Azad İran
5.99K subscribers
33.8K photos
21K videos
15 files
9.36K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 SEPAH generalı: “Elektrik stansiyalarımızda yanacağın olmamasından danışmaq ayıbdır” 🤔

“Tələbə” informasiya agentliyi xəbər verir ki, bu gün SEPAH-ın komandir müavini general Əli Fədəvi İranın elektrik enerjisi böhranı və qaz çatışmazlığı yaşamasına baxmayaraq, iddia edib ki, “ölkədəki elektrik stansiyalarında yanacağın olmamasından danışmaq ayıb olar”.

“Biz enerji baxımından dünyanın ən yüksək ölkəsiyik. Neftimizi və qazımızı birləşdirsək, dünyada birinci olarıq...”, - deyə, SEPAH generalı qeyd edib.

#İran #SEPAH #yanacaq

Kanala abunə olun
🤮2👍1🥰1
🇮🇷 İran XİN: “Suriyadakı qruplarla birbaşa əlaqəmiz yoxdur” 🤔

IRIB News xəbər ki, bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai mətbuat konfransında bildirib ki, “Tehran uzun müddət Suriyada İŞİD-in terror aktlarının bölgə ölkələrinə yayılmamasının qarşısını almaq üçün müxalif qruplarla əlaqə saxlayıb”.

İsmayıl Bəqai qeyd edib ki, İran Bəşar Əsəd rejiminin süqutundan əvvəl Suriyadakı bəzi müxalif qruplarla əlaqə saxlasa da hazırda onlarla birbaşa əlaqə yoxdur.

ارتباط مستقیمی با جریان حاکم بر سوریه وجود ندارد

#İran #XİN #Suriya

Kanala abunə olun
😁5👍1
🇺🇦 Ukrayna: “🇷🇺 Rusiyada 🇮🇷 İranın “Şahid” dronlarının hissələrinin anbarı məhv edilib”

“Anadolu Ajansı” xəbər verir ki, bu gün Ukrayna Rusiyada İranın “Şahid” dronlarının ehtiyat hissələrinin saxlanıldığı anbarın məhv edildiyini açıqlayıb.

Məlumata görə, Rusiyanın Yelabuqa iqtisadi zonasında İrana məxsus dronların olduğu anbarda “Şahid-136/131”lərin istehsalı üçün 65 ədəd gövdə, mühərrik, naviqasiya sistemləri və 400 ədəd termal kamera olub.

Bildirilib ki, anbarda dronların məhvinə səbəb yanğın olub. Yanğının vurduğu ziyanın dəyərinin isə 16 milyon dollar olduğu qeyd edilib.

اوکراین اعلام کرد انباری در روسیه که حاوی قطعات پهپادهای ایرانی «شاهد» ساخت ایران، نابود شده است.

#Ukrayna #Rusiya #İran #dron #anbar

Kanala abunə olun
👍6
🇷🇺 Rusiya 50-yə yaxın 🇮🇷 İran dronu ilə 🇺🇦 Ukraynaya hücuma keçib ❗️

Ötən gecə #Rusiya ordusu #İran istehsalı dronlarla #Ukraynanın bəzi şəhərlərini hədəfə alıb. Bununla bağlı, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının rəsmi “Telegram” kanalı xəbər verir.

Məlumata görə, Ukrayna qüvvələri hücumlar zamanı 47 ədəd İran istehsalı olan #Şahid_136/131 dronunu zərərsizləşdirib.

#Rusiya #Ukrayna #müharibə
#İran #dron #hücum

Kanala abunə olun
🤬2👎1
🇮🇷 Xameneyinin köməkçisi: “Hökuməti və prezidenti zəiflətmək düşmənin arzusudur” ❗️

İranın ali rəhbəri Əli Xameneyinin müşaviri və köməkçisi Məhəmməd Moxber ötən gün hökumətə dəstək verilməsinin vacibliyini vurğualayaraq deyib: “Hökumətin və prezidentin zəiflədilməsi nəinki ölkənin maraqlarına cavab vermir, həm də İslam Respublikasının düşmənlərinin istəyidir”.

Onun sözlərinə görə, İranın düşmənləri daim uçurum yaratmaqla xalqın hökumətə inamını sarsıtmağa çalışırlar.

