🇶🇦 Qətər: “🇮🇷 İran bizə xəyanət etdi”
Qətərin baş naziri Məhəmməd bin Əbdürrəhman Al Tani İranın Fars körfəzi ölkələrinə qarşı hücumlarını sərt tənqid edib. O, “Sky News” telekanalına müsahibəsində bu addımları “böyük xəyanət hissi” kimi dəyərləndirib.
Baş nazir bildirib ki, müharibə başladıqdan cəmi bir saat sonra Qətər və bölgədəki digər ölkələr raket və dron hücumlarına məruz qalıb.
“Bu, böyük xəyanət hissidir. Biz açıq şəkildə bəyan etmişdik ki, qonşularımıza qarşı heç bir müharibədə iştirak etməyəcəyik”, – deyə, Al Tani vurğulayıb.
O, əlavə edib ki, İranın hücumları “təhlükəli və səhv hesablamadır”. Onun sözlərinə görə, Fars körfəzi ölkələri qonşu dövlət kimi Tehrandan belə bir addım gözləmirdi.
Nazir müsahibəsində mövcud böhranın həlli üçün diplomatik yolların vacibliyini də qeyd edib. O, bildirib ki, gərginliyə son qoymağın yeganə yolu bütün tərəflərin danışıqlar və diplomatiya masasına qayıtmasıdır. (Manoto)
نخست وزیر قطر: ایران به ما خیانت کرد
#Qətər #İran #hücum #xəyanət
Kanala abunə olun

👍2❤1🔥1
Azad İran
🇮🇷 İranın qadın millisinin beş futbolçusu 🇦🇺 Avstraliyadan sığınacaq istəyib 🇺🇸 ABŞ hazırda Qold-Kost şəhərində olan İranın beş qadın futbolçusu ilə bağlı Avstraliyanın baş nazirinə müaricət edib. Prezident Donald Tramp bu barədə “X” hesabında paylaşım edib.…
🇦🇺 Avstarliya 🇮🇷 İranın qadın futbolçularına sığınacaq verəcək 🏃♀➡️⚽️
Dünən Avstraliyanın daxili işlər naziri Toni Bruk İranın milli qadın futbol komandasının üzvləri ilə görüşərək onlara ölkədə qalmaq qərarı versələr, Avstraliyanın bu qərarı dəstəkləyəcəyini bildirib.
Nazir bu açıqlamanı iranlı futbolçularla çəkdirdiyi bir neçə şəkli paylaşaraq edib.
Görüş zamanı Toni Bruk onlara açıq şəkildə bildirib ki, Avstraliyada qalmaq istəsələr, ölkəsi onların təhlükəsizliyinə və seçimlərinə tam dəstək verəcək. Bu addım, İranın qadın futbolçularının ölkəyə qayıtması ilə bağlı narahatlıqlar, o cümlədən İslam Respublikası tərəfdarlarının açıq təhdidlərinə cavab olaraq atılıb.
Daha öncə ABŞ prezidenti Donald Tramp da qadın futbolçulara sığınacaq verilməsi üçün Avstraliyaya müraciət edib.
İran Futbol Federasiyası isə FIFA-ya müraciətində bu məsələyə münasibət bildirərək, ABŞ-nin mövqeyini "futbol işlərinə açıq-aşkar siyasi müdaxilə" kimi dəyərləndirib.
#Avstraliya #İran #qadınfutbolçular #sığınacaq #dəstək

👏7❤2
🇮🇷 Tehranda ard-arda partlayışlar olub 🚀💥
Dünən Tehran şəhərində bir neçə partlayış qeydə alınıb.
Hadisənin səbəbləri hələlik rəsmi şəkildə açıqlanmasa da, ilkin ehtimallara görə partlayışlar İsrail tərəfindən həyata keçirilmiş hücumlarla əlaqəli ola bilər.
انفجار در تهران؛ احتمال حمله اسرائیل
#İsrail #İran #Tehran #hücum #partlayış

🔥7👍3❤2👎1
🇮🇷 İranın 🇧🇭 Bəhreynə hücumu nəticəsində ölən və yaralananlar var 😢
Bu gün Bəhreyn Daxili İşlər Nazirliyi İranın hücumları ilə bağlı açıqlama yayıb. Məlumata görə, İran tərəfindən Manamada yerləşən yaşayış binasına edilən hücum nəticəsində 29 yaşlı bir qadın həlak olub.
Nazirliyin açıqlamasına əsasən, eyni hücum zamanı səkkiz nəfər də yaralanıb.
Hadisə ilə bağlı araşdırmalar davam edir və Bəhreyn hakimiyyəti bölgədə təhlükəsizliyin təmin edilməsi üçün əlavə tədbirlər görür. (Independent Persian)
وزارت کشور بحرین:
در حمله جمهوری اسلامی به منامه یک زن ۲۹ ساله کشته شد
#İran #Bəhreyn #hücum #ölüm

