🇮🇷 İranın müxtəlif şəhərlərində güclü partlayışlar baş verib 💥💣
Gecə yarısı və səhər saatlarında Tehranın şərqində və mərkəzində çox güclü partlayışlar olub.
Digər məlumatlara görə, İsfahan, Paveh və Kermanşah şəhərlərində də genişmiqyaslı partlayışlar baş verib.
انفجارهای مهیب در مرکز تهران و همچنین در سایر شهرهای ایران
#İran #partlayışlar
Kanala abunə olun

🔥4👍3
🇬🇧 Londonda 🇮🇷 İran kəşfiyyat xidmətinə kömək etməkdə şübhəli bilinən dörd nəfər həbs edilib
London Metropoliten Polisi, İranla əlaqəli "terrorizmə qarşı" əməliyyat zamanı Britaniya paytaxtında dörd nəfərin həbs olunduğunu açıqladı.
Polis bildirib ki, bir İran vətəndaşı və üç Britaniya-İran ikili vətəndaşlığı olan şəxs xarici kəşfiyyat xidmətinə kömək etməkdə şübhəli bilinərək həbs edilib.
Həbs hakimiyyət orqanlarının Londondakı yəhudi icması ilə əlaqəli yerlərin və insanların izlənildiyi ilə bağlı şübhələri əsasında baş tutub. (İranianuk)
#London #İran #həbs

👍9🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇱 İsrail 🇮🇷 İran üzərində uçan pilotların görüntülərini yaydı 👨✈️
İsrail ordusu İran ərazisi üzərində uçuş həyata keçirən Hərbi Hava Qüvvələrinin pilotlarının görüntülərini yayımlayıb.
Kadrlarda pilotların döyüş təyyarələrində müşahidə görüntüləri yer alır.
انتشار تصاویر خلبانان اسرائیلی در حال پرواز بر فراز آسمان ایران
#İsrail #İran #aviasiya #müharibə

😁5❤3👍2
🇺🇸 ABŞ: “Trampa qarşı sui-qəsd planında 🇮🇷 İranın rolu araşdırılır” 👨⚖️
ABŞ Ədliyyə Nazirliyi son iki ildə Donald Trampa və digər tanınmış Amerika siyasətçilərinə qarşı sui-qəsd planı hazırlamaqda ittiham olunan Pakistan vətəndaşı barədə məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, Asif Mərçənt adlı şəxs İran hakimiyyətinin göstərişi ilə ABŞ-də bir sıra siyasətçilərə qarşı sui-qəsd planı hazırlamaqda və bu planı həyata keçirmək üçün insanları işə götürməyə çalışmaqda ittiham olunur.
Məlumata görə, 2024-cü ildə planlaşdırılan hücumun hədəfləri arasında Donald Tramp, o dövrdə ölkə prezidenti olan Co Bayden və Respublikaçılar Partiyasının ilkin seçkilərində Trampın rəqibi olan Nikki Heyli də yer alıb.
İstintaq materiallarında qeyd olunur ki, planın məqsədi 2020-ci ildə öldürülən İran generalı Qasım Süleymaninin qisasını almaq olub. (Independent Persian)
#ABŞ #Tramp #İran #suiqəsd #plan

👏7❤2🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İran 🇮🇶 Bəsrədə enerji infrastrukturunu hədəf aldı 🚀💥🔥
Dünən İranın pilotsuz uçuş aparatları İraqın Bəsrə bölgəsində yerləşən enerji infrastrukturuna zərbələr endirib.
Məlumata görə, hücumlar Bəsrə vilayətində yerləşən bir neçə strateji obyektə yönəlib.
Hədəflər arasında Baker Hughes beynəlxalq enerji xidmətləri şirkətinin obyektləri, regionun ən böyük neft yataqlarından biri olan Rumeyla neft yatağı, eləcə də Bəsrə beynəlxalq hava limanı yer alıb.
حمله پهپادی ایران به زیرساختهای انرژی در بصره عراق
#İran #İraq #Bəsrə #hücum

