Azad İran
5.98K subscribers
33.9K photos
21K videos
15 files
9.36K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇮🇷 İranın turizm naziri: “Heç kim hicaba qarşı deyil, biz dar düşüncəyə qarşıyıq” 🤔

ISNA xəbər verir ki, dünən İranın mədəni irs, turizm və sənətkarlıq naziri Seyid Rza Salehi Əmiri bildirib ki, “heç kim məcburi hicab əleyhinə deyil, ancaq dar düşüncəyə qarşıdır”.

“Hicab və İffət Qanunu” layihəsinə toxunan nazir deyib ki, İranda iffətli və sağlam cəmiyyət var. Onun sözlərinə görə, şəriətdən və qanundan kənar hökm edilməməlidir.

Nazir qeyd edib ki, İrana daha çox turist cəlb etmək lazımdır və bunu media ilə xaricdən reallaşdırmaq daha düzgündür.

هیچ‌کس با حجاب مخالف نیست با تنگ‌نظری مخالفیم

#İran #turizm_naziri #məcburi_hicab #dar_düşüncə #tənqid

Kanala abunə olun
😁4
🇮🇷 İran mediası: “🇫🇷 Fransa, 🇮🇳 Hindistan və 🇬🇷 Yunanıstanın dəstəyi ilə 🇦🇲 Ermənistan daha da hərbiləşir” 🚨

“Tasnim News” yazıb ki, Ermənistan Yunanıstan və Kiprlə üçtərəfli hərbi əməkdaşlıq planı imzalamaqla, Fransa və Hindistandan silah alaraq öz hərbi gücünü artırmağa çalışır. Bu addımlar Azərbaycanın narahatlığına və Cənubi Qafqazda geosiyasi rəqabətin artmasına səbəb olub.
👇👇👇
👎2
Azad İran
🇮🇷 İran mediası: “🇫🇷 Fransa, 🇮🇳 Hindistan və 🇬🇷 Yunanıstanın dəstəyi ilə 🇦🇲 Ermənistan daha da hərbiləşir” 🚨 “Tasnim News” yazıb ki, Ermənistan Yunanıstan və Kiprlə üçtərəfli hərbi əməkdaşlıq planı imzalamaqla, Fransa və Hindistandan silah alaraq öz hərbi…
Agentliyin məlumatına əsasən, Ermənistan hökuməti hələ də aktiv şəkildə silah tədarükü üçün yeni tərəfdaşlar axtarır.

Hazırda Fransa və Hindistan İrəvanın əsas silah tədarükçüləridir.

Sitat: “Ermənistan Qərb dövlətləri ilə yanaşı Hindistan və Yunanıstanla da sıx hərbi əlaqələr qurmağa çalışır. Yeni silah tədarükçüsünün ortaya çıxması gələcəkdə Ermənistanın hərbiləşməsini daha da artıracaq... İrəvan, deyəsən, Ermənistana silah ixrac edən istənilən ölkənin strateji regionda ilk növbədə öz maraqlarını güddüyünə məhəl qoymur. Məsələn, Fransa Afrika ölkələrində utancverici uğursuzluğundan sonra Ermənistana yalnız Cənubi Qafqazdakı məqsədlərinə çatmaq üçün silah satır. Hindistan isə Pakistanla qarşıdurmaya, Avropa və Avrasiya bazarlarına çıxışını genişləndirməyə can atır...”.

ارمنستان با امضای برنامه همکاری نظامی سه‌جانبه با یونان و قبرس و خرید تسلیحات از فرانسه و هند، به دنبال تقویت توان نظامی خود است. این اقدامات باعث نگرانی جمهوری آذربایجان و افزایش رقابت‌های ژئوپلیتیکی در قفقاز جنوبی شده است.

#Ermənistan #Fransa #Hindistan #Yunanıstan #hərbi_dəstək

Kanala abunə olun
🤬4👍1
🛑 Nazir: 🇮🇷 "İran İrəvandakı Göy Məscidin bərpasına hazırdır" 🤔🕌

IQNA saytı yazır ki, bu yaxınlarda Ermənistana səfər edən İranın mədəni irs, turizm və sənətkarlıq naziri Seyid Rza Salehi Əmiri İrəvandakı Azərbaycanın tarixi memarlıq abidəsi sayılan Göy Məscidə baş çəkərkən bildirib ki, “Tehran bu dəyərli binanın bərpası istiqamətində ciddi addımlar atmağa hazırdır”.

Məlumata görə, iranlı nazir məscidi gəzdikdən sonra deyib ki, memarlıq abidəsinin dərhal bərpasına və yenidən qurulmasına ehtiyac var.

O, vurğulayıb ki, güclü quruluşuna və memarlığına baxmayaraq Göy Məscid əsaslı təmir olunmalıdır.

