Azad İran
5.89K subscribers
35.4K photos
21.8K videos
15 files
9.41K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇮🇷 Xameneyinin müşaviri: “🇮🇱 Netanyahunun yerini bilirik” 🤔

İranın keçmiş ali rəhbəri Əli Xameneyinin müşaviri olmuş general Yəhya Rəhim Səfəvi bildirib ki, İran düşmənlərin hədəfləri barədə tam məlumata malikdir və istənilən ssenariyə hazırdır.

Səfəvi deyib ki, son zərbələr zamanı hədəfə alınan obyektlər əvvəlcədən boşaldılıb. Onun sözlərinə görə, raket mərkəzləri əvvəlcədən təxliyə edildiyi üçün zərbələr boş binalara dəyib və həmin obyektlər hərbçilər, SEPAH və ya Bəsic qüvvələri tərəfindən istifadə olunmayıb.

Keçmiş müşavir vurğulayıb ki, İran kəşfiyyat xidmətləri ölkə ətrafındakı vəziyyəti daim izləyir, ABŞ və İsrailə məxsus hədəflər barədə geniş kəşfiyyat məlumatlarına sahibdir.

O, əlavə edib ki, məlumat bazası mütəmadi yenilənir və İsrailin baş naziri Benyamin Netanyahunun görüşlərinin keçirildiyi yerlər də İrana məlumdur. (ISNA)

#İran #müşavir #İsrail #Netanyahu #məlumat

Kanala abunə olun
😁8🤮32
🇮🇷 İran 🇦🇪 BƏƏ-də neft obyektini hədəfə alıb 🛢️🏭🚀

Bu gün Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) şərqində yerləşən Fuceyra Neft Sənayesi Zonası raket zərbələrinə məruz qalıb.

Məlumatlara görə, hücumun İran tərəfindən həyata keçirildiyi bildirilib. Hadisə nəticəsində bölgədə güclü partlayış səsləri eşidilib və ərazidə qatı tüstü müşahidə edilib.

Hələlik rəsmi qurumlar tərəfindən hücumun miqyası, mümkün zərər və itkilərlə bağlı açıqlama verilməyib.

حمله موشکی ایران به منطقه نفتی فجیره

#İran #BƏƏ #neftobyekti #hücum

Kanala abunə olun
👎21
🇰🇼 Küveyt 🇮🇷 İranın 🇺🇸 ABŞ səfirliyinə hücumunu pisləyib ❗️

Bu gün Küveyt Xarici İşlər Nazirliyi İranın ABŞ-nin Küveytdəki səfirliyinə hücumunu qəti şəkildə pisləyib və bunu beynəlxalq hüququn kobud pozulması adlandırıb.

Nazirliyin açıqlamasında vurğulanıb ki, Küveyt öz təhlükəsizliyini, ərazisini, vətəndaşlarını və orada yaşayanları qorumaq üçün bütün zəruri tədbirləri görmək hüququna malikdir.

Dünən AFP agentliyi xəbər verib ki, ABŞ-nin Küveytdəki səfirliyi İranın dron hücumuna məruz qalıb. Hadisədən sonra ABŞ səfirliyi növbəti xəbərdarlığa qədər müvəqqəti bağlanıb.

وزارت امور خارجه کویت حمله به سفارت آمریکا را به طور قاطع محکوم کرد

#Küveyt #İran #ABŞ #səfirlik #hücum

Kanala abunə olun
👍51
🚨 TƏCİLİ

🇮🇷 İranın yeni müdafiə nazirinin öldürüldüyü iddia edilir 😱🔥

Bu gün İranın yeni müdafiə naziri Məcid bin ər-Rza öldürülüb. Bununla bağlı, İsrailin “Channel 12” telekanalı məlumat yayıb.

Xatırladaq ki, dünən general Məcid bin ər-Rza İranın müdafiə nazirinin vəzifələrinin müvəqqəti icra edicisi təyin olunmuşdu.

کانال ۱۲ اسرائیل گفته است وزیر دفاع جدید یک روز پس از انتصاب کشته شد. مجید ابن الرضا روز گذشته پس از کشته شدن وزیر دفاع پیشین جمهوری اسلامی در این مقام منتصب شده بود.

#İran #müdafiənaziri #ölüm

Kanala abunə olun
👏5😁43👍2
🇮🇷 İran yenidən 🇮🇶 İraqa hücum edib 🚀🔥

Bu gün SEPAH yenidən İraqın şimalında İran kürd müxalif qruplarına qarşı pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirib.

Məlumatlara görə, Ərbil və Süleymaniyyə yaxınlığındakı bazalar hədəfə alınıb.

Hücumun nəticələri, itkilər və zərərin miqyası barədə rəsmi açıqlama hələ verilməyib.

حمله سپاه به گروه‌های مخالف کرد ایرانی در شمال عراق

#İran #SEPAH #İraq #müxalifqruplar #hücum

Kanala abunə olun
👎32
🇮🇷 İran səfiri 🇩🇪 Almaniya XİN-ə çağırılıb 🗣️

Bu gün İranın Almaniyadəki səfiri bölgədəki gərginliklər səbəbindən Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb.

Nazirliyin açıqlamasında bildirilib ki, Almaniya İran rejimini dərhal bölgədəki dövlətlərə qarşı amansız hücumlarını dayandırmağa çağırıb. Hücumlar mülki hədəfləri, qoşunları və bölgədəki müttəfiqləri təhdid edir.

Açıqlamada, habelə, vurğulanıb ki, İranın raket və pilotsuz uçuş aparatları (PUA) ilə etdiyi hücumlar qəbuledilməzdir.