🤬5
🇮🇷 İran XİN: “🇺🇸 ABŞ zərbələri ərəb ölkələrindən həyata keçirilir” 🚀
Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ-nin bölgədəki hərbi əməliyyatları ilə bağlı sərt açıqlama verib.
Əraqçı, “X” hesabında paylaşım edərək bildirib ki, ABŞ-nin İrana qarşı həyata keçirdiyi zərbələr ərəb ölkələrinin ərazilərindən təşkil olunur.
“İran və ərəb qardaşları əsrlər boyu sevgi, dostluq və qarşılıqlı hörmət ruhunda yan-yana yaşayıblar. Amerikalı təcavüzkarlar ərəb dostlarımızdan uşaqları və günahsızları hədəf almaq üçün hücuma keçirlər. İranın cavabı qaçılmaz olaraq ABŞ-nin və onun qurumlarının bazalarına yönələcək”, - deyə, nazir vurğulayıb.
#İran #XİN #ABŞ #ərəbölkələri #hücun

🤬3🤮3❤2👍1
🇮🇷 İranda zəlzələ olub 🆘
Bu gün Hörmüzqan əyalətinin Bəndər-e Xəmir şəhərində Rixter cədvəli üzrə 4,2 bal gücündə zəlzələ baş verib.
Məlumata görə, 06:48-də meydana gələn zəlzələnin ocağı 15 kilometr dərinlikdə qeydə alınıb.
Hazırda yeraltı təkanlar nəticəsində dağıntıların və insan itkisinin olub-olmaması bəlli deyil. (Shahraranews)
زلزلهای به بزرگی ۴.۲ ریشتر، بامداد امروز بندر خمیر در استان هرمزگان را لرزاند.
#İran #Hörmüzqan #zəlzələ

👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇱 İsrail 🇮🇷 İranda hərbi obyektə zərbə endirdi 🚀🔥
ABŞ və İsrailin İran ərazisindəki hərbi hədəflərə qarşı əməliyyatlarının davam etdiyi bir vaxtda Tehranın Mehrabad qırıcı bazasında baş verən yanğını göstərən video yayılıb.
Sosial şəbəkələrdə yayılan kadrlarda Tehranda yerləşən Mehrabad hava bazasının ərazisində bir təyyarənin alov içində qaldığı görünür.
Görüntülərdə güclü partlayışdan sonra qalxan qalın tüstü və yanğın diqqət çəkir. (Independent Persian)
#İsrail #İran #Tehran #Mehrabad #havabazası #hərbiəməliyyat

👍8
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 CENTCOM: “🇮🇷 İrana qarşı əməliyyatın ilk həftəsində minlərlə hədəf vurulub”
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı həyata keçirilən hərbi əməliyyatların ilk həftəsi ilə bağlı məlumat yayıb.
Komandanlığın açıqlamasına görə, əməliyyatın ilk yeddi günü ərzində ABŞ qüvvələri İran ərazisində 3000-dən çox hərbi hədəfə zərbə endirib. Hücumlar əsasən İranın hərbi infrastrukturu, raket obyektləri və dəniz qüvvələrinə qarşı yönəlib.
Məlumata əsasən, zərbələr nəticəsində 43 İran hərbi gəmisi, o cümlədən hücum dronları daşıyan bir gəmi zədələnib və ya məhv edilib.
Əməliyyatda ABŞ Hərbi Hava Qüvvələrinin çox sayda taktiki döyüş təyyarələri ilə yanaşı, B-2A Spirit, B-52H Stratofortress və B-1B Lancer kimi strateji bombardmançıları da iştirak edib. Bu təyyarələr İranın ən yaxşı qorunan ballistik raket saxlama və istehsal obyektlərinə zərbələr endirib.
#ABŞ #CENTCOM #İran #hücum

