This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇱 Tel-Əviv üzərində kaset tipli sursat: 🇮🇷 İran raketi havada parçalandı 🚀
Ötən gecə İsrailin Tel-Əviv şəhəri üzərində İrana məxsus olduğu bildirilən orta mənzilli ballistik raketdən ayrılan kaset tipli sursat müşahidə edilib.
Yayılan məlumatlara görə, raket havada parçalanaraq çoxsaylı kiçik döyüş sursatlarını geniş əraziyə səpib. Hadisə zamanı şəhər səmasında bir neçə partlayışın baş verdiyi və hava hücumundan müdafiə sistemlərinin aktivləşdirildiyi bildirilib.
آسمان تلآویو شاهد رهاسازی مهمات خوشهای از موشک بالستیک ایران
#İran #İsrail #raket #hücum
Kanala abunə olun

❤5👍1👎1
Media is too big
VIEW IN TELEGRAM
🇺🇸 ABŞ raketlərinin 🇮🇷 İrana doğru uçuşu qeydə alındı 🚀
Ərəb dənizində hərəkətdə olan bir yük gəmisinin heyəti ABŞ-a məxsus bir sıra hərbi fəaliyyətləri müşahidə edib.
Məlumata görə, heyət ABŞ Silahlı Qüvvələrinə məxsus BGM-109 Tomahawk qanadlı raketlərinin İrandakı hədəflər istiqamətində uçduğunu qeydə alıb. Bildirilir ki, raketlərin uçuşu gecə saatlarında müşahidə edilib.
Eyni zamanda bölgədə bir neçə ABŞ hərbi gəmisinin də olduğu qeyd olunur. Onların arasında ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus USS Abraham Lincoln (CVN-72) aviadaşıyıcısının da olduğu bildirilir.
Məlumatda qeyd edilir ki, həmin aviadaşıyıcıdan F/A-18E/F Super Hornet qırıcılarının uçuş əməliyyatları həyata keçirilib. Bu təyyarələr ABŞ Hərbi Dəniz Qüvvələrinin Carrier Air Wing 9 (CVW-9) aviaqanadına daxildir.
#ABŞ #raket #İran #hərbiəməliyyat

👍10❤3
🇮🇷 İran 🇮🇱 İsraildə aviasiya xidmət mərkəzinə hücum edib 🚀🔥
Dünən İran tərəfindən həyata keçirilən zərbə nəticəsində İsraildə qırıcı təyyarələr və pilotsuz uçuş aparatlarına texniki və hava xidmətləri göstərən SES şirkətinin yerli mərkəzinin dağıdıldığı bildirilir.
Məlumata görə, sözügedən obyekt hərbi aviasiya əməliyyatlarının dəstəklənməsi, o cümlədən qırıcılar və dronların rabitə və texniki xidmətlərinin təmin edilməsi üçün istifadə olunurdu. Hücum nəticəsində obyektə ciddi ziyan dəydiyi və fəaliyyətinin dayandığı qeyd edilir.
حمله ایران به مرکز پشتیبانی هوایی جنگندهها و پهپادها در اسرائیل
#İran #İsrail #aviasiyaxidməti #hücum

👍4👎2
🇹🇷 Türkiyədən 🇮🇷 İrana xəbərdarlıq: “Hava məkanının pozulmasına haqq qazandırmaq olmaz” ‼️
Dünən Türkiyə prezidenti Recep Tayyip Erdoğan və iranlı həmkarı Məsud Pezeşkian arasında telefon danışığı baş tutub.
Danışıq zamanı Ərdoğan qeyd edib ki, Ankara “İrana qarşı qanunsuz müdaxilələri” və İslam Respublikasının bölgədəki qardaş ölkələrə hücumlarını qəbul etmir. O, vurğulayıb ki, ərəb ölkələrinə qarşı hücumlar heç kimin maraqlarına uyğun deyil və bu cür addımlar dayandırılmalıdır.
“Səbəbindən asılı olmayaraq, Türkiyənin hava məkanının pozulmasına haqq qazandırmaq olmaz. Türkiyə buna qarşı bütün lazımi tədbirləri görməyə davam edəcək”, – deyə, Ərdoğan qeyd edib.
Ərdoğan İranın keçmiş ali rəhbəri və ölkədə həlak olan mülki şəxslərlə bağlı Pezeşkiana başsağlığı da verib. O, İranın yeni ali liderinin seçilməsinin bölgədə sabitlik və sülhə töhfə verəcəyinə ümid etdiyini bildirib.
Pezeşkian isə öz növbəsində Türkiyənin hava məkanına daxil olduğu bildirilən raketlərin İran mənşəli olmadığını deyib. (TRT Farsi)