احضار سفیر ایران در آلمان به وزارت خارجه

#İran #səfir #Almaniya #XİN #çağırış #etiraz

Kanala abunə olun
👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 Şiraza hücum edilib 🚀💥

Bu gün Şiraz şəhərində güclü partlayış olub. Hadisənin 🇮🇱 İsrailin hava zərbələri nəticəsində baş verdiyi bildirilib.

حمله هوایی اسرائیل به شیراز؛ انفجار شدید در شهر

#İran #Şiraz #İsrail #hücum #partlayış

Kanala abunə olun
👍42
🇺🇸 Tramp: “🇮🇷 İranla danışıqlar aparmaq üçün artıq çox gecdir” ❗️

Bu gün ABŞ prezidenti Donald Tramp özünün “Truth Social” platformasında İranla bağlı paylaşım edərək yazıb:

"Onların hava hücumundan müdafiə sistemləri, hava qüvvələri, donanması və rəhbərliyi məhv olub, onlar danışmaq istəyirlər, ancaq artıq çox gecdir".

#ABŞ #Tramp #İran #danışıqlar

Kanala abunə olun
👍10🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇱 Mossad: “🇮🇷 İran xalqı gələcək liderini seçəcək”

Bu gün İsrailin “Mossad” kəşfiyyat xidməti fars dilində yayımlanan “Telegram” kanalında video paylaşıb.

Videoda, İranın ali rəhbər vəzifəsi üçün nəzərdə tutulan şəxslərin təsvirləri domino daşları üzərində göstərilib və daşlar ardıcıl olaraq yıxılır. Videonun sonunda isə belə ifadə yer alıb:

"Bu gün kimin seçilməsinin fərqi yoxdur; onların taleyi artıq həll olunub. Yalnız İran xalqı gələcək liderini seçəcək”.

مهم نیست  امروز چه کسی انتخاب میشود سرنوشت  او قلم زده شده، تنها ملت ایران راهبر آتی خود را انتخاب خواهند کرد

#İsrail #Mossad #İran #alirəhbər

Kanala abunə olun
👍144🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 ABŞ-🇮🇱 İsrail hücumları 🇮🇷 İranda məscidi yararsız hala saldı 🚀🕌💥

Bu gün sosial mediada paylaşılan görüntülərdə Tehranın Culfa məhəlləsindəki İmam Əli məscidinin dağıldığı göstərilir.

Məlumata görə, məscid ABŞ-İsrail hücumları nəticəsində yararsız vəziyyətə düşüb.

ویرانه به جا مانده از مسجد امام علی در تهران

#ABŞ #İsrail #İran #Tehran #məscid #hücum

Kanala abunə olun
🤬7🔥6👍2👏1😱1
🚨 SON DƏQİQƏ

🇮🇷 Xameneyinin oğlu sağdır 👳‍♂️


İranın keçmiş ali rəhbəri Əli Xameneyinin oğlu Müctəba Xameneyi sağdır.

Bununla bağlı, “Mehr News” agentliyi məlumat yayıb.

56 yaşlı Müctəba Xameneyi ilə bağlı paylaşılan açıqlamada yazılıb:

“İsrail mediasının yaydığı şayiələrə baxmayaraq, Müctəba Xameneyi sağdır və hazırda şəhid ailəsinin problemləri ilə məşğul olur. Eyni zamanda, ölkənin vacib məsələlərini müzakirə edərək nəzərdən keçirir”.

Xatırladaq ki, daha öncə Müctəba Xameneyinin İsrailin hücumları zamanı öldürüldüyü açıqlanmışdı.

#İran #MüctəbaXameneyi

Kanala abunə olun
😁54👎4
🇮🇷 İranın Ekspertlər Şurasının binası raket hücumu nəticəsində dağıdılıb 🚀💥

Tasnim News xəbər verir ki, İranın ali liderini seçən qurum olaraq Qumdakı Ekspertlər Şurasının (Xobreqan) ofisi 🇮🇱 İsrail və 🇺🇸 ABŞ-nin raket hücumuna məruz qalıb.

İlkin məlumatlara görə, bina demək olar ki, tamamilə dağılıb və hücumun nəticələrinin videoları sosial mediada geniş yayılıb.

#İran #Xobreqan #EkspertlərŞurası #İsrail #rakethücumu #dağıntılar

Kanala abunə olun
👍53🔥2
🇶🇦 Qətər Hərbi Hava Qüvvələri 🇮🇷 İrana hücum edib 🚀🔥

Bu haqda 🇮🇱 İsrailin 12-ci kanalı məlumat yayıb.

Əməliyyat 🇦🇪 BƏƏ və 🇸🇦 Səudiyyə Ərəbistanının da daxil olduğu Qərb texnologiyasından istifadə edən Ərəb Körfəzi Hərbi Hava Qüvvələrinin yeni yaranan koalisiyasının bir hissəsidir.

#Qətər #İran #hücum

Kanala abunə olun
6👍2👏2🔥1
Azad İran
Video
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇱 İsrailin 🇮🇷 İranın ali rəhbərini seçən Ekspertlər Məclisinə zərbə endirdiyi binadan görüntülər 🚀💥

ساختمان مجلس خبرگان در قم مورد اصابت پرتابه اسرائیل-آمریکایی قرار گرفت

#İran #EkspertlərMəclisi #İsrail #ABŞ #raket #hücum

Kanala abunə olun
👍52🔥2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚨 TƏCİLİ

🇺🇸 ABŞ və 🇮🇱 İsrail 🇮🇷 Tehranın Mehrabad hava limanına hücum edib
🛩🚀💥🔥

Şahidlərin sözlərinə görə, bir sərnişin təyyarəsi məhv edilib.

حملات اسرائیل به مهراباد تهران

#ABŞ #İsrail #Tehran #Mehrabad #havalimanı

Kanala abunə olun
👍5🔥31👏1