Azad İran
4.83K subscribers
31.6K photos
19.6K videos
15 files
9.26K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇻🇪 Venesuelaya hazırda o rəhbərlik edir: Delsi Rodrigez and içdi 🗣

Dünən Venesuelanın vitse-prezidenti Delsi Rodrigez ölkənin müvəqqəti prezidenti kimi and içib. Andiçmə mərasimi Venesuela Ali Məhkəməsində keçirilib.

Məlumata görə, ABŞ tərəfindən saxlanılan prezident Nikolas Maduronun səlahiyyətlərini hazırda icraçı vitse-prezident olan Delsi Rodrigez icra edəcək. Bununla da ölkədə faktiki rəhbərlik müvəqqəti olaraq Rodrigezə keçib.

Bildirilir ki, Delsi Rodrigez vəzifəyə başladıqdan sonra ilk rəsmi görüşlərini Çin, Rusiya və İranın Venesueladakı səfirləri ilə keçirib. Bu görüşlər Karakasın mövcud beynəlxalq siyasi xəttini davam etdirmək niyyətində olduğunu göstərir. (ISNA)

رودریگز به‌عنوان سرپرست ریاست‌جمهوری ونزوئلا سوگند یاد کرد

#Venesuela #DelsiRodrigez #müvəqqətiprezident #andiçmə

Kanala abunə olun
1🤩1🤮1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 Pezeşkian tənqidlərə Azərbaycan dilində atalar sözü ilə cavab verdi 🗣

Bu gün İran prezidenti Məsud Pezeşkian “İslam Şuralarının Mövqeyi və Xalqın Konstitusiyada İştirakı” mövzusunda keçirilən konfransda çıxış edərək, ona ünvanlanan tənqidlərə münasibət bildirib.

Pezeşkian deyib ki, tənqidlərə qulaq asıb və onları dinləyib, lakin indi özünün danışmaq vaxtıdır: “Siz danışdınız, tənqid etdiniz, mən də qulaq asdım. Ancaq mən tənqid etməyə başlayanda, siz də qulaq asın. Dediklərimə üzünü turşutmaq lazım deyil".

Prezident çıxışının davamında onu tənqid edənlərə Azərbaycan dilində atalar sözü ilə cavab verib: “Adını qoydum Rəşid – birini de, birini eşit”. (Snn.ir)

ضرب المثل ترکی رئیس جمهور ایران درباره نقد کردن

#İran #Pezeşkian #prezident #tənqid #atalarsözü

Kanala abunə olun
👍10😁2👎1
🇺🇳 BMT baş katibi 🇮🇷 İrana çağırış etdi ❗️

Dünən BMT-nin baş katibi Antonio Quterreş İranda davam edən etirazlarla bağlı rəsmi müraciət edərək, hakimiyyət orqanlarını dinc etiraz hüququna hörmət etməyə çağırıb.

BMT Baş katibinin sözçüsü bildirib ki, Antonio Quterreş ölkədə baş verən etirazları narahatlıqla izləyir. Etirazlar zamanı bir neçə nəfərin həlak olması və yaralanması baş katib tərəfindən dərin təəssüf və kədər hissi ilə qarşılanıb.

Quterreş İslam Respublikası hakimiyyətini əsas insan hüquqlarına, xüsusilə ifadə azadlığına, birləşmək azadlığına və dinc toplaşmaq hüququna hörmət etməyə çağırıb. O, gərginliyin azaldılmasının və zorakılıqdan çəkinilməsinin vacibliyini vurğulayıb. (Iranintl)

دبیر کل سازمان ملل از جمهوری اسلامی خواست به حق اعتراض مسالمت‌آمیز احترام بگذارد.

#BMT #Quterreş #başkatib #İran #etirazlar #çağırış

Kanala abunə olun
👍6🔥2
Beynəlxalq mətbuatda müzakirə: “🇻🇪 Venesueladan sonra növbədə 🇮🇷 İrandır?” 🤔

Maduronun devrilməsindən sonra beynəlxalq media və ekspert təhlillərində tez-tez belə bir sual gündəmə gətirilir: “Venesueladan sonra növbədə İrandır?” Bu fikir İranın öz rəsmi mətbuatında da müzakirə olunub.

