Azad İran
5.98K subscribers
33.8K photos
21K videos
15 files
9.36K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
Azad İran pinned a video
🇮🇷 İran prezidentinin internet məhdudiyyətlərinin ləğvi barədə vədlərini yerinə yetirməməsi tənqid edilir ❗️

İranda internet məhdudiyyətləri ilə bağlı verdiyi vədi yerinə yetirmədiyinə görə ölkə prezidenti Məsud Pezeşkiana qarşı tənqidlər artıb. Bildirilib ki, bəziləri onun istefasını və ya hökumətdəki yeni rabitə nazirinin vəzifəsindən kənarlaşdırılması ilə bağlı müraciətlər olub.

Dünən “Sazəndegi” qəzeti “Faydasız nazir” başlığı ilə yazıb ki, İranın rabitə naziri Səttar Haşiminin vəzifəsindən uzaqlaşdırılması üçün başladılan kampaniyaya 20 minə yaxın insan imza atıb.

Bir sıra sosial media istifadəçiləri də prezident seçkiləri zamanı Məsud Pezeşkianın dediklərini yenidən xatırladaraq, sözünü yerinə yetirmədiyi təqdirdə istefa etməsini istəyiblər. (Radio Farda)

افزایش انتقادها از عدم تحقق وعده پزشکیان درباره لغو فیلترینگ اینترنت

#İran #Məsud_Pezeşkian #internet_məhdudiyyətləri #vəd #təndiq

Kanala abunə olun
🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Suriyada bir satıcı Əsəd rejimindən qalan tankdan belə yararlandı 🍏🥦

Sosial şəbəkələrdə paylaşılan videoya görə, Suriyada bir satıcı Bəşar Əsəd rejiminin süqutundan sonra Homsda küçədə qalan tankı piştaxta kimi istifadə edib. (Əl-Ərəbiyyə)

یک فروشنده سوری پس از سقوط رژیم اسد یک تانک را در خیابانی در حمص به قفسه سبزیجات تبدیل کرد.

#Suriya #Bəşar_Əsəd #tank #piştaxta

Kanala abunə olun
😁4
🇮🇷 İranın radikal qəzeti Əsədi hədəfə aldı: “Bəşar Əsəd İrana arxa çevirdi, bir həftə belə davam gətirmədi” 🤔

İranın ali rəhbəri Əli Xameneyinin ofisinə birbaşa tabe olan radikal və ultramühafizəkar “Keyhan” qəzeti Suriyada baş verən son hadisələrə toxunaraq yazıb ki, “İran 13 il Bəşar Əsədi qoruyub, ancaq o, bir həftə Tehrana arxasını döndü və devrildi”.

Radikal qəzetdə yazılana görə, “kimsə Suriya hökumətinin süqutunu İslam Respublikasının zəifliyinin əlaməti hesab edə bilər, ancaq əksinə, bu hadisə İranın gücünü sübut edib”.

“İran 2011-ci ildən Suriyanı müxaliflərin pəncəsindən çıxarıb və 13 il ərzində Bəşar Əsədi qoruyub. Ancaq Suriya və Bəşar Əsəd İslam Respublikasından üz döndərən kimi heç bir həftə belə tab gətirə bilmədi”, - deyə, qəzetdə vurğulanıb.

حمله کیهان به بشار اسد/ به ایران پشت کرد، یک هفته هم دوام نیاورد

#İran #radikal_qəzet #Bəşar_Əsəd

Kanala abunə olun
😁3👍2🔥1
🇮🇱 “Mossad” rəhbəri 🇮🇷 İrana qarşı yeni hücuma çağırış edib: “İlanın başını vurmalıyıq” 🚨

İsrail mediası xəbər verib ki, “Mossad”ın rəhbəri Devid Barnea son günlər ölkənin siyasi və hərbi rəsmilərinə İrana qarşı yeni hücum dalğasına başlamalarını təklif edib. Bildirilib ki, bu təklif İranın dəstəklədiyi "Ənsarullah” (husilər) qruplaşmasının Yəməndən İsrailə ballistik raket hücumlarına cavab olaraq edilib.

