Azad İran
5.89K subscribers
35.4K photos
21.8K videos
15 files
9.41K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇮🇱 İsrail 🇮🇷 Kermanı hədəfə aldı, bazada yanğın başladı 🚀🔥

Bu gün İsrailin hava zərbələri nəticəsində Kerman şəhərindəki neft bazasında böyük yanğın baş verib.

Məlumata görə, hücum bazada ciddi ziyan yaradıb və yanğın ərazidə təhlükə yaratmağa davam edir. Hələlik itki və ya yaralanma ilə bağlı dəqiq məlumat açıqlanmayıb.

Hadisə nəticəsində bazadakı ehtiyat neft və yanacaq anbarları zərər görüb, regional təhlükəsizlik və enerji infrastrukturu üçün risklər artıb.

#İsrail #İran #Kerman #neftbazası #hücum

Kanala abunə olun
5👍2
Azad İran
🇺🇸 Tramp Hörmüz boğazı ilə bağlı 🇮🇷 İrana xəbərdarlıq etdi ❗️ Bu gün ABŞ prezidenti Donald Trump özünün “Truth Social” platformasında paylaşım edərək İrana xəbərdarlıq edib. Prezident bildirib ki, əgər İran Hörmüz boğazında neft axınını dayandıracaq hər…
🇮🇷 Laricani 🇺🇸 Trampın Hörmüz təhdidinə sərt cavab verdi ❗️

Bu gün ABŞ prezidenti Donald Trampın Hörmüz boğazı ilə bağlı İranı təhdid etməsinin ardından, ölkənin Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani “X” hesabında cavab paylaşımı edib.

Laricani bildirib ki, İranın Aşura (ruhlu) xalqı boş təhdidlərdən qorxmur. O, Trampa xəbərdarlıq edərək yazıb:

“Sizdən qat-qat güclü qüvvələr də İran millətini məhv etməyə çalışıb – və uğursuzluğa düçar olublar. Ona görə ehtiyatlı olun – bəlkə də məhz siz yox olacaqsınız”.

#İran #Laricani #ABŞ #Tramp #təhdid

Kanala abunə olun
😁3🤮21👏1
🇮🇷 İranın 🇮🇱 İsrailə hücumu nəticəsində 🇦🇿 Azərbaycan vətəndaşları həlak olub 🚀💥🔥😱😥

Bu gün İranın İsrailə raket atması nəticəsində iki azərbaycanlı – Amid Murtuzov və Rüstəm Qulamov – həlak olub.

“Times of Israel”in xəbərinə görə, hər iki şəxs Təl-Əvivin Petah Tikva adlanan hissəsində tikinti sahəsində işləyərkən, kaset bombası zərbəsi nəticəsində həyatlarını itiriblər.

Məlumata əsasən, raket onların işlədikləri əraziyə düşüb və bu, onların dərhal həlak olmasına səbəb olub.

#İran #İsrail #hücum #Azərbaycan #vətəndaş #ölüm

Kanala abunə olun
😢201
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇱 İsrailin 🇱🇧 Livana hücumundan görüntülər ✈️💥🔥

İsrail ordusu Livanda 🇮🇷 İrana bağlı qruplaşmaların mövqelərinə dron hücumu həyata keçirib.

#İsrail #Livan #İran #dron #hücum

Kanala abunə olun
👍72
🇺🇸 ABŞ-nin 🇶🇦 Qətərdəki Əludedyd hərbi bazasında 🇮🇷 İran hücumunun yaratdığı dağıntılar 🛰🚀💥

İranın Qətərdəki "Al Udeid" aviabazasına hücumu nəticəsində ABŞ hərbçiləri tərəfindən komandanlıq, kəşfiyyat və koordinasiya üçün istifadə olunan peyk antenaları və rabitə infrastrukturuna ziyan dəyib.

Peyk görüntüləri çoxsaylı antenaların və peyk massivlərinin məhv edildiyini və ya ciddi zədələndiyini göstərir ki, bu da hücumun ABŞ-nin rabitə və C4ISR (komandanlıq, idarəetmə, rabitə, kompüterlər, kəşfiyyat, müşahidə və tanıma) sistemlərini hədəf aldığını sübut edir.

#İran #hücum #ABŞ #Qətər #Əludeyd #hərbibaza

Kanala abunə olun
👎5👍4
🇮🇷 İranın Şahruddakı bərk yanacaqlı raket istehsalı zavodunda baş vermiş dağıntıların peyk görüntüsü 🚀🏭🔥🛰

Bildirilir ki, bərk yanacaqlı mühərriklərin istehsal xətlərindəki bütün binalar zədələnib və ya məhv edilib.

Bundan əlavə, bir neçə qarışdırma və tökmə sexi, eləcə də sınaq və ilkin qarışdırma sexləri zərər görüb.

#İran #Şahrud #raket #zavod #dağıntılar

Kanala abunə olun
7👍3👏2
🇷🇺 Lavrov və 🇮🇷 Əraqçı Yaxın Şərqdəki son vəziyyəti müzakirə ediblər 📞

Rusiya və İran xarici işlər nazirləri Sergey Lavrov və Abbas Əraqçı arasında telefon danışığı baş tutub.