Moxber qeyd edib ki, indi hamı prezident Məsud Pezeşkiana və onun rəhbərlik etdiyi hökumətə problemlərin aradan qaldırılmasına kömək etməlidir. (ISNA)

مخبر: تضعیف دولت و رئیس‌جمهوری خواست دشمن است

#İran #Xameneyinin_köməkçisi #düşmən

Kanala abunə olun
😁1🤮1
🇮🇷 İran 🇱🇧 Hizbullahı silahla təmin etmək üçün hava dəhlizi axtarır 🚨

Britaniyanın “The Times” qəzeti xəbər verir ki, İran hökuməti Suriyadan Livana gedən quru yolu bağlandıqdan sonra İran Hizbullaha silah tədarükünü bərpa etmək üçün hava dəhlizi planlaşdırır.

Hava dəhlizinin məqsədi Hizbullaha silah tədarük etmək olacaq ki, bu da İsrail və Hizbullah arasında imzalanmış son atəşkəs razılaşmasının pozulmasını təşkil edəcək.

Bildirilib ki, Qərb liderləri “İranın silah qaçaqmalçılığına görə bölgədəki əsas hava limanını itirməsindən və indi Beyrut hava limanını yeni logistika mərkəzinə çevirməyə çalışmasından narahatdırlar. Qeyd olunub ki, Dəməşqin əvəzinə Beyrut silah qaçaqmalçılığı üçün tranzit məntəqəyə çevriləcək”. (All Israel News)

#İran #Hizbullah #silah_tədarükü

Kanala abunə olun
🤮5👍1🤬1
🇮🇷 İran 🇮🇱 İsrailin mümkün hücumuna hazırlaşmağa başlayıb 🔥

İsrail 🇾🇪 Yəməndəki husilərə cavab olaraq İrana hücum etməyi düşünür. İsrailin hərbi və siyasi dairələri hesab edir ki, İran İsrailin mümkün hücumuna hazırlaşmağa başlayıb. İran ərazisində açıq-aşkar hazırlıq əlamətlərinin olmamasına baxmayaraq, İsrailə qarşı təhdidlər yenidən güclənib.

Bu barədə İsrail televiziyasının 12-ci kanalı yazır.

Yəməndən husilərin İsrailə qarşı hücumlarının artması ilə eyni vaxtda İrana birbaşa zərbə endirmə ehtimalı müzakirə edilir.
Tehran onun əleyhinə işləyə biləcək bir neçə amildən xəbərdardır, o cümlədən İran hava məkanında İsrail təyyarələrinin məhdudiyyətsiz hərəkəti və Hizbullaha qarşı ciddi hücumlar, eləcə də Trampın Ağ Evə qayıtması.

#İran #İsrail #hücum_ehtimalı #Husilər

Kanala abunə olun
🔥2👍1
🇮🇷 İranda dizel yanacağının qiyməti bahalaşıb ⛽️

Tehran sənaye şəhərciyinin icraçı direktoru Məhəmməd Hezavənejad bu haqda açıqlama verib: "Bu yay azad satışda olan dizelin bir litri 12 min tüməndən (0.28$) satılırdısa, hazırda bu qiymət 17 min tümənə (0.40$) çatıb".

🔴 افزایش قیمت گازوئیل آزاد

▪️قیمت گازوئیل آزاد در تهران به ۱۷ هزار تومان رسید

محمد هزاوه‌نژاد مدیرعامل شهرک صنعتی پایتخت:

▪️در تابستان امسال، هر لیتر گازوئیل آزاد به قیمت ۱۲ هزار تومان عرضه می‌شد، اما اکنون این قیمت به ۱۷ هزار تومان رسیده است.

#İran #dizel_yanacağı #qiymət_artımı

Kanala abunə olun
🔥2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İranın Hormozqan əyalətində yanacaq daşıyan avtomobil hökumət qüvvələri tərəfindən atəşə tutulub 😱🤬

"Haalvsh" xəbər kanalının məlumatına görə, hadisə dünən gecə saatlarında Minab şəhərində baş verib.

Qeyd etmək lazımdır ki, bölgələrdə bir sıra işsiz insanlar ailələrini dolandırmaq üçün qanunsuz yanacaq daşımaqla məşğul olurlar, İranın hərbi və polis qüvvələri isə yollarda pusqu quraraq, onları güllələyir.