❤7🔥3
Hizbullah: “🇮🇱 İsrail 🇱🇧 Livanın şərqində əməliyyat keçirməyə cəhd edib”
Hizbullah Livanın şərqində İsrail qüvvələrinin gecə saatlarında helikopterlərlə hərbi əməliyyat keçirməyə cəhd etdiyini bildirib.
Qruplaşmanın açıqlamasına görə, İsrail Müdafiə Qüvvələrinə (İDF) məxsus dörd helikopter Suriya istiqamətindən Livan ərazisinə daxil olub. Helikopterlərin Bekaa vadisində yerləşən Nəbi Şit bölgəsinə xüsusi təyinatlı qüvvələr endirdiyi iddia edilir.
Hizbullahın məlumatına görə, eniş edən İsrail qüvvələri qruplaşmanın döyüşçüləri ilə qarşılaşıb və nəticədə tərəflər arasında toqquşma baş verib.
Açıqlamada bildirilir ki, əməliyyat zamanı İsrail hərbi təyyarələri bölgəyə ağır hava zərbələri endirib.
#İsrail #Livan #Hizbullah #hücum

👍4🔥1
🇮🇷 Pezeşkian 🇦🇿 Azərbaycana hücum xəbərlərini şayiə adlandırdı 🤔
Dünən İran prezidenti Məsud Pezeşkian İslam Respublikasının Azərbaycana hücumu barədə xəbərləri "şayiələr" adlandırıb.
O, bu açıqlamanı rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı verib.
"İran qonşularına hücum etməyi planlaşdırmayıb və planlaşdırmır. Biz yalnız öz ərazi bütövlüyümüzü müdafiə etməyə çalışırıq", - deyə prezident qeyd edib.
O, habelə, Putindən beynəlxalq arenada Tehranın "qanuni hüquqlarını" dəstəkləməsini istəyib. (President.ir)
#İran #Pezeşkian #prezident #Azərbaycan #hücum

🤮9
Azad İran
🇮🇷 İranın səfiri: “🇦🇿 Naxçıvana dron hücumu ilə bağlı müxtəlif nəzəriyyələr mövcuddur” İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu Naxçıvana dron hücumu ilə bağlı yayılan xəbərləri şərh edib və məsələyə müxtəlif nəzəriyyələrin mövcud olduğunu bildirib.…
Diplomat “Baku TV”yə müsahibəsində bildirib ki, "İran və Azərbaycan bu məsələni həll etməli, detalları dəqiqləşdirməli və vəziyyəti həll etməlidirlər". O, iki ölkə arasında bu cür problemlərin yaranmasını qəbuledilməz adlandırıb.
Səfir vurğulayıb ki, İran son 30 ildə Naxçıvana qarşı heç bir düşmənçilik nümayiş etdirməyib. İranın Naxçıvanı səhvən vurması halında məsuliyyət daşıyanların mümkün cəzalandırılması ilə bağlı suala cavab olaraq diplomat İranın rəsmi olaraq hücumu təkzib etdiyini təkrarlayıb. O bildirib ki, hücumdan dərhal sonra İranın xarici işlər naziri Əraqçi ilə əlaqə saxlayıb və ilkin məlumat alıb.
Müsahibə zamanı jurnalist səfirə Azərbaycan ictimaiyyətinin Naxçıvana hücumun səbəbi ilə maraqlandığını xatırladıb və “Arash” tipli dronların qısa mənzilli hücumlar üçün daha təsirli olduğunu və Azərbaycana İran ərazisindən daxil olduğunu qeyd edib. Səfir hərbçi olmadığını vurğulayaraq, hərbi və ya texniki məsələlər barədə şərh verməkdən çəkindi: "Mənim missiyam fərqlidir: iki ölkə arasında problemlər yarandıqda, onları mümkün qədər tez həll etməyə çalışıram. Arash-dan bəhs edirsiniz, amma Azərbaycan tərəfindən aldığım məlumata görə, söhbət “Shahed” tipli dronlardan gedir", - deyə o qeyd etdi. O, həmçinin bildirib ki, hücumlardan əvvəl İran hədəf alan ölkələrə "bu hərəkətlərin onların ərazi bütövlüyünə və suverenliyinə xələl gətirmədiyini" bildirib.
Dəmirçilu Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib: "Cənab Prezident səfirliyimizi ziyarət edib və xatirə kitabına xoş sözlər yazıb". O, həmçinin qeyd edib ki, İran üçün çətin anlarda Azərbaycan Prezidenti İslam Respublikası ilə həmrəylik nümayiş etdirib.
#Azərbaycan #Naxçıvan #İran #səfir #hücum

❤5🤮3