Azad İran
5.99K subscribers
33.8K photos
21K videos
15 files
9.36K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇮🇷 İranda ən azı 40 sosial media fəalının "İnstagram" səhifəsi bağlanıb 🛑

İranda İnsan Haqları Təşkilatının məlumatına görə, sosial media fəalları polisə çağrılaraq dindirilib.
Tehran şəhər məlumatların mübadilə polis idarəsinin rəisi Davud Moəzzemi Qudərzinin bildirdiyinə görə, azı 40 sosial media fəalının səhifəsi “gizli kamera yaratmaq” və “cəmiyyətin psixoloji təhlükəsizliyini pozmaq” ittihamı ilə bloklanıb.

🔴 احضار، بازجویی و انسداد صفحه مجازی دستکم ۴۰ فعال اینستاگرامی

❇️ حقوق بشر در ایران ـ امروز یکشنبه ۲دی ماه ۱۴۰۳،  داود معظمی گودرزی، رئیس پلیس تولید و تبادل اطلاعات تهران بزرگ، از احضار، تهدید به پرونده سازی قضایی دستکم ۴۰ تن از فعالان فضای مجازی و انسداد صفحات مجازی این شهروندان در اینستاگرام، به علت «ساخت دوربین مخفی» و «اخلال در امنیت روانی جامعه» خبر داد.

#İran #kiberməkan #İnstagram

Kanala abunə olun
🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇱 İsrail ordusu 🇱🇧 Livanın cənubundakı Hizbullahın böyük yeraltı hərbi bazasında partlayış anının videosunu yayıb 🧨💥

ارتش اسرائیل ویدئویی از لحظه انفجار در یک پایگاه بزرگ زیرزمینی حزب‌الله در جنوب لبنان را منتشر کرد.

#İsrail #Hizbullah #yeraltı_baza #partlayış

Kanala abunə olun
👍6
🇮🇷 Tehranda oftalmoloji mərkəzdə 9 xəstənin gözü kor oldu 👀😱

Bir müddət əvvəl Tehranda oftalmologiya xəstəxanasında 2 xəstənin səhv dərman verildiyi üçün kor olduğu barədə rəsmi xəbər yayılsa da, yeni xəbər onların sayının 9 nəfərə çatdığı bildirilib.

"Tabnak" saytının xəbərinə görə,  hadisə Tehranın "Neqah Oftalmologiya Mərkəzi"ndə baş verib.

Deyilənə görə, həmin xəstəxanada katarakta əməliyyatı keçirən bir sıra xəstələrdə ağır göz infeksiyası yaranıb və onların görmə qabiliyyəti bərpa olmayıb.

Gözünə infeksiya düşən xəstələrin sayı 9-a çatıb və “təəssüf ki, onlardan ən azı dördünün gözü çıxarılıb”.

Həkimlərdən biri bu hadisənin təkrarlanmaması üçün xəstələri müalicə üçün başqa xəstəxanalara göndərib.

نابینا شدن ۹ بیمار در #بیمارستان_نگاه تهران

#İran #oftalmologiya #infeksiya #katarakta

Kanala abunə olun
🔥1😱1
🇮🇷 İranda azı 6 məhbus dar ağacından asılıb 😱🤬

İranda İnsan Haqları Təşkilatının məlumatına görə, bu gün İsfahanın Dəstgerd və Sari şəhər mərkəzi həbsxanalarında “narkotik qaçaqmalçılığı” və “qəsdən adam öldürmə” ittihamı ilə azı 6 məhbus edam edilib.

#İran #edam #ittiham

Kanala abunə olun
🔥1😱1
🇺🇸 Ağ Ev: "Zəifləmiş 🇮🇷 İran nüvə silahı əldə edə bilər" ⚛️

Baydenin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan deyib ki, İranın zəifləməsi Tehranı nüvə silahı istehsal etməyə məcbur edir.
O, artıq mövcud risk barədə Trampın komandasına məlumat verdiyini bildirib.

Təəccüblü deyil ki, İranda “Bəlkə biz indi nüvə silahının arxasınca getməliyik... Bəlkə də nüvə doktrinamıza yenidən baxmalıyıq” deyən səslər çıxır”, - deyə Sullivan bildirib.

#İran #nüvə_silahı #Amerika #Sallivan

Kanala abunə olun
🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Analar haqqında gözəl şeir 🎤

İfa edir: Güney azərbaycanlı Pınar Dana

💥آنالار حاققیندا گوزل بیر شعر
دیکلمه ائدن: پینار دانا

#Güney_Azərbaycan #Ana #şeir

Kanala abunə olun
👍62
🇮🇷 Tehranda ərini öldürən qadın edam cəzasına məhkum edildi 🔥

Tehranda ailə münaqişəsi zəminində 45 yaşlı ərini öldürməkdə təqsirləndirilən 28 yaşlı qadına Tehran əyalətinin Cinayət Məhkəməsi edam cəzası verib.

