Azad İran
5.79K subscribers
36K photos
21.9K videos
15 files
9.42K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇷🇺 Rusiya XİN başçısı yeni təyin olunan 🇮🇷 iranlı həmkarını Moskvaya dəvət edib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Seyid Abbas Əraqçının İranın yeni xarici işlər naziri seçilməsi münasibətilə təbrik edib.

Məlumata görə, Rusiya XİN rəhbəri təbrik məktubunda iki dost xalqın maraqlarına, beynəlxalq sülh və təhlükəsizlik sahəsində əməkdaşlığın möhkəmlənməsinə xidmət edən konstruktiv qarşılıqlı fəaliyyətin davam etdirilməsinə ümidvar olduğunu bildirib.

Qeyd olunub ki, Sergey Lavrov sonda iranlı həmkarı Abbas Əraqçını Rusiyada qəbul etməkdən məmnun olacağını diqqətə çatdırıb. (İSNA)

#Rusiya #İran #XİN #təbrik #dəvət

Kanala abunə olun
🤮1
Media is too big
VIEW IN TELEGRAM
Caliber: “🇮🇷 İran və 🇦🇲 Ermənistan arasında 500 milyon dollarlıq gizli razılaşma saxta deyil” 🚨

Caliber.az” saytı xəbər verir ki, dəqiq araşdırmalardan sonra #Azərbaycan mənbələri İran və Ermənistanın 500 milyon dollar dəyərində #gizli_silah_müqaviləsi imzaladığı barədə sensasion məlumatı təsdiqləyiblər.

Bildirilib ki, bununla bağlı ilk xəbər verən “İran İnterantional” kanalının yaydığı məlumatı yanlış deyil.

Qeyd olunur ki, İran və Ermənistanın sövdələşməni #təkzib etməsinə baxmayaraq, faktların və mənbələrin yoxlanılması bunun əksini göstərir.

#İran #Ermənistan #gizli_silah_sövdələşməsi

Kanala abunə olun
👎2
Anti-Azərbaycan mövqeli 🇮🇷iranlı ekspert 🇷🇺Rusiyanı tənqid edib

Tehran Universitetinin professoru və 🇦🇿Azərbaycana qarşı mövqeyi ilə tanınan ekspert (əslən təbrizli) Əhməd Kazemi “İran diplomatiyası” saytındakı qeydində Rusiya prezidenti Putinin Azərbaycana səfərindən sonra bu ölkənin XİN rəhbəri Lavrovun müsahibəsini şərh edib.

Zəngəzur dəhlizini “saxta” adlandıran ekspert iddia edib ki, regional kommunikasiya xətlərinin yenidən açılması guya əslində İran və Azərbaycan arasında tikilən Araz dəhlizi və Ermənistanın “Sülh kəsişməsi” layihəsini təqdim etməklə vurğuladığı məsələdir.

Professor Zəngəzur dəhlizini qərəzli şəkildə “NATO-nun Turan dəhlizi” adlandıraraq deyib ki, Rusiyanın Qərbin “yeni aləti”ndən xəbərsiz olması inandırıcı deyil.

Qeyd edək ki, Lavrov həmin müsahibəsində Zəngəzur dəhlizinin Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il razılaşmasının 9-cu maddəsinə uyğun olaraq açılmalı olduğunu və Ermənistan hökumətinin həmin maddənin icrasını sabotaj etdiyini vurğulayıb.
Güneyli vəkilə həbs cəzası verildi 👨‍⚖️

Almaniyada yaşayan tanınmış güneyli hüquqşünas Sina Yusifi Tehran prokuroru Əli Salehi tərəfindən həbs cəzasına məhkum edildiyini açıqlayıb.

Bununla bağlı, Sina Yusifi dünən “X” hesabında paylaşım edərək yazıb:

“Tehran prokuroru tərəfindən “ictimai düşüncəni çaşdırmaq məqsədilə sosial şəbəkələrdə yalan məlumatlar paylaşmaq”da günahlandırılaraq 9 ay həbs cəzası almışam. Tvitlərimdə heç bir yalan məzmun yoxdur. Baxmayaraq ki, sizin (Tehran prokuroru) düşüncənizdə (hakimiyyətin) qanunsuz hərəkətlərdən, insan hüquqlarının geniş və aşkar şəkildə pozulmasından danışmaq yalan məlumatlar paylaşmaq sayılır... #Müstəqil_vəkillər”.

