Azad İran
5.89K subscribers
35.4K photos
21.8K videos
15 files
9.41K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
Media is too big
VIEW IN TELEGRAM
Müctəba Xameneyinin seçilməsi fonunda 🇮🇱 İsrail 🇮🇷 İrana zərbə endirdi 🚀🔥

Bu gün Kermanşah şəhərinə hava zərbələri endirildiyi bildirilir. Hücumun İsrail Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirildiyi açıqlanıb.

Məlumata görə, zərbələr Müctəba Xameneyinin ölkənin yeni ali lideri seçilməsi münasibətilə İranda keçirilən küçə şənlikləri fonunda baş verib. (Fars News)

#İsrail #İran #Kermanşah #MüctəbaXameneyi #hücum

Kanala abunə olun
👍5👏21
🇷🇺 Putin 🇮🇷 Müctəba Xameneyini təbrik edib 📩

Bu gün Rusiya prezidenti Vladimir Putin İranın yeni ali lideri seçilən Müctəba Xameneyini təbrik edib.

Rusiya prezidentinin ünvanladığı təbrik mesajında Moskvanın İrana dəstəyinin davam edəcəyi vurğulanıb.

Putin qeyd edib ki, o, Tehrana dəstəyini və iranlı dostlarla həmrəyliyini bir daha təsdiqləmək istəyir.

Rusiya lideri bildirib ki, Müctəba Xameneyinin atasının yolunu ləyaqətlə davam etdirəcəyinə və İran xalqını çətinliklər qarşısında birləşdirə biləcəyinə əmindir.

Mesajda Moskvanın İranla münasibətlərin inkişafında maraqlı olduğu və iki ölkə arasında əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb. (IRIB News)

#Rusiya #Putin #İran #MüctəbaXameneyi #təbrik

Kanala abunə olun
🤮121
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 XİN: “İran 🇦🇿 Azərbaycan və 🇹🇷 Türkiyəyə hücum etməyib” 🤔

Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqayi Tehranın Azərbaycana, Türkiyəyə və ya 🇨🇾 Kiprə raket və dron atmadığını iddia edib.

O, İranın region ölkələri ilə mehriban qonşuluq və dostluq münasibətlərini qorumaqda israrlı olduğunu, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörməti əsas prinsip hesab etdiyini vurğulayıb.

Baqayi qeyd edib ki, əgər hər hansı bir ölkənin ərazisindən İrana qarşı hücumlar həyata keçirilərsə və ya onun ərazisi İran vətəndaşlarına və obyektlərinə hücum etmək üçün istifadə olunarsa, beynəlxalq hüquqa görə, Tehranın müdafiə xarakterli cavab almaq üçün qanuni hüququ var.

Onun sözlərinə görə, İran Silahlı Qüvvələri rəsmi olaraq dronların İrandan atılmadığını və İrana məxsus olmadığını bildirib.

O, habelə region dövlətlərini tələsik açıqlamalardan çəkinməyə və ehtiyatlı olmağa çağırıb və qeyd edib ki, İran və Azərbaycan prezidentləri arasındakı danışıqda Tehran bu cür hücumlarda iştirakını təkzib edib.
🤮10👍31
🇺🇸 Tramp 🇮🇷 Müctəba Xameneyinin təyinatından narazıdır 🤔

ABŞ prezidenti Donald Tramp İranın yeni ali rəhbəri kimi Müctəba Xameneyinin təyin olunmasına narazılıq bildirib.

Məlumata görə, “Fox News” telekanalının aparıcısı Brayn Kilmid bildirib ki, Tramp bu xəbəri qısa şəkildə “Mən məmnun deyiləm” sözləri ilə şərh edib.