Ötən il Fəşm yolundakı restoranın işçiləri polisə zəng edərək Fəşam çayında insan cəsədinin qalıqlarının tapılması barədə məlumat veriblər. 
İstintaq nəticəsində məlum olub ki, qadın ərinin narkomaniyaya qurşanmasından təngə gələrək onu əynindəki üst geyimi ilə boğaraq öldürüb və doğrayaraq çaya atıb.

زنی در تهران به اتهام قتل همسرش به اعدام محکوم شد

زنی در تهران که متهم است همسرش را به دلیل اختلافات خانوادگی به قتل رسانده، توسط شعبه ۱۳ دادگاه کیفری یک استان تهران به #اعدام محکوم شد.

#İran #ailə_münaqişəsi #qətl #narkomaniya #edam_cəzası

Kanala abunə olun
🔥1
🇸🇾 Suriyanın yeni hökuməti ölkənin hava məkanını 🇮🇷 İran təyyarələrinə bağladı 🛩

Qadağa bütün növ İran təyyarələrinə aiddir.

Qadağaya əsasən, "İran Hava Holları"nın təyyarələri, o cümlədən "Mahan Air" aviaşirkətinə məxsus təyyarələr Suriya səmasından yan keçirlər.

#İran #Suriya #uçuş_qadağası

Kanala abunə olun
👏7👍5
Təbrizdə xəstələr aldadıldı: “Kimyaterapiya dərmanı əvəzinə distillə edilmiş su istifadə edilib” 😱😷

Təbrizin Vəliəsr xəstəxanasında ölüm sayının şübhəli şəkildə artmasının ardından rəsmi orqanlar, həkimlərin xəstələrə kimyaterapiya dərmanları əvəzinə distillə edilmiş su vurduqlarını təsdiqləyiblər.

Xəstəxananın baş həkiminin müavini Şəhriyar Muxtari bildirib ki, bununla bağlı dörd nəfər həbs edilib. Onun sözlərinə görə, dərmanlar xəstəxanadan kənarda, daha baha qiymətə satılıb.

O, qeyd edib ki, ölən xəstələrin ailələri dərmanları kimyaterapiyaya ehtiyacı olan yoxsullara bağışladıqdan sonra, həmin dərmanlar gizli şəkildə satışa çıxarılıb. (Iran International)

در بیمارستان «ولیعصر» تبریز رخ داد: تزریق آب مقطر به‌جای داروی شیمی‌درمانی به بیماران

#Təbriz #xəstəxana #kimyaterapiya

Kanala abunə olun
🤮2🔥1🤬1
Azad İran pinned a video
🇮🇷 İran prezidentinin internet məhdudiyyətlərinin ləğvi barədə vədlərini yerinə yetirməməsi tənqid edilir ❗️

İranda internet məhdudiyyətləri ilə bağlı verdiyi vədi yerinə yetirmədiyinə görə ölkə prezidenti Məsud Pezeşkiana qarşı tənqidlər artıb. Bildirilib ki, bəziləri onun istefasını və ya hökumətdəki yeni rabitə nazirinin vəzifəsindən kənarlaşdırılması ilə bağlı müraciətlər olub.

Dünən “Sazəndegi” qəzeti “Faydasız nazir” başlığı ilə yazıb ki, İranın rabitə naziri Səttar Haşiminin vəzifəsindən uzaqlaşdırılması üçün başladılan kampaniyaya 20 minə yaxın insan imza atıb.

Bir sıra sosial media istifadəçiləri də prezident seçkiləri zamanı Məsud Pezeşkianın dediklərini yenidən xatırladaraq, sözünü yerinə yetirmədiyi təqdirdə istefa etməsini istəyiblər. (Radio Farda)

افزایش انتقادها از عدم تحقق وعده پزشکیان درباره لغو فیلترینگ اینترنت

#İran #Məsud_Pezeşkian #internet_məhdudiyyətləri #vəd #təndiq

Kanala abunə olun
🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Suriyada bir satıcı Əsəd rejimindən qalan tankdan belə yararlandı 🍏🥦

Sosial şəbəkələrdə paylaşılan videoya görə, Suriyada bir satıcı Bəşar Əsəd rejiminin süqutundan sonra Homsda küçədə qalan tankı piştaxta kimi istifadə edib. (Əl-Ərəbiyyə)

یک فروشنده سوری پس از سقوط رژیم اسد یک تانک را در خیابانی در حمص به قفسه سبزیجات تبدیل کرد.