#Güney_Azərbaycan #hüquqşünas #həbs

Kanala abunə olun
👍1
İranlı ekspert: “🇷🇺 Rusiya 🇮🇷 İranın qırmızı xətlərini pozdu”

Rusiya üzrə iranlı ekspert Məhəmməd Yusifi iddia edib ki, Zəngəzur dəhlizinin açılmaması və Sünik əyalətinin guya Azərbaycan tərəfindən “tutulması” məsələsi Tehran üçün o qədər önəmli idi ki, İrəvanla Bakı arasında yaranan gərginlik zamanı İran 🇦🇿 Azərbaycanı bundan çəkindirmək üçün öz hərbi qüvvələrini Azərbaycan sərhədinə göndərdi. 👇👇👇
😁3👍1
Azad İran
İranlı ekspert: “🇷🇺 Rusiya 🇮🇷 İranın qırmızı xətlərini pozdu” Rusiya üzrə iranlı ekspert Məhəmməd Yusifi iddia edib ki, Zəngəzur dəhlizinin açılmaması və Sünik əyalətinin guya Azərbaycan tərəfindən “tutulması” məsələsi Tehran üçün o qədər önəmli idi ki, İrəvanla…
Onun sözlərinə görə, Tehran dəfələrlə vurğulayıb ki, Ermənistanla sərhəd xətlərinin bağlanması və ya dəyişdirilməsi İranın qırmızı xətti sayılır, buna görə də ayrı-ayrı görüşlərdə Əli Xameneyi bununla bağlı Putin və Ərdoğana xəbərdarlıq edib ki, biz heç bir sərhəd bağlanmasına dözməyəcəyik.

“Ancaq iki gün öncə Rusiya prezidentinin Azərbaycana səfəri zamanı Zəngəzur dəhlizinin yaradılması üçün rusların Azərbaycan tərəfinə dəstəyini və ölkənin XİN rəhbəri Sergey Lavrovun erməniləri tənqid etdiyinin şahidi olduq. Məsələ burasındadır ki, Tehran və Moskva arasında bəzi sahələrdə son əməkdaşlığa baxmayaraq, İranın Qafqaz məsələsində ruslarla müttəfiq deyil, əksinə strateji rəqabət aparır. Ruslar həmişə göstəriblər ki, özlərinin yaxın xarici coğrafi bölgəsi hesab etdikləri Qafqazda İrana rol vermək və oyunçu kimi qəbul etmək istəmirlər”, - deyə, ekspert əlavə edib. (İranda yaşayan ermənilərə məxsus HUR Tərcümə və Araşdırma Mərkəzinin “Telegram” kanalı)

#Rusiya #İran #Azərbaycan #Zəngəzur

Kanala abunə olun
😁2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚨 Təbrizdə etiraz edən tibb işçilərinə təhdid mesajları göndərilir 🧑‍⚕️👩‍⚕️

Məlumata görə, #narazı tibb işçiləri #maaşlarının yetərsiz olmasına və yüksək #inflyasiyaya etiraz ediblər.

#Təbrizdə narazı tibb işçilərinə #hökumət_orqanı tərəfindən #təhdid_mesajları göndərilib. Bununla bağlı narazı tibb işçilərindən biri səs yazısı paylaşıb.

Mesajda etirazları davam etdirəcəkləri halda onlara qarşı tədbir görüləcəyi və #cəza_tədbiri kimi maaşlarından vəsait tutulacağı ilə bağlı #xəbərdarlıq edilib. (AZOH)

تهدید پرستاران معترض در تبریز

به دنبال برپایی تجمع اعتراضی و‌ مسالمت‌آمیز جمعی از پرستاران بیمارستان‌های دولتی تبریز؛ به برخی از این پرستاران پیامک تهدید آمیز ارسال شده است.

#Güney_Azərbaycan #Təbriz #tibb_işçiləri #etiraz #təhdid_mesajları

Kanala abunə olun
🤬3🔥1
Həbsdə olan güneyli qadın fəal təkadamlıq kameraya köçürüldü 😢😡

Təbriz zindanında cəza çəkən Tələbə Hərəkatı fəalı Armita Pavir təkadamlıq kameraya köçürülüb. Bununla bağlı insan haqları təşkilatları xəbər verir.

Məlumata görə, qadın fəalın ailəsi ilə görüşü və telefon əlaqəsi qadağan edilib.

Bunun güneyli fəalın zindanda məhbuslara edilən basqılara etiraz etməsindən sonra baş verdiyi bildirilib.

Xatırladaq ki, Armita Pavir sonüncü dəfə 21 sentyabr 2023-cü il tarixdə tutulub, " İran rəhbərini təhqir etmək və dövlət quruluşuna qarşı təbliğat aparmaq" ittihamına görə 22 ay 17 gün azadlıqdan məhrum edilib.