İranın rəsmi “Nournews” saytı yazıb ki, ABŞ-nin Venesuelaya hərbi müdaxiləsi və Donald Trampın İranın sosial etirazlarla mübarizəsinə dair açıqlaması Tehranın növbəti hədəf olub-olmaması sualını ortaya çıxarıb.

Ekspertlər Venesuela və İran arasında təhlükəsizlik baxımından əsas fərqi vurğulayır: Venesuela ABŞ-yə qarşı səmərəli regional cavab verə bilmir və “ucuz hədəf” sayılır, İran isə geniş hərbi imkanlara, müttəfiqlərə və strateji dərinliyə malik olduğu üçün “yüksək riskli ssenari”dir.

Saytın iddiasına əsasən, Tehranın etirazlara qarşı addımlarına yönəlmiş təhdidlər əsasən siyasi və media narratividir, yəni diplomatik təzyiq və sanksiyalar üçün zəmin yaradır.

#ABŞ #Venesuela #İran

Kanala abunə olun
4👏1
🇮🇷 Pezeşkian xəstəxanalara hücumların araşdırılmasını tələb edib 🏥🔥

İran prezidenti Məsud Pezeşkian və Səhiyyə Nazirliyi bazar günü gecəsi İlam şəhərindəki xəstəxanaya hərbi və hüquq-mühafizə qüvvələrinin basqını ilə bağlı araşdırma elan edib.

Səhiyyə Nazirliyinin açıqlamasında bildirilib ki, ölkənin bir sıra şəhərlərində baş verən etirazlar zamanı xəstəxanalara daxil olmaq, təcili yardım maşınlarına ziyan vurmaq və tibbi avadanlıqları məhv etmək hallarına rast gəlinib. Nazirlik vurğulayıb ki, xəstəxanalar və tibbi avadanlıqlar bütün insanlara məxsus təhlükəsiz məkanlardır və hər zaman qorunmalıdır.

Prezident Pezeşkian daxili işlər nazirinə İlamdakı hadisələrin səbəblərini araşdırmaq və hərtərəfli hesabat hazırlamaq üçün xüsusi qrup yaradılması barədə göstəriş verib. Araşdırmanın nəticələri qanun çərçivəsində açıqlanacaq. (Entekhab)

پزشکیان و وزارت بهداشت از «بررسی» حمله مأموران به بیمارستان ایلام خبر دادند

#İran #Pezeşkian #xəstəxanalar #hücum #araşdırma

Kanala abunə olun
👍21🤮1
🇮🇷 İranda etirazçılar qorxmadan səslərini ucaldır 🔥

İranda xalq etirazları zamanı yaralanan gənc etirazçı Hamed Azadbəxt “Instagram” hesabında paylaşım edərək, üzündəki güllə yaralarını göstərib. O, zorakılıq göstərənlərə müraciət edərək deyib: “Məni düşmən və muzdlu hesab edə bilərsiniz. Xeyr, mən də sizin kimiyəm. Biz də gəncik və acıq”.

Azadbəxt videoda evinin vəziyyətini göstərdikdən sonra əlavə edib: “Bəli, gedib etiraz etdim və heç peşman deyiləm. Gəlib məni həbs etmək istəyirsiniz? Uşaqlarımın və İran övladlarının xatirinə görmə qabiliyyətimi itirməyə razıyam”.

Ötən həftə Qərbi İslamabad şəhərində yaralanan digər etirazçı Sərhəd Kərəmi də bədənindən çıxardığı güllələri göstərərək deyib: “Biz sadəcə ac olduğumuzu, övladlarımızın evlənə bilmədiyini və xalqın çətinlik çəkdiyini dedik; 47 illik fədakarlığın cavabı güllələnmək idi?”

Eyni vaxtda, bir çox biznes və mağaza sahibi də “Instagram” hesablarında etirazlara qoşularaq işlərini dayandırdıqlarını açıqlayıblar.

#İran #etirazçılar #zorakılıq
👏5👍21🤬1
🛑 Güneyli şair saxlanılıb 👮‍♂️😡

İranın təhlükəsizlik qüvvələri Təbrizdə yaşayan şair və milli fəal Şəhram Talebinejadı həbs edilib.

Məlumata görə, Talebinejad yanvarın 4-ü axşam saatlarında Təbrizin Lalə meydanı ərazisində saxlanılıb.

