Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 Xameneyinin ölümündən sonra İranda matəm elan edildi
Bu gün İran dövlət televiziyasında yayımlanan xüsusi buraxılışda ölkənin ali rəhbəri Əli Xameneyinin ölümünün rəsmi şəkildə təsdiqləndiyi bildirilib.
Canlı yayım zamanı aparıcı göz yaşları içində çıxış edərək, Xameneyinin ABŞ və İsrailin həyata keçirdiyi hava hücumları nəticəsində həyatını itirdiyini açıqlayıb.
Rəsmi məlumata görə, İran hökuməti ölkə üzrə 40 günlük matəm elan edib. Bundan əlavə, bir həftəlik ümumi tətil qərarı verildiyi açıqlanıb.
#İran #Xameneyi #ölüm #matəm
Kanala abunə olun

😁16🔥2🥰2
🇮🇷 İranda yeni lider seçilənədək müvəqqəti rəhbərlik formalaşır
İranın ali rəhbəri Əli Xameneyinin ölümündən sonra ölkədə Konstitusiyaya uyğun olaraq keçid idarəetmə modeli tətbiq ediləcək.
İran Konstitusiyasının 111-ci maddəsinə əsasən, ali rəhbərin ölümü, istefası və ya vəzifədən azad olunması halında Ekspertlər Şurası (Şura-ye Xobreqan) mümkün qədər qısa müddətdə yeni ali lideri seçmək və təqdim etmək öhdəliyini daşıyır.
Yeni Lider təyin olunana qədər ölkə müvəqqəti olaraq üç nəfərlik şura tərəfindən idarə ediləcək. Bu şuraya Prezident, Məhkəmə-Ədliyyə Sisteminin rəhbəri və Konstitusiyaya Nəzarət Şurasının hüquqşünas üzvlərindən biri daxildir. Həmin şura rəhbərin bütün səlahiyyətlərini müvəqqəti şəkildə icra edəcək.
Konstitusiyaya görə, əgər bu müddətdə şura üzvlərindən biri hər hansı səbəbdən vəzifəsini yerinə yetirə bilməzsə, onun yerinə digər hüquqşünas üzv çoxluq səsi ilə təyin ediləcək. (IRNA)
#İran #Xameneyi #ölüm #alirəhbər

❤3🔥2🤔1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 Xameneyinin ölümü sonrası 🇮🇶 İraqda minlərlə insan küçələrə çıxdı 🔥
Dünən İran, ABŞ və İsrail arasında davam edən hərbi qarşıdurma və İranın ali rəhbəri Əli Xameneyinin ölümü ilə bağlı xəbərlərdən sonra İraqda minlərlə insan küçələrə axışıb.
Paytaxt Bağdad və ölkənin cənub əyalətlərində əsasən şiə icmasına mənsub qrupların kütləvi toplaşdığı bildirilir.
Etirazçılar dini rəhbərlərə müraciət edərək mövqe bildirməyi və cihad elan edilməsini istəyiblər.
#İran #Xameneyi #ölüm #İraq #etirazlar #cihad

😁6❤3🤮2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚨 Kəşmirdə 🇮🇷 Xameneyinin ölümü gərginlik yaratdı 🔥
İranın lideri Əli Xameneyinin hücumlar zamanı öldürülməsindən sonra Hindistanın nəzarətində olan Kəşmir bölgəsində kütləvi etiraz aksiyası keçirilib.
Yerli mənbələrin məlumatına görə, əsasən şiə müsəlmanlardan ibarət qruplar küçələrə çıxaraq yürüş təşkil edib. Nümayiş zamanı bəzi etirazçıların polis barikadalarını aşdığı bildirilir.
Aksiya iştirakçıları əllərində Əli Xameneyinin təsviri olan plakatlar daşıyaraq şüarlar səsləndiriblər.
#Kəşmir #İran #Xameneyi #gərginlik

😁7❤2👎1
🇮🇷 İran İslam Respublikası tərəfdarları yürüş keçirirlər
Bu gün İran İslam Respublikası tərəfdarları paytaxt Tehran və ölkənin digər şəhərlərində kütləvi yürüşlər keçiriblər. Aksiya iştirakçıları Əli Xameneyinin ölümündən sonra hakimiyyət tərəfdarlarını nümayiş etdiriblər.
Tehranda mitinq keçirən sakinlər “Amerikaya ölüm olsun!” şüarları səsləndiriblər. Mitinqdə iştirak edənlərin bəzi şüarları belədir:
• “Qardaşım keşikçi (Sepah), qisas! Qisas!” – Tehran;
• “Amerikaya ölüm, İsrailə ölüm olsun!” – Qum.
#İran #Xameneyi #Tehran #Qum #yürüş

😁10🤬3👍2🤮1
🇮🇷 SEPAH 🇺🇸 ABŞ və 🇮🇱 İsrailə qarşı ən intensiv hücuma başlayacağını açıqladı 🔥
Bu gün SEPAH ABŞ və İsrail bazalarına qarşı tarixində ən intensiv hərbi əməliyyatlara başlayacağını açıqlayıb.
SEPAH-ın ictimaiyyətlə əlaqələr şöbəsi bildirib ki, bu əməliyyatlar İslam Respublikası Silahlı Qüvvələri tarixində nümunəvi olacaq və cavab zərbələri davamlı şəkildə həyata keçiriləcək.
Hərbi qurumun bəyanatına görə, əməliyyatlar fərqli və daha qətiyyətli addımlarla aparılacaq. Rəsmi açıqlamada əlavə olaraq, hər hansı bir hücumun yalnız konkret hədəflərə yönəldiləcəyi vurğulanıb.
#İran #SEPAH #ABŞ #İsrail #hücum

