Azad İran
5.91K subscribers
35.3K photos
21.7K videos
15 files
9.41K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇮🇷 SEPAH-ın yeni baş komandanı təyin edilib

Bu gün general Əhməd Vəhidi SEPAH-ın yeni baş komandanı vəzifəsinə təyinat alıb.

Bununla bağlı, SEPAH-ın rəsmi “Telegram” kanalı məlumat yayıb.

Qeyd edək ki, Əhməd Vəhidi bu vəzifəyə SEPAH-ın baş komandanı Məhəmməd Pakpurun dünən ABŞ-İsrail hücumları zamanı həlak olmasından sonra seçilib.

سردار وحیدی به عنوان فرمانده جدید سپاه مشخص شد

#İran #SEPAH #komandan

Kanala abunə olun
🤮102
🇮🇱 İsraildə raket həyəcanı: 🇮🇷 İrandan hücum aşkarlanıb 🚀🚨

Bu gün İsrailin bir neçə bölgəsində raket həyəcanı səsləndirilib. İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti xəbər verir ki, ölkəyə İrandan raket atıldığı aşkar olunub.

Hazırda hər hansı tələfat və ya zərərin olduğu barədə məlumat yoxdur.

Hava hücumundan müdafiə sistemləri aktivləşdirilib və vətəndaşlar təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırılır.

#İran #İsrail #hücum #xəbərdarlıq

Kanala abunə olun
👍2👎1🔥1
Azad İran
🇮🇷 SEPAH 🇺🇸 ABŞ və 🇮🇱 İsrailə qarşı ən intensiv hücuma başlayacağını açıqladı 🔥 Bu gün SEPAH ABŞ və İsrail bazalarına qarşı tarixində ən intensiv hərbi əməliyyatlara başlayacağını açıqlayıb. SEPAH-ın ictimaiyyətlə əlaqələr şöbəsi bildirib ki, bu əməliyyatlar…
🇺🇸 Tramp 🇮🇷 İranın təhdidlərinə cavab verdi ❗️

Bu gün ABŞ prezidenti Donald Tramp İranın Amerika və İsrailin hərbi hücumlarına mümkün cavabla bağlı son açıqlamasını “Truth Social” platformasında şərh edib.

“Bu gün İran öncəkindən daha güclü şəkildə zərbə endirəcəyini açıqladı. Onların bu addımı atmaması daha yaxşıdır, çünki bunu etsələr, biz onları heç vaxt görmədikləri zərbə ilə vuracağıq”, - deyə, Tramp paylaşımında bildirib.

#ABŞ #Tramp #İran #təhdid #cavab

Kanala abunə olun
👍5👎1
🇮🇱 İsrail 🇮🇷 Xameneyinin sui-qəsdini rəsmi olaraq təsdiqlədi

Bu gün İsrail Hərbi Hava Qüvvələri Tehranın mərkəzindəki kompleksə zərbə endirərək İranın ali rəhbəri Əli Xameneyinin sui-qəsd nəticəsində öldürdüyünü rəsmi olaraq təsdiqləyib.

İsrail ordusunun mətbuat xidməti açıqlamasında bildirib ki, Xameneyi 1989-cu ildən bəri həm İsrailə, həm də Qərbə qarşı ekstremist ideologiyaya rəhbərlik edib və İran daxilində və xaricində vətəndaşların basqın edilməsində birbaşa məsuliyyət daşıyıb.

Açıqlamada əlavə olunur ki, əməliyyat İsrail vətəndaşlarını hər hansı hücum və zərər cəhdlərindən qorumaq məqsədilə həyata keçirilib.

#İsrail #İran #Xameneyi #suiqəsd

Kanala abunə olun
👍71
🇮🇷 İran 🇶🇦 Qətərə hücum edib 🚀🔥

Bu gün İran Dohaya raket zərbələri endirib. Bununla bağlı, sosial mediada görüntülər paylaşılıb.

İranın Qətərdə ABŞ-nin hərbi bazalarını hədəfə almaq məqsədi ilə hücumlar həyata keçidiyi açıqlanıb.

#İran #Qətər #Doha #ABŞ #baza #hücum

Kanala abunə olun
👎6👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇱 İsrailə raket zərbəsi endirilib 🏢🚀

Bu gün İran Tel-Əviv yaxınlarındakı Beyt Şemeş yaşayış məntəqəsinə hədəfə alıb.

#İran #İsrail #yaşayışməntəqəsi #hücum

Kanala abunə olun
👍3👎3
🇮🇷 İranda daha bir yüksək vəzifəli rəsmi öldürülüb 🔥

Dünən İsrailin İrana hücumları zamanı FƏRACA-nın (Polis Komandanlığının) Kəşfiyyat Təşkilatının rəhbəri Qulamrza Rzaian həlak olub.

Bununla bağlı, Tasnim News agentliyi məlumat yayıb.

#İran #FƏRACA #İsrail #hücum

Kanala abunə olun
6🔥2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 ABŞ Urmiyanı hədəfə alıb 🚀💥

Bu gün ABŞ qüvvələrinin Urmiya şəhərinə raket zərbəsi endirdiyi bildirilib.

