Azad İran
5.79K subscribers
36K photos
21.9K videos
15 files
9.42K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇮🇷 İranda etnik bəluçlar da tibb işçilərinin etirazlarına qoşulublar 👩‍⚕️🧑‍⚕️🔥

#İranın müxtəlif şəhərlərində tibb işçilərinin #etirazları#tətilləri ilə eyni vaxtda, bu gün #Çabahar şəhərində də bir qrup #tibb_işçisi etiraz aksiyası keçirib.

Məlumata görə, tibb işçiləri hüquqlarının tapdalanmasına, #maaşların verilməməsinə və #ağır_iş_rejiminə etiraz ediblər.

پرستاران و کادر درمان چابهار به اعتصابات سراسری پیوستند

#İran #etnik_bəluçlar #tibb_işçiləri #etirazlar

Kanala abunə olun
🔥1👏1
Azərbaycanın Avropaya qaz ixracı perspektivi

İran-Avrasiya Araşdırmaları İnstitutu yazır: “Azərbaycan bu il təbii qaz ixracı ilə bağlı qarşısına qoyduğu hədəfə çatmaq üçün sürətlə irəliləyir, ancaq ölkənin 2027-ci il üçün iddialı ixrac öhdəliklərini yerinə yetirməsi üçün Bakının qarşısında hələ uzun yol var.

Azərbaycanda Şahdəniz qaz yatağının hasilatı onun işlənilməsi üzrə operator olan BP tərəfindən yeni istismar quyularının qazılması ilə artır. Amma nə BP, nə də rəsmi Bakı hasilatın artırılmasının Azərbaycanın öhdəliklərini yerinə yetirməyə kifayət edib-etmədiyini təsdiqləməyib. Azərbaycanın ixrac probleminin həlli yolu kimi Türkmənistan nzərdən keçirilir.

İyulda Londonda keçirilən siyasi konfransda Azərbaycanı etibarlı təchizatçı kimi təqdim edən prezident İlham Əliyev bəyan edib ki, bu il üçün ölkənin illik ixrac həcminin 2022-ci ildən 10%-dən çox artaraq təxminən 13 milyard kubmetr qaza çatacağı gözlənilir. Azərbaycan bu rəqəmə çatarsa, qaz ixracının yarıdan çoxunu Avropaya ilk dəfə göndərmiş olacaq.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İranda meşə yanğınlarında helipoterlər sudan başqa hər şey tökür 🌲🌳🔥🚁💦

İranda İnsan Haqları Təşkilatı – HENGAW bu gün video paylaşaraq yazıb ki, Mərivan meşələrində yanğınlar zamanı İran hökumətinin göndərdiyi və çox yüksəkdən uçan su səpən helikopter yanğınların üzərinə su səpmədən ötərək keçib.

Videodan da göründüyü kimi, helikopter alovların üzərinə su səpmək əvəzinə başqa bir şey atıb.

Ekofəalların sözlərinə görə, helikopterin reklam uçuşu 6 gün davam edən səylərdən sonra yerli sakinlərin yardımlardan sonra yanğının söndürüldüyü vaxta təsadüf edib.

ویدیوی دریافتی نشان می‌دهد که هلیکوپتر آب‌پاش جمهوری اسلامی ایران، با ارتفاع بسیار بالا و بدون اینکه آبی روی شعله‌های آتش بپاشد، از روی محل آتشسوزی در جنگل‌های مریوان (ارتفاعات باشماخ و بایوه) عبور می‌کند.

#İran #meşə_yanğınları #helikopter

Kanala abunə olun
🔥1
“X” platforması 🇮🇷 İrana bağlı haker qrupunun hesabını bağladı 👨‍💻

#ABŞ-nin #İrana bağlı #hakerlərin ölkədəki seçki kampaniyalarına #kiberhücumlar etmək cəhdi barədə xəbərdarlığından bir gün sonra “X” sosial media platforması haker qrupunun hesabını qapadıb.

Özünü #fələstinlilərin tərəfdarı kimi tanıdan “Hənzələ” qrupu 2023-cü ilin dekabrından “X” platformasında #İsrailə qarşı öz haker hücumları ilə bağlı paylaşımlar edirdi.

