Azad İran
5.91K subscribers
35.2K photos
21.7K videos
15 files
9.41K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İranın Şahid-136 dronu 🇮🇶 İraqın Ərbil şəhərindəki 🇺🇸 ABŞ hərbi bazasına zərbə endirib 🚀💥

Hadisə yerində silsilə partlayışlar və güclü yanğın müşahidə olunur.

حمله پهپاد شاهد-۱۳۶ ایران به پایگاه آمریکایی‌در اربیل عراق

#İran #ABŞ #İraq #Ərbil #Şahed136 #hücum #partlayış

Kanala abunə olun
1🔥1
TƏCİLİ 🚨

🇦🇪 BƏƏ 🇮🇷 Tehrandakı səfirliyini bağlayır və səfirini geri çağırır 🔥

BƏƏ hakimiyyəti Tehrandakı səfirliyinin bağlandığını və səfirin bütün diplomatik heyəti ilə birlikdə İrandan geri çağırıldığını elan edib.
Bu barədə BƏƏ Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Nazirliyin bəyanatında qeyd olunur ki, bu addım mülki şəxsləri təhlükəyə atan, təhlükəli və məsuliyyətsiz eskalasiya təşkil edən ölkə ərazisinə "kobud İran hücumlarına" cavab olaraq atılıb.

#BƏƏ #İran #hücum #səfirlik #cavab #reaksiya #etiraz

Kanala abunə olun
👍31
🇹🇷 Ərdoğan 🇮🇷 Xameneyinin ölümü ilə bağlı İrana başsağlığı verdi

"Dünən baş verən hücumlarda İranın ali rəhbəri Ayətullah Əli Xameneyinin həlak olması xəbərini dərin kədər hissi ilə eşitdim", - deyə, Rəcəb Tayyib Ərdoğan bildirib.

"Hörmətli Xameneiyə Allah-Təaladan rəhmət diləyirəm və qardaş İran xalqına başsağlığı verirəm.
Ölkəm və xalqım adından başsağlığı verirəm. İran xalqı ilə birlikdə Türkiyədə bölgədəki bütün dost və qardaşlarımızın layiq olduqları sülh və sabitliyi bərpa etməsi, bölgəmizi bürüyən münaqişənin bitməsi və diplomatiyaya qayıtmağımız üçün səylərimizi qətiyyətlə davam etdirəcəyik"
, - deyə Türkiyə prezidenti yazıb.

#Türkiyə #Ərdoğan #başsağlığı #İran #Xameneyi

Kanala abunə olun
🤮43👍1👎1
🇺🇸 ABŞ-🇮🇱 İsrail hava hücumunda həlak olan ali rəhbər Əli 🇮🇷 Xameneyinin 14 aylıq nəvəsi Zəhra Məhəmmədi Qolpayeqaninin fotosu 😢🪽

#İran #Xameneyi #nəvə

Kanala abunə olun
🤬84🔥2🤔2
🇮🇱 İsrail ordusu 🇮🇷 İran rejiminin hərbi qərargahına hücum etdi 🚀

Tehran üzərində hava üstünlüyü əldə etdikdən sonra son bir neçə saat ərzində İsrail Hərbi Hava Qüvvələri İran rejiminin onlarla hərbi qərargahına hücum edib. Hücum edilən hədəflər arasında Hərbi Hava Qüvvələri Korpusu, Daxili Təhlükəsizlik və kəşfiyyat qərargahı da daxil olmaqla SEPAH-ın qərargahları da var.
Bu komplekslərdən biri rejimin əməliyyat və kəşfiyyat şöbələri tərəfindən istifadə olunurdu və onlar hərbi əməliyyatlara rəhbərlik edir və əməliyyat kəşfiyyatı toplayırdılar.

Bundan əlavə, "Aslan Nəriltisi" əməliyyatı İranın ballistik raket sistemlərinə və hava hücumundan müdafiə sistemlərinə qarşı 30-dan çox hava hücumunu əhatə edirdi. Əsas məqsədlər rejimin raket sistemlərinə zərər vermək və İsrailə atılan raketləri minimuma endirmək idi.

