Azad İran
5.89K subscribers
35.4K photos
21.8K videos
15 files
9.41K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿 Naxçıvan aeroprotuna düşən dronun qalıqları 📹

Bu gün İranın Naxçıvan hava limanına hücumundan sonra pilotsuz uçuş aparatının qalıqlarının görüntüləri paylaşılıb.

بقایای پهپاد ایرانی که در فرودگاه نخجوان سقوط کرد

#Naxçıvan #havalimanı #İran #dron #hücum

Kanala abunə olun
🤬12👎1
🇦🇿 Naxçıvan aeroportunun uçuş-eniş zolağına zərər dəyib 🛫

Bu gün İranın Naxçıvan aeroportuna dron zərbələri nəticəsində uçuş-eniş zolağına da zərər dəyib.

Dronun qalıqları hava limanının uçuş-eniş zolağına düşüb, bir neçə yerdə asfalt örtüyü zədələyib.

Hadisə yerinə prokurorluq əməkdaşları cəlb olunub, araşdırma aparılır.

Qeyd edək ki, İran bu gün dronla Naxçıvana zərbələr endirib. Dronlardan biri aeroportun terminalına, daha bir neçə dron isə digər yerlərə düşüb.

#İran #Naxçıvan #havalimanı #hücum

Kanala abunə olun
🤬102👎1😢1
🚨 YENİ GÖRÜNTÜLƏR 📹

🇮🇷🇦🇿 İran dronu məktəbin yaxınlığına belə düşüb ✈️💥🔥

Bu gün İranın Naxçıvanı hədəfə alaraq atdığı kamikadze dronu orta məktəbin yaxınlığına düşüb.

Dronun düşməsi nəticəsində məktəblilərin təşviş içində olduqları görünür.

#İran #Naxçıvan #məktəb #dron #hücum

Kanala abunə olun
🤬111👎1
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 İran 🇦🇿 Naxçıvana dron hücumunu təkzib etdi 🤬

Bu gün İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi Naxçıvan beynəlxalq hava limanı yaxınlığına dron hücumunda Tehranın iştirakını iştirakını təkzib edib.

Diplomat bununla bağlı, AnewZ telekanalına müsahibəsində "İran qonşu ölkələrə zərbə endirmir. Bu hadisə hərtərəfli araşdırma tələb edir", - deyə, bildirib.

O, İslam Respublikasının müdafiə strategiyasının seçici olduğunu vurğulayıb. Onun sözlərinə görə, yalnız İranın düşmənlərinə hərbi bazaların yerləşdirilməsi üçün öz ərazilərini təmin edən ölkələr zərbələrə məruz qala bilərlər.

#İran #XİN #Azərbaycan #Naxçıvan #hücum #təkzib

Kanala abunə olun
🤮13🤬6👍42😁2👎1
SON DƏQİQƏ 🚨

🇮🇷 SEPAH-ın ikiüzlü siyasəti: “🇦🇿 Naxçıvana hücum Bakıya xəbərdarlıq idi”


Bu gün Naxçıvan hava limanına İran tərəfindən dron zərbəsi endirilməsindən sonra SEPAH (İslam İnqilabının Keşikçiləri Korpusu) öz “Telegram” kanalında Naxçıvana hücumun məqsədli olduğunu etiraf edib.

Daha öncə təkzib, indi isə SEPAH Azərbaycana qarşı əsassız ittiham irəli sürüb:

“Naxçıvan hava limanına – xüsusilə də "sionist rejim" və ABŞ zabitlərinin ölkəmizin infrastrukturuna hücumları planlaşdırdığı və idarə etdiyi hissəyə – hücum həyata keçirən PUA “Arash-2” dronu olub və həmin məntəqə darmadağın edilib. Düşmən bunu özü görür və bilməlidir ki, İran heç kimlə nə zarafat edir, nə də güzəştə gedir. Bu qurğu 120 kiloqramlıq döyüş başlığına və çox yüksək məhvetmə gücünə malikdir və ordunun quru qoşunları tərəfindən istifadə olunur. Bu isə Bakının "muzdlu" və "xəyanətkar rejimin"ə verilən sadəcə bir xəbərdarlıq zərbəsi idi”.