Tramp daha öncə də Müctəba Xameneyinin İranın ali rəhbəri seçilməsi ehtimalına sərt reaksiya vermişdi. O, belə bir ssenarini “qəbuledilməz” adlandırmış və bunun bölgədəki vəziyyəti daha da gərginləşdirə biləcəyini vurğulamışdı. (Independent Persian)

#ABŞ #Tramp #İran #MüctəbaXameneyi #alirəhbər

Kanala abunə olun
👍41😁1🤮1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇧🇭 Bəhreynin ən böyük neft emalı zavodu 🇮🇷 İranın zərbələrinə məruz qalıb 🚀🔥

Bu gün səhər saatlarında Bəhreyndə yerləşən ölkənin ən böyük neft emalı müəssisəsi – BAPCO zavodu hücuma məruz qalıb.

Məlumata görə, zavod İran tərəfindən həyata keçirilən zərbələrin hədəfinə çevrilib. Hücum nəticəsində müəssisənin bəzi hissələrində partlayış və yanğın baş verdiyi bildirilir. Hadisənin dəqiq miqyası və mümkün itkilər barədə rəsmi məlumatlar hələlik açıqlanmayıb.

#İran #Bəhreyn #neftzavodu #hücum

Kanala abunə olun
🤬4👎1
🇹🇷 Türkiyə 🇮🇷 İrandan atılan ballistik raketi zərərsizləşdirib 🚀🔥

Bu gün Türkiyə Müdafiə Nazirliyi İrandan buraxılan ballistik raketin Türkiyənın hava məkanında zərərsizləşdirildiyini açıqlayıb.

Bir neçə qəlpə Qaziantepdəki boş əraziyə düşüb. Xəsarət alan olmayıb.

Nazirliyin açıqlamasında mehriban qonşuluq münasibətlərinin və regional sabitliyin qorunmasının vacibliyi vurğulanıb.

Ankara xəbərdarlıq edib ki, ölkənin ərazi bütövlüyü və hava məkanının təhlükəsizliyi təhdid altında qalarsa, onu qorumaq üçün bütün lazımi tədbirlər görüləcək.

#Türkiyə #İran #ballistikraket #hücum

Kanala abunə olun
8👍4👏3😁2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 ABŞ 🇮🇷 İran gəmilərini vurub 🚢🚀🔥

ABŞ Hərbi Dəniz Qüvvələrinin Fars körfəzində İranın neft tankerləri olduğu güman edilən üç gəmiyə zərbələr endirdiyi bildirilir.

Məlumata görə, əməliyyat zamanı ABŞ qüvvələri şübhəli hesab edilən gəmiləri hədəfə alıb. Zərbələrin nəticələri və gəmilərə dəyən zərərin miqyası barədə hələlik rəsmi açıqlama verilməyib.

Hadisə bölgədə onsuz da gərgin olan vəziyyəti daha da kəskinləşdirə bilər.

#ABŞ #İran #Farskörfəzi #gəmi #hücum

Kanala abunə olun
7👍5
🇦🇿 Azərbaycan Prezidenti 🇮🇷 Müctəba Xameneyini təbrik edib

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Müctəba Xameneyini İslam Respublikasının ali lideri seçilməsi münasibətilə təbrik edib.

Məktubda Azərbaycan Prezidenti İlham Əliyev keçmiş ali rəhbər Əli Xameneyinin vəfatı ilə bağlı başsağlığı verib, Azərbaycan və İran arasında tarixi dostluq və qardaşlıq münasibətlərinin vacibliyini vurğulayıb.

Azərbaycan Prezidenti yeni liderə və İran xalqına sülh, sabitlik və rifah arzulayıb. (President.az)

#Azərbaycan #Prezident #İran #MüctəbaXameneyi #alirəhbər #təbrik

Kanala abunə olun
🤔5👎4
Azad İran
🇹🇷 Türkiyə 🇮🇷 İrandan atılan ballistik raketi zərərsizləşdirib 🚀🔥 Bu gün Türkiyə Müdafiə Nazirliyi İrandan buraxılan ballistik raketin Türkiyənın hava məkanında zərərsizləşdirildiyini açıqlayıb. Bir neçə qəlpə Qaziantepdəki boş əraziyə düşüb. Xəsarət alan…
🇹🇷 Türkiyə 🇮🇷 İrana xəbərdarlıq etdi ❗️

Bu gün Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin direktoru Bürhanəddin Duran “X” hesabında İrandan atılan ballistik raketlə bağlı hadisədən sonra açıqlama verib.

