Azad İran
5.89K subscribers
35.4K photos
21.8K videos
15 files
9.41K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İran-🇦🇿 Azərbaycan sərhədində TIR-ların növbəsi yaranıb 🚛

Sərhəddə içi yüklə dolu 200-dən çox yük avtomobili gözləyir.

#Azərbaycan #İran #sərhəd #növbə

Kanala abunə olun
5😁1
🇺🇸 ABŞ Ordusunun 82-ci Hava-Desant Diviziyasına 🇮🇷 İrana hücuma hazırlaşmaq əmri verilib 🔥

Bu barədə The Washington Post qəzeti məlumat yayıb.

#ABŞ #qoşun #hərbimüdaxilə #İran

Kanala abunə olun
👍121👏1🎉1
🇮🇱 İsrail 🇮🇷 SEPAH komandirlərinin öldürüldüyünü açıqladı

İsrail həyata keçirilən əməliyyat zamanı İran və Hizbullahla əlaqəli bir neçə yüksək rütbəli şəxsin öldürüldüyünü açıqlayıb.

Bu barədə məlumatı İsrail Müdafiə Nazirliyi yayıb. Bildirilir ki, hücum Beyrut şəhərində yerləşən və komandanların gizləndiyi mülki hoteli hədəf alıb.

İsrailin açıqlamasına görə, əməliyyat nəticəsində aşağıdakı şəxslər öldürülüb:
• Məcid Həsəni – Hizbullah üçün maliyyələşdirmə və silah istehsalına cavabdeh şəxs;
• Əlirza Biazər – SEPAH-ın Qüds qanadının kəşfiyyat şöbəsinin rəhbəri;
• Əhməd Rəsuli – Fələstin Korpusunun kəşfiyyat zabiti.

İsrail tərəfinin məlumatına görə, hücum zamanı kəşfiyyat zabiti Hüseyn Əhmədlu və Hizbullah nümayəndəsi Əbu Məhəmməd Əli də öldürülüb.

#İsrail #İran #SEPAH #Hizbullah #komandan

Kanala abunə olun
11👍4👏1
🚨 TƏCİLİ

🇮🇷 SEPAH Müctəba Xameneiyə tam sadiqlik elan etdi 🗣

Bu gün SEPAH yaydığı bəyanatda İranın yeni ali rəhbəri Müctəba Xameneiyə sadiqliyini elan edib.

Bəyanatda SEPAH-ın ali rəhbər Müctəba Xameneyinin əmrlərini yerinə yetirmək üçün tam tabe olmağa və lazım gəldikdə özünü qurban verməyə hazır olduğu vurğulanır.

Açıqlamada SEPAH özünü “dini hakimiyyətin” (vilayət-e fəqih sisteminin) əsgəri və güclü dayağı kimi təqdim edərək, Ekspertlər Şurasının onu ali rəhbər kimi seçmək qərarını dəstəklədiyini bildirib.

SEPAH bəyanatda İran İslam İnqilabının banisi Ruhullah Xomeyni və keçmiş ali lider Əli Xameneyinin irsini qorumağa sadiq olduğunu qeyd edib. (Tasnim News)

#İran #SEPAH #MüctəbaXameneyi #alirəhbər #sadiqlik #itaət

Kanala abunə olun
🤮9😁2
Media is too big
VIEW IN TELEGRAM
🇷🇺 Lavrov ərəb ölkələrini tənqid etdi: “🇮🇷 170 məktəbli qızın bombalanmasını qınadınızmı?” 🗣

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ərəb ölkələrini Yaxın Şərqdə baş verən proseslərə münasibətdə ikili yanaşmada ittiham edib.

Lavrov bildirib ki, bir çox ərəb ölkələri əvvəlcədən münaqişənin hərbi həll yolu ilə inkişaf etməməli olduğunu və hava məkanlarının hərbi əməliyyatlar üçün istifadə edilməsinə icazə verməyəcəyini açıqlamışdı. Lakin o qeyd edib ki, hadisələr başlayandan sonra ABŞ və İsrailin hərəkətlərinə qarşı kifayət qədər sərt mövqe göstərilməyib.

Nazir çıxışında xüsusilə belə bir sual səsləndirib: “İranda 170 məktəbli qızın bombalanmasını qınadınızmı?”

Lavrov bəzi ərəb ölkələrinin BMT Təhlükəsizlik Şurasına İranla bağlı təqdim etməyi planlaşdırdıqları qətnamə layihəsini tənqid edib. Onun sözlərinə görə, həmin sənəddə yalnız İranın hücumları qınanır, ancaq ABŞ və İsrailin hərəkətləri barədə heç bir qeyd yoxdur.

#Rusiya #Lavrov #İran #ərəbölkələri #tənqid
🤮10👍53
🇮🇷 Müctəba Xameneyinin seçilməsi Körfəz ölkələrində narahatlıq yaradır

“Əl-Cəzirə” telekanalının məlumatına görə, Müctəba Xameneyinin İranın yeni ali rəhbəri seçilməsi Fars körfəzi ölkələrində ciddi narahatlıq yaradıb.