Nazirlər Yaxın Şərqdə "🇺🇸 ABŞ və 🇮🇱 İsrailin İrana hücumu səbəbindən kəskin şəkildə pisləşən" vəziyyəti müzakirə ediblər.

Lavrov gərginliyin tez bir zamanda azaldılması və danışıqlara qayıtmaq çağırışını təkrarlayıb və Rusiyanın "İranın və onun regional qonşularının təhlükəsizlik maraqlarını nəzərə alaraq" bunu asanlaşdırmağa hazır olduğunu qeyd edib. (Rusiya Xarici İşlər Nazirliyi)

#Rusiya #İran #XİN

Kanala abunə olun
🤮32
🇮🇷 İran XİN sığınacaq alan qadın futbolçulara: "İran sizi açıq qollarla gözləyir" 🤔

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi 🇺🇸 Trampın İslam Respublikasının qadın futbol komandasına sığınacaq verilməsi ilə bağlı mümkün tədbirlər barədə açıqlamasına cavab verib.

O, bunu "həyasızlıq və ikiüzlülük" adlandıraraq yazıb: "ABŞ "idmançılarımızı "xilas etmək" bəhanəsi ilə girov götürmək istəyir".

Bəqayi Facebook səhifəsində yazıb: "İranın qadın futbol komandası: narahat olmayın, İran sizi açıq qollarla gözləyir. Evə qayıdın".

İranın qadınlardan ibarət milli komandası ilə bağlı məsələ martın 9-da 🇦🇺 Avstraliyada 🇰🇷Cənubi Koreyaya qarşı Asiya Kuboku yarışı zamanı başlayıb. İranın qadın futbolçuları dövlət himni səsləndirilərkən səssizcə dayanıblar. İran bunu xəyanət hesab edir və ölüm cəzası nəzərdə tutur. Daha sonra Tramp bu hadisə ilə əlaqədar komandaya sığınacaq verilməsi barədə Avstraliyanın Baş naziri Albanes ilə danışdığını açıqlayıb.
5🤮4😁1
🇶🇦 Qətər 🇮🇷 İranın enerji obyektlərinə hücumlarının nəticələri barədə xəbərdarlıq edib

Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari deyib: "Mülki infrastruktura hücumlar davam edir və biz bu hücumlarla bağlı İranın hər hansı bir izahını rədd edirik.

Hər iki tərəfin enerji obyektlərinə etdiyi bu hücumlar təhlükəli presedent yaradır. Bu, bütün dünya üçün ağır iqtisadi nəticələrə səbəb olacaq".

#Qətər #xəbərdarlıq #İran #enerjiinfrastrukturu #hücum

Kanala abunə olun
👏3
🇮🇷 SEPAH-ın daha bir əsas fiquru 🇮🇱 İsrailin dron zərbəsilə öldürüldü 🔥

SEPAH-ın Aerokosmik Qüvvələrində aparıcı şəxslərdən biri hesab edilən Məcid Kaşefi Tehranda öz avtomobili ilə hərəkətdə olarkən İsrail dronunun hücumu nəticəsində həlak olub.

#SEPAH #MəcidKaşefi #İsrail #dron

Kanala abunə olun
👍10👏43🔥1😁1
🇮🇷 SEPAH Hörmüz boğazından sərbəst keçid üçün şərtini açıqladı 🚢

İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) 🇮🇱 İsrail və 🇺🇸 ABŞ səfirlərini ölkədən çıxaracaq hər hansı dövlətin gəmilərinə Hörmüz boğazından sərbəst keçmək hüququ verəcəyini vəd edib.

"İsrail və ABŞ səfirlərini öz ərazilərindən çıxaracaq istənilən ərəb və ya Avropa ölkəsi elə növbəti gün Hörmüz boğazından sərbəst keçmək hüququ əldə edəcək", - deyə məlumatda bildirilir. (ISNA)

سپاه پاسداران: هر کشور عربی یا اروپایی که سفرای اسرائیل و آمریکا را از خاک خود اخراج کند، از فردا اختیار و آزادی کامل عبور از تنگه هرمز را خواهد داشت

#İran #SEPAH #Hörmüzboğazı #şərt #ABŞ #İsrail #səfir #Avropa #ərəbölkələri

Kanala abunə olun
😁8🤔1🤮1
🇮🇷 SEPAH Hərbi Dəniz Qüvvələri raket və dron-kamikadze atışlarının görüntülərini paylaşıb 🚀✈️

Kadrda "Paveh" ailəsinə məxsus qanadlı raketlərin gəmi əleyhinə versiyası olan "Ghadr-380", "Fajr-5C" idarəolunan versiyaları, "Hadid-110" dron-kamikadzeləri və naməlum nümunəli dron-kamikadzelər nümayiş etdirilib.

#İran #SEPAH #raket #dron

Kanala abunə olun
🤮73👏1