Azad İran
5.79K subscribers
36K photos
21.9K videos
15 files
9.42K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
CNN müxbiri 🇮🇷 İran parlamentinə buraxıldı 🤔

#CNN kanalının baş müxbiri Frederik Pleitgen bir neçə gün öncə #İran prezidenti #Məsud_Pezeşkianın təklif etdiyi Nazirlər Kabinetinin #parlamentdə təsdiq edilməsi prosesində iştirak edib.

Məlumata görə, #Nazirlər #Kabinetinin etimad səsverməsinin bir hissəsi də CNN telekanlında #canlı yayımlanıb.

CNN müxbirinin İran parlamentində canlı yayımda olması sosial media istifadəçilərinin marağına səbəb olub.

حضور تعجب برانگیز خبرنگار ارشد سی.ان.ان در مجلس

#İran #nazirlər_kabineti #parlament #CNN

Kanala abunə olun
🤬3🔥1
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 Tehran metrosunda dəhşətli hadisə: sərnişinlər yaralandılar 🚇⚡️

#Tehran_metrosunun birinci xəttinin cənub stansiyasında yaşlı sərnişinin dəmir dəyənəyi qatarla relslərin arasına düşüb.

Bu anlar stansiyada olan müşahidə kameralarına düşüb. Dəmir dəyənəyin düşməsi nəticəsində #yaşlı_kişini və bir #qadın sərnişini elektrik cərəyanı vurub.

Bildirilib ki, qadına ambulator müalicə göstərilib, yaşlı kişi isə #yanıq_xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. (Eghtesad Online)

حادثه در متروی تهران / سوختگی یکی از مسافران

#İran #metro #hadisə

Kanala abunə olun
🔥1
🇮🇷 İran hökumətini quldur adlandıran həkimə ağır həbs cəzası verildi 👨‍⚕️👨‍⚖️

Dünən İranın Ədliyyə-Məhkəmə Sistemi ölkədə Həkimlər Gününün qeyd edildiyi bir vaxtda Yasuc şəhərindən olan İman Dəstyar adlı həkimi sosial media paylaşımına görə azadlıqdan məhrum edib.

Məlumata görə, İman Dəstyara Kohgiluye və Boyer-Əhməd əyalətinin Yasuc Cinayət Məhkəməsi tərəfindən “ictimai düşüncəni pozmaq məqsədilə sosial şəbəkələrdə yalan məlumatlar paylaşmaq” #ittihamı ilə iki il #həbs cəzası verilib.

Bildirilib ki, gənc həkim öz “İnstagram” hesabında etdiyi paylaşımda istifadə etdiyi “seçkilərdə iştirak #qatillərin hakimiyyətinin davam etməsi deməkdir”, “sabah şahın səsi televiziyada yayımlanacaq” kimi ifadələri, o cümlədən İslam Respublikasını #quldur adlandırması onun barəsində #cinayət_işinin açılmasına səbəb olub.

Qeyd olunub ki, İman Dəstyarın ölkədən çıxışına da #qadağa qoyulub. (“Amerikanın Səsi”)

#İran #həkim #həbs

Kanala abunə olun
🔥1🤬1
🇦🇲 Ermənistan və 🇮🇷 İran XİN rəhbərləri arasında telefon danışığı olub ☎️

Bu gün #Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan telefon danışığında #iranlı həmkarı Abbas Əraqçını yeni vəzifəyə təyinatı münasibətilə #təbrik edib.

Məlumata görə, söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər və ikitərəfli əlaqələrin möhkəmləndirilməsi istiqamətində səylər müzakirə edilib.

Bildirilib ki, Abbas Əraqçı İranın region ölkələrinin ərazi bütövlüyü və beynəlxalq sərhədlərin dəyişməzliyinə dəstək siyasətini vurğulayaraq, bölgədə #sülhü dəstəkləməyə hazır olduğunu açıqlayıb.

Öz növbəsində Ararat Mirzoyan qeyd edib ki, Ermənsitan tərəfi İranın Ermənistanın suverenliyi və #ərazi_bütövlüyünün toxunulmazlığı ilə bağlı qəti mövqeyini yüksək qiymətləndirir. (İran Xarici İşlər Nazirliyinin "Telegram" kanalı)

#Ermənistan #İran #XİN

Kanala abunə olun
😁2🔥1
🇦🇫 “Taliban”dan yeni qərar: “Quran oxuyan qadının səsi belə qadağandır 🧕

“Taliban” Hərəkatının lideri Heybətullah Axundzadə qadınların səsinə və simasına məhdudiyyətlərin daxil olduğu “Yaxşılığa Çağırış Pislikdən Çəkindirmək Qanunu” başlığı altında həyata keçiriləcək yeni qanunlar barədə hökuməti xəbərdar edib.