#Suriya #Bəşar_Əsəd #tank #piştaxta

Kanala abunə olun
😁4
🇮🇷 İranın radikal qəzeti Əsədi hədəfə aldı: “Bəşar Əsəd İrana arxa çevirdi, bir həftə belə davam gətirmədi” 🤔

İranın ali rəhbəri Əli Xameneyinin ofisinə birbaşa tabe olan radikal və ultramühafizəkar “Keyhan” qəzeti Suriyada baş verən son hadisələrə toxunaraq yazıb ki, “İran 13 il Bəşar Əsədi qoruyub, ancaq o, bir həftə Tehrana arxasını döndü və devrildi”.

Radikal qəzetdə yazılana görə, “kimsə Suriya hökumətinin süqutunu İslam Respublikasının zəifliyinin əlaməti hesab edə bilər, ancaq əksinə, bu hadisə İranın gücünü sübut edib”.

“İran 2011-ci ildən Suriyanı müxaliflərin pəncəsindən çıxarıb və 13 il ərzində Bəşar Əsədi qoruyub. Ancaq Suriya və Bəşar Əsəd İslam Respublikasından üz döndərən kimi heç bir həftə belə tab gətirə bilmədi”, - deyə, qəzetdə vurğulanıb.

حمله کیهان به بشار اسد/ به ایران پشت کرد، یک هفته هم دوام نیاورد

#İran #radikal_qəzet #Bəşar_Əsəd

Kanala abunə olun
😁3👍2🔥1
🇮🇱 “Mossad” rəhbəri 🇮🇷 İrana qarşı yeni hücuma çağırış edib: “İlanın başını vurmalıyıq” 🚨

İsrail mediası xəbər verib ki, “Mossad”ın rəhbəri Devid Barnea son günlər ölkənin siyasi və hərbi rəsmilərinə İrana qarşı yeni hücum dalğasına başlamalarını təklif edib. Bildirilib ki, bu təklif İranın dəstəklədiyi "Ənsarullah” (husilər) qruplaşmasının Yəməndən İsrailə ballistik raket hücumlarına cavab olaraq edilib.

“Biz ilanın başına, yəni İrana hücum etməliyik. Yəmənə hücum məsafə və məlumat toplamaq çətinliyinə görə təsirli deyil və husilərə göstərişi və əmrləri İran komandirləri verirlər”,
- deyə, Barnea vurğulayıb.

Qeyd olunub ki, amerikalı senator Cin Şahin deyib ki, ABŞ növbəti olaraq İranın devrilməsini istəyir. Onun sözlərinə görə, Tehran zəifləyib. Senator açıqlayıb ki, “Suriyadakı hadisələr İranın strateji uğursuzluqlarını üzə çıxarıb və indi demokratiya, insan haqları və hər kəs üçün ədalət kimi ümumi dəyərləri dilə gətirmək vaxtıdır”. (GATDB)

#İsrail #Mossad #İran #hücum
👍6🤮1
Hökumət mollası: 🇮🇷 İranda elektrik kəsintisi və qaz çatışmazlığı ölkənin inkişafının sürətlənməsinə işarədir🤔

İranın ali rəhbərinin Ərdəbil əyalətindəki nümayəndəsi və Ərdəbilin cümə imamı Həsən Amoli İslam Respublikasının ölkəni elektrik enerjisi və qazla təmin edə bilməməsinə haqq qazandıraraq iddia edib:

“Elektrik enerjisinin tez-tez kəsilməsinin və qaz çatışmazlığının əsas səbəblərindən biri sənayedə elektrik enerjisi və qazın artımı və enerji qıtlığı yaşayan yoxsul bölgələrin inkişafıdır”.

Hökumət mollası gülünc şəkildə bildirib ki, “sənayedə elektrik enerjisinin istehlakının artması ölkənin inkişafının sürətlənməsindən xəbər verir”.

نماینده خامنه‌ای در اردبیل: قطع برق و کمبود گاز نشانه شتاب توسعه کشور است

#İran #hökumət_mollası #elektrik_kəsintisi #qaz_çatışmazlığı #inkişaf

Kanala abunə olun
🤮7😁21
🇦🇿 Azərbaycanın D8-ə üzvlüyü: İslam əməkdaşlığının möhkəmləndirilməsi istiqamətində addım”

“Nameh News” saytı yazıb ki, müsəlman ölkələrinin dəstəyi ilə Azərbaycan D8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olub.

