Azad İran
4.82K subscribers
31.6K photos
19.6K videos
15 files
9.26K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 İranda etirazçılar banka od vurdular 🔥🏦

İlam əyalətinin Məlekşahi şəhərində "Keşavərzi" bankının binasına girən etirazçılar banka aid sənədləri yandırıblar.

Onlar bu addımları ilə rejimin iqtisadi siyasətinə və korrupsiyaya qarşı etirazlarını bildiriblər.

ملکشاهی | تسخیر و به آتش کشیدن بانک کشاورزی

#İran #etiraz #bank #korrupsiya

Kanala abunə olun
10👏2🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
📍"Qatil Xameneyi, boş xəyal" 🔥🗣

Bu, 🇮🇷 Həmədan əyalətinin Əsədabad şəhərində etirazlarçıların səsləndirdiyi şüardır.

اسداباد همدان: خامنه ای قاتل

#İran #etiraz #şüar #Xameneyi

Kanala abunə olun
8👏5😁1
🇮🇷 Tehranın mərkəzi bazarı və bir sıra küçələrində etirazlar pik həddə çatıb 🔥🗣

Bu gün Tehran bazarında və paytaxtın bir neçə küçəsində etiraz aksiyaları keçirilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara atəş açdıqdan sonra vəziyyət daha da gərginləşib.

Hazırda etirazçılar Tehranda İran parlamentinin binasına doğru gedirlər.

İnsan haqları qrupu HRANA-nın məlumatına görə, hökumət qüvvələrinin açdığı atəş nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb, doqquz gün ərzində 1200-dən çox insan həbs olunub.

ادامه تجمع اعتراضی در تهران بعد از تیراندازی سرکوبگران به سمت معترضان

#İran #etiraz #atəş #həbs

Kanala abunə olun
6👏3🔥1
🚨 TƏCİLİ

🇮🇷 İranın Abdanan şəhəri etirazçılar tərəfindən ələ keçirildi 🔥

İlam əyalətinin Abdanan şəhərində hiddətlənmiş xalq kütlələri hökumət qüvvələrini qovaraq meydanlardan çıxarıb və dövlət binalarına girməyi bacarıb.

فوری | آبدانان در کنترل مردم

#İran #Abdanan #xalq #etiraz

Kanala abunə olun
🔥106👏5🤩1🤮1
🇮🇷 İran ballistik raket komponentləri tədarük etməyə çalışır və 🇺🇸 Trampın təhdidləri təsadüf deyil 🚀

Ba haqda "Vala News" saytı məlumat dərc edib.

🇮🇱 İsrail təhlükəsizlik mənbələri "ValaNews" saytına müsahibələrində bildiriblər ki, İran xüsusilə raket istehsalından ötrü avadanlıqlar almaq üçün böyük səy göstərir; həmin avadanlıqlar rəsmi olaraq mülki istifadə üçün nəzərdə tutulan, lakin praktikada ballistik raketlər və uran zənginləşdirmə sentrifuqları üçün əsas hissələrin istehsalında istifadə olunurlar.

Mənbələrə görə, Tehran eyni zamanda İsrail ərazisinin dərinliklərində hədəf ala bilən dəqiq ballistik raketlər istehsal etməyə çalışır.👇👇👇
5🤮2
Azad İran
🇮🇷 İran ballistik raket komponentləri tədarük etməyə çalışır və 🇺🇸 Trampın təhdidləri təsadüf deyil 🚀 Ba haqda "Vala News" saytı məlumat dərc edib. 🇮🇱 İsrail təhlükəsizlik mənbələri "ValaNews" saytına müsahibələrində bildiriblər ki, İran xüsusilə raket istehsalından…
Məlumata görə, bu qabaqcıl avadanlıqların bir hissəsi bir ildən çox əvvəl ABŞ tərəfindən İrana gedən Çin yük gəmisinin ələ keçirilməsi zamanı aşkar edilərək müsadirə olunub.

Təhlükəsizlik mənbələri ABŞ prezidenti Donald Trampın İrana qarşı təhdidlərinin təsadüfi olmadığını bildirirlər. Onların sözlərinə görə, Tramp İranın gizli raket fəaliyyətlərindən tam xəbərdardır və onun mövqeyi dəqiq və güvənli kəşfiyyat məlumatlarına əsaslanır.

سایت والانیوز: ایران درپی تامین اجزای موشک بالستیک است و تهدیدهای ترامپ اتفاقی نیست

#İran #ABŞ #İsrail #raketproqramı

Kanala abunə olun
3🤩1
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 İran generalı: "Ordu və SEPAH tam döyüş hazırlığı vəziyyətinə gətirilib" 🤔

SEPAH komandanının müşaviri, briqada generalı Mürtəza Qurbani İranın "🇺🇸 ABŞ və 🇮🇱 İsrailin istənilən təcavüzünə" hazır olduğunu bildirib.

"Hazırda təxminən 400 ordu bölməsi və SEPAH tətiyi çəkməyə hazırdır" ,- deyə SEPAH generalı əlavə edib.

İranda yüksək inflyasiya və milli valyutanın çöküşü ilə bağlı kütləvi etirazlar fonunda Donald Tramp bildirib ki, İran hakimiyyəti vətəndaşlarına qarşı güc tətbiq edərsə, ABŞ onları qorumağa hazırdır.

سردار مرتضی قربانی، مشاور عالی فرمانده کل سپاه پاسداران درباره سطح آمادگی ایران برای پاسخ به حمله آمریکا و اسرائیل گفت: «400 مجموعه سپاه و ارتش دست‌شان روی ماشه است. آماده‌اند فقط تعدی کند، با خاک یکسانش می‌کنند...»