😁4🤮3👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İran raketi 🇦🇪 Dubay hava limanına düşüb ✈️🚀
Dünən Dubay Beynəlxalq Hava Limanı İranın raket hücumuna məruz qalıb.
Bununla bağlı, sosial mediada görüntülər internetdə yayılıb.
حمله موشکی ایران به فرودگاه بینالمللی دبی
#BƏƏ #Dubay #havalimanı #İran #raket

👎3🤬2
🇮🇷 İranın daha bir yüksək vəzifəlisi öldürülüb 🔥
ISNA xəbər agentliyinin məlumatına görə, İran ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) Nazirliyinin yüksək vəzifəli məmuru Məhəmməd Baseri ABŞ və İsrailin birgə həyata keçirdiyi hava hücumu nəticəsində Tehranda həlak olub.
İsrail ordusu isə İranın hərbi rəhbərliyinin yeddi yüksək vəzifəli üzvünün öldürüldüyünü təsdiqləyib.
Hücum nəticəsində İranın təhlükəsizlik strukturlarında ciddi itkilər qeydə alınıb.
کشته شدن محمد باصری، مقام ارشد وزارت اطلاعات ایران در حمله هوایی آمریکا و اسرائیل
#İran #nazirlik #məmur #ölüm #ABŞ #İsrail #hücum

❤7👍4🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 ABŞ 🇮🇷 Tehranda təhlükəsizlik obyektini vurdu 🔥
Dünən ABŞ qüvvələri Tehranda Xüsusi Çevik Polisi Qərargahlarından birini hədəf alıb. Hücum nəticəsində obyektə ciddi zərər dəyib.
Rəsmi açıqlamalara görə, hadisə Tehran şəhərindəki təhlükəsizlik strukturlarına yönəlmiş strateji əməliyyatın bir hissəsi olub. Hadisənin nəticələri və zərər çəkən şəxslərin sayı barədə məlumat hələ açıqlanmır.
#ABŞ #İran #Tehran #hücum

🔥6❤1
Azad İran
🇮🇱 İsrail ordusu 🇮🇷 İranın hərbi rəhbərliyinin yeddi yüksək vəzifəli üzvünün öldürüldüyünü təsdiqlədi İsrail Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri İran ərazisi boyunca molla rejiminə məxsus yüzlərlə hərbi hədəfə hava hücumları həyata keçirib. İsrail…
TƏCİLİ 🚨
🇮🇷 İran SQ-nin Baş Qərargah rəisi öldürülüb 🔥
Bu gün ISNA xəbər agentliyi İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əbdürrəhim Musəvinin ölümünü təsdiqləyib.
Musəvi dünən İsrailin İrana endirdiyi zərbələr zamanı hədəfə hədəfə alıb.
#İran #SilahlıQüvvələr #İsrail #hücum #ölüm

👍11🔥2❤1😢1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚨 SON DƏQİQƏ
🇮🇷 İranda matəm bayrağı dalğalandırılır 🏴
İranın ali rəhbəri Əli Xameneyinin öldürülməsindən sonra bu gün Məşhəddəki İmam Rza məscidinin günbəzində matəm bayrağı asılıb.
#İran #Məşhəd #Xameneyi #ölüm #matəm #bayraq

😁17😢5❤1
🇵🇰 Pakistanda 🇮🇷 Xameneyi tərəfdarları 🇺🇸 ABŞ konsulluğuna hücum etdi
Bu gün İranın ali rəhbəri Əli Xameneyinin öldürülməsi xəbəri sonrası, Pakistanın Kəraçi şəhərində etirazçılar ABŞ konsulluğuna hücum ediblər.
Sosial mediada yayılan görüntülərdə etirazçılar konsulluq qarşısında toplaşaraq, əllərində Xameneiyə aid təsvirlər daşıyırlar.
#Pakistan #İran #Xameneyi #ABŞ #konsulluq #hücum

🤮6😁4❤2👎2
Elon Mask 🇮🇷 Xameneyi ilə bağlı paylaşım edib
Bu gün "X" sosial media platformasının sahibi Elon Mask öz hesabında İranın ali rəhbəri Əli Xameneyinin öldürülməsi ilə bağlı şərh paylaşıb.
“Daha biri sıradan çıxdı”, - deyə, Mask paylaşımında bildirib.
#ElonMask #İran #Xameneyi

👍15❤4👎4🔥1
🇮🇷 SEPAH-ın yeni baş komandanı təyin edilib
Bu gün general Əhməd Vəhidi SEPAH-ın yeni baş komandanı vəzifəsinə təyinat alıb.
Bununla bağlı, SEPAH-ın rəsmi “Telegram” kanalı məlumat yayıb.
Qeyd edək ki, Əhməd Vəhidi bu vəzifəyə SEPAH-ın baş komandanı Məhəmməd Pakpurun dünən ABŞ-İsrail hücumları zamanı həlak olmasından sonra seçilib.
سردار وحیدی به عنوان فرمانده جدید سپاه مشخص شد
#İran #SEPAH #komandan

🤮10❤2
🇮🇱 İsraildə raket həyəcanı: 🇮🇷 İrandan hücum aşkarlanıb 🚀🚨
Bu gün İsrailin bir neçə bölgəsində raket həyəcanı səsləndirilib. İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti xəbər verir ki, ölkəyə İrandan raket atıldığı aşkar olunub.
Hazırda hər hansı tələfat və ya zərərin olduğu barədə məlumat yoxdur.
Hava hücumundan müdafiə sistemləri aktivləşdirilib və vətəndaşlar təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırılır.
#İran #İsrail #hücum #xəbərdarlıq

👍2👎1🔥1