#İran #SEPAH #bəyanat #Naxçıvan #dron #hücum #Azərbaycan #xəbərdarlıq
🤬242🤮2
Azad İran pinned a photo
🇮🇷 İranın 🇦🇿 Naxçıvana hücumları nəticəsində yaralananların sayı artmaqdadır 😢

Bu gün İranın Naxçıvan hava limanına dron hücumları nəticəsində xəsarət alanların sayı 4 nəfərə çatıb.

Məlumata görə, iki nəfər barotravma, digər iki şəxs isə küt travma alıb.

Bildirilib ki, hazırda yaralıların vəziyyəti stabildir və lazımi tibbi yardım göstərilir. (APA)

افزایش تعداد مجروحان براثر حملات پهپادی ایران به نخجوان به 4 نفر

#İran #Naxçıvan #dron #hücum #yaralılar

Kanala abunə olun
😢11👎1
🇮🇷 İran SQ 🇦🇿 Naxçıvana dron hücumunu inkar edir 🤮

SEPAH-a bağlı “Tasnim News” agentliyi xəbər verir ki, bu gün İran Silahlı Qüvvələrinin Baş Qərargahı Tehranın Naxçıvana qarşı pilotsuz uçuş aparatı (PUA) ilə hücumlarında iştirakını yalanlayıb.

Açıqlamada bildirilir ki, “İran "bütün ölkələrin, xüsusən də müsəlman ölkələrinin və qonşu ölkələrin suverenliyinə hörmətlə yanaşır”.

“Saxta «sionist rejimin» müsəlman ölkələri arasında münasibətləri müxtəlif yollarla pozmaq üçün bu cür addımlara əl atması misli görünməmişdir və aparılan araşdırmalara görə, həmin rejim tərəfindən İranı ittiham etmək üçün belə bir yola əl atılıb”, - deyə, İran SQ iddia edib.

#İran #SilahlıQüvvələr #Azərbaycan #Naxçıvan #hücum #inkar

Kanala abunə olun
🤮9👎32👍1
🇮🇷 İranda 12 min nəfərlik idman stadionu vuruldu 🚀

Tehranda yerləşən və təxminən 12 min tamaşaçı tutumuna malik stadion hücum nəticəsində zərər görüb. Hadisədən sonra İranın hökumətə bağlı ISNA agentliyi stadionun zərbədən sonrakı görüntülərini yayımlayaraq bunu “ABŞ və İsrailin hücumlarının nəticəsi” kimi təqdim edib.

Digər tərəfdən, Iran International telekanalı fərqli açıqlama ilə çıxış edib. Kanalın məlumatına görə, İran hakimiyyəti ölkədəki bəzi stadion və idman komplekslərindən hərbi və təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi üçün istifadə edir.

Mənbələrin bildirdiyinə görə, hücumun əsas hədəfi stadionun yaxınlığında yerləşən İran ordusunun xüsusi təyinatlı qüvvələr bölməsinin bazası olub.

#İsrail #ABŞ #İran #Tehran #stadion #hücum

Kanala abunə olun
6👍3👏2🔥1
🛑 SON DƏQİQƏ

🇦🇿 Azərbaycan Prezidenti: “🇮🇷 İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədilmişdir” ❗️

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.

İclas zamanı İranın Naxçıvana hücumları müzakirə edilib. Prezident bildirib ki, İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədilmişdir.

“Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir. Biz Azərbaycana qarşı törədilmiş bu əsassız terror aktı ilə barışmayacağıq. Birinci dəfə deyil ki, İran dövləti Azərbaycana və azərbaycanlılara qarşı terror aktları həyata keçirir. Azərbaycan İrana qarşı olan əməliyyatlarda iştirak etmir və etməyəcək”, - deyə, dövlət başçısı vurğulayıb.