شلیک به یک خودرو سوختبر و توقیف آن توسط نیروهای نظامی در شهرستان میناب


#İran #hökumət_qüvvələri #atəş #işsizlik

Kanala abunə olun
🔥2🤬1
🇮🇷 İranda dolların məzənnəsi yenidən yüksəlib 💵

Hazırda Tehran birjasında 1 🇺🇸 ABŞ dolları 78696 tümənə mübadilə olunur.

#İran #dollar #məzənnə

Kanala abunə olun
👍3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İsfahanda təqaüdçülər etiraza qalxıblar

Rabitə sahəsində çalışmış narazı təqaüdçülər müavinətlərinin az olmasından şikayətlənirlər.

🔴تجمع اعتراضی بازنشستگان مخابرات در اصفهان
۳ دی

#İran #etiraz

Kanala abunə olun
🔥3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 Tehranda King Money rəqəmsal valyutanın aldadılmış səhmdarları etiraza qalxıblar 🔥

Sosial mediada yayılmış məlumatlara görə, saxta rəqəmsal valyuta "King Money" SEPAH-a bağlı iqtisadi şəbəkələrlə əlaqəlidir.

🔴تهران
تجمع اعتراضی غارت شدگان ارز دیجیتال جعلی کینگ مانی (King Money) که با شبکه‌های اقتصادی مرتبط با سپاه پاسداران در ارتباط است
دوشنبه ۳ دی ۱۴۰۳

#İran #etiraz

Kanala abunə olun
🔥3😁1
🇮🇷 Prezident: "İranın Şimal-Cənub dəhlizini tamamlamaq üçün ciddi iradəsi var"

Bunu İran prezidenti Məsud Pezeşkian 🇷🇺 Rusiyanın Baş nazirinin müavini Vitali Savelyevlə görüşündə deyib.

Görüşdə Rusiya rəsmisi bildirib: "İran və Rusiya arasında imzalanan saziş çərçivəsində Rəşt-Astara dəmir yolu xəttinin çəkilməsi planlarımızda prioritet sayılır və biz bu layihəni həyata keçirmək əzmindəyik".

Bildirilib ki, İran bu sazişin müddəalarına sadiqdir və Rusiya tərəfi ən qısa vaxtda marşrutun işlənib hazırlanmasına və layihənin həyata keçirilməsi üçün hazırlıqlara başlaya bilər.

Qeyd olunub ki, Rusiya tərəfi lazımi kredit xəttini ayırıb və 🇦🇿 Azərbaycan hökuməti ilə Şimal-Cənub dəhlizi boyunca əməkdaşlıq edərək İranı bu sazişi həyata keçirməyə çağırır.

#İran #Rusiya #Azərbaycan #Şimal_Cənub_Dəhlizi

Kanala abunə olun
🤮2😁1
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 İranın proksi qüvvələrinin qədim 🇸🇾 Palmira şəhərində yerləşdiyi baza

Ərazidə İranın proksi qüvvələrinin atıb qaçdıqları silah-sursat və İran pilotsuz təyyarələrinin saxlanması üçün istifadə edilən anqarlar müşahidə olunur.
Reportajı Əl-Ərəbiyyə telekanalı təqdim edir.

گزارش تصویری اختصاصی «العربیه» پایگاه هوایی محل استقرار شبه‌نظامیان ایران در شهر باستانی تدمر (پالمیرا) و جنگ‌افزارهای به جای مانده از آنها و همچنین آشیانه‌هایی که برای نگهداری پهپادهای ایرانی به‌کار می‌رفت را نشان می‌دهد.

#İran #proksi_qüvvələr #Palmira #silah

Kanala abunə olun
🤬21😁1
🇮🇷 İranın birinci vitse-prezidenti 🇷🇺 Rusiya baş nazirinin müavini Vitali Savelyev ilə görüşüb

Məhəmməd Reza Arif İran və Rusiya arasında yaxşı əlaqələrin hamı üçün faydalı olduğunu bildirib.

Rusiya tərəfi İranın əlverişli coğrafi mövqeyinə və imkanlarına toxunaraq, Moskvanın müxtəlif sahələrdə əməkdaşlığı möhkəmləndirmək əzmində olduğunu vurğulayıb. (Tasnim News)

عارف: ارتباط خوب ایران و روسیه به نفع همه است

معاون اول رییس‌جمهور در دیدار معاون نخست‌وزیر روسیه:
🔹خوشبختانه عزم جدی در مسئولان ارشد هر دو کشور برای توسعه روابط در عالی ترین سطح وجود دارد.