Hazırda onun həbs səbəbi və harada tutulduğu ilə bağlı rəsmi məlumat yoxdur. (GADTB)

بازداشت شهرام طالبی‌نژاد در شهر تبریز
شهرام طالبی‌نژاد، از فعالان حرکت ملی آذربایجان روز یکشنبه ۱۴ دی ماه ۱۴۰۴، توسط نهادهای امنیتی در شهر تبریز بازداشت شده است.

#GüneyAzərbaycan #Təbriz #şair #millifəal #həbs

Kanala abunə olun
🤬4👎3
🇮🇷 İranda valyuta bahalaşması yenidən etiraz dalğasına çevrildi 💸🔥

Bu gün İranda 1 ABŞ dolları 146.800 tümən, avro isə 171.000 tümən səviyyəsini keçərək yeni rekordlar qırıb.

Valyutanın son həftələrdə kəskin bahalaşması sahibkarlar arasında etiraz dalğasına səbəb olub. Tehranda bir sıra bazarlar yenidən bağlanıb, mağaza sahibləri dükanlarının qarşısında toplaşıb.

Bu hadisələr, paytaxtda etirazların ikinci dalğasının başladığını göstərir. Bütün Tehran bazarları isə hazırda tətilə çıxıb.

موج جدید اعتراضات در بازارهای ایران

#İran #Tehran #valyuta #satıcılar #etirazaksiyaları

Kanala abunə olun
👍72
🇮🇷 İranın 🇻🇪 Venesueladakı neft pulları batacaq? 🛢️💵

“Tabnak” saytı yazır ki, İranda Venesuelanın Tehrana təxminən 2 milyard dollar borcu olduğu və bu vəsaitin geri qaytarılmamaq riski daşıdığı müzakirə edilir. Mövcud iqtisadi çətinliklər və maaşların ödənilməsində problemlər fonunda bu məbləğin İran üçün ciddi əhəmiyyət daşıdığı vurğulanır.

Borc əsasən İranın Venesuelaya neft və neft məhsulları ixracı nəticəsində formalaşıb. Ancaq bu vəsaitin taleyi qeyri-müəyyəndir və bir neçə amildən asılıdır. Sayt qeyd edir ki, Venesuelada ABŞ tərəfindən dəstəklənən yeni hökumət formalaşarsa, Maduronun müttəfiqi kimi İrana olan neft borclarına aşağı prioritet verilə və ya onların ödənişi tamamilə bloklana bilər.

Məlumata görə, borcun bir hissəsi İranın Venesuelanın enerji sektorundakı bloklanmış aktivləri ilə bağlıdır. Buraya birgə neft şirkətlərindəki paylar, neft emalı zavodları və texniki avadanlıqlar daxildir.

#İran #Venesuela #neftgəlirləri #borc

Kanala abunə olun
😁21
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İranda etirazçını həbs qorxusu belə susdura bilmədi 🔥🗣️

Bir neçə gün öncə Tehranda keçirilən kütləvi etirazlar zamanı saxlanılan nümayişçilərdən biri həbs edildikdən sonra təhlükəsizlik qüvvələrinə qarşı açıq etirazını davam etdirib.

Məlumata görə, etirazçı zabitlər tərəfindən aparılarkən yüksək səslə “Diktatora ölüm olsun!” şüarını səsləndirib.

Hadisə şahidlər tərəfindən qeydə alınıb və görüntülər sosial şəbəkələrdə yayılıb. Video sosial mediada geniş müzakirələrə səbəb olub və etirazların səngimədiyini göstərən nümunələrdən biri kimi dəyərləndirilir.

فریاد «مرگ بر دیکتاتور» یک معترض پس از بازداشت در تهران

#İran #Tehran #etirazçı #həbs #diktator

Kanala abunə olun
👍52🔥1👏1
🛑 Daha bir güneyli fəal saxlanılıb 🤬

Dünən Şərqi Azərbaycan əyalətinin Culfa şəhər sakini, milli fəal və keçmiş siyasi məhbus Yürüş Mehrəlibəyli Təbriz şəhərində həbs olunub. Bununla bağlı, onun ailəsinə yaxın mənbələr məlumat yayıb.