O, barəsində çıxarılan hökmü ədalətsiz adlandırıb və buna etiraz olaraq həbsxanada bir neçə dəfə aclıq aksiyası keçirib.

#Güneyli_fəal #Təbriz_zindanı #həbs #təzyiq

Kanala abunə olun
🤬2🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇱 Təl-Əvivdə universitet yataqxanası yanıb 🏬🔥

İsrail mediası dünən Təl-Əviv universitetlərindən birinin #yataqxanasında yanğın baş verdiyini bildirib.

Hələlik #yanğının səbəbi müəyyən edilməyib. (Tasnim News)

آتش‌سوزی در خوابگاه یکی از دانشگاه‌های تل‌آویو

#İsrail #Təl_Əviv #universitet #yanğın

Kanala abunə olun
🇮🇷 İranın yeni XİN rəhbəri Avropa ölkələrinin qarşısına əlaqələrin bərpası üçün şərtlər qoydu❗️

İSNA xəbər verir ki, bu gün #İranın xarici işlər naziri Abbas Əraqçı ilk müsahibəsində vurğulayıb ki, o, #Vaşinqtonla gərginliyi idarə etməyə və bir sıra şərtlər əsasında #Avropa ölkələri ilə münasibətləri bərpa etməyə çalışacaq.

“İran Avropa ölkələri ilə #münasibətləri bərpa etməyə çalışacaq, ancaq bu şərtlə ki, onlar öz düşmən yanaşmasından əl çəkməli və 2015-ci il nüvə sazişini canlandırmağa, o cümlədən sanksiyaları ləğv etməyə səy göstərməlidirlər”, - deyə, XİN başçısı əlavə edib.

Abbas Əraqçı qeyd edib ki, regional böhranı birgə həll etmək üçün #Tokio ilə əməkdaşlıq ediləcək. Bununla yanaşı, #Yaponiya İranın neft yataqlarına yenidən qayıda bilər.

#İran #XİN #Avropa #şərt

Kanala abunə olun
🔥1
🇮🇷 İranda son bir ay ərzində 100-dən çox insan edam edilib 😱🚨

#İranda iyul ayının sonlarından bu günə qədər ölkənin Ədliyyə-Məhkəmə Sistemi hər 7 saatda orta hesabla bir məhbusu dar ağacından asıb.

İran İnsan Haqları Təşkilatı – HRANA-nın məlumatına görə, bu ay ərzində ölkə #zindanlarında ən azı 106 məhbus #edam edilib.

Bildirilib ki, cari ilin əvvəlindən İran #həbsxanalarında 15-i qadın olmaqla 388 nəfərin #ölüm_hökmü həyata keçirilib.

Avqustun 7-də HRANA İranla İsrail arasında gərginliyin artması fonunda ölkədə məhbusların kütləvi şəkildə edam olunması ilə bağlı xəbərdarlıq edib və beynəlxalq ictimaiyyəti İrandakı #qətl_maşınına təcili diqqət yetirməyə çağırıb.

#İran #məhbus #edam

Kanala abunə olun
🔥1🤬1
🇺🇸 ABŞ-nin təyyarədaşıyan gəmisi Yaxın Şərqə daxil olub 🚨

Bu gün #ABŞ_ordusu “Abraham Linkoln” təyyarədaşıyan gəmsinin Yaxın Şərqə daxil olduğunu açıqlayıb.

Məlumata görə, daha öncə ABŞ #müdafiə_naziri Lloyd Ostinin “Abraham Linkoln” təyyarədaşıyan gəmisi və onu müşayiət edən esmineslərin Yaxın Şərqə göndərilməsi prosesinin sürətləndirməsi ilə bağlı #əmr vermişdi.

#ABŞ #Yaxın_Şərq #təyyarədaşıyan_gəmi

Kanala abunə olun
🔥1
🇮🇷 İranda etnik bəluçlar da tibb işçilərinin etirazlarına qoşulublar 👩‍⚕️🧑‍⚕️🔥

#İranın müxtəlif şəhərlərində tibb işçilərinin #etirazları#tətilləri ilə eyni vaxtda, bu gün #Çabahar şəhərində də bir qrup #tibb_işçisi etiraz aksiyası keçirib.

Məlumata görə, tibb işçiləri hüquqlarının tapdalanmasına, #maaşların verilməməsinə və #ağır_iş_rejiminə etiraz ediblər.

