Azad İran
5.97K subscribers
33.9K photos
21.1K videos
15 files
9.37K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇮🇷 İran zindanlarında 10-a yaxın məhbus edam edilib 😱😡

Dünən İranın Fars, İsfahan, Cənubi Xorasan və Kermanşah əyalətlərindəki həbsxanalarda ən azı 6 məhbus dar ağacından asılıb.

Məlumata görə, ölüm hökmü həyata keçirilən məhbuslar “narkotik qaçaqmalçılığı” və “qətl”də günahlandırılıblar.

Qeyd olunub ki, son dörd ildə narkotik cinayətləri ilə bağlı edam edilən məhbusların sayı artıb. Bildirilib ki, asılan məhbusların sayı 84% artaraq 471 edama çatıb. (Amerikanın Səsi)

جمهوری اسلامی ۶ تن را در زندان‌های مختلف ایران اعدام کرد

#İran #zindan #məhbus #edam

Kanala abunə olun
🔥1
🇮🇷 İran 🇮🇱 İsrailin 🇵🇸 HƏMAS liderinin qətlinə görə məsuliyyəti üzərinə götürməsi ilə bağlı Təhlükəsizlik Şurasına məktub göndərib ✉️

IRNA xəbər verir ki, İsrailin HƏMAS-ın siyasi lideri İsmayıl Həniyənin öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürməsindən sonra İran BMT-nin Baş katibi Antonio Quterreşə və Təhlükəsizlik Şurasına məktub ünvanlayıb.

İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani məktubda bildirib ki, “İsrailin bu dəhşətli cinayətə görə məsuliyyətini açıq şəkildə etiraf etməsi, müdafiə cavabının qanuniliyini və bölgənin təhlükəsizliyinə təhdid olması barədə Tehranın mövqeyini təsdiqləyir”.

İran səfiri məktubunda qeyd edib ki, “bu açıq etiraf ilk dəfədir ki, İsrail dəhşətli cinayətə görə məsuliyyəti açıq şəkildə qəbul edib”.

نامه ایران به شورای امنیت در خصوص پذیرش مسئولیت ترور اسماعیل هنیه از سوی اسرائیل

#İran #HƏMAS #İsmayıl_Həniyə #BMT #İsrail

Kanala abunə olun
😁3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İran XİN: “Suriyanın gələcəyi ilə bağlı mühakimə yürütmək hələ tezdir” 🤔

“Tasnim News” xəbər verir ki, dünən İranın xarici işlər naziri Abbas Əraqçı bildirib ki, hazırda Suriyada bu ölkənin gələcəyinə təsir edən bir çox faktorlar var.

“Mənim fikrimcə, Suriyanın gələcəyi ilə bağlı mühakimə yürütmək hələ tezdir. Həm bizim, həm də Suriyada qələbələrin olduğunu düşünən başqaları üçün gələcəkdə daha çox hadisələr olacaq”, - deyə, Əraqçı qeyd edib.

عراقچی: قضاوت درباره آینده سوریه زود است

#İran #XİN #Suriya

Kanala abunə olun
🤮4
🇮🇷 İran parlamenti ölkədə elektrik enerjisinin verilməsində yaranan fasilələrə etiraz edib: ölkədə kənd təsərrüfatı məhv olur⚡️

“Eco İran” xəbər verib ki, dünən İran parlarmentinin plenar iclasında millət vəkilləri ölkədə elektrik enerjisinin tez-tez kəsilməsinə etirazlarını bildiriblər.

Məlumata görə, parlamentin üzvü Ümid Nəsibi energetika nazirinə xəbərdarlıq edib ki, “gündə 10 saat elektrik enerjisinin kəsilməsi kənd təsərrüfatının, bağların, tarlaların və tərəvəz istehsalının tamamilə məhv olması deməkdir”.