حمله موشکی نیروهای آمریکایی به شهر ارومیه

#ABŞ #Urmiya #raket #hücum

Kanala abunə olun
👏6👎52🤬1
🇮🇷 Pezeşkianın tam sağlam olduğu açıqlandı

Bu gün İran Prezident Administrasiyasının yaydığı məlumata görə, Məsud Pezeşkian tam sağlam və təhlükəsizlik vəziyyətdədir.

Prezident Aparatının kommunikasiya və informasiya məsələləri üzrə müavini Mehdi Təbatəbayi bildirib ki, prezidentin sağlamlığı və təhlükəsizliyi yaxşıdır və heç bir problem yoxdur. (Tasnim News)

پزشکیان در سلامت کامل است

معاون ارتباطات و اطلاع‌رسانی دفتر رئیس‌جمهور:‏‌
🔹رئیس‌جمهور در سلامت و امنیت کامل به‌سر می‌برد.

#İran #Pezeşkian #prezident #təhlükəsizlik

Kanala abunə olun
👍9👎1
🇮🇱 İsrail 🇮🇷 İrana hücum edir 🚀🔥

Bu gün İsrail yenidən Tehrana raket zərbələri endirib.

Hücumlar nəticəsində partlayış və dağıntıların baş verdiyi bildirilib.

حملات اسرائیل به ایران: انفجارها در تهران

#İsrail #İran #Tehran #hücum

Kanala abunə olun
👍6👎2
🇮🇷 Pezeşkian: “Xameneyinin öldürülməsi müharibə elanıdır” ❗️

Bu gün İran prezidenti Məsud Pezeşkian bildirib ki, İranın ali liderinin öldürülməsi dünya miqyasında müsəlmanlara, xüsusilə də şiələrə qarşı açıq şəkildə müharibə elanı kimi dəyərləndirilməlidir.

Prezident vurğulayıb ki, bu hadisə “tarixi cinayət” sayılır və İran təqsirkarların müəyyən edilərək cəzalandırılmasını öz qanuni hüququ və vəzifəsi hesab edir.

Pezeşkian qeyd edib ki, İran bu hadisənin günahkarlarından və təşkilatçılarından qisas almaq üçün bütün imkanlardan istifadə edəcək və bu istiqamətdə səylərini əsirgəməyəcək. (Tasnim News)

#İran #Pezeşkian #Xameneyi #ölüm #müharibə

Kanala abunə olun
😁11🤮31👍1
🇮🇷 Laricani 🇺🇸 ABŞ və 🇮🇱 İsraili hədələyir 🔥

Bu gün İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani “X” hesabında paylaşım edərək, ABŞ və İsraili raket zərbələri ilə təhdid edib.

"Dünən İran ABŞ və İsrailə raketlər atdı və onlar zərər çəkdilər. Bu gün biz onları daha öncə heç vaxt görmədikləri bir güclə vuracağıq", - deyə, Laricani bildirib.

#İran #Laricani #ABŞ #İsrail #İran #hücum #təhdid

Kanala abunə olun
🤮10🔥1
🇶🇦 Qətər 🇮🇷 İranın 🇴🇲 Omana hücumunu pisləyir

Bu gün Qətər Xarici İşlər Nazirliyi İranın Omanın ticarət limanına, eləcə də sahillərində neft tankerinə hücumlarını qətiyyətlə pisləyib.

Qətər XİN bəyanat yayaraq, hücumları ölkənin suverenliyinin pozulması, qəbuledilməz eskalasiya və İranla beynəlxalq ictimaiyyət arasında aktiv vasitəçi rolunu oynayan dövlətə hücum adlandırıb.

Nazirlik bildirib ki, Doha Omanla tam həmrəyliyini ifadə edir və Maskat tərəfindən suverenliyinin qorunması, təhlükəsizliyinin təmin edilməsi və sabitliyin qorunması üçün görülən bütün tədbirləri dəstəkləyir.

#Qətər #XİN #İran #Oman #hücum

Kanala abunə olun
2👍1
🇦🇪 BƏƏ 🇮🇷 İranın raket və dron hücumunun qarşısını aldığını açıqladı

Bu gün BƏƏ Müdafiə Nazirliyi bildirib ki, İran tərəfindən ölkəyə doğru atılan 137 raket və 209 pilotsuz uçuş aparatı (PUA) hava hücumundan müdafiə qüvvələri tərəfindən böyük ölçüdə zərərsizləşdirilib.

Nazirliyin yaydığı rəsmi məlumata görə, 137 raketdən 132-si uğurla məhv edilib, beşi isə dənizə düşüb. 209 drondan 195-i havada vurulub, qalan pilotsuz aparatların isə ölkə ərazisinə düşərək maddi ziyana səbəb olduğu bildirilib.

Açıqlamada hücum qətiyyətlə pislənib və bunun ölkənin təhlükəsizliyini və sabitliyini pozmağa yönəlmiş cəhd olduğu vurğulanıb. Nazirlik bəyan edib ki, milli təhlükəsizliyi qorumaq üçün bütün zəruri tədbirlər görülüb və istənilən təhdidə adekvat cavab verməyə hazırdır.

#BƏƏ #İran #hücum #dron #təhdid

Kanala abunə olun
4👍1