Məlumata görə, #FTB-nin göstərişi ilə və bu haker qrupunun ABŞ-də #seçki_kampaniyalarına sızması ehtimalından sonra media hesabının fəaliyyəti dayandırılıb.

#İran #haker_qrupu #sosial_media_hesabı

Kanala abunə olun
👍2
🇮🇷 İranın Fars və Kerman əyalətlərində güclü leysan həyatı iflic edib 🌊

Sel avtomobilləri aparıb, meyvə bağlarına dolu ziyan vurub.

سیلاب شدید در شهر اوز، جنوب فارس و کرمان

#İralşn #leysan #dolu

Kanala abunə olun
🔥1👏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Təbrizdə Savadlılıq Hərəkatının üzvləri etiraza qalxıblar 🔥

Narazı gənclər İran parlamentinin Təhsil Komissiyası sədrinin ofisinin qarşısında toplaşaraq öz etirazlarını bildiriblər.

Onların tələbi təhsil sahəsində fəaliyyət göstərmək üçün işə qəbul olunmaqdır.

🔴 تبریز:  #تجمع_اعتراضی نیروهای نهضت سوادآموزی در تبریز مقابل دفتر منادی رئیس کمیسیون آموزش مجلس
پنجشنبه اول  شهریور ۱۴۰۳

#Təbriz #etiraz #təhsil

Kanala abunə olun
🔥2
🇮🇷 İranda dövlət şirkətinin işçiləri etiraza qalxıblar 🔥

Ərak şəhərində "Vaqon Pars" şirkətinin işçiləri işi dayandıraraq kütləvi etiraz aksiyası keçiriblər.

Narazı işçilərin etiraz aksiyaları kiçik qruplar halında 26 gündür davam edir, amma bu gün daha kütləvi hal alıb.

🔴اراک ۲۶ روز اعتصاب شرکت واگن پارس
فیلم دیگری از اعتصاب کارکنان این شرکت
پنجشنبه ۱ شهریور ۱۴۰۳

#İran #Ərak #etiraz

Kanala abunə olun
👍2🔥2
Təbrizin Səhənd stadionunda "Traktor" və "Piruzi" komandalarının oyunu keçirilir: stadionda yer yoxdur 🔥

Güney azərbaycanlı milli fəallar şüar səsləndirirlər: "Ərdəbil canımdır, Təbriz axan qanımdır!"

💥حضور هواداران اردبیلی تراختور آزربايجان در استادیوم سهند تبریز

#Güney_Azərbaycan #Təbriz #Səhənd

Kanala abunə olun
6
Media is too big
VIEW IN TELEGRAM
Güney Azərbaycanda İran hökumətinə bağlı avtomobil şirkətinin aldadılmış səhmdarları uzun müddətdir etiraz aksiyalarını davam etdirirlər 🔥

Qəzvinin Takestan şəhərində bu gün də "Təravət Novin" şirkətinin aldadılmış səhmdarları etiraza qalxıblar.
Şüarlar: "Hüseyn, Hüseyn şüarları, oğurluq iftixarları!"

پنجشنبه ۱ شهریور ۱۴۰۳
تاکستان
تجمع اعتراضی شبانه سرمایه گذاران غارت شده رضایت خودروی طراوت نوین در تاکستان

"حسین حسین شعارشون، اختلاس افتخارشون"

#Güney_Azərbaycan #Qəzvin #Takestan #etiraz

Kanala abunə olun
🔥3
🇮🇷 İranda yeni vitse-prezidentlər təyin edilib

İran prezidenti Məsud Pezeşkian islahatçı Məcid Ənsarini hüquqi məsələlər üzrə vitse-prezident, Şina Ənsarini isə ətraf mühitin mühafizəsi üzrə vitse-prezident təyin edib. (Tasnimnews)

#İran #vitse_prezident

Kanala abunə olun
🔥1
Təbrizin Səhənd stadionunda azarkeşlər Ana dilində təhsil tələbi ilə milli şüarlar səsləndirirlər

"Türk dilində mədrəsə, olmalıdır hər kəsə!
Yaşasın Azərbaycan!