#İran #Rusiya

Kanala abunə olun
🤮7👍2
🇮🇱 İsrail 🇵🇸 HƏMAS-ın keçmiş rəhbəri İsmail Həniyyənin 🇮🇷 Tehranda öldürülməsinin məsuliyyətini 5 aydan sonra öz üzərinə götürüb

İsrailin xarici işlər naziri Yisrael Katz həm də İsrail ordusunun husi üsyançılarının rəhbərliyini aradan götürəcəyi ilə hədələyib.

"Husilərə ağır zərbələr endirib, onların rəhbərlərini məhv edəcəyik, Tehranda, Qəzzada və Livanda Həniyə, Sinvar və Nəsrullaha etdiyimiz kimi, Hudeydə və Sənada da edəcəyik"-deyə Katz əlavə edib.

♦️ یسرائيل کاتز، وزیر خارجه اسرائيل روز دوشنبه سوم دی ماه پس از پنج ماه برای نخستین‌بار اعلام کرد که اسرائیل اسماعیل هنیه، رهبر پیشین حماس را در تهران کشته است. او همچنین تهدید کرد که ارتش اسرائيل رهبری شورشیان حوثی را از بین می‌برد.
یسرائيل کاتز گفت: «ما به حوثی‌ها ضربه سختی خواهیم زد و رهبری آنها را نابود می‌کنیم، همان کاری را که با هنیه،  سنوار و  نصرالله در تهران، غزه و لبنان انجام دادیم، در حدیده و صنعا نیز خواهیم کرد.»

#İsrail #İran #HƏMAS

kanala abunə olun
👍4🔥2👏21
🇮🇷 İran hökuməti güneyli fəalın ailəsinə təzyiq göstərir 😱😡

Güneyli milli fəal Vəhid Əbhərinin girov müqabilində zaminə buraxılmasından sonra, son bir neçə gün ərzində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təhlükəsizlik qüvvələri fəalın ailə üzvlərinə dəfələrlə zənglər ediblər.

Məlumata görə, təhlükəsizlik qüvvələri milli fəalın SEPAH-ın qərargahına gəlməsinitələb ediblər. Bildirilib ki, Vəhid Əbhərinin yaşlı anası təhlükəsizlik qüvvələri tərəfindən həbs olunmaqla hədələndikdən sonra SEPAH-ın qərargahına gedib və orada dindirilib. (GADTB)

نیروهای اطلاعات سپاه در روزهای اخیر، پس از آزادی موقت وحید ابهری، فعال تورک آزربایجانی، با تهدید به بازداشت اعضای خانواده وی، آنان را به ستاد خبری سپاه فراخوانده مورد بازجویی قرار داده اند.

#İran #Güney_Azərbaycan #milli_fəal #ailə #təzyiqlər

Kanala abunə olun
🤬4🔥3👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚨 Güney Azərbaycanda bu dəfə üçəm uşaqlar türk adına görə şəhadətnaməsiz qalıb 😱🤬

Məhkəmənin qərarına baxmayaraq, Təbrizin Vətəndaş Qeydiyyatı İdarəsi Elşən, Elnur və Sevgi adlı üçəm körpələrə türk adlarına görə doğum haqqında şəhadətnamə verməkdən boyun qaçırır.

Məlumata görə, idarə güneyli Məsud Səfərinin ailəsi üçün çox problem yaradıb və onun övladlarını 4 aydır ki, şəhadətnaməsiz qoyub. Bildirilib ki, Məsud Səfəri Təbrizin Vətəndaşlıq Qeydiyyatı İdarəsindən məhkəməyə şikayət edib.

