Azad İran
5.97K subscribers
33.9K photos
21.1K videos
15 files
9.37K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
SON DƏQİQƏ 🛑

🇪🇬 Misirdə Sisi hökumətinə qarşı kütləvi etirazlar başlayıb 🚨🔥

Bu gün Misirin paytaxtı Qahirədə prezident Əbdülfəttah Sisi hökumətinə qarşı kütləvi etirazlar başlayıb.

Bu barədə yerli "Teleqram" kanalları və KİV məlumat yayıb.
Etirazçılar prezident Əbdülfəttah əs-Sisiyə qarşı şüarlar səsləndirirlər.
Xalq etirazlarının səbəbi ölkədə iqtisadi vəziyyətin pisləşməsi, insan azadlıqlarının pozulması və hakimiyyətdə korrupsiya hallarıdır.

Bundan başqa, Əbdülfəttah Sisinin 45 milyard dollar dəyərində yeni Prezident Sarayının inşa edəcəyini açıqlaması da etirazların səbəblərindən biri kimi göstərilib.

Bildirilir ki, etirazçılar Ərəb Baharının məşhur mahnısını - “Xalq rejimi devirmək istəyir”oxuyurlar.

📍آغاز اعتراضات در مصر علیه حکومت سیسی!

امروز اعتراضات گسترده‌ای علیه دولت عبدالفتاح سیسی در قاهره، پایتخت مصر، آغاز شده است.

#Misir #xalq_etirazları #prezident #Əbdülfəttah_Sisi

Kanala abunə olun
🔥5👍1😁1
Azad İran pinned a photo
🛑 Əş-Şəra silahlı qruplaşmaların ləğvi və Suriya Müdafiə Nazirliyinə inteqrasiyası ilə bağlı razılığa gəlib

Suriyada inqilabçı fraksiya liderlərinin Heyət Təhrir əş-Şam (HTS) lideri Əhməd əş-Şəra (əl-Culani) ilə görüşü bütün fraksiyaların buraxılması və Müdafiə Nazirliyinin himayəsi altında birləşdirilməsi barədə razılaşma ilə başa çatıb.

Bu barədə Suriyanın yeni hökumətinin mətbuat xidməti məlumat yayıb.

الشرع با گروه‌های مسلح در مورد انحلال و ادغام آن‌ها در وزارت دفاع سوریه توافق کرد

دولت جدید سوریه، سه‌شنبه چهارم دی اعلام کرد که رهبری آن، احمد الشرع، با رهبران گروه‌های مسلح به توافقی دست یافت که به موجب آن همه این گروه‌ها انحلال و در ساختار وزارت دفاع سوریه ادغام خواهند شد.

#Suriya #yeni_hökumət #əl_Culani

Kanala abunə olun
👍1
🇮🇷 İranda dolların məzənnəsi rekord həddə yüksəlib 💵

Bu gün axşam saatlarında Tehran birjasında 1 🇺🇸 ABŞ dollarının qiyməti 79 min tüməndən baha olub.

#İran #dollar #məzənnə

Kanala abunə olun
🔥1😁1
🇸🇾 Suriyada Əsəd rejiminin daha bir silahlısı tutulub 🔥

Hələb şəhərində cinayətlər törətmiş Abdullah Saleh Ako adlı Əsəd diktaturasının daha bir cinayətkarı və silahlısı bu gün həbs edilib.

دستگیری یک جنایتکار و شبه‌نظامی دیگر دیکتاتوری اسد بنام عبدالله صالح عکو که در شهر حلب مرتکب جنایات شده بود.
‌‏
#Suriya #Əsəd_rejimi

Kanala abunə olun
👍4
🇮🇷 İran iqtisadiyyatının nələr yaşadığını görmək üçün yuxarıdakı məlumata baxmaq kifayətdir ⬇️ 📉

50 il ərzində region dövlətlərinin iqtisadi artım göstəricilərini əks etdirən cədvəldə Qətər 298, Oman 237 dəfə artımla 1-ci və 2-ci yerləri tutublar. İran isə cəmi 14 dəfə artımla sonuncu yerdə qərarlaşıb.