“Biz ilanın başına, yəni İrana hücum etməliyik. Yəmənə hücum məsafə və məlumat toplamaq çətinliyinə görə təsirli deyil və husilərə göstərişi və əmrləri İran komandirləri verirlər”,
- deyə, Barnea vurğulayıb.

Qeyd olunub ki, amerikalı senator Cin Şahin deyib ki, ABŞ növbəti olaraq İranın devrilməsini istəyir. Onun sözlərinə görə, Tehran zəifləyib. Senator açıqlayıb ki, “Suriyadakı hadisələr İranın strateji uğursuzluqlarını üzə çıxarıb və indi demokratiya, insan haqları və hər kəs üçün ədalət kimi ümumi dəyərləri dilə gətirmək vaxtıdır”. (GATDB)

#İsrail #Mossad #İran #hücum
👍6🤮1
Hökumət mollası: 🇮🇷 İranda elektrik kəsintisi və qaz çatışmazlığı ölkənin inkişafının sürətlənməsinə işarədir🤔

İranın ali rəhbərinin Ərdəbil əyalətindəki nümayəndəsi və Ərdəbilin cümə imamı Həsən Amoli İslam Respublikasının ölkəni elektrik enerjisi və qazla təmin edə bilməməsinə haqq qazandıraraq iddia edib:

“Elektrik enerjisinin tez-tez kəsilməsinin və qaz çatışmazlığının əsas səbəblərindən biri sənayedə elektrik enerjisi və qazın artımı və enerji qıtlığı yaşayan yoxsul bölgələrin inkişafıdır”.

Hökumət mollası gülünc şəkildə bildirib ki, “sənayedə elektrik enerjisinin istehlakının artması ölkənin inkişafının sürətlənməsindən xəbər verir”.

نماینده خامنه‌ای در اردبیل: قطع برق و کمبود گاز نشانه شتاب توسعه کشور است

#İran #hökumət_mollası #elektrik_kəsintisi #qaz_çatışmazlığı #inkişaf

Kanala abunə olun
🤮7😁21
🇦🇿 Azərbaycanın D8-ə üzvlüyü: İslam əməkdaşlığının möhkəmləndirilməsi istiqamətində addım”

“Nameh News” saytı yazıb ki, müsəlman ölkələrinin dəstəyi ilə Azərbaycan D8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olub.

Analitiklər bu addımı Azərbaycanın uğurlu xarici siyasətinin göstəricisi və təşkilata üzv ölkələr arasında İslam həmrəyliyinin və iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində atılan addım kimi qiymətləndiriblər.
👇👇👇
👍1👎1
Azad İran
🇦🇿 Azərbaycanın D8-ə üzvlüyü: İslam əməkdaşlığının möhkəmləndirilməsi istiqamətində addım” “Nameh News” saytı yazıb ki, müsəlman ölkələrinin dəstəyi ilə Azərbaycan D8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olub. Analitiklər bu addımı Azərbaycanın uğurlu…
Azərbaycanın D8-ə üzv olması nə dərəcədə vacibdir? Bu üzvlüyün Azərbaycana, bölgəyə və dünya üçün nə faydası olacaq?” suallarına cavab olaraq irlandiyalı tarixçi və siyasi analitik Patrik Uolş bildirib ki, Azərbaycanın mühüm rol oynadığı “Avrasiyanın inkişafı” bütün prespektiv və xüsusiyyətlərə malik ölkələr arasında qarşılıqlı asılılığın yeni dövrünü yaradacaqdır.

Onun sözlərinə görə, dünya transformasiya dövrü yaşayır və Azərbaycan çox əhəmiyyətlidir. O, qeyd edib ki, bərpa olunan enerji mənbələrinə və yaşıl enerjiyə doğru addım ağıllı şəkildə atılsa, inkişaf etməkdə olan ölkələr Qərb dünyasındakı güclü lobbilərin gerçək olmayan tələbləri səbəbindən zəif vəziyyətdə olmayacaqlar.