👎4❤2😢1
🇮🇷 İran 🇺🇸 ABŞ-nin 🇧🇭 Bəhreyndəki bazasına zərbə endirdi 🚀
Dünən İran ABŞ-nin Bəhreyndə yerləşən bazasına hücum edib.
Bildirilib ki, Bəhreyndə ABŞ-nin “Şeyx İsa” hərbi hava bazasına edilən hücumdan sonra ərazidə yanğın baş verib.
Agentliyin məlumatına görə, hücumun hədəfi ABŞ hərbçiləri üçün yataqxana olub. Ölən və yaralananlar barədə hələlik heç bir məlumat yoxdur. (Tasnim News)
#İran #ABŞ #Bəhreyn #hərbibaza #hücum

👎4❤2
🇮🇷 İran XİN: “Yeni ali liderin çıxıını gözləyirik” 🤔
Dünən İranın xarici işlər naziri Abbas Əraqçı BBC telekanalına müsahibəsində bildirib ki, İranın yeni lideri Müctəba Xameneyi hakimiyyətin fəaliyyət planlarını və mövqeyini açıqlayana qədər yeni vəzifələrlə bağlı qərarlar hələ məlum deyil.
Əraqçı vurğulayıb ki, Müctəba Xameneyinin seçilməsi “Amerika və İsrailə qarşı müqavimətin davamı” kimi dəyərləndirilir. Ancaq ABŞ rəsmiləri ilə dialoq və təmas məsələsinə münasibət bildirməsi üçün hələ tezdir və çıxışları gözlənilir. Nazir qeyd edib ki, ABŞ tərəfi ilə dialoq ehtimalı azdır.
Bundan əlavə, SEPAH-ın Hörmüz boğazını bağlamaqla bağlı açıq təhdidlərinə baxmayaraq, Əraqçı bildirib ki, İran və onun hərbi qüvvələri belə bir addım atmayıb:
“Amerika və İsrail bölgədə sabitliyi pozublar. Buna görə də neft tankerləri və yük gəmiləri Hörmüz boğazından keçməkdə qorxu yaşayırlar. İran isə Hörmüz boğazındakı neft tankerləri və yük gəmiləri üçün təhlükə deyil”, – deyə, o, bildirib. (Iran Wire)

🤮6
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İranda yeni liderə dəstək nümayişləri: “Xameneyi cavan oldu” 👳♂️
Əli Xameneyi ABŞ və İsrailin İrana hücumu nəticəsində həlak olmasından on gün sonra onun oğlu Müctəba Xameneyi ölkənin sayca üçüncü ali rəhbəri seçilib.
Seçim xəbərinin açıqlanmasından sonra paytaxt Tehran və bir sıra digər şəhərlərdə əhali məscidlərə və meydanlara toplaşaraq yeni lideri alqışlayıb. Nümayişlərdə ənənəvi şüar “Allahu əkbər, Xameneyi rəhbər” səsləndirilməyə davam edib.
Ancaq dünənki mitinq və yığıncaqlarda bu köhnə şüara əlavə olaraq yeni bir şüar da eşidilib: “Tanrının əli əyan oldu, Xameneyi cavan oldu”. Analitiklər bu şüarın həm hakimiyyətin varisliyinə işarə etdiyini, həm də əhalinin yeniləşmə və dəyişiklik arzusunu üstüörtülü şəkildə ifadə etdiyini qeyd edirlər.
#İran #MüctəbaXameneyi #alirəhbər #dəstək

🤮6😁4❤2🥰1🤔1😱1
🇮🇷 SEPAH komandanının taleyi sirr olaraq qalır 🤔
SEPAH-ın Qüds qanadının komandanı İsmayıl Qaani ilə bağlı yayılan fərziyyələr beynəlxalq mediada diqqət çəkir. “France 24” telekanalının reportajına görə, bəzi təsdiqlənməmiş şayiələr onun İsrailə casusluq etdiyi ehtimalına işarə edir.
Ərəb mediasında Qaaninin həbs olunduğu və hətta edam edildiyi iddiaları yayılsa da, İran rəsmiləri hələlik bu məlumatları təsdiqləməyib. Qaaninin taleyi hələ də sirr olaraq qalır.
Son bir il yarım ərzində onun sağ qalması bir sıra digər komandirlərin öldürülməsi ilə diqqət çəkib. 2024-cü ilin oktyabrında Livanda dron hücumunda öldürüldüyü bildirilsə də, bir neçə gün sonra o, yüksək rütbəli hərbi komandirin dəfn mərasimində iştirak edərək, ölüm xəbərlərini təkzib etdi.
2025-ci ilin iyun ayında onun bir neçə digər İran rəsmisi ilə birlikdə öldüyü barədə yenidən məlumatlar yayıldı, ancaq o, bu fərziyyələri puç etdi. Sosial mediada bəziləri hətta zarafatla ona “İsrail casusu” adını verdilər.
#İran #SEPAH #komandan #casus