#İran #turizm_naziri #Ermənistan #Göy_Məscid

Kanala abunə olun
👎3😁1
🇮🇷🇹🇷 “Plansız bədən dili!”

“Əsr-e Qanun” qəzeti “Plansız bədən dili!” başlığı ilə dərc etdiyi yeni sayında İran prezidenti Məsud Pezeşkianın Qahirədə D8 iclası çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşünü şərh edərək yazıb:

“Rəcəb Tayyib Ərdoğanla danışarkən Məsud Pezeşkianın bədən dili və əlini sinəsinə qoyması ilə bağlı hələ də söz-söhbətlər dolaşır. Türkiyə mediası Pezeşkianın bu addımını Ankaranın bölgədəki gücünün əlaməti kimi qələmə verib”.

#İran #Məsud_Pezeşkian #bədən_dili #Türkiyə

Kanala abunə olun
😁5
🇮🇷 İran turizmi çöküb: “20-yə yaxın ölkə vətəndaşlarına İslam Respublikasına getməmək barədə xəbərdarlıq edib” ❗️

“Etemad Online” İranda turizmlə bağlı vəziyyətin kritik olmasına toxunaraq yazıb ki, son 9 ay ərzində 16 ölkə öz vətəndaşlarına İrana səfər etməkdən çəkinməyi və bu ölkəni tərk etməyi tövsiyə edib.

Məlumata görə, İranda 5 min turizm agentliyinin yarısının bağlanması xaricilərin ölkəyə gəlişinin sıfıra enməsi və son 5 ildə turizm sənayesinin kəskin uğursuzluğuunun nəticəsidir.

Bildirilib ki, bir çox xarici ölkə vətəndaşı casusluq bəhanəsilə İranda həbs ediləcəyindən qorxduğu üçün bu ölkəyə səfərdən çəkinir, eyni zamanda geyim tərzinə görə zorakılıq görəcəyindən narahatdır.

طی 9 ماه اخیر 16 کشور به اتباع خود توصیه کرده‌اند از سفر به ایران خودداری کرده و خاک ایران را ترک کنند.

#İran #turizm #xarici_vətəndaşlar #xəbərdarlıq

Kanala abunə olun
🔥3
🇮🇷 İran bölgədə sabitliyin bərqərar olması üçün Yaxın Şərqdə yeni struktur yaratmağı təklif edir 🤔

“The Economist” xəbər verir ki, İran prezidentinin strateji məsələlər üzrə müavini Məhəmməd Cavad Zərif regionda sabitliyin yaradılması və regional aktorlar arasında əməkdaşlığın gücləndirilməsi üçün Yaxın Şərqdə Müsəlman Qərbi Asiya Dialoq Assosiasiyası adlı yeni strukturun yaradılması təklifini irəli sürüb.

Onun sözlərinə görə, yeni təşəbbüs Yaxın Şərqin bütün müsəlman ölkələri – Bəhreyn, Misir, İran, İraq, İordaniya, Küveyt, Livan, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Suriya, Türkiyə, Bəə və Yəmən dövlətlərini birləşdirməlidir. Bu, ümumi dinə, kollektiv təhlükəsizliyə və müdaxilə etməmək prinsipinə əsaslanan platformadır.

Zərif qeyd edib ki, assosiasiyanın əsas prioritetləri Qəzza zolağı, Livan, Suriya və Yəməndə mövcud olan bütün böhranların həlli, eləcə də qeyri-regional aktorların xarici müdaxilələri ilə mübarizə olmalıdır.

#İran #Yaxın_Şərq #yeni_struktur

Kanala abunə olun
🤮4
Kreml: “🇮🇷 İran prezidenti yeni il tətilində 🇷🇺 Rusiyaya səfər etməyəcək”

IRNA xəbər verir ki, bu gün Kremlin sözçüsü Dmitri Peskov 2025-ci ilin ilk günlərində İran prezidenti Məsud Pezeşkianın Rusiyaya rəsmi səfərə dəvət edilməsi ilə bağlı sualı cavablandırıb.

Peskovun sözlərinə görə, “Pezeşkianın Moskvaya rəsmi səfəri Yeni il bayramı tətilləri zamanı olmayacaq”.

سخنگوی کرملین در پاسخ به پرسشی درباره دعوت رسمی از رئیس‌جمهوری اسلامی ایران برای سفر به روسیه در روزهای نخست سال ۲۰۲۵ میلادی گفت:‌ زمان این سفر در تعطیلات سال نو میلادی نخواهد بود.