#Azərbaycan #D8 #İslam_əməkdaşlığı

Kanala abunə olun
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 İran XİN sözçüsü: “Suriyanın suverenliyini qorumaq bir prinsipdir” ❗️

“Tasnim News” xəbər verir ki, bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai jurnalistlərlə keçirilən mətbuat konfransında deyib ki, “Türkiyə və Suriya məsələsi ilə bağlı müzakirələr aparılıb və İranın Suriya ilə bağlı prinsipial mövqeyi bəllidir”.

“Suriyanın suverenliyinin və bütövlüyünün qorunması və Suriyanın gələcəyi ilə bağlı qərarların bu ölkənin xalqınıntərəfindən qəbul edilməsi regional səviyyədə konsensus əldə etmiş bir prinsipdir...”, - deyə, Bəqai qeyd edib

#İran #XİN #Suriya

Kanala abunə olun
😁3🤮1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇷🇺 Rusiya nümayəndə heyəti 🇮🇷 İrana səfər edib

“Sputnik İran” xəbər verir ki, bu gün Rusiya baş nazirinin müavinləri Aleksey Overçuk və Vitali Savelyev Tehrana səfər ediblər.

Məlumata görə, Rusiya nümayəndə heyətinin İran prezidenti ilə danışıqların aparılması da planlaşdırılır.

ورود هیئت روسیه به ایران
هیئت روسی به سرپرستی اورچوک و ساولیف، معاونان نخست وزیر روسیه وارد تهران شد و قرار است با رئیس جمهور ایران مذاکراتی انجام شود.

#Rusiya #nümayəndə_heyəti #İran

Kanala abunə olun
👎1🤮1
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 İran XİN ölkə vətəndaşlarına xəbərdarlıq etdi: “Suriyaya səfər etməyin” ❗️

IRNA xəbər verir ki, bu gün jurnalistlərlə keçirilən brifinqdə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai İran vətəndaşlarına xəbərdarlıq edib.

O, bildirib ki, baş verən hadisələrlə bağlı olaraq İslam Respublikasının vətəndaşları Suriyaya səfər etməməlidirlər.

Bəqai mətbuat konfransında qeyd edib ki, “Dəməşq və Livandakı səfirliklərin uğurlu səyləri və koordinasiyası sayəsində Tehran İran vətəndaşlarını vaxtında təxliyə edə bilib”.

سخنگوی وزارت خارجه: هموطنان به سوریه سفر نکنند

#İran #XİN #vətəndaş #Suriya #səfər #xəbərdarlıq

Kanala abunə olun
😁3🔥1
🚨 SON DƏQİQƏ

🇮🇷 İranda avtobus yanacaq tankeri ilə toqquşub: 10-a yaxın ölən var 🔥

“Tasnim News” xəbər verir ki, bu gün saat 10:40-da Zahidanda avtobusla yanacaq tankeri toqquşub.

Sistan və Bəluçistan əyalətinin Qızıl Aypara Cəmiyyətinin rəhbəri Seyidməhəmmədi Səccad bildirib ki, qəza nəticəsində 9 nəfər həlak olub.

Qeyd olunub ki, hadisədə daha 13 nəfər yaralanıb. Xəsarət alan şəxslər dərhal xəstəxanaya aparılıblar.

تصادف اتوبوس با تانکر سوخت در جاده زاهدان/ ۹ نفر جان باختند

#İran #Zahidan #qəza

Kanala abunə olun
🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İran və 🇷🇺 Rusiya arasında gələn ayın sonuna qədər müqavilə imzalanacaq 📃🖋️

IRNA xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bu gün brifinqdə bildirib ki, yanvar ayının sonuna qədər Tehran və Moskva arasında müqaviləyə imza atılacaq.

Onun sözlərinə görə, iki ölkə arasında mühüm sənədi imzalamaq üçün düzgün vaxtı müəyyən etmək məqsədi ilə davamlı danışıqlar aparılıb.

Bəqai qeyd edib ki, tezliklə həyata keçiriləcək ikitərəfli səfərdə sazişin imzalanması yekunlaşacaq.