😁1
🇮🇷 İran parlamentinin sədri: “Biz atəşkəs istəmirik” ❗️
Bu gün İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf “X” hesabında sərt açıqlama verib.
Qalibaf bildirib ki, Tehran “qətiyyən atəşkəs istəmir” və inanır ki, təcavüzkara qarşı güclü tədbir görülməli, ona dərs verilməlidir ki, bir daha İrana hücum etməyi düşünməsin.
“Sionist rejimi öz utancverici varlığını və dominantlığını qorumaq üçün müharibə-danışıq-atəşkəs və sonra yenidən müharibə dövrünü davam etdirməkdə maraqlıdır. Biz bu dövrü bitirəcəyik”, - deyə, Qalibaf vurğulayıb.
قالیباف: به دنبال آتشبس نیستیم
#İran #Qalibaf #parlamentsədri #atəşkəs

🤮6❤4😁3👏1
🇮🇷 İran 🇺🇸 ABŞ dronlarını vurub ✈️💥
Dünən SEPAH tərəfindən idarə olunan “358” (Məhsul-358) zenit raket kompleksi ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki MQ-9 Reaper kəşfiyyat-zərbə pilotsuz uçuş aparatını (PUA) vurub.
Məlumata görə, dronlar İranın hava məkanına daxil olduqdan sonra zenit-raket sistemləri tərəfindən hədəfə alınıb və hər iki PUA zərərsizləşdirilib.
انهدام دو پهپاد نظامی آمریکا توسط سامانه محصول-۳۵۸ ایران
#İran #SEPAH #ABŞ #dron #hücum

👎9❤2👏1
🛑 Həmədanda 🇺🇸 ABŞ tərəfindən axtarılan haker öldürüldü 👨💻
Həmədanda martın 2-də keçirilən mürəkkəb əməliyyat nəticəsində Məhəmməd Mehdi Fərhadi adlı şəxs evində hədəfə alınaraq öldürülüb. Fərhadi 2020-ci ilin sentyabrında ABŞ-nin sanksiya siyahısına salınıb.
ABŞ Ədliyyə Nazirliyinin açıqlamasına görə, Fərhadi və Humən Heydərian adlı iki şəxs ABŞ dövlət qurumlarının kompüterlərinə haker hücumu etmək və İslam Respublikasına qarşı çıxan şəxslər və qruplarla bağlı təhlükəsizlik məlumatlarını oğurlamaqla ittiham olunurdular. Fərhadi “Məhdəvi Məhdəvi” kimi tanınırdı.
Sosial mediada yayılan görüntülərə görə, Fərhadinin yaşadığı məhəllədə bir banner quraşdırılıb. Bannerdə o, “naməlum əsgər” və “nüvə alimi” kimi təsvir olunur.
حذف هدفمند یک هکرِ تحت تعقیب "اف بی آی" در همدان
#Həmədan #haker #ABŞ #kiberhücum #ittiham #haker #ölüm

👍5🔥4
🇺🇸🇮🇱🇮🇷 İsfahanda hərbi komponent istehsal edən müəssisəyə hücum edilib 🚀🏭💥
Dünən İsfahan şəhərində yerləşən “Isfahan Optics Industries” zavoduna zərbələr endirilib. Müəssisə əsasən hərbi təyinatlı optik komponentlərin — dronlar üçün kameralar, termal kameralar, lazer məsafəölçənlər və digər avadanlıqların istehsalı ilə məşğul olurdu.
Məlumata görə, zərbələrin məqsədi yalnız İranın artıq mövcud olan silah və texnikasını məhv etmək deyil, həm də müharibədən sonra itkilərin sürətlə bərpası imkanını məhdudlaşdırmaqdır. Bu, ABŞ və İsrailin İranın hərbi istehsal və texnoloji potensialını zəiflətmək strategiyasının bir hissəsidir.
Isfahan Optics Industries-in fəaliyyətinin dayandırılması, xüsusən dron və lazer texnologiyalarının istehsalında ciddi fasilələr yarada və İranın regional hərbi gücünün davamlılığına təsir edə bilər.
#İran #İsfahan #zavod #ABŞ #İsrail #hücum

❤6👍4