Analitiklər bu addımı Azərbaycanın uğurlu xarici siyasətinin göstəricisi və təşkilata üzv ölkələr arasında İslam həmrəyliyinin və iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində atılan addım kimi qiymətləndiriblər.
👇👇👇
👍1👎1
Azad İran
🇦🇿 Azərbaycanın D8-ə üzvlüyü: İslam əməkdaşlığının möhkəmləndirilməsi istiqamətində addım” “Nameh News” saytı yazıb ki, müsəlman ölkələrinin dəstəyi ilə Azərbaycan D8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olub. Analitiklər bu addımı Azərbaycanın uğurlu…
Azərbaycanın D8-ə üzv olması nə dərəcədə vacibdir? Bu üzvlüyün Azərbaycana, bölgəyə və dünya üçün nə faydası olacaq?” suallarına cavab olaraq irlandiyalı tarixçi və siyasi analitik Patrik Uolş bildirib ki, Azərbaycanın mühüm rol oynadığı “Avrasiyanın inkişafı” bütün prespektiv və xüsusiyyətlərə malik ölkələr arasında qarşılıqlı asılılığın yeni dövrünü yaradacaqdır.

Onun sözlərinə görə, dünya transformasiya dövrü yaşayır və Azərbaycan çox əhəmiyyətlidir. O, qeyd edib ki, bərpa olunan enerji mənbələrinə və yaşıl enerjiyə doğru addım ağıllı şəkildə atılsa, inkişaf etməkdə olan ölkələr Qərb dünyasındakı güclü lobbilərin gerçək olmayan tələbləri səbəbindən zəif vəziyyətdə olmayacaqlar.

#Azərbaycan #D8 #İslam_əməkdaşlığı

Kanala abunə olun
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 İran XİN sözçüsü: “Suriyanın suverenliyini qorumaq bir prinsipdir” ❗️

“Tasnim News” xəbər verir ki, bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai jurnalistlərlə keçirilən mətbuat konfransında deyib ki, “Türkiyə və Suriya məsələsi ilə bağlı müzakirələr aparılıb və İranın Suriya ilə bağlı prinsipial mövqeyi bəllidir”.

“Suriyanın suverenliyinin və bütövlüyünün qorunması və Suriyanın gələcəyi ilə bağlı qərarların bu ölkənin xalqınıntərəfindən qəbul edilməsi regional səviyyədə konsensus əldə etmiş bir prinsipdir...”, - deyə, Bəqai qeyd edib

#İran #XİN #Suriya

Kanala abunə olun
😁3🤮1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇷🇺 Rusiya nümayəndə heyəti 🇮🇷 İrana səfər edib

“Sputnik İran” xəbər verir ki, bu gün Rusiya baş nazirinin müavinləri Aleksey Overçuk və Vitali Savelyev Tehrana səfər ediblər.

Məlumata görə, Rusiya nümayəndə heyətinin İran prezidenti ilə danışıqların aparılması da planlaşdırılır.

ورود هیئت روسیه به ایران
هیئت روسی به سرپرستی اورچوک و ساولیف، معاونان نخست وزیر روسیه وارد تهران شد و قرار است با رئیس جمهور ایران مذاکراتی انجام شود.

#Rusiya #nümayəndə_heyəti #İran

Kanala abunə olun
👎1🤮1
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 İran XİN ölkə vətəndaşlarına xəbərdarlıq etdi: “Suriyaya səfər etməyin” ❗️

IRNA xəbər verir ki, bu gün jurnalistlərlə keçirilən brifinqdə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai İran vətəndaşlarına xəbərdarlıq edib.

O, bildirib ki, baş verən hadisələrlə bağlı olaraq İslam Respublikasının vətəndaşları Suriyaya səfər etməməlidirlər.

Bəqai mətbuat konfransında qeyd edib ki, “Dəməşq və Livandakı səfirliklərin uğurlu səyləri və koordinasiyası sayəsində Tehran İran vətəndaşlarını vaxtında təxliyə edə bilib”.

سخنگوی وزارت خارجه: هموطنان به سوریه سفر نکنند

#İran #XİN #vətəndaş #Suriya #səfər #xəbərdarlıq

Kanala abunə olun
😁3🔥1
🚨 SON DƏQİQƏ

🇮🇷 İranda avtobus yanacaq tankeri ilə toqquşub: 10-a yaxın ölən var 🔥

“Tasnim News” xəbər verir ki, bu gün saat 10:40-da Zahidanda avtobusla yanacaq tankeri toqquşub.

Sistan və Bəluçistan əyalətinin Qızıl Aypara Cəmiyyətinin rəhbəri Seyidməhəmmədi Səccad bildirib ki, qəza nəticəsində 9 nəfər həlak olub.

Qeyd olunub ki, hadisədə daha 13 nəfər yaralanıb. Xəsarət alan şəxslər dərhal xəstəxanaya aparılıblar.

تصادف اتوبوس با تانکر سوخت در جاده زاهدان/ ۹ نفر جان باختند

#İran #Zahidan #qəza

Kanala abunə olun
🔥1