O, Ankaranın vəziyyəti yaxından izlədiyini və artıq lazımi təhlükəsizlik tədbirlərini həyata keçirdiyini vurğulayıb. O, dövlət qurumlarının tam koordinasiyalı şəkildə hərəkət etdiyini və Türkiyənin hava məkanını və sərhədlərini qorumaq imkanlarının "ən yüksək səviyyədə" olduğunu bildirib.

Duran bütün tərəfləri, xüsusən də İranı regional təhlükəsizliyə və mülki əhalinin təhlükəsizliyinə təhlükə yarada biləcək hərəkətlərdən çəkinməyə çağırıb. O, münaqişənin daha da şiddətlənməsinin və genişlənməsinin qarşısını almağın vacib olduğunu qeyd edib.

#Türkiyə #İran #hücum #xəbərdarlıq

Kanala abunə olun
👍7😁21
🇦🇲 Paşinyan 🇮🇷 Müctəba Xameneyini təbrik edib

Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan Müctəba Xameneyini İranın ali lideri seçilməsi münasibəti ilə təbrik edib.

"Əminəm ki, Ermənistan və İran arasındakı möhkəm əlaqələr inkişaf etməyə davam edəcək və yeni uğurlar qazanacaq. Bu fürsətdən istifadə edərək dost İran xalqına rifah və davamlı sülh arzulayıram", - deyə, Paşinyan təbrik mesajında ​​bildirib.

#Ermənistan #Paşinayan #İran #MüctəbaXameneyi #təbrik

Kanala abunə olun
😁61
🇰🇼 Küveytdə 🇺🇸 ABŞ-nin HIMARS əməliyyatı izləri aşkarlandı 🚀

Küveyt səhralarında boş HIMARS raket konteyneri tapılıb. Bu, ABŞ-nin Küveyt ərazisindən 🇮🇷 İrana qarşı HIMARS sistemləri ilə zərbələr endirdiyini göstərir.

HIMARS (High Mobility Artillery Rocket System) yüksək dəqiqlikli raket atıcı sistemidir və ABŞ ordusu tərəfindən regionda strateji hücumlar üçün istifadə olunur. Boş konteynerin tapılması raketlərin istifadə edildiyini və əməliyyatların aktiv olduğunu təsdiqləyir.

#ABŞ #HIMARS #raket #Küveyt #hərbiəməliyyat #İran

Kanala abunə olun
4👍1
🇮🇷 SEPAH İran Kürdüstanında silahlı qruplaşmanın məhv edildiyini bildirir

SEPAH-ın mətbuat xidməti İranın şimal-qərbindəki Kürdüstan əyalətində "hakimiyyət əleyhinə terrorçu təşkilatlarla" əlaqəli silahlı qruplaşmanın məhv edildiyini bildirib. "Əməliyyat" nəticəsində bir yaraqlı öldürülüb, qalan altısı isə həbs edilib.

Bundan əlavə, axtarış zamanı çoxlu sayda silah-sursat, o cümlədən Kalaşnikov avtomatları, RPG-7-lər və qumbaralar aşkar edilib.

#İran #Kürdüstanəyaləti #əməliyyat #SEPAH

Kanala abunə olun
😁43🔥1
🇮🇷 Tehran prokurorluğu 🇺🇸 Tramp və 🇮🇱 Netanyahuya cinayət işi açıb

Tehran şəhər Prokurorluğu ABŞ prezidenti Donald Trampı, İsrailin Baş naziri Benyamin Netanyahunu və İslam Respublikası ərazisinə son hücumlarla əlaqəli bütün "cinayətlərin təhrikçilərini, icraçılarını, əlbirlərini və iştirakçılarını" ittiham etdiyini açıqlayıb.