Məlumata görə, Talibanın Şərin Qarşısının Alınması və Fəzilətin Təbliği Nazirliyinin avqustun 21-də açıqladığı bu qanun əfqan xalqına, xüsusilə də #qadınlara təsir göstərir.

Qanunda bildirilib ki, qadınların səsi, hətta Quran oxuyan bir qadının səsi də İslam qanunlarına ziddir və qadağandır. (Radio Farda)

#Taliban #qadın_səsi #qadağa

Kanala abunə olun
😁2🔥1
🇷🇺 Putin və 🇦🇲 Paşinyan Ermənistan-🇦🇿Azərbaycan əlaqələrinin normallaşması ilə bağlı danışıb ☎️

“Sputnik İran” xəbər verir ki, bu gün #Rusiya prezidenti Vladimir Putinlə #Ermənistanın baş naziri #Nikol_Paşinyan arasında telefon danışığı olub.

Məlumata görə, söhbət zamanı Rusiyanın sülh müqaviləsinin irəliləməsi üçün Ermənistan və #Azərbaycana kömək etməyə hazır olduğu vurğulanıb.

Qeyd olunub ki, Ermənistan hökuməti də ikitərəfli gündəliyi nəzərdən keçirmək üçün Paşinyanla Putinin görüşmək barədə razılığını açıqlayıb, habelə Rusiya prezidenti Paşinyana Bakı səfərinin nəticələri haqqında məlumat verib.

#Rusiya #Ermənistan #Azərbaycan

Kanala abunə olun
🚨TƏCİLİ

🇮🇷 İranda Polis İdarəsinin rəisi öldürüldü🔥

“Halvəş” “Telegram” kanalı xəbər verir ki, bu gün #Xaş şəhər Polis İdarəsinin rəisi Hüseyn Piri silahlı şəxslər tərəfindən #qətlə yetirilib.

Məlumata görə, #etnik_bəluç geyimində olan Polis İdarəsinin rəisi şəxsi mənzilindən çıxdıqdan sonra #güllələnib.

Bildirilib ki, Hüseyn Piri avqustun 3-də Xaşın Vəliabad bölgəsində etnik bəluçun evinə basqın edərək #zorakılıqla iki vətəndaşı #həbs edib.

Hələlik heç bir şəxs və ya qruplaşma #silahlı_hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.

#İran #polis_idarəsi_rəisi #silahlı_hücum #qətl

Kanala abunə olun
👍2👏1
🇺🇸 ABŞ senatorlarının Baydenə məktubu: “🇮🇷 İran prezidentinə viza verməyin”

Bu gün beş #ABŞ senatoru ölkə prezidenti Co Baydenə məktub yazaraq #İran prezidenti Məsud Pezeşkianın #BMT-nin Baş Assambleyasının iclasında iştirak etmək məqsədilə ABŞ-a daxil olması üçün #viza verilməməsini istəyib.

“ABŞ BMT Baş Assambleyasının dünyanın ən pis liderlərinə etimad göstərmək və onların milli təhlükəsizliyini təhdid edən təhlükəli fikirlərinin təbliğ etmək platformasına çevrilməsinin qarşısını almalıdır”, - deyə, #məktubda vurğulanıb.

Senatorlar bildiriblər ki, #Məsud_Pezeşkian İranın ali rəhbəri #Əli_Xameneyinin əlaltısıdır. Onlar İranın İsrailin məhv edilməsi ilə bağlı bəyanatlarını xatırladaraq qeyd ediblər ki, Məsud Pezeşkian “Tehran qəssabı”nın (keçmiş prezident #İbrahim_Rəisi) İsraili və ABŞ-ni hədəfə alan siyasətini davam etdirəcəyinə söz verib.

#ABŞ #İran #senatorlar #prezident

Kanala abunə olun
👍21
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İranda fermerlərin etirazları davam edir 🚜

İsfahanın Xuraseqan bölgəsində fermerlər 41 gündür ki, etiraz tətili keçirirlər.

Narazı fermerlər Zayəndərud çayının suyundan əkin sahələrini sucarmaq üçün ayrılmış kvotanı tələb edirlər.

🔴روز جاری کشاورزان شرق اصفهان چهل و یکمین روز تحصن خود در فلکه #خوراسگان را ادامه دادند. کشاورزان خواستار جاری شدن زاینده رود و تامین حقابه خود هستند.