#İsrail #İran #SEPAH
👍91👏1
🇮🇷 İran 🇮🇱 İsrailə raket hücumu həyata keçirir 🚀

حمله موشکی ایران به اسرائیل

#İran #İsrail #raket #hücum

Kanala abunə olun
5👎2🔥2
🇮🇷 İran 🇮🇱 Təl-Əvivə ballistik raket zərbələri endirib 🚀

حمله موشکی بالستیک ایران به تل آویو

#İran #İsrail #ballistikraket

Kanala abunə olun
🔥6👎1🎉1
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 İran 🇨🇾 Kiprdəki 🇬🇧 Britaniya hərbi bazalarına iki raket atıb 🚀

Bu haqda mediada Britaniya müdafiə naziri Con Hiliyə istinadla məlumat yayılıb.

“Biz inanmaq istərdik ki, onlar (raketlər) bizim bazalarımıza yönəlməyib”, - deyə Hili əlavə edib.

Lakin o bildirib ki, hadisələr göstərir ki, İran “ayrı-seçkilik etmədən” cavab verir.

Bundan əlavə, nazir qeyd edib ki, Bəhreyndə zərbə hədəflərinin yaxınlığında 300 Britaniya əsgəri yerləşdirilib.

Qeyd edək ki, İran bu gün müttəfiqlik münasibətində olduğu 🇴🇲 Omanın Dukum limanına da zərbə endirib.

#İran #Kipr #Britaniya #raket
🔥81🎉1
🇮🇷 İran mediası 🇮🇱 İsrail hücumları zamanı Tehranın görüntülərini yayımladı 🔥

#İran #Tehran #İsrail

Kanala abunə olun
👍7🤬1
🇮🇷 İranın Müvəqqəti Ali Rəhbərlik Şurasının iclası keçirilib

Şuranın üzvləri prezisent Məsud Pezeşkian, Məhkəmə-Ədliyyə Sisteminin rəhbəri Mohseni Ejei və Əlirza Ərafi bir araya gəliblər.

تشکیل دومین جلسه شورای موقت رهبری با حضور پزشکیان، اژه ای و اعرافی برگزار شد

#İran #alirəhbərlik #şura #iclas

Kanala abunə olun
🤮53👎1
🇮🇷 Xameneyinin oğlu 🇮🇱 İsrailin hava hücumlarında atası ilə birlikdə həlak olub 😱

Qeyd olunur ki, İranın ali rəhbəri Xameneyinin oğlu Müctəba dünən İsrailin Tehrandakı iqamətgahına endirdiyi hava hücumları zamanı onunla birlikdə öldürülüb. Bununla bağlı müxalif "Manoto" kanalı məlumat yayıb.

"Müctəba Xameneyi İslam Respublikasının son liderinin ən mübahisəli oğlu sayılırdı. Atasının administrasiyasında əhəmiyyətli təsiri və təhlükəsizlik qüvvələri, xüsusən də SEPAH-ın Kəşfiyyat Təşkilatı ilə yaxın əlaqələrinə görə, o, son illərdə İslam Respublikası liderinin mümkün varisi kimi görünürdü", - məlumatda bildirilir.

#Xameneyi #Müctəba #ölüm #İsrail #hücum

Kanala abunə olun
7😁6👍3😢2🔥1
🇮🇱 İsrail Hərbi Hava Qüvvələri 24 saat ərzində 🇮🇷 Tehran üzərində hava üstünlüyünü əldə edib ✈️🧨

İsrail hərbi mətbuat xidmətinin məlumatına görə, son 24 saat ərzində 700-dən çox uçuş həyata keçirilib və 1000-dən çox sursat atılıb.

Bundan əlavə, son bir neçə saat ərzində ballistik raket buraxılış qurğularına, komandanlıq mərkəzlərinə və İran hava hücumundan müdafiə sistemlərinə hücum edilib və məhv edilib.
Əməliyyatın əvvəlindən bəri İrandan İsrailə atılan 50-dən çox dron uğurla ələ keçirilib.

#İsrail #İran #hücum #əməliyyat

Kanala abunə olun
8👍4🤬1