This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 CENTCOM: “🇮🇷 İrana qarşı əməliyyatın ilk həftəsində minlərlə hədəf vurulub”
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı həyata keçirilən hərbi əməliyyatların ilk həftəsi ilə bağlı məlumat yayıb.
Komandanlığın açıqlamasına görə, əməliyyatın ilk yeddi günü ərzində ABŞ qüvvələri İran ərazisində 3000-dən çox hərbi hədəfə zərbə endirib. Hücumlar əsasən İranın hərbi infrastrukturu, raket obyektləri və dəniz qüvvələrinə qarşı yönəlib.
Məlumata əsasən, zərbələr nəticəsində 43 İran hərbi gəmisi, o cümlədən hücum dronları daşıyan bir gəmi zədələnib və ya məhv edilib.
Əməliyyatda ABŞ Hərbi Hava Qüvvələrinin çox sayda taktiki döyüş təyyarələri ilə yanaşı, B-2A Spirit, B-52H Stratofortress və B-1B Lancer kimi strateji bombardmançıları da iştirak edib. Bu təyyarələr İranın ən yaxşı qorunan ballistik raket saxlama və istehsal obyektlərinə zərbələr endirib.
#ABŞ #CENTCOM #İran #hücum
Kanala abunə olun

❤7🔥3
Hizbullah: “🇮🇱 İsrail 🇱🇧 Livanın şərqində əməliyyat keçirməyə cəhd edib”
Hizbullah Livanın şərqində İsrail qüvvələrinin gecə saatlarında helikopterlərlə hərbi əməliyyat keçirməyə cəhd etdiyini bildirib.
Qruplaşmanın açıqlamasına görə, İsrail Müdafiə Qüvvələrinə (İDF) məxsus dörd helikopter Suriya istiqamətindən Livan ərazisinə daxil olub. Helikopterlərin Bekaa vadisində yerləşən Nəbi Şit bölgəsinə xüsusi təyinatlı qüvvələr endirdiyi iddia edilir.
Hizbullahın məlumatına görə, eniş edən İsrail qüvvələri qruplaşmanın döyüşçüləri ilə qarşılaşıb və nəticədə tərəflər arasında toqquşma baş verib.
Açıqlamada bildirilir ki, əməliyyat zamanı İsrail hərbi təyyarələri bölgəyə ağır hava zərbələri endirib.
#İsrail #Livan #Hizbullah #hücum

👍4🔥1
🇮🇷 Pezeşkian 🇦🇿 Azərbaycana hücum xəbərlərini şayiə adlandırdı 🤔
Dünən İran prezidenti Məsud Pezeşkian İslam Respublikasının Azərbaycana hücumu barədə xəbərləri "şayiələr" adlandırıb.
O, bu açıqlamanı rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı verib.
"İran qonşularına hücum etməyi planlaşdırmayıb və planlaşdırmır. Biz yalnız öz ərazi bütövlüyümüzü müdafiə etməyə çalışırıq", - deyə prezident qeyd edib.
O, habelə, Putindən beynəlxalq arenada Tehranın "qanuni hüquqlarını" dəstəkləməsini istəyib. (President.ir)
#İran #Pezeşkian #prezident #Azərbaycan #hücum

🤮9
Azad İran
🇮🇷 İranın səfiri: “🇦🇿 Naxçıvana dron hücumu ilə bağlı müxtəlif nəzəriyyələr mövcuddur” İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu Naxçıvana dron hücumu ilə bağlı yayılan xəbərləri şərh edib və məsələyə müxtəlif nəzəriyyələrin mövcud olduğunu bildirib.…
Diplomat “Baku TV”yə müsahibəsində bildirib ki, "İran və Azərbaycan bu məsələni həll etməli, detalları dəqiqləşdirməli və vəziyyəti həll etməlidirlər". O, iki ölkə arasında bu cür problemlərin yaranmasını qəbuledilməz adlandırıb.
Səfir vurğulayıb ki, İran son 30 ildə Naxçıvana qarşı heç bir düşmənçilik nümayiş etdirməyib. İranın Naxçıvanı səhvən vurması halında məsuliyyət daşıyanların mümkün cəzalandırılması ilə bağlı suala cavab olaraq diplomat İranın rəsmi olaraq hücumu təkzib etdiyini təkrarlayıb. O bildirib ki, hücumdan dərhal sonra İranın xarici işlər naziri Əraqçi ilə əlaqə saxlayıb və ilkin məlumat alıb.
Müsahibə zamanı jurnalist səfirə Azərbaycan ictimaiyyətinin Naxçıvana hücumun səbəbi ilə maraqlandığını xatırladıb və “Arash” tipli dronların qısa mənzilli hücumlar üçün daha təsirli olduğunu və Azərbaycana İran ərazisindən daxil olduğunu qeyd edib. Səfir hərbçi olmadığını vurğulayaraq, hərbi və ya texniki məsələlər barədə şərh verməkdən çəkindi: "Mənim missiyam fərqlidir: iki ölkə arasında problemlər yarandıqda, onları mümkün qədər tez həll etməyə çalışıram. Arash-dan bəhs edirsiniz, amma Azərbaycan tərəfindən aldığım məlumata görə, söhbət “Shahed” tipli dronlardan gedir", - deyə o qeyd etdi. O, həmçinin bildirib ki, hücumlardan əvvəl İran hədəf alan ölkələrə "bu hərəkətlərin onların ərazi bütövlüyünə və suverenliyinə xələl gətirmədiyini" bildirib.
Dəmirçilu Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib: "Cənab Prezident səfirliyimizi ziyarət edib və xatirə kitabına xoş sözlər yazıb". O, həmçinin qeyd edib ki, İran üçün çətin anlarda Azərbaycan Prezidenti İslam Respublikası ilə həmrəylik nümayiş etdirib.
#Azərbaycan #Naxçıvan #İran #səfir #hücum