Bildirilib ki, başqa bir millət vəkili Zəhra Səidi Mübarəkə deyib: “Görəsən, elektrik enerjisinin kəsilməsi ilə bağlı energetika nazirinin bir planı var? İşıqların kəsilməsi ilə bağlı əvvəlcədən insanlara məlumat vermək lazımdır. Yaşlılar və MS (dağınıq skleroz) xəstələri üçün bu bir problemdir. İşıqların kəsilməsi nəticəsində onlar liftlərdən istifadə edə bilmirlər və bu xəstə insanlar üçün olduqca çətindir”.

#İran #elektrik_enerjisi #fasilələr #millət_vəkilləri #etiraz

Kanala abunə olun
🔥2
🇮🇷 İranda daha beş məhbus edam edilib 😱😢

İranda İnsan Haqları Təşkilatı xəbər verir ki, bu gün Şirazın Adilabad, İsfahanın Dəstgerd və Bircənd zindanlarında beş nəfər dar ağacından asılıb.

Məlumata görə, ölüm hökmü həyata keçirilən məhbuslar narkotik qaçaqmalçılığı və qəsdən adam öldürməkdə günahlandırılıblar.

احکام اعدام دستکم ۵ زندانی اجرا شد

#İran #məhbus #edam

Kanala abunə olun
🔥2
🇦🇿 Bakıdan Qroznıya uçan AZAL - Azerbaijan Airlines-a məxsus təyyarə 🇰🇿 Qazaxıstan ərazisində qəzaya düşüb 🛩😢

İlkin məlumata görə, 70-dən çox insan həyatını itirib.

یک فروند هواپیمای خطوط هوایی آذربایجان که از باکو به گروزنی در حال پرواز بود، سقوط کرد.

بر اساس اطلاعات اولیه، بیش از ۷۰ نفر جان خود را از دست دادند.

#Azərbaycan #təyyarə #qəza

Kanala abunə olun
😢12
🇮🇷 Pezeşkian İran- 🇮🇶 İraq müharibəsində öldürülən 🇦🇲 ermənilərin ailələrinə baş çəkib

Dünən İran prezidenti Məsud Pezeşkian İran-İraq müharibəsində öldürülən iki erməni – Uşavan Eyvazyan və Qalik Tomanyanın ailəsini ziyarət edib.

Bu barədə İranın Ermənistandakı səfirliyinin “Telegram” kanalı xəbər verir. Ziyarət zamanı Məsud Pezeşkian Uşavan Eyvazyanın xanımı Nina Hartunyans Nəxçevantəpə və Qalik Tomanyanın anası Hasmik Mirzayan Hartunyan Qərcedaği ilə söhbət edib.

Qeyd olunub ki, İran prezidenti müharibədə ölən hər iki erməninin fədakarlığını yüksək qiymətləndirib.

#İran #Məsud_Pezeşkian #ermənilər

Kanala abunə olun
👎41🤮1
🇰🇿 Qazaxıstanda 🇦🇿 AZAL-a məxsus təyyarənin qəzaya uğradığı anlardan yeni görüntülər 🛩️

Bu gün AZAL – “Azərbaycan Hava Yolları” avaişirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb.

سقوط هواپیمای مسافربری جمهوری آذربایجان در قزاقستان

#Azərbaycan #AZAL #təyyarə #qəza 

Kanala abunə olun
😢102
Suriya 🇮🇷 İrandan 300 milyard dollar təzminat ödəməsini tələb edir 💸

Suriyanın “Əl-Mədən” qəzeti İran hökumətinin sözçüsü Fatimə Mühaciraninin “iki ölkə Dəməşq və Tehrandakı səfirliklərinin yenidən fəaliyyətini bərpa etməsi üçün diplomatik danışıqlar aparır” açıqlamasını təkzib edib.

Suriyanın yeni hökuməti Tehranı təzminat ödəməyə, hərbçilərin və Tehrana bağlı yaraqlıların Suriyadakı təxribatları nəticəsində bu ölkəyə dəyən ziyanı qarşılamağa məcbur etmək üçün beynəlxalq məhkəmə orqanlarında İrana qarşı şikayət verməyi planlaşdırır.