#İran #Prokurorluq #ABŞ #Tramp #İsrail #Netanyahu #ittiham #cinayətişi

Kanala abunə olun
😁172
🇮🇷 Pezeşkian: "Müctəba Xameneyinin ali rəhbər seçilməsi xalqın ölkəni idarə etmək iradəsinin təzahürüdür" 🗣

Bunu İran prezidenti Məsud Pezeşkian "X" hesabında yazıb.

O, əlavə edib: "Ölkənin problemləri müdrik ali rəhbər və xalqın etimadına və iştirakına əsaslanan atmosferin yaradılması yolu ilə həll edilə bilər".

Paylaşımın sonunda Pezeşkian İranın yeni ali rəhbərinə uğurlar arzulayıb.

#İran #Pezeşkian #təbrik #MüctəbaXamenei #alilider

Kanala abunə olun
🤮11😁62👎1
🇮🇷 Əraqçı: "İran 🇺🇸 ABŞ və müttəfiqlərinə "sürprizlər" hazırlayıb" 🤔

İranın xarici işlər naziri Abbas Əraqçı deyib ki, ABŞ qlobal bazarlara inflyasiya şokunu cilovlamaq üçün İranın neft və nüvə obyektlərinə qarşı plan hazırlayır.
Lakin onun sözlərinə görə, İran bu cür addımlara hazırdır və vəziyyətə ciddi təsir göstərə biləcək öz "sürprizlərini" hazırlayır.

O, İranın təhdidlərdən qorxmadığını və qlobal proseslərə təsir göstərə biləcək cavab tədbirləri görməyə hazır olduğunu vurğulayıb.

#İran #Əraqçı #ABŞ #sürpriz

Kanala abunə olun
🤮117😁1
🇰🇼 Küveyt ölkəyə hücumlara görə 🇮🇷 İran səfirini ikinci dəfə çağırdı

Küveyt Xarici İşlər Nazirliyi İran səfirini sayca ikinci dəfə çağıraraq, Küveyt ərazisinə davam edən ballistik raket və pilotsuz təyyarə hücumları, eləcə də Küveytin suverenliyi və hava məkanının pozulması ilə bağlı etiraz notası təqdim edib.

Xarici işlər nazirinin müavini Küveytin 🇺🇳 BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünümüdafiə hüququnu bir daha diqqətə çatdırıb və İranı bütün düşmənçilik hərəkətlərini dərhal dayandırmağa çağırıb. (Küveyt Xarici İşlər Nazirliyi)

#Küveyt #XİN #etiraz #dron #raket #hücumlar #İran #səfir

Kanala abunə olun
👍71
🇮🇷 İranın qadın millisinin beş futbolçusu 🇦🇺 Avstraliyadan sığınacaq istəyib

🇺🇸 ABŞ hazırda Qold-Kost şəhərində olan İranın beş qadın futbolçusu ilə bağlı Avstraliyanın baş nazirinə müaricət edib.

Prezident Donald Tramp bu barədə “X” hesabında paylaşım edib.

Avstraliya İranın qadınlardan ibarət milli futbol komandasının ölkələrinə məcburi qaytarılmasına icazə verməklə dəhşətli bir humanitar səhvə yol verir.
Onlar geri göndərilsə, böyük ehtimalla öldürüləcəklər.
Cənab Baş nazir, bunu etməyin, onlara sığınacaq verin.
Əgər siz verməsəniz, ABŞ onları qəbul edəcək.
Bu məsələyə diqqət ayırdığınız üçün təşəkkür edirəm”
, – Tramp bildirib.

#İran #futbolçu #Tramp #Avstraliya #sığınacaq
21👍3🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇱 İsrail 🇮🇷 İranın hərbi infrastrukturunu hədəfə alır 🚀💥

İsrail ordusu İranın raket buraxılış qurğularına və HHM sistemlərinə zərbələrin görüntülərini yayıb.

#İsrail #İran #HHM #raket #zərbə

Kanala abunə olun
👍162👏2