❤5🤮3
🇦🇿 Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun heyətinin təxliyəsi başa çatıb
Azərbaycanın Təbriz şəhərindəki Baş Konsulluğunun heyətinin təxliyəsi başa çatıb.
Bununla bağlı, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə məlumat verib.
Ayxan Hacızadə qeyd edib ki, Tehrandakı səfirliyin heyətinin isə böyük hissəsi təxliyə edilib. (APA)
#Azərbaycan #Təbriz #başkonsulluq #təxliyə

❤7👍2
Media is too big
VIEW IN TELEGRAM
🛑 TƏCİLİ
🇮🇷 Pezeşkian qonşu ölkələrdən üzr istədi 🗣
Bu gün İran prezidenti Məsud Pezeşkian televiziya vasitəsilə xalqına və qonşu ölkələrə müraciət edib.
O, Rəhbərlik Şurasının hücumlar olmadığı təqdirdə region ölkələrinə hücum etməmək qərarına gəldiyini açıqlayıb:
“Dünən Müvəqqəti Rəhbərlik Şurası qonşu ölkələrə hücum etməmək və həmin ölkələrdən İrana hücum olmasa, raket atmamaq barədə qərar qəbul edib. Gəlin bir-birimizlə olan bütün fikir ayrılıqlarını, narahatlıqları və inciklikləri bir kənara qoyaq".
O, çıxışında hücuma məruz qalan qonşu ölkələrdən də üzr istəyib:
"Bölgə ölkələri ilə düşmənçiliyimiz yoxdur, qonşularımızdan üzr istəyirəm. İrana qarşı hücum olmadığı təqdirdə qonşu ölkələrə heç bir hərbi müdaxilə edilməyəcək. Silahlı qüvvələrimiz ölkənin şərəfini müdafiə etmək üçün müstəqil şəkildə hərəkət edib".
Pezeşkian qonşu ölkələri “ABŞ və İsrailin oyuncağına çevrilməməyə və fikir ayrılıqlarını birgə həll etməyə çağırıb”.
#İran #Pezeşkian #qonşuölkələr #hücum #üzrxahlıq

❤3😁3🤮3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸🇮🇷 İrana hücumlar GTA oyunu vizualıyla təqdim edildi 🚀👾
Ağ Ev İran hədəflərinə endirilən zərbələr barədə diqqət çəkən bir video yayımlayıb.
Paylaşılan videoda ABŞ-nin həyata keçirdiyi hərbi əməliyyatlar “GTA: San Andreas” adlı məşhur kompüter oyununa bənzər vizual üslubda göstərilib.
Video oyun tərzi animasiyasında zərbələr, strateji hədəflərin vurulması və hərbi hərəkətlər nümayiş olunur.
#ABŞ #İran #hücumlar #GTA #oyun