پرستاران و کادر درمان چابهار به اعتصابات سراسری پیوستند

#İran #etnik_bəluçlar #tibb_işçiləri #etirazlar

Kanala abunə olun
🔥1👏1
Azərbaycanın Avropaya qaz ixracı perspektivi

İran-Avrasiya Araşdırmaları İnstitutu yazır: “Azərbaycan bu il təbii qaz ixracı ilə bağlı qarşısına qoyduğu hədəfə çatmaq üçün sürətlə irəliləyir, ancaq ölkənin 2027-ci il üçün iddialı ixrac öhdəliklərini yerinə yetirməsi üçün Bakının qarşısında hələ uzun yol var.

Azərbaycanda Şahdəniz qaz yatağının hasilatı onun işlənilməsi üzrə operator olan BP tərəfindən yeni istismar quyularının qazılması ilə artır. Amma nə BP, nə də rəsmi Bakı hasilatın artırılmasının Azərbaycanın öhdəliklərini yerinə yetirməyə kifayət edib-etmədiyini təsdiqləməyib. Azərbaycanın ixrac probleminin həlli yolu kimi Türkmənistan nzərdən keçirilir.

İyulda Londonda keçirilən siyasi konfransda Azərbaycanı etibarlı təchizatçı kimi təqdim edən prezident İlham Əliyev bəyan edib ki, bu il üçün ölkənin illik ixrac həcminin 2022-ci ildən 10%-dən çox artaraq təxminən 13 milyard kubmetr qaza çatacağı gözlənilir. Azərbaycan bu rəqəmə çatarsa, qaz ixracının yarıdan çoxunu Avropaya ilk dəfə göndərmiş olacaq.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İranda meşə yanğınlarında helipoterlər sudan başqa hər şey tökür 🌲🌳🔥🚁💦

İranda İnsan Haqları Təşkilatı – HENGAW bu gün video paylaşaraq yazıb ki, Mərivan meşələrində yanğınlar zamanı İran hökumətinin göndərdiyi və çox yüksəkdən uçan su səpən helikopter yanğınların üzərinə su səpmədən ötərək keçib.

Videodan da göründüyü kimi, helikopter alovların üzərinə su səpmək əvəzinə başqa bir şey atıb.

Ekofəalların sözlərinə görə, helikopterin reklam uçuşu 6 gün davam edən səylərdən sonra yerli sakinlərin yardımlardan sonra yanğının söndürüldüyü vaxta təsadüf edib.

ویدیوی دریافتی نشان می‌دهد که هلیکوپتر آب‌پاش جمهوری اسلامی ایران، با ارتفاع بسیار بالا و بدون اینکه آبی روی شعله‌های آتش بپاشد، از روی محل آتشسوزی در جنگل‌های مریوان (ارتفاعات باشماخ و بایوه) عبور می‌کند.

#İran #meşə_yanğınları #helikopter

Kanala abunə olun
🔥1
“X” platforması 🇮🇷 İrana bağlı haker qrupunun hesabını bağladı 👨‍💻

#ABŞ-nin #İrana bağlı #hakerlərin ölkədəki seçki kampaniyalarına #kiberhücumlar etmək cəhdi barədə xəbərdarlığından bir gün sonra “X” sosial media platforması haker qrupunun hesabını qapadıb.

Özünü #fələstinlilərin tərəfdarı kimi tanıdan “Hənzələ” qrupu 2023-cü ilin dekabrından “X” platformasında #İsrailə qarşı öz haker hücumları ilə bağlı paylaşımlar edirdi.

Məlumata görə, #FTB-nin göstərişi ilə və bu haker qrupunun ABŞ-də #seçki_kampaniyalarına sızması ehtimalından sonra media hesabının fəaliyyəti dayandırılıb.

#İran #haker_qrupu #sosial_media_hesabı

Kanala abunə olun
👍2
🇮🇷 İranın Fars və Kerman əyalətlərində güclü leysan həyatı iflic edib 🌊

Sel avtomobilləri aparıb, meyvə bağlarına dolu ziyan vurub.

سیلاب شدید در شهر اوز، جنوب فارس و کرمان

#İralşn #leysan #dolu

Kanala abunə olun
🔥1👏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Təbrizdə Savadlılıq Hərəkatının üzvləri etiraza qalxıblar 🔥

Narazı gənclər İran parlamentinin Təhsil Komissiyası sədrinin ofisinin qarşısında toplaşaraq öz etirazlarını bildiriblər.

Onların tələbi təhsil sahəsində fəaliyyət göstərmək üçün işə qəbul olunmaqdır.

🔴 تبریز:  #تجمع_اعتراضی نیروهای نهضت سوادآموزی در تبریز مقابل دفتر منادی رئیس کمیسیون آموزش مجلس
پنجشنبه اول  شهریور ۱۴۰۳

#Təbriz #etiraz #təhsil

Kanala abunə olun
🔥2