جمعه ۲ شهریورماه

#İran #İsfahan #etiraz

Kanala abunə olun
👍2🔥1
🇮🇷 İranın yeni XİN rəhbəri ilk telefon danışığını 🇩🇪 almaniyalı həmkarı ilə edib ☎️

İranın yeni təyin olunmuş xarici işlər naziri Abbas Əraqçı dünən axşam saatlarında ilk telefon danışığını #Almaniyanın xarici işlər naziri Annalena Baerbok ilə həyata keçirib.

Qeyd olunub ki, söhbət zamanı müxtəlif sahələrdə əlaqələrin qorunub saxlanması və möhkəmlənməsi, o cümlədən #Yaxın_Şərqdə eskalasiyanın qarşısının alınmasının vacibliyi vurğulanıb. (Moniban)

#İran #Almaniya #XİN

Kanala abunə olun
🤮21
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İranda səhiyyə işçilərinin etirazları genişlənir

Şəhr-e-Kord şəhərində də tibb işçiləri ölkəboyu keçirilən etiraz aksiyalarına qoşulublar.

جمعه ۲ شهریور ۱۴۰۳
شهرکرد
تصاویری دیگری از تجمع اعتراضی پرستاران در مصلای شهرکرد

#İran #etiraz #səhiyyə

Kanala abunə olun
👏2🔥1
🇮🇷🇮🇱 SEPAH-ın xaricdəki qolu olan “Qüds” qüvvələrinin komandanının müavininin sözlərinə görə, İsrail İranın proksi qruplarının 280 komandirini və liderini qətlə yetirib 🔥

🔴 به گفته معاون «سپاه قدس» شاخه برون مرزی سپاه پاسداران انقلاب اسلامی، اسرائیل ۲۸۰ نفر از فرماندهان و رهبران گروه‌های شبه نظامی وابسته به جمهوری اسلامی را ترور کرده است.

#SEPAH #İsrail

Kanala abunə olun
👍3👏21
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 İranın Fars əyalətinin Firuzabad şəhərində yağan intensiv leysan küçələrin su basmasına səbəb olub 🌊

Yerli sakinlər kanalizasiyaların tutulmasının və işlək olmamasının daha ciddi fəsadlara yol açdığını bildirirlər.

🔴 فیروزآباد فارس

#İran #Firuzabad #leysan

Kanala abunə olun
🇮🇷 "Didban İran" rəsmi saytı xaricdə yaşayan iranlıların dünyanın müxtəlif ölkələrinə yayılması ilə bağlı diaqram dərc edib 🔥

İranda mollaların hakimiyyəti ucbatından 5,5 milyona yaxın vətəndaş İranı tərk edərək dünyanın 24 ölkəsində yaşayır.

🔴 بیش از ۵میلیون و نیم نفر از ایرانیان، کشور را ترک کرده و در سایر کشورها زندگی میکنند

#İran #vətəndaş #diaqram #molla_hakimiyyəti

Kanala abunə olun
🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İranda neft-qaz sənayesində çalışan işçilər də etirazları davam etdirirlər

Narazı işçilər maaşlarının yetərsiz və inflyasiyanın yüksək olmasından şikayətlənirlər.

Görüntülər Cənubi Pars Neft kompleksindəndir.

🔴تجمع اعتراضی کارکنان شرکت نفت فلات قره

#İran #Neft_qaz_sənayesi #etiraz

Kanala abunə olun
🔥1👏1
🇮🇱🇸🇾 İsrail ordudu Suriyanın Homs şəhərində yerləşən hərbi aerodroma və Homa hərbi düşərgələrinə ağır zərbələr endirib 🚀

🔴حملات سنگین نظامی اسرائیل به فرودگاه نظامی‌ حماه و مناطق نظامی حمص در سوریه

#İsrail #Suriya

Kanala abunə olun
👏5👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Güney Azərbaycanın Qəzvin əyalətində İranın dövlət şirkəti tərəfindən aldadılmış müştərilərim etirazları davam edir 🔥

Takestan şəhərinin Seyid Cəmaləddin küçəsində aksiya keçirən aldadılmış müştərilər "Təravət Novin" avtomobil şirkətindən öz haqlarını tələb edirlər.

🔴تاکستان
تجمع اعتراضی شبانه سرمایه گذاران غارت شده رضایت خودرو طراوت نوین در خیابان سیدجمال‌الدین

#İran #Güney_Azərbaycan #etiraz

Kanala abunə olun
👏2🔥1