سخنگوی وزارت خارجه: موافقت‌نامهٔ ایران و روسیه اواخر دی امضا خواهد شد

#İran #Rusiya #müqavilə

Kanala abunə olun
👎1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 SEPAH generalı: “Elektrik stansiyalarımızda yanacağın olmamasından danışmaq ayıbdır” 🤔

“Tələbə” informasiya agentliyi xəbər verir ki, bu gün SEPAH-ın komandir müavini general Əli Fədəvi İranın elektrik enerjisi böhranı və qaz çatışmazlığı yaşamasına baxmayaraq, iddia edib ki, “ölkədəki elektrik stansiyalarında yanacağın olmamasından danışmaq ayıb olar”.

“Biz enerji baxımından dünyanın ən yüksək ölkəsiyik. Neftimizi və qazımızı birləşdirsək, dünyada birinci olarıq...”, - deyə, SEPAH generalı qeyd edib.

#İran #SEPAH #yanacaq

Kanala abunə olun
🤮2👍1🥰1
🇮🇷 İran XİN: “Suriyadakı qruplarla birbaşa əlaqəmiz yoxdur” 🤔

IRIB News xəbər ki, bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai mətbuat konfransında bildirib ki, “Tehran uzun müddət Suriyada İŞİD-in terror aktlarının bölgə ölkələrinə yayılmamasının qarşısını almaq üçün müxalif qruplarla əlaqə saxlayıb”.

İsmayıl Bəqai qeyd edib ki, İran Bəşar Əsəd rejiminin süqutundan əvvəl Suriyadakı bəzi müxalif qruplarla əlaqə saxlasa da hazırda onlarla birbaşa əlaqə yoxdur.

ارتباط مستقیمی با جریان حاکم بر سوریه وجود ندارد

#İran #XİN #Suriya

Kanala abunə olun
😁5👍1
🇺🇦 Ukrayna: “🇷🇺 Rusiyada 🇮🇷 İranın “Şahid” dronlarının hissələrinin anbarı məhv edilib”

“Anadolu Ajansı” xəbər verir ki, bu gün Ukrayna Rusiyada İranın “Şahid” dronlarının ehtiyat hissələrinin saxlanıldığı anbarın məhv edildiyini açıqlayıb.

Məlumata görə, Rusiyanın Yelabuqa iqtisadi zonasında İrana məxsus dronların olduğu anbarda “Şahid-136/131”lərin istehsalı üçün 65 ədəd gövdə, mühərrik, naviqasiya sistemləri və 400 ədəd termal kamera olub.

Bildirilib ki, anbarda dronların məhvinə səbəb yanğın olub. Yanğının vurduğu ziyanın dəyərinin isə 16 milyon dollar olduğu qeyd edilib.

اوکراین اعلام کرد انباری در روسیه که حاوی قطعات پهپادهای ایرانی «شاهد» ساخت ایران، نابود شده است.

#Ukrayna #Rusiya #İran #dron #anbar

Kanala abunə olun
👍6
🇷🇺 Rusiya 50-yə yaxın 🇮🇷 İran dronu ilə 🇺🇦 Ukraynaya hücuma keçib ❗️

Ötən gecə #Rusiya ordusu #İran istehsalı dronlarla #Ukraynanın bəzi şəhərlərini hədəfə alıb. Bununla bağlı, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının rəsmi “Telegram” kanalı xəbər verir.

Məlumata görə, Ukrayna qüvvələri hücumlar zamanı 47 ədəd İran istehsalı olan #Şahid_136/131 dronunu zərərsizləşdirib.

#Rusiya #Ukrayna #müharibə
#İran #dron #hücum

Kanala abunə olun
🤬2👎1
🇮🇷 Xameneyinin köməkçisi: “Hökuməti və prezidenti zəiflətmək düşmənin arzusudur” ❗️

İranın ali rəhbəri Əli Xameneyinin müşaviri və köməkçisi Məhəmməd Moxber ötən gün hökumətə dəstək verilməsinin vacibliyini vurğualayaraq deyib: “Hökumətin və prezidentin zəiflədilməsi nəinki ölkənin maraqlarına cavab vermir, həm də İslam Respublikasının düşmənlərinin istəyidir”.