1976-cı ildə Cənubi Koreyanın bütün iqtisadiyyatı İran iqtisadiyyatının yarısı qədər idi, bu gün isə təkcə Koreyanın Samsung şirkətinin büdcəsinin həcmi bütün İran iqtisadiyyatından iki dəfə böyükdür.

برای درک بهترِ اینکه در این سالها چه بر سر اقتصاد ما گذشت به این نکته توجه کنید که سال ۱۳۵۵ کل اقتصاد کره‌جنوبی نصف اقتصاد ایران بود و امروز فقط اندازه شرکت سامسونگ کره دو برابر کل اقتصاد ایران است!

#İran #region_ölkələri #Koreya #iqtisadiyyat

Kanala abunə olun
1👍1🔥1
🇮🇷 İranda 136 millət vəkili internetə tətbiq edilmiş məhdudiyyətlərin aradan qaldırılmasına qarşı çıxıb 🌐⁉️

İnternetə qoyulmuş qadağaların aradan qaldırılmasına qarşı çıxan millət vəkilləri adlarının açıqlanmamasını tələb ediblər.
Onlar hesab edirlər ki, xarici platformalar İslam Respublikasının düşmənidir.

📍بیش از 130 نماینده مجلس در نامه‌ای مخالفت خود را با رفع فیلترینگ اعلام کردند و خواستند نامشان منتشر نشود. آنها معتقد هستند پلتفرم‌های خارجی دشمن جمهوری اسلامی‌اند

#İran #internet #millət_vəkili

Kanala abunə olun
👎3🔥1😁1🤮1
Suriyanın yeni hökuməti 🇮🇷 İrana xəbərdarlıq etdi: “Ölkəmizdə xaos yaratmaqdan çəkinin”❗️

Suriyanın yeni xarici işlər naziri Əsəd Həsən əş-Şeybani bu gün “X” hesabında paylaşım edərək İrana ölkəsində xaos yaratmaqdan və yaymaqdan çəkinməsi ilə bağlı xəbərdarlıq edib.

“İran Suriya xalqının iradəsinə, ölkənin suverenliyinə və təhlükəsizliyinə hörmət etməlidir. Biz Tehrana xəbərdarlıq edirik ki, Suriyada xaos yaymaqdan çəkinsin və son bəyanatlarının nəticələrinə görə də məsuliyyət daşısın” - deyə, XİN rəhbəri qeyd edib.

Bildirilib ki, bu, Bəşar Əsəd rejiminin süqutundan sonra Suriyanın yeni hökumətinin İrana və Tehranın Suriyadakı proseslərə yanaşmasına ən açıq-aydın və konkret xəbərdarlıqdır. (Iran International)

هشدار علنی حاکمان جدید سوریه به جمهوری اسلامی: از ایجاد هرج‌ومرج در کشور ما خودداری کنید

#Suriya #İran #xəbərdarlıq

Kanala abunə olun
👍7🤮1
🇮🇷 İran zindanlarında 10-a yaxın məhbus edam edilib 😱😡

Dünən İranın Fars, İsfahan, Cənubi Xorasan və Kermanşah əyalətlərindəki həbsxanalarda ən azı 6 məhbus dar ağacından asılıb.

Məlumata görə, ölüm hökmü həyata keçirilən məhbuslar “narkotik qaçaqmalçılığı” və “qətl”də günahlandırılıblar.

Qeyd olunub ki, son dörd ildə narkotik cinayətləri ilə bağlı edam edilən məhbusların sayı artıb. Bildirilib ki, asılan məhbusların sayı 84% artaraq 471 edama çatıb. (Amerikanın Səsi)

جمهوری اسلامی ۶ تن را در زندان‌های مختلف ایران اعدام کرد

#İran #zindan #məhbus #edam

Kanala abunə olun
🔥1
🇮🇷 İran 🇮🇱 İsrailin 🇵🇸 HƏMAS liderinin qətlinə görə məsuliyyəti üzərinə götürməsi ilə bağlı Təhlükəsizlik Şurasına məktub göndərib ✉️

IRNA xəbər verir ki, İsrailin HƏMAS-ın siyasi lideri İsmayıl Həniyənin öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürməsindən sonra İran BMT-nin Baş katibi Antonio Quterreşə və Təhlükəsizlik Şurasına məktub ünvanlayıb.

İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani məktubda bildirib ki, “İsrailin bu dəhşətli cinayətə görə məsuliyyətini açıq şəkildə etiraf etməsi, müdafiə cavabının qanuniliyini və bölgənin təhlükəsizliyinə təhdid olması barədə Tehranın mövqeyini təsdiqləyir”.

İran səfiri məktubunda qeyd edib ki, “bu açıq etiraf ilk dəfədir ki, İsrail dəhşətli cinayətə görə məsuliyyəti açıq şəkildə qəbul edib”.

نامه ایران به شورای امنیت در خصوص پذیرش مسئولیت ترور اسماعیل هنیه از سوی اسرائیل

#İran #HƏMAS #İsmayıl_Həniyə #BMT #İsrail

Kanala abunə olun
😁3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İran XİN: “Suriyanın gələcəyi ilə bağlı mühakimə yürütmək hələ tezdir” 🤔

“Tasnim News” xəbər verir ki, dünən İranın xarici işlər naziri Abbas Əraqçı bildirib ki, hazırda Suriyada bu ölkənin gələcəyinə təsir edən bir çox faktorlar var.

“Mənim fikrimcə, Suriyanın gələcəyi ilə bağlı mühakimə yürütmək hələ tezdir. Həm bizim, həm də Suriyada qələbələrin olduğunu düşünən başqaları üçün gələcəkdə daha çox hadisələr olacaq”, - deyə, Əraqçı qeyd edib.

عراقچی: قضاوت درباره آینده سوریه زود است

#İran #XİN #Suriya

Kanala abunə olun
🤮4
🇮🇷 İran parlamenti ölkədə elektrik enerjisinin verilməsində yaranan fasilələrə etiraz edib: ölkədə kənd təsərrüfatı məhv olur⚡️

“Eco İran” xəbər verib ki, dünən İran parlarmentinin plenar iclasında millət vəkilləri ölkədə elektrik enerjisinin tez-tez kəsilməsinə etirazlarını bildiriblər.

Məlumata görə, parlamentin üzvü Ümid Nəsibi energetika nazirinə xəbərdarlıq edib ki, “gündə 10 saat elektrik enerjisinin kəsilməsi kənd təsərrüfatının, bağların, tarlaların və tərəvəz istehsalının tamamilə məhv olması deməkdir”.

Bildirilib ki, başqa bir millət vəkili Zəhra Səidi Mübarəkə deyib: “Görəsən, elektrik enerjisinin kəsilməsi ilə bağlı energetika nazirinin bir planı var? İşıqların kəsilməsi ilə bağlı əvvəlcədən insanlara məlumat vermək lazımdır. Yaşlılar və MS (dağınıq skleroz) xəstələri üçün bu bir problemdir. İşıqların kəsilməsi nəticəsində onlar liftlərdən istifadə edə bilmirlər və bu xəstə insanlar üçün olduqca çətindir”.

#İran #elektrik_enerjisi #fasilələr #millət_vəkilləri #etiraz

Kanala abunə olun
🔥2
🇮🇷 İranda daha beş məhbus edam edilib 😱😢

İranda İnsan Haqları Təşkilatı xəbər verir ki, bu gün Şirazın Adilabad, İsfahanın Dəstgerd və Bircənd zindanlarında beş nəfər dar ağacından asılıb.

Məlumata görə, ölüm hökmü həyata keçirilən məhbuslar narkotik qaçaqmalçılığı və qəsdən adam öldürməkdə günahlandırılıblar.

احکام اعدام دستکم ۵ زندانی اجرا شد

#İran #məhbus #edam

Kanala abunə olun
🔥2
🇦🇿 Bakıdan Qroznıya uçan AZAL - Azerbaijan Airlines-a məxsus təyyarə 🇰🇿 Qazaxıstan ərazisində qəzaya düşüb 🛩😢

İlkin məlumata görə, 70-dən çox insan həyatını itirib.

یک فروند هواپیمای خطوط هوایی آذربایجان که از باکو به گروزنی در حال پرواز بود، سقوط کرد.

بر اساس اطلاعات اولیه، بیش از ۷۰ نفر جان خود را از دست دادند.

#Azərbaycan #təyyarə #qəza

Kanala abunə olun
😢12