Mehrəlibəylinin saxlanılması ilə bağlı hələlik heç bir rəsmi dövlət qurumu açıqlama verməyib. Onun hansı qurum tərəfindən həbs edildiyi, harada saxlanıldığı və saxlanma səbəbi barədə dəqiq informasiya yoxdur. Hazırda ailəsi və yaxınları onun taleyi ilə bağlı narahatlıq keçirirlər. (Iran Wire)

Qeyd edək ki, Yürüş Mehrəlibəyli bundan öncə də dinc mədəni və ictimai fəaliyyətlərinə görə bir neçə dəfə saxlanılıb və müxtəlif vaxtlarda uzunmüddətli həbs cəzalarına məruz qalıb.

بازداشت « یوروش مهرعلی‌بیگلو» فعال آزربایجانی در تبریز

#GüneyAzərbaycan #Təbriz #millifəal #YürüşMehrəlibəyli #həbs #təhlükəsizlikorqanları #repressiya

Kanala abunə olun
🤬81
Azad İran
🇮🇷 İranda valyuta bahalaşması yenidən etiraz dalğasına çevrildi 💸🔥 Bu gün İranda 1 ABŞ dolları 146.800 tümən, avro isə 171.000 tümən səviyyəsini keçərək yeni rekordlar qırıb. Valyutanın son həftələrdə kəskin bahalaşması sahibkarlar arasında etiraz dalğasına…
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 Tehran bazarlarında etirazlar səngimir 🔥

Tehran bazarlarında vəziyyət gərgin olaraq qalır. Bu gün paytaxtda bir sıra bazarlar yenidən bağlanıb, mağaza sahibləri isə dükanlarının qarşısında toplaşaraq etiraz aksiyaları keçiriblər.

Məlumata görə, sahibkarların aksiyalarına təhlükəsizlik qüvvələri müdaxilə edib. Etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə olunub və repressiv tədbirlər görülüb.

برخورد نیروهای امنیتی با اعتراضات بازاریان

#İran #Tehran #sahibkarlar #etirazaksiyaları

Kanala abunə olun
🔥72👏1😁1
Forbes: “🇺🇸 ABŞ 🇮🇷 İrana qarşı bölgəyə təyyarədaşıyan göndərə bilər” ⛴️

“Forbes” jurnalı yazır ki, ABŞ İrana qarşı mümkün sərt zərbə variantlarını nəzərdən keçirir və bu məqsədlə bölgəyə təyyarədaşıyan gəmi göndərə bilər. Məqalədə Donald Trampın etirazçıların öldürülməsi və repressiyalarla bağlı Tehrana ünvanladığı ultimatumdan sonra hərbi təzyiq ehtimalının artdığı qeyd olunur.

“Forbes”in dəyərləndirməsinə görə, bölgəyə göndərilməsi ən real hesab olunan gəmilər “USS Theodore Roosevelt” və “USS Abraham” Lincoln təyyarədaşıyanlarıdır.

Digər gəmilərin texniki və əməliyyat məhdudiyyətləri səbəbindən noyabr ayında San Dieqodan yola çıxmış USS Theodore Roosevelt əsas namizəd kimi göstərilir. Alternativ variant kimi isə əvvəllər rotasiya əsasında Yaxın Şərqdə yerləşdirilən USS Abraham Lincoln qeyd olunur. (Iranintl)

#ABŞ #gəmi #İran #müharibə #xəbərdarlıq #hazırlıq

Kanala abunə olun
👍6🎉21🔥1
🇮🇷 Tehranda gərginlik artır: etirazçılar parlamentə doğru irəliləyirlər 🔥🚶‍♂️‍➡️

Bu gün Tehranın “15 Xordad” küçəsində etiraz aksiyası keçirilib. Aksiyada iştirak edən insanlar İran parlamentinin binası istiqamətində hərəkət edir. Hadisə ilə bağlı paylaşılan xəritədə izdihamın olduğu ərazi qırmızı, parlament binasının yerləşdiyi nöqtə isə mavi rənglə işarələnib.

Məlumata görə, təhlükəsizlik qüvvələri “15 Xordad” metro stansiyası ərazisində etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Bölgədə vəziyyət gərgin olaraq qalır.

ازدحام در خیابان ۱۵ خرداد تهران؛ حرکت جمعیت به سمت مجلس

#İran #Tehran #etirakaksiyaları #parlament

Kanala abunə olun
👍7👏5🔥21