvəllərində ciddi sıxlaşmalar baş verib və sərnişinlər üçün əlavə personal və məkan imkanları təmin edilməyə çalışılır.

#ABŞ #İsrail #İran #müharibə #Dubay #havalimanı

Kanala abunə olun
🔥41😁1
🇮🇷 Pezeşkian: “İran 🇺🇸 ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına zərbələri davam etdirəcək” ❗️

Bu gün İran prezidenti Məsud Pezeşkian ABŞ-nin Yaxın Şərqdə yerləşən və İran ərazisinə hücumlar həyata keçirən hərbi bazalarına qarşı cavab zərbələrinin davam etdiriləcəyini bildirib.

O, bu barədə Pakistanın baş naziri Məhəmməd Şahbaz Şəriflə telefon danışığı zamanı danışıb.

Pezeşkian vurğulayıb ki, İranın region ölkələrinə qarşı hücum etmək və ya onlarla münaqişəyə girmək niyyəti yoxdur. Onun sözlərinə görə, yalnız İran ərazisinə hücumların həyata keçirildiyi hərbi bazalar özünümüdafiə hüququ çərçivəsində hədəfə alınacaq.

Prezident qeyd edib ki, təcavüzkarlar bəzi hallarda qonşu ölkələrin ərazilərindən istifadə edərək İranın infrastruktur obyektlərinə, ictimai yerlərə və xəstəxanalara hücumlar həyata keçirirlər. Bu hücumların ölkə əhalisi arasında itkilərə və dağıntılara səbəb olduğunu deyən Pezeşkian bildirib ki, belə hallarda hücumların həyata keçirildiyi bazalar cavab zərbələrinin hədəfi olacaq. (President.ir)
1👎1😁1🤮1
🇮🇷 Pezeşkianın oğlu Müctəba Xameneyinin yaralanması xəbərlərinə reaksiya verdi 👳‍♂️

Bu gün İran prezidentinin oğlu Yusif Pezeşkian ölkənin yeni ali rəhbəri Müctəba Xameneyinin sağlamlığı ilə bağlı yayılan xəbərlərə münasibəti bildirib.

O, bununla bağlı, öz “Telegram” kanalında paylaşım edərək yazıb: “Cənab Müctəbanın yaralanması xəbərini eşitdim. Əlaqəsi olan dostlardan soruşdum. Dedilər ki, Allaha şükür, sağlamdır və problem yoxdur”.

Xatırladaq ki, daha öncə Müctəba Xameneyinin İrana hava hücumları zamanı yaralandığı və xəstəxanada müalicə olunması ilə bağlı mediada xəbərlər yer almışdı.

یوسف پزشکیان: به لطف خدا «آقا مجتبی» سلامت هستند

#İran #YusifPezeşkian #MüctəbaXameneyi #sağlamlıq

Kanala abunə olun
🤔3🤮3😁1
🇺🇳 Quterreş: “🇮🇷 İranın özünümüdafiə hüququna şübhə yoxdur” 🗣

Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı və BMT-nin baş katibi Antonio Quterreş arasında telefon danışığı baş tutub. Tərəflər ABŞ və İsrailin İrana hücumlarından sonra Yaxın Şərqdə yaranan son vəziyyəti müzakirə ediblər.

Əraqçı bildirib ki, İran beynəlxalq hüququn tanınmış normalarına əsaslanaraq və qanuni özünümüdafiə hüququ çərçivəsində hərəkət edir. O, ölkə vətəndaşlarının təhlükəsizliyinin qorunmasının İran üçün fundamental məsuliyyət olduğunu vurğulayıb.

Nazir BMT-ni və Təhlükəsizlik Şurasını İrana qarşı hücumları açıq şəkildə pisləməyə və daha məsuliyyətli mövqe tutmağa çağırıb.

Quterreş isə beynəlxalq hüquq prinsiplərinə hörmətlə yanaşmağın və gərginliyin artmasının qarşısını almağın vacibliyini vurğulayıb. O, bildirib ki, İranın özünü müdafiə etmək hüququna şübhə yoxdur və münaqişənin daha da genişlənməsinin qarşısı alınmalıdır. (Tasnim News)

#BMT #İran #müdafiə #hüquq

Kanala abunə olun
🤮62😁1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 Tehranda hərbi obyekt vuruldu 🚀💥🔥

Tehranın cənub-şərqində yerləşən Cani Abad yaxınlığındakı hava hücumundan müdafiə (HHM) bazasına İsrailin zərbələr endirdiyi bildirilir.

Məlumata görə, hücum nəticəsində hərbi bazanın bir neçə əsas komponenti, o cümlədən radar sistemləri və raket batareyaları məhv edilib.

#İsrail #İran #Tehran #hərbiobyekt #hücum

Kanala abunə olun
👍121
🇮🇷 İran 🇺🇸 Amerika və 🇮🇱 İsrail maliyyə mərkəzlərinə zərbə endirə bilər 🏦💵🚀

İran Yaxın Şərqdə ABŞ və İsrailə məxsus banklar və maliyyə mərkəzlərinin növbəti hücum hədəfi ola biləcəyini açıqlayıb.

Bu barədə SEPAH-ın Xatəmül-Ənbiya Qərargahının sözçüsü məlumat verib. Bildirilib ki, İran banklarından birinə edilən hücuma cavab olaraq regiondakı Amerika və İsrail iqtisadi mərkəzləri hədəfə alına bilər.

Bəyanatda qeyd olunub ki, ABŞ və İsrail hərbi məqsədlərinə nail ola bilmədikdən sonra İranın bank infrastrukturuna zərbə endirib. Bunun isə İranın ABŞ və İsrailə məxsus iqtisadi obyektləri hədəfə almasına səbəb olduğu vurğulanıb.

Sözçü amerikalıların “ağrılı cavab zərbəsi” gözləməli olduğunu bildirib və region ölkələrinin vətəndaşlarına banklardan ən azı bir kilometr uzaq durmaq tövsiyə olunub. (Tasnim News)

#İran #SEPAH #ABŞ #İsrail #bank #hücum

Kanala abunə olun
👎3😁1
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 İrandan Körfəz ölkələrinə çağırış: “🇺🇸 ABŞ və 🇮🇱 İsrail sığınacaqlarının yerini deyin” 🗣

İran Silahlı Qüvvələrinin sözçüsü Əbülfəzl Şikarçi Körfəz ölkələrinə çağırış edərək, ABŞ və İsrail hərbçilərinin gizləndiyi sığınacaqların yerinin açıqlanmasını istəyib.

O, bildirib ki, İran region ölkələrinin və xalqlarının zərər görməməsi üçün bu məlumatların paylaşılmasını vacib hesab edir.

Şikarçinin sözlərinə görə, ABŞ və İsrail qüvvələri bəzi hallarda yerli əhalidən “canlı qalxan” kimi istifadə edir. Bu səbəbdən həmin mövqelərin dəqiq müəyyənləşdirilməsi mülki şəxslərə zərər vermədən hədəflərin vurulmasına imkan verə bilər.

İran rəsmisi qeyd edib ki, bu məlumatların təqdim olunması həm region xalqlarının təhlükəsizliyini qorumağa, həm də düşmən qüvvələrinə qarşı daha dəqiq zərbələr endirməyə kömək edəcək.

#İran #Körfəzölkələri #çağırış #ABŞ #İsrail #sığınacaq

Kanala abunə olun
🤮81👍1😁1