#Azərbaycan #Prezident #İran #terroraktı

Kanala abunə olun
👍183
Azad İran pinned a photo
🇦🇿🇮🇷 Azərbaycan Prezidenti: “Bu ləkə onların çirkin simasından heç vaxt silinməyəcək”

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında İranı sərt tənqid edib.

Naxçıvana hücumların ardından keçirilən iclasda Azərbaycan Prezidenti deyib:

“Bu gün səhər mənə məlumat verildi ki, İranın xarici işlər nazirinin müavini Bakıya zəng edir, xahiş edir ki, İran səfirliyinin Livanda qalmış əməkdaşlarının təxliyəsinə Azərbaycan kömək etsin. Çünki onların imkanı yoxdur. Mənə məruzə edildi. Mən dərhal göstəriş verdim ki, kömək göstərin, təyyarə göndərin. Hətta onlar dedilər ki, biz bunun pulunu da verməyə hazırıq. Dedim ki, lazım deyil, indi dar gündə biz kömək göstərməsək, bəs nə vaxt kömək göstərməliyik? Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək?! Bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək”.

#Azərbaycan #Prezident #İran #tənqid

Kanala abunə olun
11👍3
🇦🇿 Azərbaycan Prezidenti: “Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib...”

"Bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev keçirdiyi Təhlükəsizlik Şurasının iclasında bildirib.

“Diplomatik yollarla bütün lazımi tədbirlər görüləcək. Bizim Silahlı Qüvvələrimiz - Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar. Hələlik bu qədər.

Biz Azərbaycan xalqını proseslərin gedişatı ilə əlaqədar məlumatlandıracağıq. Müdafiə Nazirliyinin açıqlaması artıq mətbuatda dərc edilib. Azərbaycan xalqı əmin olmalıdır ki, istənilən bəd qüvvə onlara qarşı bizim “Dəmir yumruğ”umuzu görəcək”,
- deyə dövlət başçısı qeyd edib.

#Azərbaycan #Prezident #İran #xəbərdarlıq

Kanala abunə olun
16👍3🤮1
🇦🇿 Naxçıvanda mülki infrastruktura dron hücumu ilə bağlı cinayət işi başlanıb 👨‍⚖️

Naxçıvanda mülki infrastruktura dron hücumu ilə bağlı Azərbaycan Cinayət Məcəlləsinin 4 maddəsi üzrə cinayət işi başlanıb.

Bundan əlavə, bu günə planlaşdırılan Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bütün uçuşlar ləğv edilib.

AZAL Türkiyənin İğdır şəhəri üzərindən Naxçıvana və Naxçıvandan sərnişin reysləri həyata keçirməyə davam edəcək.

#Azərbaycan #Naxçıvan #İran #hücum #cinayətişi

Kanala abunə olun
6👍2
🇦🇿 Azərbaycan və 🇹🇷 Türkiyə XİN başçıları 🇮🇷 İranın dron hücumlarını müzakirə edib

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı aparılıb.

XİN başçıları İranın Azərbaycana dron hücumlarını müzakirə edib. (APA)

#Azərbaycan #Türkiyə #XİN #İran #dron #hücum

Kanala abunə olun
10👍2😁1
🇦🇿 Azərbaycanın hava məkanı bağlanıb ✈️🚫

Bu gün Azərbaycanın hava məkanının cənub istiqamətində bağlandığı açıqlanıb.

Bu addımın İranın Naxçıvana dron zərbəsindən sonra atıldığı bildirilib.

#Azərbaycan #havaməkanı #İran #hücum

Kanala abunə olun
8👍1
🛑 Təbrizdə 🇮🇷 SEPAH bazasına hücum edilib 🔥

Bu gün ABŞ və İsrail hərbi hava qüvvələri SEPAH-ın Təbrizdə yerləşən Aşura Diviziyasının qərargahınına hava zərbələri endiriblər.

Hələlik hücum nəticəsində ölən və yaralananların sayı ilə bağlı açıqlama verilməyib.

#Təbriz #SEPAH #baza #hücum

Kanala abunə olun
👍214🔥4👎1