Azad İran
5.89K subscribers
35.4K photos
21.8K videos
15 files
9.41K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇮🇷 İran 🇮🇱 İsrailə kasetli raketlər atıb

İran tərəfindən "Xorrəmşəhr-4" (Khorramshahr-4) orta mənzilli ballistik raketlərinin tərkibində İsrailə atılan kasetli sursatlar tapılıb.

#İran #İsrail #raket #kasetbombaları #silahsursat

Kanala abunə olun
👎63
🇺🇸 ABŞ-nin 🇮🇷 İrana qarşı əməliyyat zamanı təsdiqlənmiş hallar üzrə maliyyə itkilərinin hesablanması 2,52 milyard dollara çatıb

🇶🇦 Qətərdə 1,1 milyard dollar dəyərində AN/FPS-132 Raket Hücumundan Müdafiə Xəbərdarlıq Sistemi (SPRN) RLS-i;

🇦🇪 BƏƏ-də THAAD kompleksinin tərkibində olan 500 milyon dollar dəyərində AN/TPY-2 RLS-i;

🇰🇼 Küveytdə ümumi dəyəri 282 milyon dollar olan 3 ədəd F-15E Strike Eagle zərbə qırıcısı;

Küveytdə ümumi dəyəri 30 milyon dollar olan 3 ədəd AN/GSC-52B peyk rabitə terminalı;

🇧🇭 Bəhreyndə ümumi dəyəri 20 milyon dollar olan 2 ədəd AN/GSC-52B peyk rabitə terminalı;

🇯🇴 İordaniyada THAAD kompleksinin tərkibində olan 500 millyon dollar dəyərində AN/TPY-2 RLS-i;

İranda ümumi dəyəri 90 milyon dollar olan 3 ədəd MQ-9 Reaper pilotsuz uçuş aparatı.


#ABŞ #maliyyəitkiləri #xərclər #İran

Kanala abunə olun
3👍1🔥1
🇮🇷 İranda 🇺🇸 ABŞ-nin yeni dronunun qalıqları tapıldı ✈️

İranın Hörmüzqan sahil əyalətində vurulmuş, silahlanmasında ən yeni versiya AGM-114R Hellfire II raketləri olan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus MQ-9 Reaper PUA-sının qalıqlarının görüntüləri sosial mediada müzakirəyə səbəb olub.

Yeni AGM-114R Hellfire II raketləri çoxməqsədli döyüş başlığına malikdir. Müşahidə edilən hədəfin növündən asılı olaraq uçuş zamanı rejimi (kumulyativ, qəlpəli-fuqas və ya gecikdirilmiş partlayış) dəyişmək mümkündür.
Bu isə artıq raketin fərqli modifikasiyalarından istifadə etmək zərurətini aradan qaldırır və tək bir modellə kifayətlənməyə imkan verir.

#İran #ABŞ #dron

Kanala abunə olun
3👍2🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇱 İsrailin 🇮🇷 İran Dövlət Televiziyasına raket zərbəsi nəticəsində yaranmış dağıntının miqyası 🚀🔥

Xatırladaq ki, İsrail ordusu İranın Dövlət Televiziyasının 2-ci kanalınının binasına bir neçə gün öncə aviahücum həyata keçirib..

تخریب گسترده و کامل ساختمان و محوطه شبکه 2 صدا و سیما در پی حملات اسرائیل

#İran #televiziya #İsrail

Kanala abunə olun
👍81
🛑 Növbəti 24 saat ərzində yeni 🇮🇷 ali rəhbər seçmək üçün Ekspertlər Şurasının iclası keçiriləcək

Bu haqda sözügedən Şuranın üzvü Ayətullah Müzəffəri məlumat verib.

عضو مجلس خبرگان: جلسه انتخاب رهبر تا ۲۴ ساعت آینده برگزار می‌شود


#İran #EkspertlərŞurası #alirəhbər #seçki #iclas

Kanala abunə olun
😁8🔥1🤮1
🇮🇷 Pezeşkian 🇺🇸 Trampı gərginliyin azaldılması səylərini əngəlləməkdə günahlandırdı

İran prezidenti Məsud Pezeşkian bildirib ki, İslam Respublikasının regionda gərginliyi azaltmaq üçün şərti hazırlığı ABŞ prezidenti Trampın Tehranın imkanları və niyyətlərini "yanlış anlaması" nəticəsində pozulub.

Pezeşkianın sözlərinə görə, İran qonşu ölkələrin əraziləri, hava məkanı və suları İrana hücum etmək üçün istifadə edilməməsi şərti ilə gərginliyi azaltmağa hazır idi.
O, xəbərdarlıq edib ki, əgər gərginlik daha da artarsa, Tehran buna cavab verəcək və nəticələrə görə məsuliyyət "ABŞ hökumətinin üzərinə düşəcək".

İran prezidenti habelə bildirib ki, İranla mümkün müharibə Vaşinqton üçün baha başa gələcək və onun danışıqlar mövqeyini yaxşılaşdırmayacaq.

Pezeşkianın sözlərinə görə, ABŞ kəşfiyyatının qiymətləndirmələrinə görə, belə bir münaqişə "uğursuzluğa məhkumdur".

#İran #Pezeşkian #Tramp #ABŞ #münaqişə
🤮41👎1
🇮🇱 İsrail Hərbi Hava Qüvvələri 🇮🇷 Tehranda yerləşən SEPAH-ın Hava Hücumundan Müdafiə İdarəetmə Mərkəzini məhv edib 🔥🚀

İsrail ordusu Tehranda İran hərbi infrastrukturuna qarşı genişmiqyaslı əməliyyat keçirdiyini bildirib.

Əsas zərbə hava məkanına nəzarət və hava hücumundan müdafiədən məsul olan SEPAH-ın Hərbi Hava Qüvvələrinin komandanlıq mərkəzini hədəf alıb.