Onun sözlərinə görə, İranın düşmənləri daim uçurum yaratmaqla xalqın hökumətə inamını sarsıtmağa çalışırlar.

Moxber qeyd edib ki, indi hamı prezident Məsud Pezeşkiana və onun rəhbərlik etdiyi hökumətə problemlərin aradan qaldırılmasına kömək etməlidir. (ISNA)

مخبر: تضعیف دولت و رئیس‌جمهوری خواست دشمن است

#İran #Xameneyinin_köməkçisi #düşmən

Kanala abunə olun
😁1🤮1
🇮🇷 İran 🇱🇧 Hizbullahı silahla təmin etmək üçün hava dəhlizi axtarır 🚨

Britaniyanın “The Times” qəzeti xəbər verir ki, İran hökuməti Suriyadan Livana gedən quru yolu bağlandıqdan sonra İran Hizbullaha silah tədarükünü bərpa etmək üçün hava dəhlizi planlaşdırır.

Hava dəhlizinin məqsədi Hizbullaha silah tədarük etmək olacaq ki, bu da İsrail və Hizbullah arasında imzalanmış son atəşkəs razılaşmasının pozulmasını təşkil edəcək.

Bildirilib ki, Qərb liderləri “İranın silah qaçaqmalçılığına görə bölgədəki əsas hava limanını itirməsindən və indi Beyrut hava limanını yeni logistika mərkəzinə çevirməyə çalışmasından narahatdırlar. Qeyd olunub ki, Dəməşqin əvəzinə Beyrut silah qaçaqmalçılığı üçün tranzit məntəqəyə çevriləcək”. (All Israel News)

#İran #Hizbullah #silah_tədarükü

Kanala abunə olun
🤮5👍1🤬1
🇮🇷 İran 🇮🇱 İsrailin mümkün hücumuna hazırlaşmağa başlayıb 🔥

İsrail 🇾🇪 Yəməndəki husilərə cavab olaraq İrana hücum etməyi düşünür. İsrailin hərbi və siyasi dairələri hesab edir ki, İran İsrailin mümkün hücumuna hazırlaşmağa başlayıb. İran ərazisində açıq-aşkar hazırlıq əlamətlərinin olmamasına baxmayaraq, İsrailə qarşı təhdidlər yenidən güclənib.

Bu barədə İsrail televiziyasının 12-ci kanalı yazır.

Yəməndən husilərin İsrailə qarşı hücumlarının artması ilə eyni vaxtda İrana birbaşa zərbə endirmə ehtimalı müzakirə edilir.
Tehran onun əleyhinə işləyə biləcək bir neçə amildən xəbərdardır, o cümlədən İran hava məkanında İsrail təyyarələrinin məhdudiyyətsiz hərəkəti və Hizbullaha qarşı ciddi hücumlar, eləcə də Trampın Ağ Evə qayıtması.

#İran #İsrail #hücum_ehtimalı #Husilər

Kanala abunə olun
🔥2👍1
🇮🇷 İranda dizel yanacağının qiyməti bahalaşıb ⛽️

Tehran sənaye şəhərciyinin icraçı direktoru Məhəmməd Hezavənejad bu haqda açıqlama verib: "Bu yay azad satışda olan dizelin bir litri 12 min tüməndən (0.28$) satılırdısa, hazırda bu qiymət 17 min tümənə (0.40$) çatıb".

🔴 افزایش قیمت گازوئیل آزاد

▪️قیمت گازوئیل آزاد در تهران به ۱۷ هزار تومان رسید

محمد هزاوه‌نژاد مدیرعامل شهرک صنعتی پایتخت:

▪️در تابستان امسال، هر لیتر گازوئیل آزاد به قیمت ۱۲ هزار تومان عرضه می‌شد، اما اکنون این قیمت به ۱۷ هزار تومان رسیده است.

#İran #dizel_yanacağı #qiymət_artımı

Kanala abunə olun
🔥2