Telekanalın məlumatında qeyd olunur ki, bu qərar son dövrlərdə İranın gündəlik hücumlarına məruz qaldığını bildirən Körfəz ölkələri üçün faktiki olaraq hərbi vəziyyət anlamına gələ bilər. Region ölkələri yeni liderin siyasətinin necə olacağını diqqətlə izləyir.

Məlumata görə, Körfəz dövlətləri bir tərəfdən vəziyyətin daha da gərginləşəcəyindən ehtiyat edir, digər tərəfdən isə yeni rəhbərliyin fərqli siyasi kurs ortaya qoyub-qoymayacağını müşahidə etməyə çalışır.

#Körfəzölkələri #İran #MüctəbaXameneyi #alirəhbər #narahatlıq

Kanala abunə olun
5🔥1
🇱🇧 Hizbullah 🇮🇱 İsrail qüvvələrinə hücum etdiyini açıqladı

Livan Hizbullahı İsrail qüvvələrinə qarşı yeni hücum həyata keçirdiyini açıqlayıb.

Təşkilatın rəsmi bəyanatına görə, hücum Livanın cənubunda, İsraillə sərhədə yaxın yerləşən Əl-Ədisə şəhəri yaxınlığında həyata keçirilib. Bildirilir ki, əməliyyat zamanı İsrail hərbi qüvvələri və texnikası hədəf alınıb.

Hizbullah açıqlamasında bu addımın İsrailin “cinayətkar təcavüzünə cavab” olduğunu bildirib.

#Livan #Hizbullah #İsrail #hücum

Kanala abunə olun
👎3
🇮🇷 İran xaricdəki öz vətəndaşlarını edamla hədələdi 😱😡

İran hakimiyyəti xaricdə yaşayan iranlılara casusluq fəaliyyəti ilə bağlı sərt xəbərdarlıq edib.

İslam Respublikasının Baş Prokurorluğu tərəfindən yayılan rəsmi bəyanatda bildirilib ki, “düşmənlə əməkdaşlıq”ın hər hansı forması ciddi hüquqi nəticələrə səbəb olacaq.

Açıqlamaya görə, belə fəaliyyətlə məşğul olan şəxslərin əmlakı və digər aktivləri müsadirə edilə bilər. Bundan əlavə, həmin şəxslərin “ölüm cəzası da daxil olmaqla ən sərt cəzalara” məruz qala biləcəyi vurğulanıb.

Bəyanatda qeyd olunur ki, İsrail, ABŞ və digər “düşmən ölkələr” üçün hər hansı kəşfiyyat və ya məlumat toplama fəaliyyəti bu ittihamın nümunəsi kimi dəyərləndiriləcək. (Iranintl)

#İran #vətəndaşlar #ittiham #edam #cəza #təhdid

Kanala abunə olun
🤬102🤮2
🇮🇷 Tehranda Müctəba Xameneyinin andiçmə mərasimi keçiriləcək

Bu gün Tehranda Müctəba Xameneyinin İranın yeni ali rəhbəri kimi andiçmə mərasimi keçiriləcək.

Təşkilatçıların verdiyi məlumata görə, mərasim yerli vaxtla saat 15:00-da başlayacaq və Azadi (Azadlıq) meydanında təşkil olunacaq.

Mərasimdə dövlət rəsmilərinin, hərbi və dini nümayəndələrin, eləcə də çoxsaylı vətəndaşların iştirakının gözlənildiyi bildirilir.

Xatırladaq ki, Ekspertlər Şurası (Şura-ye Xobreqan) tərəfindən keçirilən səsvermə nəticəsində Müctəba Xamenei ölkənin yeni Ali Lideri seçilib.

#İran #MüctəbaXameneyi #alirəhbər #andiçməmərasimi

Kanala abunə olun
🤮6😁32🤯1
🇮🇷 İranın 🇧🇭 Bəhreynə hücumu: uşaqlar da daxil olmaqla onlarla yaralanan var 🚀🔥

Bəhreynin Sitra adasına İran tərəfindən pilotsuz uçuş aparatı ilə həyata keçirilən hücum nəticəsində ən azı 32 nəfər yaralanıb.

Krallığın Səhiyyə Nazirliyi hadisə zamanı uşaqlar da daxil olmaqla onlarla insanın xəsarət aldığını açıqlayıb. Bildirilir ki, yaralılardan dörd nəfərin vəziyyəti ağırdır.

Məlumata əsasən, hücumda istifadə olunan dron yaşayış məntəqəsinin mərkəzinə düşüb, nəticədə ətraf ərazilərdə dağıntılar baş verib.

Sosial şəbəkələrdə və internetdə Bəhreyn ərazisində, o cümlədən neft emalı zavoduna yaxın hədəflərə endirilən zərbələrin görüntüləri də yayılıb.

#İran #Bəhreyn #hücum

Kanala abunə olun
🤬4