👍4🔥1🤮1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 Kərəcdə səhər bombardıman səsləri ilə açıldı 🚀💥
Bu gün Kərəc şəhərində sakinlər səhəri partlayış səsləri ilə açıb. Məlumatlara görə, gecə saatlarından İsrail tərəfindən başlayan başlayan hava hücumları səhər saatlarında da davam edib.
Yerli mənbələrin bildirdiyinə görə, şəhər üzərində bir neçə güclü partlayış səsi eşidilib.
ادامه بمباران بر فراز ایران؛ انفجارهایی در کرج
#İsrail #İran #Kərəc #hücum

🔥5
🇦🇿 Azərbaycandan 🇮🇷 İrana humanitar yardım yola salındı 🚛
Azərbaycan Prezidenti İlham Əliyev və iranlı həmkarı Məsud Pezeşkian arasında martın 8-i baş tutmuş telefon danışığına əsasən, qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə İrana humanitar yardım yola salınıb.
Bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq FHN-in avtomobilləri ilə İrana yola salınan humanitar yardıma 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq su, 600 kq-a yaxın çay, 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxildir.
#Azərbaycan #İran #humanitaryardım

👏6🤮5
Media is too big
VIEW IN TELEGRAM
Xərrazi: “🇮🇷 İran 🇺🇸 ABŞ ilə uzunmüddətli müharibəyə hazırdır”
İran ABŞ ilə mümkün uzunmüddətli qarşıdurmaya hazır olduğunu bəyan edib. Bununla bağlı, İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının rəhbəri Kamal Xərrazi CNN telekanalına verdiyi müsahibədə danışıb.
Xərrazi bildirib ki, hazırkı şəraitdə Tehran diplomatik həll üçün ciddi imkan görmür. O, İranın ABŞ ilə uzunmüddətli müharibə ehtimalına hazırlaşdığını vurğulayıb.
O, qeyd edib ki, münaqişənin sona çatması yalnız qlobal iqtisadi təzyiqlərin artması halında mümkün ola bilər. Onun sözlərinə görə, xüsusilə enerji qiymətlərinin yüksəlməsi və neft tədarükündə yaranacaq fasilələr digər ölkələri Vaşinqtona təsir göstərməyə məcbur edə bilər.
Onun dediklərinə əsasən, artıq diplomatiya üçün ciddi imkan görmür. Xərrazi əlavə edib ki, İranın yeni ali dini rəhbəri Müctəba Xameneyi ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində fəaliyyət göstərir.
#İran #Xərrazi #ABŞ #müharibə

😁4🤮1
🇶🇦 Qətər: “🇮🇷 İran bizə xəyanət etdi”
Qətərin baş naziri Məhəmməd bin Əbdürrəhman Al Tani İranın Fars körfəzi ölkələrinə qarşı hücumlarını sərt tənqid edib. O, “Sky News” telekanalına müsahibəsində bu addımları “böyük xəyanət hissi” kimi dəyərləndirib.
Baş nazir bildirib ki, müharibə başladıqdan cəmi bir saat sonra Qətər və bölgədəki digər ölkələr raket və dron hücumlarına məruz qalıb.
“Bu, böyük xəyanət hissidir. Biz açıq şəkildə bəyan etmişdik ki, qonşularımıza qarşı heç bir müharibədə iştirak etməyəcəyik”, – deyə, Al Tani vurğulayıb.
O, əlavə edib ki, İranın hücumları “təhlükəli və səhv hesablamadır”. Onun sözlərinə görə, Fars körfəzi ölkələri qonşu dövlət kimi Tehrandan belə bir addım gözləmirdi.
Nazir müsahibəsində mövcud böhranın həlli üçün diplomatik yolların vacibliyini də qeyd edib. O, bildirib ki, gərginliyə son qoymağın yeganə yolu bütün tərəflərin danışıqlar və diplomatiya masasına qayıtmasıdır. (Manoto)
نخست وزیر قطر: ایران به ما خیانت کرد
#Qətər #İran #hücum #xəyanət