Bildirilib ki, bir neçə gün öncə məhkəmə azyaşlı körpələrə doğum haqqında şəhadətnamə verilməsini tələb edib, ancaq sözügedən idarə bu dəfə məhkəmənin qərarına etiraz edib və işi Apellyasiya Məhkəməsinə göndərib. (Dan.magazin)

سه‌ قلوهای آذربایجانی به دلیل ترکی بودن نامشان ۴ ماه است بدون ‌شناسنامه مانده‌اند

#Güney_Azərbaycan #üçəm_körpələr #türk_adı #şəhadətnamə

Kanala abunə olun
🔥2🤬2😱1
🇮🇷 İranın radikal qəzeti: “Pezeşkianın istefası ilə bağlı söz-söhbətlər inqilab pərdəsi altında gizlənən radikallar tərəfindən başladılıb” 🤔

İranın ali rəhbəri Əli Xameneyinin ofisininə birbaşa tabe olan radikal “Keyhan” qəzeti ölkə prezidenti Məsud Pezeşkianın istefa verməsini istəyənlərin yaratdığı şayiələrin pərdəaraxasını işıqlandırıb.

Qəzetin yazdığına görə, bu günlərdə prezidentin istefa verməsini istəmələri, impiçmenti, eləcə də iclasların ləğvinin məqsədi ölkədə siyasi inflyasiya yaratmaqdır.

“İran prezidenti Məsud Pezeşkianın istefası barədəki söz-söhbətlər inqilab örtüyünə bürünən müəyyən cərəyan tərəfindən ortaya atılıb. Sosial şəbəkələrdə bu mövzuya geniş yer verilib... Mediada yeni hökumətin fəaliyyəti tənqid edilir... Təbii ki, İran hökumətinə və millətinə düşmən kəsilənlərə cavab olaraq prezidenti bu yola sövq etməyə çalışanlara qarşı həssas olmaq lazımdır”, - deyə, qəzet qeyd edib.

#İran #prezident #Məsud_Pezeşkian #istefa
👍1🔥1
🇮🇷 Xameneyinin müşaviri: “Suriya hökumətinin süqutu 🇺🇸 ABŞ-🇮🇱 İsrail planı idi” 🤔

Dünən İranın ali rəhbərinin müşaviri və Xarici Əlaqələr üzrə Strateji Şuranın sədri Kamal Xərrazi Suriya hökumətinin süqutuna toxunaraq deyib ki, baş verən hadisələr Amerika-İsrail planı olub.

Onun sözlərinə görə, “bunun sübutu ABŞ dövlət katibinin müavinin dərhal Dəməşqə səfəri və Təhrir əş-Şam lideri Əbu Məhəmmədin həbsi üçün təyin olunan 10 milyon dollar mükafatın ləğv edilməsidir”.

“Bizim üçün önəmli olan Suriyanın müstəqilliyi və ərazi bütövlüyüdür... Bu məsələdə Türkiyə başda olmaqla müxtəlif qruplar və ölkələr rol oynayıb. Türkiyənin Suriya ilə tarixi ərazi mübahisəsi olub. Ankara Suriyada nəzarəti ələ keçirmək üçün müxalif qüvvələrə maddi-texniki və təlim dəstəyi üçün fəaliyyət göstərib... İran-Rusiya əlaqələri qədim və tarixidir. Tehran və Moskvanın Suriya ilə bağlı ümumi yanaşması var”, - deyə, iddia edib. (ISNA)

#İran #Suriya #ABŞ #İsrail

Kanala abunə olun
👍3😁3👎1🤮1
🇮🇷 İran və 🇷🇺 Rusiya media əməkdaşlığının inkişafı ilə bağlı danışıqlar aparıb

“Tasnim News” xəbər verir ki, dünən İranın Moskvadakı səfiri Kazım Cəlali Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ilə görüşündə media sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Məlumata görə, görüşdə Zaxarova İran və Rusiya arasında media əməkdaşlığının və iki ölkə rəsmiləri ilə media nümayəndələrinin qarşılıqlı əlaqələrinin möhkəmləndirilməsi təklifini alqışlayıb. Rusiya XİN-nin sözçüsü bildirib ki, Tehran və Moskvanın azad media axınını dəstəkləmək üçün bir sıra görüşlər keçirilməlidir.

Qeyd olunub ki, tərəflər media əməkdaşlığının inkişaf etdirilməsi yolları, birgə tədbirlərin keçirilməsi, hərtərəfli əməkdaşlıq sənədinin imzalanması, eləcə də iki ölkədən olan jurnalistlərə viza verilməsi prosesinin asanlaşdırılması kimi məsələləri nəzərdən keçiriblər.

رایزنی ایران و روسیه برای توسعه همکاری‌های دوجانبه رسانه‌ای

#İran #Rusiya #media_əməkdaşlığı

Kanala abunə olun
👎2