#Rusiya #Kreml #İran #Məsud_Pezeşkian

Kanala abunə olun
👍2🔥2
Suriya sərnişin uçuşlarına icazə vermir: Yanvar ayının bu tarixinə qədər 🇮🇷 İrana uçuşlar ləğv edilib ✈️

Bu gün İran Mülki Aviasiya Təşkilatının rəhbəri Hüseyn Purfərzanə deyib ki, Suriya yanvarın 22-dək İrana uçuşları dayandırıb və bu səbəbdən iki ölkə arasında rəsmi uçuşlar həyata keçirilmir.

Onun sözlərinə görə, uçuşların həyata keçirilməsi üçün Suriya hökuməti icazə verməlidir. Hüseyn Purfərzanə bildirib ki, İran və Livan arasında sərnişin uçuşları yenidən qurulub.

Qeyd edək ki, Bəşar Əsəd rejimi dövründə İran hava yolları vasitəsilə Suriyaya silah göndərirdi. (Amerikanın Səsi)

حسین پورفرزانه، رییس سازمان هواپیمایی کشوری امروز اعلام کرد که «سوریه تا ٢٢ ژانویه پروازهای ایران» را معلق کرده و به همین دلیل پرواز رسمی بین دو کشور برقرار نیست.

#Suriya #İran #sərnişin_uçuşları

Kanala abunə olun
👍2😢1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İran XİN: “🇾🇪 Yəmənlilər heç bir köməyə ehtiyacı olmadıqlarını göstəriblər” ❗️

IRIB News xəbər verir ki, bu gün İranın xarici işlər naziri Abbas Əraqçı bildirib ki, “yəmənlilər (husilər) göstəriblər ki, onların heç bir köməyə ehtiyacları yoxdur”.

“Ənsarullah (Yəmən husiləri) HƏMAS və Fələstin məsələsinə çoxlarının gözlədiyindən daha çox dəstək veriblər. İran bütün gücü ilə “müqavimət cəbhəsi”ni (proksi qüvvələrini) və Yəmən xalqını dəstəkləyir”, - deyə, Əraqşı qeyd edib.

عراقچی: یمنی‌ها نشان دادند به هیچ کمکی احتیاج ندارند

#İran #XİN #Yəmən #husilər

Kanala abunə olun
😁41🤮1
🇦🇲 Ermənistanda 🇮🇷 iranlı rəssamların əsərlərindən ibarət sərgi keçiriləcək 🎨🧑‍🎨

“GitiOnline” saytı xəbər verib ki, dekabrın 26-27-də İrəvanda iranlı rəssamların əl işlərindən ibarət sərgi təşkil ediləcək və sərgiyə incəsənətin müxtəlif sahələrindən olan 60-dan çox rəssam qatılacaq.

Məlumata görə, sərgi Ermənistan Rəssamlar Assosiasiyasında keçiriləcək.

Bildirilib ki, sərginin əsas məqsədi rəssamlarla sənətsevərlər arasında dialoqun qurulması üçün platforma yaratmaqdır.

برگزاری نمایشگاه هنری بین‌المللی در ایروان
ایروان، پایتخت ارمنستان، در تاریخ ۶ و ۷ دی‌ماه ۱۴۰۳ (۲۶ و ۲۷ دسامبر ۲۰۲۴) میزبان نمایشگاهی برجسته خواهد بود که بیش از ۶۰ هنرمند از حوزه‌های مختلف هنری در آن شرکت دارند.

#Ermənistan #İran #rəsm_sərgisi

Kanala abunə olun
🤮5
Media is too big
VIEW IN TELEGRAM
Hökumət sözçüsü: “🇮🇷 İran və Suriya səfirliklərinin yenidən fəaliyyətlərinin bərpa edilməsi üçün danışıqlar aparılır”

“Tələbə” informasiya agentliyi xəbər verir ki, bu gün İran hökumətinin sözçüsü Fatimə Mühacirani mətbuat konfransında Suriyadakı son hadisələrlə bağlı bildirib ki, “Tehran üçün vacib olan Suriya xalqının istəyinə əsaslanan hökumətin qurulmasıdır”.

“Suriyanın ərazi bütövlüyünün qorunması İranın izlədiyi çox mühüm məsələlərdən biridir... Səfirliklərin fəaliyyətinin yenidən bərpa edilməsinə gəlincə, bizim yanaşmamız hər zaman olduğu kimi diplomatik yoldur. İran və Suriya buna hazırdır və səfirliklərin yenidən fəaliyyətini bərpa etmələri üçün danışıqlar aparırıq”, - deyə, Mühacirani vurğulayıb.

گفت وگوهای دیپلماتیک برای بازگشایی سفارت‌ های ایران و سوریه درحال انجام است

#İran #hökumət_sözçüsü #Suriya #səfirliklər

Kanala abunə olun
🤮4👎1
🇮🇷 İranda 20 milyona yaxın insan savadsızdır 📚

İranın Savadlılıq Hərəkatı Təşkilatının rəhbəri Əbdürrza Fuladvənd deyib ki, İranda 91 milyon insandan 18 milyonu tam savadsız və az savadlıdır.