👍2❤1🔥1
Azad İran
🇮🇷 İranın qadın millisinin beş futbolçusu 🇦🇺 Avstraliyadan sığınacaq istəyib 🇺🇸 ABŞ hazırda Qold-Kost şəhərində olan İranın beş qadın futbolçusu ilə bağlı Avstraliyanın baş nazirinə müaricət edib. Prezident Donald Tramp bu barədə “X” hesabında paylaşım edib.…
🇦🇺 Avstarliya 🇮🇷 İranın qadın futbolçularına sığınacaq verəcək 🏃♀➡️⚽️
Dünən Avstraliyanın daxili işlər naziri Toni Bruk İranın milli qadın futbol komandasının üzvləri ilə görüşərək onlara ölkədə qalmaq qərarı versələr, Avstraliyanın bu qərarı dəstəkləyəcəyini bildirib.
Nazir bu açıqlamanı iranlı futbolçularla çəkdirdiyi bir neçə şəkli paylaşaraq edib.
Görüş zamanı Toni Bruk onlara açıq şəkildə bildirib ki, Avstraliyada qalmaq istəsələr, ölkəsi onların təhlükəsizliyinə və seçimlərinə tam dəstək verəcək. Bu addım, İranın qadın futbolçularının ölkəyə qayıtması ilə bağlı narahatlıqlar, o cümlədən İslam Respublikası tərəfdarlarının açıq təhdidlərinə cavab olaraq atılıb.
Daha öncə ABŞ prezidenti Donald Tramp da qadın futbolçulara sığınacaq verilməsi üçün Avstraliyaya müraciət edib.
İran Futbol Federasiyası isə FIFA-ya müraciətində bu məsələyə münasibət bildirərək, ABŞ-nin mövqeyini "futbol işlərinə açıq-aşkar siyasi müdaxilə" kimi dəyərləndirib.
#Avstraliya #İran #qadınfutbolçular #sığınacaq #dəstək

👏7❤2
🇮🇷 Tehranda ard-arda partlayışlar olub 🚀💥
Dünən Tehran şəhərində bir neçə partlayış qeydə alınıb.
Hadisənin səbəbləri hələlik rəsmi şəkildə açıqlanmasa da, ilkin ehtimallara görə partlayışlar İsrail tərəfindən həyata keçirilmiş hücumlarla əlaqəli ola bilər.
انفجار در تهران؛ احتمال حمله اسرائیل
#İsrail #İran #Tehran #hücum #partlayış

🔥7👍3❤2👎1
🇮🇷 İranın 🇧🇭 Bəhreynə hücumu nəticəsində ölən və yaralananlar var 😢
Bu gün Bəhreyn Daxili İşlər Nazirliyi İranın hücumları ilə bağlı açıqlama yayıb. Məlumata görə, İran tərəfindən Manamada yerləşən yaşayış binasına edilən hücum nəticəsində 29 yaşlı bir qadın həlak olub.
Nazirliyin açıqlamasına əsasən, eyni hücum zamanı səkkiz nəfər də yaralanıb.
Hadisə ilə bağlı araşdırmalar davam edir və Bəhreyn hakimiyyəti bölgədə təhlükəsizliyin təmin edilməsi üçün əlavə tədbirlər görür. (Independent Persian)
وزارت کشور بحرین:
در حمله جمهوری اسلامی به منامه یک زن ۲۹ ساله کشته شد
#İran #Bəhreyn #hücum #ölüm

👎4❤2😢1
🇮🇷 İran 🇺🇸 ABŞ-nin 🇧🇭 Bəhreyndəki bazasına zərbə endirdi 🚀
Dünən İran ABŞ-nin Bəhreyndə yerləşən bazasına hücum edib.
Bildirilib ki, Bəhreyndə ABŞ-nin “Şeyx İsa” hərbi hava bazasına edilən hücumdan sonra ərazidə yanğın baş verib.
Agentliyin məlumatına görə, hücumun hədəfi ABŞ hərbçiləri üçün yataqxana olub. Ölən və yaralananlar barədə hələlik heç bir məlumat yoxdur. (Tasnim News)
#İran #ABŞ #Bəhreyn #hərbibaza #hücum

👎4❤2