#İran #SEPAH #ABŞ #İsrail

Kanala abunə olun
😁63🤮3
🇮🇷 SEPAH generalı: "Düşməndən qorxmuruq; 🇺🇸 ABŞ-nin hökmranlığına tabe olmayacağıq" 🤔

General Əhməd Vəhidi SEPAH-ın "Qüds" qanadının ABŞ tərəfindən öldürülən komandanı Qasım Süleymani haqqında danışarkən deyib: "Süleymani İraqdakı yezidi xalqını sevimli İranını müdafiə etmək üçün vuruşduğu eyni inamla müdafiə etdi və bu dərin düşüncə onu hətta xristianlar tərəfindən də sevdirdi.
Biz şəhidlər məktəbinin yetirməsiyik və düşməndən qorxmuruq. Millətlər müstəqil olmalı və Amerikanın hökmranlığına tabe olmamalı olduqlarını anlayırlar.
Şübhəsiz ki, millətimizin sarsılmazlığı ilə gələcək İslama və İran xalqına məxsusdur və düşmənin hay-küyündən qorxmamalıyıq".


جانشین فرمانده کل سپاه: از دشمن نمی‌ترسیم؛ زیر بار سلطه آمریکا نمی‌رویم

#İran #SEPAH #Amerika

Kanala abunə olun
😁8🤮73
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İranda etirazçı xanım 🇺🇸 ABŞ prezidentindən kömək istədi 🗣

İranda keçirilən etiraz aksiyalarına qatılan bir qadın Donald Trampı "sülh simvolu" adlandırıb və ondan kömək istəyib.
O, ABŞ prezidentinə ünvanladığı mesajda "Bizi öldürməyə qoymayın" yazıb.

یک شهروند معترض در ایران دونالد ترامپ را «نماد صلح» خواند و از او درخواست کمک کرد. او خطاب به رییس‌جمهور آمریکا نوشت: «نگذارید ما را بکشند»

#İran #etiraz #Tramp #kömək #müraciət

Kanala abunə olun
14👏6🔥3
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 İran hökuməti ölkədə bahalaşma fonunda vətəndaşlara aylıq yardım verəcək 💵

Bu haqda İran hökumətinin sözçüsü Fatimə Mühacirani açıqlama verib.

Onun sözlərinə görə, yaxın 4 ay ərzində İranın bütün vətəndaşları iqtisadi təzyiqlərin azaldılması məqsədilə hər bir nəfərə aylıq 1 milyon tümən (təxminən 7.99 ABŞ dolları) məbləğində yardım alacaq.

Xanım Mühacirani əlavə edib ki, sözügedən məbləğ artıq hər bir ev təsərrüfatının başçısının hesabına köçürülüb və bahalaşmanın insanların ərzaq səbətinə təzyiqini azaltmaq üçün yaxın günlərdə istifadəyə veriləcək. (Dolat.ir)

هر ایرانی ماهانه یک میلیون تومان اعتبار دریافت می‌کند

#İran #hökumət #vətəndaş #yardım

Kanala abunə olun
🤮8
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 Pezeşkian: "Deyirlər ki, vergi almayın, amma maaşları artırın"

İran prezidenti Məsud Pezeşkian ölkədə büdcə məhdudiyyətləri, sanksiyalar və dövlət xərcləri arasındakı balans haqqında danışarkən deyib:

"Deyirsiniz ki, pul verin. Bizim nə qədər pulumuz varsa, hamıya paylayırıq. Büdcədə 2% artım o deməkdir ki, biz özümüzü mümkün olan ən son həddə qədər sıxmışıq. Sonra da deyir ki, maaşları artır, amma vergi də alma. Çox gözəl, mən maaşları artırım, bəs bu pulu haradan verim? Neftimiz də ki, sanksiyaya məruz qalıb.

👇👇👇
9😁5🤮1
Azad İran
🇮🇷 Pezeşkian: "Deyirlər ki, vergi almayın, amma maaşları artırın" İran prezidenti Məsud Pezeşkian ölkədə büdcə məhdudiyyətləri, sanksiyalar və dövlət xərcləri arasındakı balans haqqında danışarkən deyib: "Deyirsiniz ki, pul verin. Bizim nə qədər pulumuz…
Yəni, biz özümüz ölkəni böhrana sürükləyirik, sonra da deyirik ki, niyə belə oldu? Allah o kəsə rəhmət eləsin ki, öz potensialını bilsin. O 'SWOT' analizi dedikləri şeyi birinci özümüz üçün edək, özümüzü tanıyaq, hansı imkanlara malik olduğumuzu görək. Ətrafımıza baxaq, hansı təhlükələrin olduğunu görək. Sonra oturaq baxaq ki, biz bu imkanlarla və bu vəziyyətlə haradayıq, hara getmək istəyirik və bu yolu necə getməliyik. Bax, o zaman səlahiyyət vermək olar. Deputatlardan biri deyirdi ki, suyu belə düzəltmirlər, belə edirlər...

Mən də dedim ki, gəl, haranı deyirsənsə sənə verirəm, səlahiyyət də verirəm. Get, suyunu çək. Kənardan durub 'belə etmirlər' demək asandır. De görüm necə edirlər? Təkcə deməklə olmur, gəl səlahiyyət verim, get icra et!"


#İran #Pezeşkian #büdcə #sanksiya #problem #maaş #vergi

Kanala abunə olun
7😁3