“Suriyanın yeni hökuməti xalqı və infrastrukturuna qarşı cinayətkar və özbaşına hərəkətləri və siyasətləri nəticəsində dəymiş ziyana görə İrandan Suriya xalqına və dövlətinə 300 milyard dollar təzminat ödəməsini tələb edən memorandum hazırlamağa çalışır. Hakimiyyət orqanları ilə İran arasında əlaqə kəsilib və yaxın gələcəkdə nə Dəməşqdə səfirliyin, nə də İranın Hələbdə konsulluğunun açılması ilə bağlı Tehranla əlaqə qurmaq planları yoxdur”, - deyə, vurğulanıb. (Əl-Ərəbiyyə)
👍7
🇰🇿 Qazaxıstanda qəzaya uğrayan 🇦🇿 AZAL-a məxsus təyyarədəki sərnişinlər xəstəxanaya aparılıblar

“Tələbə” informasiya agentliyi xəbər verir ki, bu gün AZAL - “Azərbaycan Hava Yolları” avaişirkətinin “Embraer 190” təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alanlar Aktau xəstəxanasına yerləşdiriliblər.

انتقال قربانیان سقوط هواپیمای آذربایجان به بیمارستان
قربانیان حادثه سقوط هواپیمای خطوط هوایی آذربایجان به بیمارستان آکتائو منتقل شدند.

#Azərbaycan #AZAL #təyyarə_qəzası #yaralılar

Kanala abunə olun
4👍2
SON DƏQİQƏ

🇮🇷 Pezeşkian 🇦🇿 Azərbaycan Prezidentinə başsağlığı verib

ISNA xəbər verir ki, bu gün İran prezidenti Məsud Pezeşkian Qazaxıstanın Aktau şəhərində “Azərbaycan Hava Yollarına” məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə və xalqına başsağlığı verib.

Məlumata görə, Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevə müraciətində bildirib: “Azərbaycana məxsus təyyarənin qəzaya uğraması xəbəri bizi dərindən kədərləndirdi. Zati-alilərinə və əziz Azərbaycan xalqına, xüsusilə də həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verir, Allahdan həlak olanlara rəhmət, yaralananlara tezliklə şəfa diləyirik”.

در پی حادثه سقوط هواپیما صادر شد
پیام تسلیت پزشکیان به رئیس‌جمهور آذربایجان

#İran #Azərbaycan #təyyarə_qəzası #başsağlığı

Kanala abunə olun
👎4👍3
Bloomberq: “🇮🇷 Hüseyn Şəmxani Xəzər dənizi vasitəsilə 🇷🇺 Rusiyaya silah qaçaqmalçılığında əsas rol oynayır”

“Radio Farda” saytı xəbər verir ki, “Bloomberq” nəşri İranın Ali Milli Təhlükəsizlik Şurasının keçmiş katibi və hazırda ali rəhbər Əli Xameneyinin müşaviri olan Əli Şəmxaninin oğlu Hüseyn Şəmxani Rusiyaya silah göndərilməsində əsas rol oynamasından söz açıb.

Nəşrin məlumatına görə, Hüseyn Şəmxani özünü Qərb maliyyə sisteminin mərkəzinə yerləşdirib və Ukrayna ilə müharibədə Moskvaya kömək etmək üçün Xəzər dənizi vasitəsilə Rusiyaya silah ötürən bir qrup iş adamı sırasındadır.

Qeyd olunub ki, Şəmxani Dubayda yerləşən “Krios” Gəmiçilik Şirkəti də daxil olmaqla, nəzarəti altında olan şirkətlər şəbəkəsi vasitəsilə ötən ildən Xəzər dənizində ən azı iki gəmi ilə raketlərin, dron hissələrinin və ikili təyinatlı avadanlıqların daşınmasına başlayıb.

#İran #Hüseyn_Şəmxani #Xəzər_dənizi #silah_qaçaqmalçılığı

Kanala abunə olun
🔥2🤬1