Onun sözlərinə görə, bir milyona yaxın insan isə təhsildən kənarda qalıb. Bildirilib ki, İranda əhalinin 20%-dən çoxu təhsilsiz hesab olunur. Əbdürrza Fuladvənd qeyd edib ki, ölkədə qadınların təhsil səviyyəsi 2,5 dəfə artıb. (Əl-Ərəbiyyə)

عبدالرضا فولادوند، رئیس سازمان نهضت سوادآموزی در ایران می‌گوید 18 میلیون نفر از جمعیت 91 میلیون نفری ایران بی‌سواد و کم سواد و نزدیک به یک میلیون نفر نیز بازمانده از تحصیل هستند.

#İran #savadsız_insanlar

Kanala abunə olun
😱3🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İranın Sistan və Bəluçistan əyalətində yoxsulluq hökm sürür: əməyə cəlb olunmuş uşaqlar zibilliklər içində axtarışdadır 🔥

Bölgədə iş yerlərinin olması üçün infrastrukturun olmaması yoxsulluğun əsas səbəblərindəndir.

Görüntüləri "Haalvsh" xəbər kanalı təqdim edib.

فقر سیستماتیک، کودکان کار و زباله‌گرد و چالش‌های اقتصادی در سیستان و بلوچستان

#İran #yoxsulluq #işsizlik

Kanala abunə olun
🔥1🤬1
🇮🇷 İranda "Whatsapp" və "Google Play"-ə qarşı məhdudiyyətlər aradan qaldırılır 🌐

İranda icraedici, qanunverici və məhkəmə orqanlarının başçılarının, nazirlərin və Virtual Məkana Nəzarət Şurasının üzvlərinin iştirakı ilə keçirilən iclasda "Whatsapp" və "Google Play" platformalarına qarşı məhdudiyyətlərin aradan qaldırılmasına dair qərar qəbul edilib.

♦️ شورای عالی فضای مجازی در جلسه روز سه‌شنبه چهارم دی به رفع محدودیت‌های دسترسی واتس‌اپ و گوگل‌پلی رای مثبت داد.

#İran #sosial_media #Whatsapp #Google_Play #məhdudiyyət

Kanala abunə olun
🔥1👏1
🇹🇷 Türkiyənin şərqində 🇮🇷 İran vətəndaşından 7,6 kiloqram süni narkotik tapılıb

Türkiyənin Ərzurum vilayəti polisinin narkotiklərlə mübarizə qrupu bir avtomobilə baxış keçirərkən İran vətəndaşından 7 kilo 600 qram sənaye üsulu ilə hazırlanmış narkotik vasitə aşkar etməyə müvəffəq olub.

کشف ۷.۶ کیلوگرم ماده مخدر صنعتی از یک

شهروند ایرانی در شرق تورکیه

تیم مبارزه با مواد مخدر پلیس استان ارزروم تورکیه هنگام بازرسی از یک خودرو، موفق به کشف ۷ کیلو و ۶۰۰ گرم ماده مخدر صنعتی از یک شهروند ایرانی شد

#Türkiyə #İran_vətəndaşı #narkotik_maddə

Kanala abunə olun
🤬2😁1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Təbrizdə havanın çirklənməsi acınacaqlı həddədir

Təbrizin havanın çirklənmə indeksi bir çox məntəqələrdə 150-ni keçib, Azərbaycan Meydanı stansiyasında isə 162-dir.

💥وضعیت اسفناک آلودگی هوای تبریز

شاخص آلودگی تبریز در بسیاری از ایستگاه‌ها از عدد ۱۵٠ عبور کرده و در ایستگاه میدان آزربایجان ۱۶۲ است.

#Təbriz #hava_çirklənməsi

Kanala abunə olun
🔥3👍1👎1
🇮🇷 Zahidanda hökumət qüvvələri yerli sakinlərin evlərini və tikilməkdə olan məscidi dağıdıblar 🔥

"Haalvsh" xəbər kanalının məlumatına görə, etnik bəluçların kompakt yaşadıqları Zahidanın Allahabad Kali bölgəsində hökumət qüvvələri və Mənzil Fondunun mülki geyimli nümayəndələri etnik bəluçların tikdiyi İmam Hüseyn məscidini və 20-tə yaxın evi hücum edərək dağıdıblar.

تخریب منازل و مسجد در حال ساخت شهروندان بلوچ در پی یورش نیروهای نظامی و بنیاد مسکن به شهرکی در شهرستان زاهدان

#İran #məscid #hökumət_qüvvələri

Kanala abunə olun
👍2👎1🔥1🤬1