Hava hücumundan müdafiə sistemləri, komandanlıq mərkəzləri, SEPAH-ın "Quds" xüsusi təyinatlı qüvvələri bölməsi üçün silah saxlama obyektləri və əlavə logistika infrastrukturu da vurulub.

#İsrail #SEPAH #zərbə #hücum

Kanala abunə olun
11👍3👏2
🚨TƏCİLİ

🇮🇷 SEPAH 🇦🇿 Azərbaycana böhtan ataraq hədələdi 🤬

İran Dövlət Televiziyasının "Telegram" kanalı bu haqda məlumat yayımlayıb.

Məlumatda deyilir: "(SEPAH-ın) Xatəmül-Ənbiya Mərkəzi Qərargahının sözçüsü deyib:

🔹«İran İslam Respublikasının Silahlı Qüvvələri bölgədəki amerikalı və sionist təcavüzkarlarla genişmiqyaslı döyüşlərdə iştirakı etməsinə baxmayaraq, hərtərəfli səylərlə dost, qonşu və müsəlman ölkələrinin milli təhlükəsizliyinə və mənafelərinə heç bir zərər gəlməməsinə çalışıb;

🔹İranın qonşusu olan Azərbaycan Respublikasına bir müsəlman ölkəsi olaraq bildiririk ki, bölgədə qeyri-sabitliyin genişlənməsinin qarşısını almaq üçün sionistləri bu ölkədən çıxarsınlar və öz xalqının, eləcə də İranın təhlükəsizliyini təhlükəyə atmasınlar
". (IRIB News)

سپاه جمهوری آذربایجان را تهدید کرد

#İran #SEPAH #Azərbaycan #təhdid #böhtan

Kanala abunə olum
🤮365👍4👎3🔥2🤬1
Azad İran pinned a photo
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İran dronları 🇦🇪 Dubaydakı lüks "23 Marina" yaşayış kompleksini vurub 🔥

برخورد یک پهپاد با برج مارینا در دبی

#İran #dron #hücum #Dubay

Kanala abunə olun
🔥4🤬4👎3😱1
🇮🇱 İsrail və 🇺🇸 ABŞ ilk dəfə 🇮🇷 İranın neft emalı zavoduna zərbə endiriblər 🚀💥🔥

İranın Neft Nazirliyindəki mənbənin məlumatına görə, Kuhək, Şəhran və Kərəc şəhərlərində yerləşən üç neft anbarı İsrail qırıcı təyyarələri tərəfindən hücuma məruz qalıb.
Şəhr-e-Rey neft emalı zavoduna da ABŞ və İsrail hava hücumları həyata keçiriblər.

İran mediası bildirib ki, İsrail qüvvələri Tehranın cənubundakı ən böyük neft emalı zavoduna ilk dəfə zərbə endirib.

یک منبع در وزارت نفت: ۳ انبار نفت در منطقۀ کوهک، شهران و کرج مورد حملۀ جنگنده‌های اسرائیل قرار گرفت.

#İran #neftemalızavodu #ABŞ #İsrail #hücum

Kanala abunə olun
14👍8🔥2🤮1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚨 SON DƏQİQƏ

🇮🇷 Laricani: "🇦🇿 Azərbaycana hücum etməyin mənası yoxdur; Azərbaycanın bizimlə heç bir işi yoxdur" 🗣

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani deyib:

🔹"Düşmən bölgədəki hərbi bazalarından bizə hücum etdikdə, biz cavab veririk və verəcəyik; bu, bizim hüququmuzdur və sarsılmaz siyasətimizdir;

🔹Bu işdə bəzi ara qarışdırmaqlar var. Məsələn Azərbaycana bir dron gedib vurub. Onlara dedik ki, bizim işimiz deyil. Mən düşünürəm bu işdə İsrail plan hazırlayır. Səbəbsiz yerə bəzi ölkələri bizimlə münaqişəyə cəlb etmək istəyir.
Bizim Azərbaycan Respublikası ilə heç bir işimiz yoxdur, amma bu ölkələrdən İrana qarşı hər hansı bir plan hazırlanarsa, uçuş həyata keçirilərsə biz tədbir görəcəyik;

🔹Region ölkələri ya ABŞ-nin onların ərazilərindən İrana qarşı istifadə etməsinin qarşısını almalıdır, ya da biz bunu edəcəyik.
Region ölkələri ilə problemimiz yoxdur".


لاریجانی: معنی ندارد ما به آذربایجان حمله کنیم؛ آذربایجان کاری به ما ندارد

#İran #Laricani #Azərbaycan

Kanala abunə olun
🤮185🤔1
🇺🇸 ABŞ Silahlı Qüvvələri Bəhreyn ərazisindən HIMARS vasitəsilə 🇮🇷 İrana raket zərbələri endirib 🚀💥🔥

Bundan əlavə İranın Bəndər Abbbas liman şəhərinə də aviazərbələr endirilib.

حملات موشکی آمریکا به ایران

#ABŞ #İran #BəndərAbbas #rakethücumu #aviazərbə

Kanala abunə olun
9👍4
🇮🇷 Rey şəhərində 🇺🇸 ABŞ-🇮🇱 İsrail qüvvələri neft emalı zavoduna aviahücum ediblər 🚀💥🔥

Rey şəhərinin mərkəzində yaşayış binasına nöqtə atışı olub.

'انبار نفت پالایشگاه شهر ری و انبار نفت‌های دیگر #تهران'
ویدیوهای دریافتی، شنبه ۲۶ اسفند

#İran #Rey #neftzavodu #yaşayışbinası #ABŞ #İsrail #havahücumları #nöqtəatışı

Kanala abunə olun
👍102