😁4👍1
🇺🇸 ABŞ üçüncü təyyarədaşıyan zərbə qrupunu Yaxın Şərqə göndərir 🚢✈️
ABŞ Hərbi Dəniz Qüvvələrinin sayca üçüncü təyyarədaşıyan zərbə qrupu Yaxın Şərqə göndərilməyə hazırlaşır.
ABŞ Hərbi Dəniz İnstitutunun (USNI News) məlumatına görə, USS George H.W. Bush təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi üçüncü zərbə qrupu Yaxın Şərqə hərəkət etməyə hazırdır. Hesabatda bildirilir ki, sözügedən qrup Atlantik Okeanını keçərək İranla gərginliyin yüksək olduğu əraziyə qoşulacaq. USS George H.W. Bush təyyarədaşıyan gəmisinin göndərilməsinin tezliklə baş tutacağı gözlənilir.
Əvvəllər göndərilmiş digər gəmilər də artıq bölgədədir: USS Abraham Lincoln ABŞ-İsrail əməliyyatlarının aparıldığı ərazidə yerləşir, USS Gerald R. Ford isə hazırda Qırmızı dənizdədir. Üçüncü zərbə qrupunun qoşulması ilə ABŞ-nin Yaxın Şərqdəki hərbi qüvvələrinin sayı daha da artacaq.
#ABŞ #təyyarədaşıyan #gəmi #YaxınŞərq #İran #gərginlik

❤1👍1
🇮🇱 İsrail ordusu 🇮🇷 İran infrastrukturuna böyük zərbə endirdi 🚀
İsrail ordusu Tehranda İran infrastrukturuna daha bir genişmiqyaslı hava hücumu həyata keçirib.
İsrailin mətbuat xidmətinin açıqlamasına görə, 80-dən çox Hərbi Hava Qüvvələri (HHQ) döyüş təyyarəsi Tehranda və ölkənin digər mərkəzi ərazilərində bir neçə strateji obyektə zərbə endirib. Hücumlarda təxminən 230 sursat atıldığı bildirilir.
Hədəflər arasında aşağıdakılar yer alıb:
• SEPAH-ın Hərbi Universiteti – SEPAH üçün ehtiyat obyekt və toplanma məntəqəsi kimi istifadə olunurdu. Burada İran ordusunun normal və fövqəladə hallarda istifadə etdiyi müxtəlif obyektlər yerləşirdi;
• Raket bölməsi anbarı – İsrailə baxan bunkerləri və buraxılış qurğuları mövcud idi;
• Yeraltı ballistik raket obyektləri – Yüzlərlə İran silahlı qüvvəsinin fəaliyyət göstərdiyi, raketlərin saxlanması və istehsalına xidmət edən obyektlər. Burada rejim qüvvələri üçün bunkerlər və hərbi qərargahlar mövcuddur.
#İsrail #İran #hücum

👍11❤3
❤7👍6👏2
🇮🇷 İran raket buraxılış qurğularını mülki yük maşınları kimi maskalayır 🚀🚛
İranın ballistik raket buraxılış qurğularını mülki yük maşınları kimi maskaladığına dair yeni görüntülər yayılıb.
Yayılan fotoda məhv edilmiş belə qurğulardan biri əks olunub. Məlumata görə, sistem yürüş zamanı adi mülki yük maşını kimi görünür və bu üsul onun diqqətdən kənarda qalmasına kömək edir.
Bildirilir ki, fotoda görünən qurğu ya raketi artıq buraxıb, ya da hələ raketlə doldurulmayıb. Xaricdən baxıldıqda isə sistemin mavi rəngli adi mülki yük maşını kimi göründüyü diqqət çəkir.
#İran #raketqurğuları #hərbitexnika #kəşfiyyat #maskalama

👍6❤1🔥1👏1
🇮🇷 İranın Hörmüz boğazında mina yerləşdirmə imkanları diqqət çəkir 💣
İranın Hörmüz boğazında mina maneələri qurmaq üçün istifadə edə biləcəyi müxtəlif hərbi imkanlar diqqət çəkir.
Məlumata görə, İran yalnız klassik üsulla yerləşdirilən ənənəvi dəniz minaları ilə kifayətlənmir. Bununla yanaşı, hədəf bölgəsinə raket vasitəsilə çatdırılan mina variantı da mövcuddur. Bu sistemdə “Fəcr-5” uzaqmənzilli yaylım atəşli reaktiv sisteminin 333 millimetrlik reaktiv mərmisindən istifadə edilərək dəniz minaları müəyyən ərazilərə göndərilə bilir.
Bu taktika 2025-ci ilin yanvarında İranın SEPAH qüvvələri tərəfindən keçirilən “Böyük Peyğəmbər-19” hərbi təlimləri zamanı nümayiş etdirilib. Təlim çərçivəsində minaların müxtəlif üsullarla yerləşdirilməsi və strateji su yollarının bloklanması ssenariləri sınaqdan keçirilib.
#İran #Hörmüzboğazı #SEPAH #dənizminaları #hərbitaktika

🔥1