💥فریاد «تورک دیلینده مدرسه اولمالیدی هر کسه» در ورزشگاه سهند تبریز طنین انداز شد

#Təbriz #Güney_Azərbaycan #milli_şüarlar #Ana_dilində_təhsil

Kanala abunə olun
7
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Təbriz yaxınlığında Dəmavənd dağında itkin düşən alpinistlərdən üçü xilas edilib 🧗‍♂🗻

Dördüncü alpinistin axtarışı davam edir. (Mashregh News)

در این حادثه ٣ کوهنورد با تلاش امدادگران نجات پیدا کردند و عملیات تا جستجوی کوهنورد چهارم ادامه دارد.

#Güney_Azərbaycan #Təbriz #Dəmavənd_dağı #alpinist

Kanala abunə olun
👍4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İranın Buşehr əyalətində neft-qaz sənayesində çalışan işçilər ailələri ilə birlikdə etiraza qalxıblar 🔥

Əsəluye şəhərində yerləşən Cənubi Pars Neft-Qaz kompleksinin narazı işçiləri maaşların yetərsiz olması və ərzaq qiymətlərinin bahalaşmasına etiraz olaraq yürüş təşkil ediblər.

🔴بوشهر
تجمع و راهپیمایی اعتراضی کارکنان صنعت نفت و گاز پارس جنوبی عسلویه به همراه خانواده هایشان

#İran #etiraz #maaş #bahalıq

Kanala abunə olun
🔥4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷🇮🇱 SEPAH Livan sərhədi yaxınlığında İsrail ordusunun hərbi bazalarından birinə uzaqdan idarə olunan raket atması ilə bağlı video yayımlayıb 🚀

️ لحظه هدف قرار دادن یکی از پایگاه‌های ارتش اسرائیل در نزدیکی مرز لبنان با موشک هدایت شونده

#SEPAH #İsrail #raket

Kanala abunə olun
👎2🤬1
Azad İran
Güney Azərbaycanda İran hökumətinə bağlı avtomobil şirkətinin aldadılmış səhmdarları uzun müddətdir etiraz aksiyalarını davam etdirirlər 🔥 Qəzvinin Takestan şəhərində bu gün də "Təravət Novin" şirkətinin aldadılmış səhmdarları etiraza qalxıblar. Şüarlar:…
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Güney Azərbaycanın Qəzvin əyalətində "Təravət Novin" avtomobil şirkətinin aldadılmış müştərilərinin etiraz aksiyasından daha bir görüntü 🔥

Məlumata görə, avqustun 22-də başlayan etiraz aksiyası gecə saatlarında da davam edib. "Təravət novin" avtomobil şirkəti tərəfindən pulları mənimsənilən takistanlılar şəhər administrasiyasının binası qarşısında toplaşıblar.

Bildirilib ki, Aksiya yerinə polis qüvvələrinin cəlb olunmasından sonra etirazçılar hökumət əleyhinə şüarlar səsləndiriblər.

Onlar dövlətin himayəsində olan avtomobil şirkətinin çox sayda vətəndaşın pulunu almasına baxmayaraq, illərdir avtomobillərini təhvil verməməsinə etirazlarını bildiriblər.

Xatırladaq ki, son iki il ərzində aldadılmış müştərilər dəfələrlə anoloji aksiyalar keçirilsə də, qəzvinlilərin nə avtomobilləri verilir, nə də pulları qaytarılır.

تاکستان
فیلمی دیگری از تجمع اعتراضی شبانه سرمایه گذاران غارت شده رضایت خودروی طراوت نوین در تاکستان

#Güney_Azərbaycan #Qəzvin #etiraz

Kanala abunə olun
🔥2👏1
İran prezidenti Məsud Pezeşkianın oğlu və nəvəsi Təbrizin Səhənd stadionunda Güney Azərbaycanın "Traktor" komandasına azarkeşlik ediblər 🔥

🔻حضور پسر و نوه دکتر پزشکیان در استادیوم سهند

#Güney_Azərbaycan #Təbriz #Səhənd #Pezeşkian

Kanala abunə olun
👍62🤮2🔥1